YAP cəmiyyətin aparıcı qüvvəsi olaraq, siyasi proseslərin önündə gedir
30.10.2010 [12:04]
Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədi Ağalar Vəliyev www.yap.org.az saytına müsahibə verib:
- Ağalar müəllim, parlament seçkiləri kampaniyasında Yeni Azərbaycan Partiyası tərəfindən aparılan təbliğat-təşviqat kampaniyası barədə fikirlərinizi bilmək istərdik. İnsanların YAP-ın seçki proqramına münasibəti necədir?
- Bildiyiniz kimi, mənim deputatlığa namizədliyim seçkilərə “Güclü dövlət, yüksək rifah” şüarı ilə qoşulan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. İlk olaraq, mənə göstərilən bu etimada görə partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. 11 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyimin irəli sürülməsi mənim üçün ikiqat məsuliyyətdir. çünki 1995-ci ilin parlament seçkilərində cənab İlham Əliyev məhz bu dairədən Milli Məclisə deputat seçilmiş və hamımız yaxşı xatırlayırıq ki, O, millət vəkili kimi necə genişmiqyaslı, səmərəli fəaliyyət göstərmişdir. Məhz bu məsuliyyəti dərk edərək, Milli Məclisə deputat seçiləcəyim təqdirdə çalışacağam ki, 11 saylı Qaradağ dairəsinin seçicilərini parlamentdə layiqincə təmsil edim.
YAP cəmiyyətin aparıcı siyasi qüvvəsi olaraq, siyasi proseslərin önündə gedir. Noyabrın 7-də ölkəmizdə keçiriləcək parlament seçkilərində də partiyamız digər siyasi təşkilatlardan fərqli olaraq olduqca mükəmməl seçki proqramı əsasında iştirak edir. YAP-ın seçki proqramında ölkəmizdə həyata keçirilən tədbirlərlə yanaşı, qarşıda duran vəzifələr haqqında da ətraflı bəhs olunur. Mən inanıram ki, qarşıdakı beş il ərzində həmin vəzifələr yüksək səviyyədə yerinə yetiriləcək. Əminliklə deyə bilərəm ki, insanlar YAP-a inanır və bu inam əsasında da parlament seçkilərində partiyamızın namizədlərinə səs verəcəklər.
- Namizəd olduğunuz dairədə görüşləriniz hansı səviyyədə keçirilir?
- Mənim seçicilərlə artıq çoxsaylı görüşlərim baş tutub və onlarla birbaşa ünsiyyətimiz davam edir. Bu görüşlərdə mən xalqın Yeni Azərbaycan Partiyasına böyük inamını, etibarını görürəm. Bu inam isə partiyamızın yaranan gündən daim xalqa, dövlətimizin qüdrətlənməsinə yönələn siyasət aparması nəticəsində formalaşıb. Seçicilərlə görüşlərimdə mən fəaliyyətim və platformam barədə ətraflı məlumat verirəm. Mənim seçki platformam YAP-ın seçki platformasıdır.
- Seçicilərlə çoxsaylı görüşlər keçirdiyinizi bildirdiniz. İnsanlar ölkəmizdə həyata keçirilən siyasəti necə dəyərləndirirlər? Onların bu barədə qənaəti nədən ibarətdir?
