/ / Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikri bu gün həqiqətə çevrilməkdədir
Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikri bu gün həqiqətə çevrilməkdədir
27.04.2011 [12:49]
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, hazırda ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətləri haqqında nə deyə bilərsiniz? Sosial siyasətin nəticələri cəmiyyətdə necə qarşılanır?
- Azərbaycanın dövlət quruculuğu prosesində, iqtisadi və hüquqi sistemdə aparılan islahatlar öz bəhrəsini verməkdədir. Təbii ki, bu amil sosial sahədə də islahatların aparılmasına əsaslar və zəminlər yaradır. Məhz bu iqtisadi bazanın kifayət qədər möhkəm olması dövlətimizə imkan verir ki, sosial sahədə də islahatlar sürətləndirilsin və əhalinin sosial müdafiəsi gücləndirilsin, xüsusilə Azərbaycanın sosial dövlətə çevrilməsi istiqamətində uğurlarımız ildən-ilə artsın. ümumiyyətlə, cənab Prezident İlham Əliyev həmişə ölkə əhalisinin sosial müdafiəsi ilə bağlı tədbirlərə önəm verir, harada müəyyən problem yaranıbsa, o problemlərin radikal həlli üçün göstərişlərini verir və bütün bunlar da əhali tərəfindən minnətdarlıqla qarşılanır. Seçicilərimiz bizə tet-tez müraciət edir və bildirirlər ki, onların təşəkkürlərini dövlət başçısına çatdıraq. Bu yaxınlarda əhalinin su ilə bağlı yaranmış borclarının silinməsi də aztəminatlı insanların böyük minnətdarlığına səbəb olan hadisə idi. Eyni zamanda, bu siyasətin davamlı xarakter alacağı və daha da inkişaf edəcəyi ilə bağlı cənab Prezidentin mövqeyi əhalidə tam bir əminlik yaradır ki, Azərbaycan artıq sosial dövlətə çevrilməkdədir, iqtisadiyyat ilk növbədə ölkənin əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Azərbaycanın iqtisadi potensialı gündən-günə yüksəlir, neft kapitalının insan kapitalına çevrilməsi prosesi realdır və qeyri-neft sektorunun inkişafı bizim regionlarımızın inkişafına gətirib çıxarır. “Turizm ili” çərçivəsində görülən işlərin də əyani nəticələri göz qabağındadır. Bu da ölkəmizə xarici vətəndaşların həm turizm, həm də iqtisadi maraqlarını artıran addımlardan biridir. ümummilli lider Heydər Əliyevin vaxtilə müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bu gün həqiqətə çevrilməkdədir. Azərbaycan bir tərəfdən, öz enerjisi ilə dünyanı təmin etməkdə, digər tərəfdən isə dünyanın marağını özünə cəlb etməkdədir. Artıq ölkəmiz təkcə regionda deyil, bütövlükdə dünya çapında lider dövlətlər sırasındadır. Azərbaycanın iqtisadi, siyasi qüdrətinin artması Heydər Əliyev siyasətinin nə qədər müdrik, alternativsiz siyasət olduğunu, həmçinin, xalqımıza uzun illər xidmət edəcək və uğurlar gətirəcək bir siyasət olduğunu göstərir.
- ölkəmizdə ardıcıl olaraq əməkhaqları və təqaüdlər artırılır. Azərbaycanın iqtisadi potensialı yaxın perspektivdə bu istiqamətdə növbəti addımların atılmasına nə dərəcədə zəmin yaradır?
