/ / Azərbaycanda keçirilən seçkilərə inam formalaşdığından "exit-poll" kimi yoxlamaların sayı azalıb
Azərbaycanda keçirilən seçkilərə inam formalaşdığından "exit-poll" kimi yoxlamaların sayı azalıb
04.11.2010 [09:49]
- Siyasi partiya istənilən ölkədə öz təsirini o zaman yüksək səviyyədə göstərə bilir ki, o, xalq tərəfindən dəstəklənir. Mən bunu YAP-ın yalnız bir üzvü kimi yox, bu partiyanın fəaliyyətinə yaxından bələd olan bir şəxs kimi və bir Azərbaycan vətəndaşı kimi deyirəm. çünki görürəm ki, YAP Azərbaycanın və Azərbaycan xalqının inkişaf və tərəqqi arzularına uyğun gələn bir siyasət aparır. Partiyamızın gücü də məhz buradan formalaşır. Bu gün ölkənin ən güclü və ən çox üzvü olan partiyası Yeni Azərbaycan Partiyasıdır. özü də YAP təkcə hakim partiya olduğuna görə ən güclü deyil. Axı biz çoxlu hakim partiyalar görmüşük. Lakin YAP Azərbaycanın, Azərbaycan xalqının inkişaf yolunu görmək üçün onun iradəsini əks etdirən bir siyasi qüvvədir. Bu istəklər nədir? Birincisi, Azərbaycan həmişə dünya sivilizasiyasına can atıb, öz mentalitetini, adət-ənənəsini, Şərqlə Qərbin vəhdətini yaddan çıxarmamaqla Qərb istiqamətində inkişaf edib. Biz görürük ki, YAP Azərbaycanın dünyaya inteqrasiyasını, Qərbə inteqrasiyasını, Şərq-Qərb körpüsünü yaradaraq Azərbaycanın mentalitetini, adət-ənənəsini qorumağı özünə prioritet seçən bir partiyadır. Göründüyü kimi, millətdə olan fikirlərlə partiyada olan mövqe üst-üstə düşür. İkincisi, Azərbaycanda yüz illərlə bir baxış formalaşıb: mədəniyyətin xüsusi rolu, cəmiyyətdə qadının xüsusi rolu, cəmiyyətdə insan haqlarının xüsusi rolu, cəmiyyətdə demokratiyanın inkişafı. Bu dəyərlər Azərbaycan xalqının mentalitetində olan dəyərlərdir. Və bu gün YAP-ın fəaliyyətində, məramnaməsində, nizamnaməsində biz bunların hamısını görürük.
üçüncüsü, Azərbaycan həmişə bütün qonşularla, yaxın məmləkətlərlə xüsusi əlaqələrin təşkil olunmasına tərəfdar çıxıb. Biz heç vaxt heç bir xalqla mübarizə və müharibə aparmaq fikrində olmamışıq. Biz həmişə müharibənin, işğalın qurbanı olmuşuq. çox vacib bir faktdır ki, Azərbaycan tarixində Azərbaycan xalqı heç kimin torpağını işğal etməyib. Ancaq xalqımız əsrlər boyu torpağı, müstəqilliyi uğrunda mübarizə aparıb. Azərbaycan indiyədək yalnız bir dəfə - 92 il əvvəl müstəqil olub, həmin vaxt isə tarixi şansı qaçıraraq bu müstəqilliyi itirmişik. Bu gün isə artıq 20 ilə yaxındır ki, müstəqilik. Biz bu müstəqilliyi qoruyacağıq, əldən verməyəcəyik. çünki cəmiyyətdə formalaşmış qüvvələr, onlara daxil olan aparıcı qüvvə kimi YAP xalqın fikri, mövqeyi ilə üst-üstə düşən siyasət aparır. Yeni Azərbaycan Partiyasının siyasətinin də bu istiqamətdə formalaşmasının əsası, kökü var. Bu partiyanın fəlsəfəsini yaradan şəxs var. Məhz həmin şəxsin fəlsəfəsi əsasında bu gün Yeni Azərbaycan Partiyası-xalq vəhdəti yaranıb. Bu insan isə ümummilli lider Heydər Əliyevdir. Onun uzaqgörənliyi, fəlsəfəsi, gördüyü işlər bu gün bizim siyasətin və gördüyümüz işlərin tərkib hissəsidir. Neçə illər əvvəl ümummilli lider tərəfindən deyilmiş sözlər bu gün həqiqətə çevrilir. Bayaq Azərbaycanın qonşu ölkələrlə münasibət qurmasında çox böyük fəaliyyət göstərməsindən danışdım. Bu fəaliyyətin də əsasında ümummilli liderin fəlsəfəsi və bu gün Yeni Azərbaycan Partiyasının Sədrinin, hörmətli Prezidentimizin xarici siyasəti durur. Bir müddət öncə Rusiya kimi böyük bir ölkənin dövlət başçısı Azərbaycana gəlmişdi. Burada Azərbaycan Prezidenti ilə mətbuat konfransı keçirərkən Dmitri Medvedev dedi ki, cənab Prezidentin çıxışında söylənən hər bir sözün altına mən öz imzamı atmağa hazıram. Hansı dövrdə, hansı zamanda Rusiya Prezidenti, dövlət rəsmisi Azərbaycan Prezidentinin dediyi sözlərin altına imza atmağa hazır olub? Bu, Azərbaycanın xarici siyasətinin, cənab Prezidentin apardığı xarici siyasətin nəticəsində formalaşıb. Ancaq bu siyasət hələ də dünyada çətinliklərlə, problemlərlə rastlaşır. Ona görə ki, Azərbaycan vahid, müstəqil Azərbaycandır. Ancaq Ermənistan elə deyil. Ermənistan böyük dövlətlərin əlində alətə çevrilmiş, regionda idarə edilmək üçün, oyuncağa çevrilmək üçün olan dövlətdir. İndi Azərbaycan Ermənistan və onun arxasında dayanan qüvvələrlə mübarizə aparır. Ancaq bu gün Cənubi Qafqazda Azərbaycanın gücünü, mövqeyini nəzərə almamaq mümkün deyil. Bütün bu deyilənlər bir istiqamətdə olmaqla dövlətin və xalqın maraqlarına xidmət edən fikirlərə bir yumruq kimi birləşərək xidmət göstərmək deməkdir. Biz bu gücü, əlaqələri, vəhdəti Yeni Azərbaycan Partiyasında hiss edirik.
