/ / Xaricdən kimlərinsə Azərbaycanın qəbul etdiyi qərarlara, ölkəmizdə həyata keçirilən siyasətə irad tutması cəhdləri qətiyyətlə rədd edilir
Xaricdən kimlərinsə Azərbaycanın qəbul etdiyi qərarlara, ölkəmizdə həyata keçirilən siyasətə irad tutması cəhdləri qətiyyətlə rədd edilir
18.01.2011 [09:34]
Məlum olduğu kimi, son vaxtlar bəzi xarici dairələr, daha dəqiq desək, İranın rəsmi dairələrinin bəzi nümayəndələri, dini xadimləri, həmçinin, İran parlamentinin bir neçə üzvü baş örtüyü məsələsindən istifadə edərək, Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirir və yalnış təsəvvür formalaşdırırlar. Bu isə Azərbaycan ictimaiyyətində narahatlıq doğurur və mənfi hal kimi qəbul edilir.
Bu və digər məsələlərlə bağlı suallarımızı Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlıya ünvanladıq:
- Mübariz müəllim, son vaxtlar İranın bəzi dini xadimləri çıxışlarında baş örtüyü məsələsini bəhanə edərək, Azərbaycandakı ictimai-siyasi vəziyyətilə əlaqədar düzgün olmayan məlumatlar yaymaqdadırlar. Sizin bu məsələyə münasibətiniz necədir?
- Hər kəsə bəlli olduğu kimi, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın xarici siyasət strategiyasında balans prinsipi mühüm yer tutur. Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasətimizdəki bu prinsipə istinad edərək, bütün ölkələrlə, (təcavüzkar Ermənistan istisna olmaqla) o cümlədən, İran İslam Respublikası ilə mehriban qonşuluq siyasətini həyata keçirir. Azərbaycan və İran qonşu ölkələrdir. Azərbaycanla İran arasında münasibətləri tənzimləyən çoxsaylı sənədlər imzalanıb. Bununla yanaşı, Azərbaycan Respublikasının xarici siyasətində dinc yanaşı yaşamaq və daxili işlərə qarışmamaq prinsipi də əsas yerlərdən birini tutur.
Məlumdur ki, İran İslam Respublikası öz daxili siyasətində müxtəlif addımlar atır, qanunlar qəbul edir. Azərbaycan Respublikası isə İranın həyata keçirdiyi daxili siyasətə müdaxilə etməyib, qonşu dövlətin daxili işlərinə qarışmayıb və İran xalqının seçiminə hörmətlə yanaşıb.
Ola bilsin ki, Azərbaycanda bəzi insanlar, ayrı-ayrı mətbu orqanlar, eyni zamanda, siyasətşünaslar İranın daxilində həyata keçirilən bu və ya digər siyasi xətti bəyənməsin, onunla razılaşmasın və bununla bağlı öz fikirlərini ifadə etsinlər. Amma, bunlar heç də həmişə Azərbaycan dövlətinin rəsmi mövqeyi olmayıb. Heç bir zaman Azərbaycan hakimiyyətinin nümayəndələri, dövlətin idarəçiliyində təmsil olunan şəxslər çıxışlarında Azərbaycan-İran münasibətlərinə xələl gətirə biləcək fikirlərə yer verməyiblər.
Amma təəssüflər olsun ki, son vaxtlar İranın din xadimləri çıxışlarında İran-Azərbaycan münasibətlərinə xələl gətirən fikirlər səsləndirirlər.
Bəllidir ki, İranın bəzi dini nümayəndələri çıxışlarında baş örtüyü məsələsinə istinad edərək, Azərbaycanın daxili siyasətini tənqid etməyə cəhd göstəriblər. Onlar həm İranın, həm də dünya ictimaiyyətinin diqqətinə belə bir fikir çatdırmağa çalışırlar ki, guya Azərbaycanda dövlət səviyyəsində qadınların baş örtüyündən istifadə etməsinə qadağalar qoyulur, bununla əlaqədar olaraq, hökumət hansısa addımlar atır.
Əlbəttə ki, bu, yolverilməz haldır və Azərbaycan-İran münasibətlərinə, dövlətlərimizin əməkdaşlıq ruhuna uyğun deyil.
- Mübariz müəllim, bəs, Azərbaycanda əsil vəziyyət necədir?
- Əslində, vəziyyət İranın bəzi din xadimlərinin eyni zamanda, İran parlamentinin bir sıra deputatlarının söylədiyi, təsvir etdiyi kimi deyil. Azərbaycanda heç vaxt baş örtüyündən istifadə hansısa qanunla və ya qərarla qadağan edilməyib. Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan ölkədir. ölkəmizdə İslam dininə böyük hörmət və ehtiramla yanaşılır. Eyni zamanda, Azərbaycan dünyəvi dövlətdir və burada din dövlətdən ayrıdır.
ölkəmizdə “Dini etiqad azadlığı haqqında” Qanun da fəaliyyətdədir və dövlət də millli-mənəvi dəyərlərimizin qorunması istiqamətində böyük işlər görür.
Qeyd edim ki, bu istiqamətdə Ulu öndər Heydər Əliyev tərəfindən səmərəli addımlar atılıb. ümummilli lider Heydər Əliyev dövlət quruculuğunu həyata keçirərkən, Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi kimi, Ali Qanunumuzda vicdan azadlığı məsələsinin də yer almasında əhəmiyyətli rol oynayıb.
