"Görüşlərdə insanlar YAP-ın namizədlərinə səs verəcəklərini deyirlər"
31.10.2010 [23:42]
Yeni Azərbaycan Partiyasının (YAP) 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Milli Məclisə namizədi, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov APA-ya müsahibə verib:
- Əhliman müəllim, YAP-ın təşviqat işləri necə gedir?
- Hesab edirəm ki, YAP-ın təşviqatı çox gözəl, yüksək səviyyədə, digər siyasi qurumlardan ən üstün formada təşkil olunub. Digərlərindən, xüsusilə müxalifətdən fərqli olaraq biz təşviqat kampaniyamızı səs-küylü, ajiotajlı deyil, normal keçiririk. Gedirik, insanlarla görüşürük. Hazırda bütün seçki dairələrində YAP-ın namizədlərinin təşviqat kampaniyası yüksək səviyyədə davam edir.
- Sizcə, əsl millət vəkili necə olmalıdır?
- çox təəssüflər olsun ki, bəzi namizədlər deputatın, Milli Məclis üzvünün funksiyalarını düzgün bilmirlər. Ona görə də, bəzən bu mövzuda müxtəlif fikirlər söyləyirlər. Milli Məclisin üzvünün əsas vəzifəsi ondan ibarətdir ki, deputat seçildikdən sonra ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, davamlı, dönməz olması üçün vacib olan qanunların hazırlanmasında yaxından iştirak etsin. Hesab edirəm ki, YAP-ın platformasında bunlar öz əksini tapıb. Platformada həm dövlətçiliyin qorunması, həm insanların rifah halının yaxşılaşdırılması, ordumuzun gücləndirilməsi, həm də təhsilimiz, səhiyyəmiz və s. sahələrdə zəruri addımların atılması üçün müddəalar var. Bütün bunlar ümumilikdə bir şeyə xidmət edir ki, müstəqil Azərbaycan əbədi olaraq yaşasın. Mən də bir namizədəm. Əgər deputat seçilərəmsə, işimi bu istiqamətdə quracağam. Bəziləri deyir ki, Milli Məclis üzvü olsam yol çəkdirəcəyəm, məktəb və xəstəxana tikdirəcəyəm. Əslində, bu, deputatın işi deyil, dövlətin işidir. Bu gün təmsilçisi olduğum YAP iqtidarda olan bir partiyadır. Partiyamızın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında ölkədə bu və digər sahədə çox böyük işlər görülüb. Sözsüz ki, görülməli olan işlərimiz də var. Məsələn, son 6 ildə 2 min məktəb tikilib, təmir olunub, ancaq bu işlər heç də ölkədəki bütün məktəbləri əhatə etməyib. Mənim namizəd olduğum 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin də elə kəndləri mövcuddur ki, orada məktəbin həm maddi-texniki bazasının, həm də kadr potensialının möhkəmləndirilməsinə ehtiyac var. Həmçinin, bəzi yerlərdə məktəb tikintisinə ehtiyac duyulur. Ancaq hazırda bu istiqamətdə müvafiq proqram var və işlər görülür. Bu, səhiyyə sahəsində də belədir. ölkənin müxtəlif yerlərində xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri tikilərək insanların ixtiyarına verilib. Bu ölkənin bütün hər yerinimi əhatə edib? Yox, etməyib. Ancaq işlər görülür, davam etdirilir. Əsas odur ki, işlər dayanmayıb. ölkənin bəzi yerlərində hələ də yol problemi var, mən bunu getdiyim kəndlərdə də gördüm. Son illərdə ölkədə gözəl yollar çəkilib, magistral yolların çoxunun çəkilişi başa çatıb, ancaq bəzi kənd yollarında hələ də görülməli işlər var. Demək istəyirəm ki, bütün bu işlər hamısı iqtidarda olan partiyanın - Yeni Azərbaycan Partiyasının, onun Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətin nəticəsində həyata keçirilir. Yəni, bu, dövlətin işidir və dövlət də öz işini görür. Deputat isə xalqla hökumət arasında bir körpü rolunu oynamalıdır. Yəni, deputat müvafiq informasiyaları çatdırmalıdır ki, filan ərazidə filan məsələ var, bu istiqamətdə iş görülməli, yaxud görülən filan iş sürətləndirilməlidir. Ancaq kimsə gedib harasa asfalt çəkirsə, deməli, öz səlahiyyətlərinə aid olmayan bir iş görür, çünki deputatın vəzifəsi bu deyil.
