/ / Parlament seçkiləri tam obyektiv şəraitdə, şəffaf və ədalətli keçirilməklə Azərbaycan seçicilərinin siyasi iradəsini tamamilə əks etdirir
Parlament seçkiləri tam obyektiv şəraitdə, şəffaf və ədalətli keçirilməklə Azərbaycan seçicilərinin siyasi iradəsini tamamilə əks etdirir
12.11.2010 [09:52]
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə verib:
- Mübariz müəllim, məlum olduğu kimi, ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilən seçkilərlə əlaqədar yaydığı bəyanatda bəzi fikirlər səsləndirilib. Belə bir fikir ifadə olunub ki, Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq standatlara uyğun gəlmir. Sizcə, bu, nə qədər ədalətli və doğrudur?
- Hesab edirəm ki, Departamentin hesabatı ölkəmizdə seçki prosesini izləyən beynəlxalq müşahidəçilərin məlumatları ilə ziddiyyət təşkil edir. Məlumdur ki, Azərbaycan Respublikası Milli Məclisinə seçkiləri ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumların təmsilçiləri müşahidə ediblər. Beynəlxalq müşahidəçilər uzunmüddətli missiya həyata keçiriblər, bütövlükdə seçki prosesini müşahidə ediblər, seçki günü də seçkilərin müşahidəsi həyata keçirilib. Bütövlükdə, ATƏT-in və Avropa Şurasının Azərbaycanda parlament seçkilərini müşahidə edən nümayəndələrinin yaydığı ilkin məlumatlarda qeyd olunub ki, seçkilərdə bütün siyasi partiyaların bərabər şəkildə iştirakı təmin edilib, seçkilər demokratik dəyərlərə uyğun şəkildə keçirilib, eyni zamanda, bütün namizədlərə debatlarda öz fikirlərini çatdırmaq üçün bərabər şərait və mühit yaradılıb. Həmçinin, seçkilərin gedişi ilə bağlı da beynəlxalq müşahidə missiyalarının yaydığı ilkin açıqlamalarda ciddi nöqsanların qeydə alınmadığı öz əksini tapıb. Belə olan halda, ABŞ Dövlət Departamentinin bəyanatı ilə beynəlxalq müşahidə missiyalarının bəyanatları arasında ziddiyyətləri görməkdəyik. Azərbaycan tərəfinin bununla bağlı münasibəti də bu yöndədir ki, Departamentin bəyanatı ilə beynəlxalq müşahidə missiyalarının hesabatları üst-üstə düşmür. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla bağlı öz münasibətini ortaya qoyub. Azərbaycan tərəfi Departamentin hesabatını təəccüb və təəssüflə qarşılayır. Təəccüb doğuran odur ki, Departamentin bəyanatı beynəlxalq müşahidə missiyalarının hesabatları ilə tamamilə ziddiyyət təşkil edir. Təəssüf doğuran odur ki, Departament bəyanat verməzdən öncə seçkinin gedişi və nəticələri ilə bağlı yayılan məlumatlara istinad etməyib. Ona görə də, Yeni Azərbaycan Partiyası olaraq biz seçkilərin gedişi ilə bağlı Dövlət Departamentinin yaydığı bəyanatın obyektivliyi əks etdirmədiyini qeyd edirik. Yeni Azərbaycan Partiyasının müşahidəçiləri seçkiləri əvvəldən sona qədər izləyib, bizim hər bir məntəqədə, hər bir dairədə müşahidəçilərimiz fəaliyyət göstərib. Biz müşahidəçilərin topladığı məlumatları araşdırmışıq və bu müşahidələr belə nəticəyə gəlməyə əsas verir ki, parlament seçkiləri tam obyektiv şəraitdə, şəffaf və ədalətli keçirilməklə Azərbaycan seçicilərinin siyasi iradəsini tamamilə əks etdirir. Dövlət Departamentinin yaydığı bəyanatda qeyd olunur ki, seçkilərin gedişində bir sıra məntəqələrdə qanun pozuntuları qeydə alınıb. Əgər belə məlumatlar varsa, onları ortaya qoymaq lazımdır. Digər tərəfdən, pozuntular olan məntəqələrlə bağlı DSK-lar və Mərkəzi Seçki Komissiyası müvafiq araşdırmalar aparıb. Bu və ya digər məntəqələrdə baş verən cüzi pozuntular bütövlükdə seçkinin gedişinə və nəticələrinə təsir etməyib. Yeni Azərbaycan Partiyası hesab edir ki, Dövlət Departamentinin yaydığı bəyanat bütövlükdə prosesi düzgün xarakterizə etmir və reallığa uyğun gəlmir. Ona görə də, biz bu cür bəyanatların verilməsindən təəssüf hissi keçiririk.