Bu gün isə cənab Prezident İlham Əliyev dini etiqad azadlığının həyata keçirilməsi istiqamətində dövlət səviyyəli tədbirlərin keçirilməsinə şərait yaradır. Bəllidir ki, Azərbaycanda Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir sıra məscidlər bərpa olunub, inşa edilib. Yəni, bu günə qədər Azərbaycanda insanların dini etiqad azadlığı tam şəkildə təmin edilib və bundan sonra da ediləcək.
Bu mənada söyləyim ki, Azərbaycanda baş örtüyündən istifadəyə qadağa qoyulmayıb və bununla bağlı, dövlət, hökumət səviyyəsində hansısa qadağanı ifadə edən fikirlər səslənməyib. Ona görə də, İranda bəzi dairələrin yanlış fikirlər səsləndirməsi, xüsusilə də, baş örtüyü məsələsi ətrafında spekulyasiyalara yol verməsi tam əsassızdır və yersizdir. Əlbəttə ki, olmayan və ya yol verilməyən bir məsələyə görə, Azərbaycanı qınamaq cəfəngiyyatdan başqa bir şey deyil.
Azərbaycanda baş örtüyü ilə bağlı problem yoxdur. Bu problemi kimlərsə, süni şəkildə qabartmağa çalışır. Görünür ki, bəzi dairələr məxsusi şəkildə mövcud olmayan bir məsələdən istifadə edərək, Azərbaycan haqqında mənfi fikir formalaşdırmağa cəhd göstərir. Təbii ki, bütün bunlar yolverilməzdir.
ümumiyyətlə, Azərbaycan tam müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Azərbaycan dünyəvi dəyərləri öz siyasi həyatına tətbiq edərkən, eyni zamanda, dini inancla bağlı hansısa fəaliyyəti həyata keçirərkən, bunu kimlərinsə xoşuna gəlmək üçün etmir. Bu Azərbaycanın seçdiyi yola uyğun olaraq atılan addımlardır və kimlərinsə fikirləri dövlətimizi öz mövqeyindən döndərə bilməz.
Digər tərəfdən bildirim ki, bu gün Azərbaycanın daxili siyasətilə bağlı atdığı addımlar haqqında İranda səhv fikirlərin səsləndirilməsi dövlətlərimiz arasındakı münasibətlərin və əməkdaşlığın ruhuna, mehriban qonşuluq siyasətinin prinsiplərinə, imzalanmış sənədlərin tələblərinə uyğun deyil. Yəni, İranın hansısa bir formada Azərbaycanın daxili işlərinə qarışmağa nə siyasi, nə də mənəvi haqqı var. Nəinki İranın, digər başqa dövlətlərin də buna haqqı yoxdur. Azərbaycanda bütün işlər qanunlar çərçivəsində həyata keçirilir. Azərbaycanın bu seçimi xalqımızın iradəsini, cəmiyyətimizin istəyini ifadə edir. Xaricdən kimlərinsə Azərbaycanın qəbul etdiyi qərarlara, ölkəmizdə həyata keçirilən siyasətə irad tutması qətiyyətlə rədd edilir. Azərbaycan ictimaiyyəti həmişə bu cür hərəkətlərə mənfi münasibət bəsləyib.
- Məlum olduğu kimi, Azərbaycanda orta təhsil məktəblərində vahid formaya keçidlə bağlı yekun qərar oldu. Amma təəssüflər olsun ki, bəzi xarici dairələr bu məsələ ilə də bağlı həqiqətə uyğun olamayan fikirlər səsləndirirlər. Buna münasibətinizi bilmək istərdik.
- Bir daha qeyd edirəm ki, Konstitusiyada da göstərildiyi kimi, Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar dövlətdir. Dünyəvilik prinsipinə uyğun olaraq, Azərbaycanda təhsil sistemi də dünyəvi xarakter daşıyır. Azərbaycanın orta və ali təhsil ocaqlarında ictimai-humanitar elmlərlə yanaşı, dini dünyagörüşü haqqında da kifayət qədər məlumatlar, biliklər verilir. Azərbaycan dünyəvi dövlət olduğuna görə, təhsil prosesində də bu özünü açıq şəkildə göstərməlidir. Bununla əlaqədar olaraq, Azərbaycanın təhsil ocaqlarının fəaliyyəti dünyəvilik prinsipinə uyğun şəkildə qurulur.
Təhsil Nazirliyinin xəttilə ölkəmizin təhsil ocaqlarında vahid məktəbli formasına keçidlə bağlı fikirlər səslənib və təhsil müəssisələri da buna müvafiq olaraq, vahid məktəbli formasına keçid haqqında qərar qəbul ediblər. Bu vahid forma isə həmin məktəblərdə təhsilalanlara aiddir.
Təhsilin hansı formada həyata keçirilməsini və nə cür formanın tətbiqini hər bir dövlət özü müəyyən edir. Bu gün dünyanın müxtəlif ölkələrində vahid məktəbli forması tətbiq olunub. Sual olunur: bu günə qədər hansısa azərbaycanlı bir siyasətçi İrandakı məktəblilərin formaları ilə bağlı hansısa xoşagəlməz fikir söyləyibmi? Əlbəttə ki, yox. Bu, İranın daxili işidir, qarşısına qoyduğu perspektiv məqsədlərdən asılı olaraq, onun seçimidir.
Bu mənada, İranda Azərbaycan məktəblərində vahid formaya keçidin baş örtüyü məsələsilə əlaqələndirilməsi də tamamilə qəbuledilməzdir.
www.yap.org.az
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26