- Bildiyiniz kimi, Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi yekunları ilə bağlı keçirilən iclasında Prezident İlham Əliyev bu məsələ ilə bağlı öz fikirlərini bildirdi və müvafiq tapşırıqlarını verdi. Xüsusilə əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqəsinin - pensiyaçıların, məşğulluğu təmin olunmayan insanların, büdcədən maliyyələşən təşkilatlarda çalışanların, müəllimlərin və həkimlərin əməkhaqlarının artırılması ilə bağlı tapşırıqlar verilib. Bu tapşırıqlar əsasında pensiya sistemində Azərbaycanda indiyə qədər mövcud olan çox böyük fərqin aradan qaldırılması üçün ciddi əsaslar yarandı. Məsələ burasındadır ki, 2006-cı ildə biz pensiyaların təyin olunmasının və ödənilməsinin yeni sisteminə keçdik. Sovet dövrünün məhsulu olan həmrəylik prinsipindən sığorta prinsipinə keçid bazar iqtisadiyyatına əsaslanan və buna xas olan pensiya ödənişi sistemidir. Dünyanın bütün mütərəqqi ölkələri artıq bu sistemlə fəaliyyət göstərir. Yəni, hər bir işləyən adam işlədiyi vaxtlarda sosial sığorta haqları ödəməklə öz pensiyasını formalaşdırır. Ancaq bir sistemdən başqa bir sistemə keçərkən müəyyən problemlər də ortaya çıxır. Xüsusilə, 2006-cı ilə qədər pensiyaya çıxanlarla həmin ildən sonra pensiyaya çıxanların təqaüdləri arasındakı kifayət qədər ciddi fərq yaranmışdı. Bu fərqin indiyə qədər mövcud olması həmin pensiyaçılarda haqlı narazılıq doğurması bir fakt idi.
Prezident İlham Əliyev bu problemin həll olunması üçün öz tapşırıqlarını verib və burada sosial ədalət prinsipi bərpa olunacaq. Bu, əslində hökumətin böyük maliyyə riskini öz üzərinə götürməsidir. Onu da deyim ki, bir sistemdən başqa sistemə keçən ölkələrin heç birində belə addım atılmayıb. Yəni, müxtəlif dövrlərdə təqaüdə çıxmış insanların aldığı məbləğ arasında yaranmış fərqi heç bir dövlət öz büdcə vəsaiti hesabına ödəməyib. Bu, əslində, Azərbaycan Prezidentinin çox humanist siyasətinin bariz nümunəsidir və əhalinin sosial müdafiəsinin qorunmasının Azərbaycanda dövlətin strateji məsələsi, prioritet istiqamətli siyasəti olmasının əyani təsdiqidir. Məhz bu addımın atılması Azərbaycanda dövlət büdcəsindən ildə 350-400 milyon manat əlavə vəsaitin xərclənməsinə səbəb olacaq ki, bu da çox böyük göstəricidir. ölkəmizdə 1 milyon 300 min nəfər pensiyaçı var ki, yeni tətbiq olunacaq sistem onların da təxminən 900 min nəfərinə şamil ediləcək. Bu insanların pensiyaları yenidən hesablanacaq və təxminən 40-50 manat artım gözlənilir. Bununla da, Azərbaycanda pensiyaların hazırki 114 manat təşkil edən orta aylıq məbləği 150 manatadək yüksələcək. Belə ki, ölkədə orta aylıq əməkhaqqı ilə orta aylıq pensiyanın nisbəti 40 faizi üstələyəcək. Bununla da, Azərbaycan dünya birliyində sosial dövlət statusunu bir az da mökəmləndirəcək.
- Bəs müəllimlərin və həkimlərin dövlət qulluqçusu kateqoriyasına daxil edilməsi bu təbəqələrin sosial təminatında hansı üstünlükləri yaradacaq?
- Azərbaycan Prezidenti müəllimlərin və həkimlərin əməkhaqlarının azlığının aradan qaldırılması üçün də tarixi bir addım atdı. Prezident İlham Əliyev dövlət müəssisələrində çalışan müəllimlərin və həkimlərin dövlət qulluğunun xüsusi növünə aid edilməsi ilə bağlı tədbirlər barədə Sərəncam imzalayıb. Dünyanın çox az ölkəsində müəllim və həkimlərə belə yüksək status verilir. Bu statusun verilməsi, ilk növbədə, həmin kateqoriyalı insanların əməkhaqlarının yüksələcəyinə, həm də daha yüksək pensiya almalarına imkan yaradacaq. Bununla da, Azərbaycanda büdcədən maliyyələşən təşkilatlarda çalışan çox böyük kateqoriya insanın sosial müdafiəsi yaxşılaşmış olacaq.