- Təmsilçisi olduğunuz YAP-ın təşviqat kampaniyası necə gedir?
- Biz təşviqat kampaniyasına çox hazırlıqlı vəziyyətdə başladıq. YAP-ın 520 mindən artıq üzvü kağızda olan siyahı deyil. Biz arxamızda bu gücü hiss edirik. Sinəsinə döyərək özünü siyasi partiya təmsilçiləri, guya ki, arxalarında böyük güc olduğunu iddia edən qurumları da çox yaxşı tanıyırıq. Əslində, reallığa gələndə, onların hansısa bir gücə malik olduğunun şahidi deyilik. Ancaq güclü olduğumuza görə bu təşviqat kampaniyasını xüsusi həssaslıqla keçirməyimiz YAP-a şərəf gətirən bir xüsusiyyətdir. çünki güclünün gücü onun zəifə münasibətində formalaşır. Yeni Azərbaycan Partiyası təşviqat kampaniyasının əvvəlindən axırınadək kampaniyanı ən yüksək səviyyədə və qanunvericilikdə nəzərdə tutulan bəndlərə əməl olunmaqla aparacaq, heç zaman qanun pozuntusuna yol verilməyəcək. çünki qanunu pozmaq zəiflik əlamətidir. Biz bunun bəzi qüvvələr tərəfindən edildiyini görürük. Bura təşviqat kampaniyası başlamazdan əvvəl şəkillərin asılması, qəzetlərdə, saytlarda təşviqat aparılması və s. daxildir. Bu nöqteyi-nəzərdən, YAP özündə güc hiss edərək qanunun aliliyini qoruyur. Bu da partiyanın nə qədər inkişaf etdirilməsi və yüksək mərhələyə qalxmasının əlamətlərindən biridir. İkincisi, təşviqat kampaniyasının aparılmasında YAP-ın hər bir namizədi yalnız öz gücünü ortaya qoymur. çünki arxamızda böyük bir güc və görülmüş böyük işlər mövcuddur. Bununla yanaşı, YAP-ın hər bir namizədi özündə böyük məsuliyyət də hiss edir. çünki məhz biz xalqın səsini hər yerə çatdırırıq. Biz artıq siyasi partiya səviyyəsindən xalqın partiyasına çevrilmişik.
- YAP rəsmiləri, adətən, iddialı danışır, siz də həmçinin. Deməli, YAP-ın qarşıdan gələn parlament seçkilərində problemsiz qələbə qazanması gözləniləndir...
- Bu məsələ beynəlxalq müşahidəçilər üçün də, Azərbaycan xalqı üçün də çox aydın formada öz əksini tapır. Ancaq YAP-ın ən böyük gücü də ondadır ki, heç vaxt sakit, arxayın deyil, “artıq xalqın gücünə malik partiyayıq” fikrinə düşmür. Müxalifətin bir problemi də ondan ibarətdir ki, onlar bu məsələdə də səhv düşünür. Xalqın mövqeyini, səsini qazanmaq üçün daim fəaliyyət göstərmək lazımdır. YAP-ın mövqeyi güclüdür, ancaq bununla belə daim fəaliyyət göstəririk. Təşviqat müddətində bu fəaliyyət daha da artıb.
- 2005-ci ildə keçirilən parlament seçkiləri ilə müqayisədə 7 noyabr seçkilərində beynəlxalq təşkilatlar tərəfindən “exit-poll” keçirməyə maraq olmadı. 7 noyabr seçkilərində “exit-poll”u yalnız bir qurum - yerli təşkilat keçirəcək. Beynəlxalq təşkilatların builki Milli Məclis seçkilərində “exit-poll” keçirmək istəməməsini nə ilə izah etmək olar?
- Bu, Azərbaycanda birinci seçki deyil. ölkədə indiyə qədər keçirilmiş seçkilər Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən çox müsbət bir rəylə müşahidə olunub. İdeal seçki heç bir yerdə - nə Amerikada, nə Yaponiyada, nə Avropada - keçirilmir. Ancaq ümumi şəkildə inkişaf istiqamətində cərəyan edən proseslər dünyada çox gözəl müşahidə olunur. Bu inkişaf edən proseslər içərisində Azərbaycanda təşkil olunmuş seçkilərin nəticəsi olaraq Avropada, dünyada ölkəmizdə keçirilən seçkilərə artıq inam formalaşıb. Buna görə də, “exit-poll” kimi yoxlamaların sayı azalıb. İkincisi, beynəlxalq təşkilatlar qarşısında Azərbaycanın imici müsbət mənada başqadır. Azərbaycan artıq dünya siyasi xəritəsinə böyük hərflərlə daxil olmuş bir ölkədir.
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

