Mübariz Qurbanlı: Onların yeri siyasət deyil...
17.03.2011 [10:09]
- Mübariz müəllim, Müsavat Partiyasının martın 12-də keçirdiyi etiraz aksiyasını necə dəyərləndirirsiniz? Hakimiyyətə dialoq təklif edən partiyanın radikal addımlara əl atması iqtidar-müxalifət dialoqunu nə dərəcədə mümkünsüz edir?
- Azərbaycanda dialoq mühiti bütün siyasi partiyalar arasında mövcuddur. Sadəcə müxalifətdə olan, məclisdə, hansısa bir seçkili orqanda təmsil olunmağı bacarmayan, sosial dayağı olmayan bir ovuc radikal özünü cəmiyyətdən kənarda qoyur. Cəmiyyətdən kənarda qalan həmin qrup Azərbaycanda iğtişaşlar törətmək, Bakı şəhərində qanunsuzluqlar etmək, qanunsuz hərəkətlərə yol vermək və əhalinin istirahətini, ictimai asayişi pozmaq üçün təxribatlara əl atır. Martın 12-də onların Fəvvarələr meydanındakı hərəkəti sadəcə təxribatdan başqa bir şey deyildi. 25-30 nəfərdən ibarət bir ovuc qaragüruhçu insanların azad, sərbəst gəzişdiyi bağa daxil olaraq orada həyasızcasına müxtəlif şüarlar qışqırırdılar. Aydındır ki, ictimai asayişi mühafizə etməli olan polis də onları 10 dəqiqədən də az bir müddətdə ərazidən uzaqlaşdırdı. Bu xalq, xalqın təmsilçisi olan siyasi partiya deyil. Bu bir ovuc qaragüruhçudur. Bu bir ovuc qaragüruhçunun da arxasında duranlar vaxtı ilə siyasi hakimiyyətə hay-küylə gəlib sonradan hakimiyyəti biabırcasına qoyub qaçanlardır. Ona görə də bunların qarşısı ciddiyətlə, qətiyyətlə alınacaq. Heç kim Bakı şəhərində ictimai asayişi pozmağa imkan verməyəcək. çünki cəmiyyət bunun əleyhinədir. Mən özüm də həmin vaxt Fəvvarələr bağında idim. Biz orada gəzişirdik. Orada müşahidə edərək gördüm ki, vətəndaşlar bundan çox narazıdır. İnsanlar onların yanındaca deyirdilər ki, rədd olub gedin burdan, nə qışqırıb-bağırırsınız. Bəlkə bu sözləri onlar eşitməyiblər. Sadə insanlar onları ərazidən qovurdu, nəinki polis. Dəyənəksiz polis dəstəsi itələyib onları bağdan çıxardı. Hətta bəzi xaricilər də öz narazılıqlarını bildirirdilər ki, bura mitinq, çıxış etmək yeri deyil. Eyni zamanda sadə insanlar buna çox böyük etiraz edirdilər. Hamı deyirdi ki, buna yol vermək olmaz. Sözləri var buyursunlar qanun çərçivəsində onlara təklif edilən yerdə yiğişıb nə qədər istəyirlər danışsınlar. öz mətbuatlarında yazsınlar, televiziyalarda çıxış edib sözlərini desinlər. Onsuz da internetdə ağızlarına gələni danışırlar. Beş-altı gədə imzasını gizlədərək internet vasitəsilə söyüş yağdırır. Birləşmiş Ştatlar Konqresinin ayırdığı pulla maliyyələşən “Azadlıq” radiosu birtərəfli qaydada azğınlaşmış qaragüruhçu dəstələrin söyüş maşınına çevrilib. Buna yol vermək olmaz. Tarazlığı gözləyir, buyursun, hərtərəfin mövqeyini versin. Ona müsahibə verməyən adamın şəklini qoyub orada hansısa bir disskusiya açır. Mən də “Azadlıq”ın rəhbərliyini internetdə qoyub diskussiya açacam, onların şərəfsiz, yaramaz, xəyanətkar siyasətini ifşa edəcəm. Onlar mənim şəklimi qoyub insanların müzakirəsinə çıxarırlar. Sən kimsən ki, mənim şəklim ətrafında disskusiya açırsan. Bu Birləşmiş Ştatların tula pulu ilə yayılan radiodur. Sonra da deyirlər ki, bizə fəaliyət göstərmək üçün imkan vermirlər. Onlar konqresmenin şəkli ətrafında ictimai müzakirə apara bilərlər? Həmin gün Amerikadan qovarlar. Biz buna yol verməli deyilik. Bu gün Azərbaycanda bir ovuc qaragüruhçu, dərnək səviyyəsinə enmiş siyasi qruplaşmalar var. Onların yeri siyasət deyil. Onlar elə qaragürühçuluqla məşğul olsunlar. Onlara mən cəmiyyətdən qovulmuşlar deyirəm. Onlar üçün nə Vətən, nə torpaq, nə də erməni təcavüzünə qarşı birgə mübarizə əzmi var. Bunların məqsədi yalnız hay-küy salmaq və kimlərdənsə qrant yolu ilə pul qoparmaqdır. Onu da böləndə bir-biriləri ilə vuruşurlar. Hər bir ölkədə belə qaragüruh dəstə ola bilər. Onları da cəmiyyət siyasətdən qovur.
- ATƏT sədrinin regiona səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə müsbət təsir göstərəcək?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in mandatındadır. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilir. Bu baxımdan ATƏT-in yüksək çinli məmurlarının, vəzifəli şəxslərinin regiona səfəri təbii ki, problemin həlli istiqamətindəı aparılan danışıqlar prosesinə müsbət təsir göstərə bilər. Eyni zamanda real faktların onlar tərəfindən eşidilməsi, dinlənilməsi bu məsələdə öz rolunu oynaya bilər. Mən bu səfəri müsbət qiymətləndirirəm.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