- Siz YAP-la bağlı da danışdınız. Odur ki, daha bir sual vermək istərdim. Noyabrın 7-də seçici nə üçün YAP-ın namizədlərinə səs verməlidir?
- YAP-ın iqtidarda olduğu dövr göstərdi ki, partiyanın rəhbərliyi altında ölkəmizdə çox böyük inkişaf, tərəqqi başladı. Bu inkişaf indi də davam edir. Gəlin indi uzaq olmayan keçmişə - ötən əsrin 90-cı illərinin əvvəllərinə baxaq: 1991, 1992-ci illər, 1993-cü ilin əvvəllərində ölkəmizdə vəziyyət necə idi, hansı şəraitdə yaşayırdıq? Həmin vaxtlar səhiyyəmiz, təhsilimiz necə idi, yollarımız, maaşlarımız necə idi? Xalq bunların hamısını görüb və görür, öz müqayisəsini aparır. Xalq görür ki, bu partiya xalq üçün çalışır. Xalq görür ki, Yeni Azərbaycan Partiyası əvvəlcə Ulu öndər Heydər Əliyevin rəhbərliyi, bu gün isə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəni inkişaf etdirir. Bu gün Azərbaycan tək regionun yox, dünyanın ən çox inkişaf edən ölkələrindən birinə çevrilib, büdcəmizin həcmi bir neçə dəfə artıb, bayaq dediyim kimi, o qədər yollar çəkilib, səhiyyə və təhsil mərkəzləri tikilib, maaşlar artırılıb. Məsələn, mən 90-cı illərin əvvəlində rektor kimi fəaliyyətə başlayanda professor 50 dollar maaş alırdı. Bu gün isə bizim professorlarımız 700 manatdan çox maaş alır. Bəlkə bəziləri deyə bilər ki, bu da azdır. Mən də haradasa onlarla razıyam. çünki professor bundan da artıq maaş almalıdır. Ancaq bizim bəzi opponentlərimiz deyir ki, ABŞ-da, Avropa ölkələrində müəllim və həkimlər filan qədər maaş alır, ancaq bizdə maaş onlarla müqayisədə azdır. Bu, düzgün yanaşma deyil. Axı biz bu gün özümüzü böyük dövlətçilik ənənələri olan Avropa və Amerika ilə müqayisə edə bilmərik. Gəlin özümüzü bizim səviyyədə olan, keçmiş SSRİ ölkələri ilə - Moldova, Ukrayna, Belarus, qonşu Gürcüstan, bədnam qonşularımızla müqayisə edək. Belə bir müqayisə aparılanda görürük ki, ölkəmizdə çox böyük inkişaf var, bizdə müvafiq göstəricilər daha yüksəkdir. Son 6 ildə bu qədər məktəb hansı ölkədə tikilib? Bizdə bütün sahələrdə inkişaf var. Azərbaycanda çoxlu sayda qəzet çap olunur, kim nə istəyir yazır, kim nə istəyir deyir. Mən namizədliyim irəli sürülmüş 65 saylı dairənin ərazisində seçicilərlə görüşlərim zamanı da soruşmuşam ki, 90-cı illərin əvvəllərində yaxşı yaşayırdınız, yoxsa indi? Deyirlər, Əhliman müəllim, əlbəttə, indi. İnsanlar quru vədlərə yox, göz qabağında olan işlərə səs verirlər. Şübhəsiz ki, görülməli olan işlər də var, bunlar da görülür. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, xalq məhz YAP-ın namizədlərinə səs verəcək.