- Əlbəttə, vətəndaşlarımız ölkəmizdə həyata keçirilən daxili və xarici siyasəti dəstəkləyirlər. çünki Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan bir çox nailiyyətlər əldə etmişdir. Bu gün demək olar ki, ölkəmizdə bütün sahələr üzrə inkişaf mövcuddur. Xüsusilə, iqtisadiyyatımızda yüksək nəticələr əldə olunur ki, bu da özünü əhalinin rifah halının yüksəlməsində də göstərir. Bildiyiniz kimi, bir neçə gün öncə dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirildi. Bu iclasda verilən hesabatlar, qeyd olunan rəqəmlər bir daha Azərbaycanın davamlı inkişaf yolunda olduğunu təsdiqləyir. Əlbəttə ki, bu rəqəmlər sadəcə statistika deyil. Bu rəqəmlərin arxasında düşünülmüş, uzaqgörən siyasət və çəkilən zəhmət dayanır. Faktlara diqqət yetirək. Belə ki, ötən doqquz ayda 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul 4,1 faiz artaraq 29,3 milyard manata, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına düşən gəlirləri 10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən ümumi daxili məhsul isə 2,8 faiz artaraq 3 min 286 manata çatmışdır. Vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz çox olmuş, başqa sözlə əhalinin pul gəlirlərinin artım sürəti mövcud inflyasiyanı iki dəfə üstələmişdir. 2011-ci ilin dövlət büdcəsində də artım baş vermişdir. Məlum olduğu kimi, 2011-ci ilin dövlət büdcəsinin gəlirləri 12 milyard 61 milyon manat, xərcləri isə 12 milyard 748 milyon manat həcmində proqnozlaşdırılır. Bir sözlə, Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, iqtisadiyyat müxtəlif yollarla inkişaf edir. Bu ilin əvvəlindən Azərbaycanda 56 min yeni iş yeri açılmışdır. 2003-cü ildən sonra Azərbaycanda 900 minə yaxın iş yeri açılmışdır. Bu da onu göstərir ki, işsizlik kimi çox çətin və ağır problem Azərbaycanda tədricən öz həllini tapır. Şübhə yoxdur ki, növbəti illərdə Azərbaycanda işsizliklə bağlı daha da böyük addımlar atılacaq. Azərbaycanda bir neçə ilə ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə enib. Bütün bunlar göstərir ki, Azərbaycanda həyata keçirilən siyasət davamlıdır və gələcəkdə daha böyük uğurlara imza atılacaq. Prezidentimizin vurğuladığı kimi, həyata keçirilən siyasətin məqsədi insanlara xidmət etməkdən ibarətdir.
- Qeyd etdiyiniz kimi, ölkəmizin sürətli inkişafı vətəndaşların həyat səviyyəsinin də artması ilə müşahidə olunur. Necə hesab edirsiniz, qazanılan bu uğurlar parlament seçkilərində özünü necə ifadə edəcək?
- Son illərdə Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrini əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyalarının uğurla həyata keçirilməsi xalqın iqtidara olan inamını daha da gücləndirib. İnsanların istək və arzularına söykənən siyasətin davam etdirilməsi ölkəmizin tərəqqisi yolunda geniş üfüqlər açıb. Bütün qazanılan bu nailiyyətlər Azərbaycan Prezidentinə və Onun apardığı siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olub. ölkəmizdə insanların sosial vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirlər gücləndirilməkdədir. Dövlətin gəlirləri ilk növbədə, sosial kateqoriyaların maddi rifahının yüksəlməsinə və sosial infrastrukturların yaxşılaşdırılmasına yönəlib. Göründüyü kimi, ölkəmizdə insanların hazırki iqtidara olan dərin inamını və rəğbətini şərtləndirən kifayət qədər mühüm əsaslar var. Buna görə də, vətəndaşlar bu iqtidara, hakim partiya olan Yeni Azərbaycan Partiyasına böyük etimad göstərməkdədir. Azərbaycan seçicisi YAP yarandığı tarixdən indiyədək keçirilən bütün seçkilərdə partiyanın namizədlərini dəstəkləyib, ona etimad göstərib.
İndiki parlament seçkilərində də xalqın YAP-a dəstəyinə əminik. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, insanların rifahının, yaşayış səviyyəsinin yüksəlməsi, onların məşğulluq problemlərinin həlli, iş yerləri ilə təmin olunmaları, firavan həyat şəraitinin təmin edilməsi, digər çoxsaylı faktorlar YAP-a olan inamı gücləndirir. Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca təminatdır.
- Ağalar müəllim, siz “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin rəhbərisiniz. İnkişaf prosesindən söz düşmüşkən, istərdik ki, rəhbərlik etdiyiniz bu təşkilatın fəaliyyəti haqqında da məlumat verəsiniz...