- Seçkiləri müşahidə edən digər beynəlxalq təşkilatların ilkin rəyləri artıq məlumdur. Yeni Azərbaycan Partiyası bu rəyləri necə qiymətləndirir? ATƏT-in, AŞ-nin və ölkəmizdə seçkilərin gedişini izləyən digər beynəlxalq qurumların ilkin hesabatları seçkilər prosesinə adekvatdırmı?
- Biz seçkini müşahidə edən beynəlxalq təşkilatların missiyalarının ilkin rəyləri ilə tanışıq. İlkin rəylərdə müsbət məqamların qeyd olunması ilə yanaşı, bəzi tənqidi fikirlərə də yer verilib. ümumilikdə isə, yekun hesabatlar əldə olunduqdan sonra bununla bağlı geniş münasibətlərimizi bildirəcəyik. Yaxın vaxtlarda bizim müşahidəçi missiyamızın da hesabatı hazırlanacaq. Digər QHT-lərin də hesabatları açıqlanacaq. Bundan sonra daha obyektiv qiymət vermək mümkün olacaq. İlkin rəylərə gəldikdə isə, hesab edirəm ki, bu rəylər seçkilərə adekvat ola bilər. Bütövlükdə götürdükdə Azərbaycanda keçirilən seçkilərin demokratiyanın inkişafı baxımından irəliyə doğru atılmış addım olmasının qeyd edilməsi bizim tərəfimizdən müsbət qiymətləndirir.
- Mübariz müəllim, bəs, Yeni Azərbaycan Partiyası bu seçkiləri necə qiymətləndirir? Bu seçkilərin nəticələri hakim partiyanı qane edirmi?
- Yeni Azərbaycan Partiyası bu seçkinin nəticələrini müsbət qiymətləndirir. Bildiyiniz kimi, YAP bu seçkilərə öz namizədləri ilə qatılmışdı. Bizim apardığımız təbliğat-təşviqat kampaniyası, namizədlərimizin şəxsi keyfiyyətləri və irəli sürüldükləri dairələrdə böyük dəstək görməsi, həmçinin, onların Azərbaycan cəmiyyətində kifayət qədər nüfuzlu və tanınan insanlar olması və əhali tərəfindən müdafiə olunması seçkilərdə bizim böyük uğurlar qazanmağımıza gətirib çıxardı. Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədri olduğu partiya kimi, Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti geniş şəkildə təbliğ edir, onun həyata keçirilməsində fəal iştirak edir, bu seçkilərdə qələbə əldə edərkən Prezidentimizin həyata keçirdiyi siyasətə xalqımızın verdiyi dəstəyə istinad edir. Yəni, Azərbaycan seçicisi hər bir namizədimizə səs verməklə Prezidentin həyata keçirdiyi siyasətə səs vermiş olduğunu bir daha nümayiş etdirdi. Bütövlükdə biz bu seçkilərin nəticələrini yüksək qiymətləndiririk və vətəndaşlarımıza da Yeni Azərbaycan Partiyasına verdiyi dəstəyə görə təşəkkür edirik.
- Maraqlı bir məqam da ondan ibarətdir ki, bu seçkilərdə Yeni Azərbaycan Partiyasının 70-dən artıq namizədi qalib gəlib. Bununla yanaşı, məğlub olan digər namizədlər isə ikinci və ya üçüncü olublar. Bunu necə dəyərləndirirsiniz?
- Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətində çox böyük nüfuzu var. Bu nüfuz bütün sahələrdə özünü göstərir. Yeni Azərbaycan Partiyasının 520 mindən artıq üzvü, 8500-dən artıq ilk partiya təşkilatları var. Eyni zamanda, YAP Azərbaycanın bütün şəhər və kəndlərində özək təşkilatlarını yaradıb. Partiya sıralarında ölkəmizin ən tanınmış, nüfuzlu insanları, böyük ziyalılar, elm adamları, ictimai-siyasi xadimlər birləşib. İntellektual səviyyəsinə görə, üzvlərinin intellektual potensialına görə Azərbaycanda heç bir siyasi təşkilat YAP-la rəqabət apara bilməz. Yeni Azərbaycan Partiyasının nüfuzu bu partiyanın Ulu öndər Heydər Əliyev ideyalarına söykənməsindədir. Partiyamızın əsas fəaliyyət prinsipləri, istinad etdiyi prinsiplər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı üçün müəyyən etdiyi prinsiplərdir. Həmçinin, YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Bu gün Azərbaycan sosial-iqtisadi inkişafına görə yeni bir mərhələyə daxil olub. Bu gün Prezidentimiz hədəf olaraq Azərbaycanın inkişaf etmiş sənaye ölkələrinin sıralarına qatılmasını müəyyən edib. Bu çox böyük bir proqram, böyük bir vəzifədir. Bu vəzifənin həyata keçirilməsi ölkəmizdə digər sahələrin də paralel inkişafını stimullaşdıracaq. Bu isə təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həllini daha da yaxınlaşdıracaq. Bütün bu faktlar, arqumentlər Yeni Azərbaycan Partiyasının namizədlərinin qələbə qazanmasına yardım edib. Bizim partiyamızın qalib gələn namizədləri ilə yanaşı, digər dairələr üzrə irəli sürdüyümüz namizədlər ya ikinci, ya üçüncü yerləri tutublar. Bu da partiyanın həmin ərazilərdə olan nüfuzu, namizədlərimizin nüfuzu, bütövlükdə isə Azərbaycan cəmiyyətinin Heydər Əliyev siyasi xəttinə sədaqətilə bağlıdır.
- Müxalifət partiyaları, xüsusən, radikal müxalifət bu seçkilərdə də acınacaqlı məğlubiyyət yaşadı. AXCP-Müsavat seçki blokunun bir nəfər də olsun, namizədi xalqdan yetərli səs ala bilmədi. Hətta bu blokun liderləri öz əqidədaşlarına, adi bir jurnalistə məğlub oldular...
- Bu seçkilər bir daha göstərdi ki, seçicilər, Azərbaycan vətəndaşları radikalizmə “yox” deyir. Müxalifətin konstruktivlikdən uzaq partiyalarının bu seçkilərdə böyük məğlubiyyətə uğramasının bir göstəricisi də budur. Radikallığı, qeyri-konstruktivliyi təbliğ edənlər, bunu təşviqatının mühüm komponenti hesab edənlər seçicilər tərəfindən boykot edildi. Hər bir siyasətçinin siyasətdə müəyyən fəaliyyəti olur və bu fəaliyyətinə görə də ona qiymət verilir. Həm İsa Qəmbər, həm də Əli Kərimli vaxtilə Azərbaycanda siyasi hakimiyyətdə olmuş insanlardır və onların hakimiyyəti dövründə Azərbaycanın ictimai-siyasi həyatında yalnız uğursuz, xoşagəlməyən hadisələr baş verib. Onlar yenidən siyasi hakimiyyətə can atmaqla bir növ uğursuzluqlarını yada salmağa çalışırlar. Azərbaycan cəmiyyəti isə heç nəyi unutmur, İsa Qəmbərin, Əli Kərimlinin hakimiyyətdə olduğu dövrdə Azərbaycana yaşatdıqları bəlaları yaddan çıxarmayıb. Xalqımız növbəti dəfə öz üzərində eksperiment aparılmasına razı deyil və razı olmayacaq. Bəziləri deyirlər ki, biz yenidən hakimiyyətə gəlmək, siyasi hakimiyyətdə təmsil olunmaq istəyirik. Siyasi hakimiyyətdə təmsil olunmaq üçün əhali içərisində müəyyən nüfuza malik olmalısan. Əgər sən siyasi hakimiyyətdə təmsil olunub ölkəni bərbad vəziyyətə salmısansa, bunun acısını xalq çəkibsə, bunu heç vaxt unutmayacaq. “Günahımız yalnız məğlubiyyətimizdir” deyərək siyasi hakimiyyətdə olduğu dövrdə yol verdiyi nöqsanlardan yaxa qurtarmaq istəyənlər xalqın tənəsindən heç vaxt azad ola bilməyəcəklər. Ona görə də, bu insanlara xalqın etimad göstərməməsi, səs verməməsi ilə həmin insanların özlərinin fəaliyyətinin nəticəsidir. Eyni zamanda, radikallığa Azərbaycan seçicisinin münasibətidir. Real fikirlər, proqramlar ortaya qoymaqdansa, ümumi sözlərlə, qeyri-obyektiv, həqiqətə söykənməyən, populist tənqidlərlə öz təşviqatlarını qurublar. Təbii ki, bu üsulla irəli getmək mümkün deyil. Bütün bu sadalananlar isə nəticə etibarı ilə onların məğlub olmasını şərtləndirir.
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