- Bəzi KİV-lər belə bir iddia ilə çıxış edirlər ki, seçki saxtalaşdırılır, özü də, bu, əsasən təhsil işçilərinin əli ilə edilir. Bu iddia ilə çıxış edənlər arqumentlərini seçki məntəqələrinin bir hissəsinin təhsil ocaqlarında yerləşməsi, məntəqə seçki komissiyasının üzvləri arasında təhsil işçilərinin, müəllimlərin olması ilə əsaslandırır. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən hesab edirəm ki, bu iddiaların heç bir əsası yoxdur, arqumentlər də gülüncdür. Axı seçki məntəqəsi hansısa bir yerdə yerləşməlidir. Həm də məntəqə seçki komissiyasının üzvləri hansısa sahədə çalışanlar, yaxud çalışmayanlar olmalıdır. Bir məqamı da deyim ki, məntəqə seçki komissiyasının üzvlərinin hamısı təhsil işçiləri deyil, belə bir şeyin olması mümkün də deyil. Məsələn, rektoru olduğum Azərbaycan Tibb Universitetinin binalarında ümumilikdə 8 seçki məntəqəsi var. Hər dəfə seçki demokratik, şəffaf keçir. Kimsə prosesə müdaxilə etmir. Hətta mən hər dəfə seçki keçirilən gün öz kabinetimə gəlmirəm. Seçki vaxtı universitetin binalarında müşahidəçilər olur, məntəqələrin ikisində “veb-camera”lar quraşdırılıb. Belə bir şəraitdə seçki necə saxtalaşdırıla bilər? Əgər seçki saxtalaşdırılırsa, müxalifətdən olan bir neçə namizəd Milli Məclisə necə seçilir? Bilirsiniz, tək bizdə deyil, bütün dünyada belədir ki, seçilməyən nə isə bir səbəb axtarır. Bizdəkilər də deyir ki, seçkilər obyektiv keçirilmədi, ona görə seçilmədim. Dünyada belə bir praktika da var ki, hər seçilməyən 5 namizəddən 3-ü şikayət verir. Bizdə olan bilsin bu rəqəm daha çoxdur. Hesab edirəm ki, bunlar əsası olmayan iddialardır və uydurmadır.
- Millət vəkili seçilməyiniz rektorluq fəaliyyətinizə mane olmayacaq ki? Yaxud əksinə, rektorluq fəaliyyətinizin Milli Məclisdəki işinizə mane olmaq ehtimalı varmı? Onu da nəzərə alaq ki, namizədliyinizi irəli sürən seçki dairəsi üç rayonu əhatə edir...
- Mənim namizədliyim mənsub olduğum partiya - YAP tərəfindən irəli sürülüb. Mən bunu çox böyük qürur hissi ilə qəbul edirəm. Bu, mənim üçün böyük şərəfdir, etimaddır. çalışacağam ki, bu etimadın öhdəsindən gəlim. Hesab edirəm ki, eyni vaxtda həm universitetə rəhbərlik etmək, həm də Milli Məclis üzvü kimi fəaliyyət göstərmək mümkündür. Bunu artıq bir neçə çağırış deputat seçkiləri göstərib, bizim ali məktəbdən də böyük universitetlərin rektorları hər iki işin öhdəsindən gəldilər. Mən fikirləşirəm ki, rayonların sayı nisbətən çox, yəni, üç olsa da, çalışacağam universitetdəki fəaliyyətimə xələl gətirmədən seçicilərimin də problemləri ilə məşğul olum, bunu hökumətə, dövlətə çatdırım. Hesab edirəm ki, bu işin öhdəsindən gələcəyəm. ümumiyyətlə, mən öhdəsindən gələ bilmədiyim işin altına girmirəm.
- Hazırda təşviqat işləriniz, görüşləriniz necə keçir?
- Görüşləri çox yaxşı, normal keçiririk. Elə kənd var ki, orada cəmi 200 seçici var, orada görüşə gələnlərin sayı təbii ki, çox ola bilməz. Elə kənd də var ki, görüşümə 600-dən çox seçici qatılır. özü də görüşlərin hamısını açıq havada keçirirəm. Görüşlərdə insanlar YAP-ın namizədlərinə səs verəcəklərini, bizi dəstəklədiklərini deyirlər. Təbii ki, bayaq dediyim kimi, problemlər də yox deyil. Məsələn, xəstəliklə, yolla, məktəblə, səhiyyə ilə bağlı problemlər var ki, mən hamısını yazmışam. Yəni, öz qeydlərimi aparmışam. Əgər seçilərəmsə, bütün mənə deyilən problemləri həll edəcəyəm. Hazırda görüşlərim davam edir. Onu da deyim ki, 65 saylı dairədəki digər namizədləri, yəni, rəqiblərimi tanımıram. Ancaq mən deyil, başqa bir namizəd seçilərsə, onu təbrik etməyə, əlini sıxmağa hazıram. Sonda isə bir daha seçiciləri YAP-ın namizədlər siyahısındakı şəxslərə səs verməyə çağırıram!
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12