- Mən inşaat mühəndisiyəm və artıq 15 ilə yaxındır ki, respublika əhəmiyyətli “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinə rəhbərlik edirəm. Respublikamızın tikinti sahəsində qazandığı uğurlarda təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, az da olsa, rəhbərlik etdiyim “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti inşaatçılarının da əməyi olmuşdur. ümumilikdə, indiyədək mənim rəhbərlik etdiyim kollektivlər tərəfindən yüzlərlə müxtəlif təyinatlı bina, körpü, avtomobil yolları inşa edilmiş, yaxud bərpa olunaraq yenidən qurulmuşdur. Təkcə onu deməyim kifayətdir ki, son illər Bakı şəhərində inşa edilən və yenidən qurularaq bərpa olunan xeyli sayda dövlət əhəmiyyətli obyektdə işlər rəhbəri olduğum “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti tərəfindən yerinə yetirilmişdir və indi də belə obyektlərdə işlərimiz davam etdirilir. Həmin obyektlər sırasında Heydər Əliyev Sarayında aparılmış bərpa və yenidənqurma işlərini, Milli Məclisin yeni korpusunun tikintisini, Milli Məclisin əsas binasında aparılmış bərpa və yenidənqurma işlərini, Atatürk Mərkəzində və Tarix Muzeyində aparılmış bərpa və yenidənqurma işlərini, Hesablama Palatası üçün yeni inzibati binanın tikintisini, Rüstəm Mustafayev adına İncəsənət Muzeyində aparılan tikinti və yenidənqurma işlərini, qaçqın və məcburi köçkün soydaşlarımız üçün salınan qəsəbələrdə inşa edilən çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikintisini, eləcə də, digər obyektlərdə aparılan işləri xatırlamaq kifayətdir. Bir faktı qürurla deməliyəm ki, son 2 il ərzində möhtərəm Prezidentimiz İlham Əliyev 17 dəfə “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti tərəfindən iş aparılan tikinti obyektlərində olmuş, özünün dəyərli tövsiyələrini vermişdir. Hətta bir gündə - 2009-cu ilin 25 sentyabrında - cənab Prezident inşa etdiyimiz iki obyektin - Milli Məclisin yeni inzibati binasının və Rüstəm Mustafayev adına İncəsənət Muzeyinin 1-ci hissəsinin açılış mərasimlərində iştirak etmişdir. Mən bir inşaatçı olaraq görülən bu işlərlə fəxr edirəm.
Bildiyiniz kimi, möhtərəm Prezidentin şəxsən özünün təşəbbüsü ilə Azərbaycanın bütün regionlarında 2-3 il ərzində içməli su və kanalizasiya sistemləri ən yüksək standartlara uyğun şəkildə tikilib istifadəyə veriləcəkdir. Bunun bariz nümunəsi kimi, bu günlərdə Goranboy və Göygöl rayonlarında su və kanalizasiya sistemlərinin yenidənqurulması üzrə tenderin qalibi olaraq 2010-cu ilin 23 oktyabrında həmin obyektlərin təməlqoyma mərasimində iştirak etmişik və inşallah hər iki obyekti 2 il müddətinə təhvil verəcəyik.
- Milli Məclisin deputatı seçiləcəyiniz təqdirdə, qanunvericiliklə bağlı hansı təkliflərlə çıxış etməyi nəzərdə tutursunuz?
- Mənim peşəm və işim həmişə qurub-yaratmaq olmuşdur. Seçicilərimlə görüşlərimdə də demişəm və bir daha xatırlatmaq istəyirəm ki, mən seçicilərə boş-boş vədlər verməyəcəyəm. Amma insanları narahat edən və həlli vacib sayılan problemləri aidiyyəti orqanlar qarşısında qaldırmaqla vaxtında onların həllinə çalışacağam. Parlamentdə qanunvericilik sənədlərinin hazırlanmasında aktiv iştirak etməklə öz töhfəmi verməyə səy göstərəcəyəm. Eləcə də, təhsil və səhiyyə obyektləri şəbəkəsinin daha da yeniləşməsi, kommunikasiya texnologiyalarının daha geniş şəkildə tətbiqi, respublikamızda ekoloji vəziyyətin daha da sağlamlaşdırılması, əhalinin aztəminatlı hissəsinin rifah halının yaxşılaşdırılması, tikintidə və istehsalatın digər sahələrində çalışan işçilərin əmək təhlükəsizliyinin gücləndirilməsi istiqamətində müvafiq qərarların qəbul edilməsinə çalışacağam.
- Son olaraq, seçicilərinizə nə demək istərdiniz?
- Qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası “Güclü dövlət, yüksək rifah” şüarını təsadüfi olaraq seçməyib. Bu şüar Azərbaycanın indiki reallığını əks etdirir. Azərbaycanın güclü dövlət olması bütün dünya tərəfindən qəbul olunan gerçəklikdir və bu güclü dövlətin bütün imkanları insanların yüksək rifahına istiqamətləndirilib. Seçicilərə müraciətlə deyirəm: “Əmin ola bilərsiniz ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə verdiyiniz səslər dövlətimizin daha da güclənməsinə, insanların rifahının yüksəlməsinə sizin böyük töhfəniz olacaq. Mən 7 noyabrda seçiciləri vədlərə yox, real və konkret işə - əmələ, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram”.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