- Perspektivdə Azərbaycan gənclərinin qarşılaşdığı sosial xarakterli məsələlərin həlli yönündə nə kimi addımların atılması gözlənilir?
- Cənab Prezidentin siyasətində önəmli yer tutan prioritet istiqamətlərdən biri də gənclərlə bağlı siyasətdir. ölkə Prezidenti daim gəncliyin inkişafı, hərtərəfli tərəqqisi üçün konkret işlər görür. Şübhəsiz ki, Azərbaycanda idman, olimpiya hərəkatının böyük vüsət alması, respublikanın bir çox yerlərində olimpiya komplekslərinin tikilməsi bir tərəfdən əhalinin sağlamlığının qorunmasına xidmət edən amildirsə, digər tərəfdən gənclərin öz asudə vaxtlarını daha səmərəli keçirməsini, idman sahəsində uğurlar qazanmasını şərtləndirən amillərdən biridir. Bu yaxınlarda cənab Prezidentin gənclərlə görüşməsi, onların problemlərini dinləməsi və bu problemlərin həlli istiqamətində göstərişlər verməsi böyük əhəmiyyətə malikdir. Xüsusilə, gənclərin məşğulluğunun təmin olunması, onların təhsil imkanlarının genişlənməsi, gənc və istedadlı kadrların dövlət qulluğuna irəli çəkilməsi ilə bağlı tövsiyələri şübhəsiz ki, Azərbaycan gəncliyinə ölkə başçısının böyük qayğısının ifadəsidir.
- Milli Məclisin Sosial siyasət komitəsinin hazırki qanunvericilik fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? Komitə hansı qanunlar üzərində işləyir?
- Parlamentin Sosial siyasət komitəsinin gündəliyində çox maraqlı məsələlər dayanır. Bunlardan biri “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsidir. Bu layihə ötən il Milli Məclisdə müzakirə olundu və sənəd barədə çox geniş müzakirələr aparıldı. Müzakirələr nəticəsində məlum oldu ki, bu sənədin üzərində yenidən işləməyə ehtiyac var. Hazırda qanun layihəsinin üzərində iş başa çatıb və may ayında biz komitənin iclasında son variantı müzakirə edərək parlamentin plenar iclasına tövsiyə edəcəyik. Gündəliyimizdə olan məsələlərdən biri də “Psixatriya yardımı haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsidir. Bu sənədə 20-yə yaxın əlavə və dəyişikliklər nəzərdə tutulur. Bu yeniliklərin edilməsinin əsas səbəbi bu qanun qəbul olunandan sonra ümumdünya Səhiyyə Təşkilatının psixatriya yardımı ilə bağlı bir sıra tövsiyələridir. Azərbaycan bu təşkilatın üzvü olduğu üçün onun tövsiyələrinə əməl etməlidir. Dəyişikliklər milli qanunvericilikdə insan hüquqlarının daha yaxşı qorunmasını, ruhi xəstələrə humanist münasibətin daha da yüksəlməsini və digər məqamları özündə əks etdirir. Yəqin ki, may ayında bu sənəd parlamentin müzakirəsinə çıxarılacaq. Digər layihə isə “Sosial xidmət haqqında” qanun layihəsidir. Azərbaycanda, xüsusilə, stasionar şəraitdə sosial xidmətə ehtiyacı olan bir sıra kateqoriyalı insanlar var. Bu qanun həmin insanlara ediləcək köməyin hüquqi əsaslarını yaradır. Bu günlərdə həmin sənədi BDU-da sosial xidmət kafedrası ilə bir yerdə müzakirə edib parlamentə tövsiyə edəcəyik. Maraqlı layihələrdən biri də “Pasiyentin hüquqları haqqında” qanun layihəsidir. Bilirsiniz ki, bu cür qanun az sayda ölkələrdə qəbul olunub. çünki bu sənədin qəbul edilməsi yalnız səhiyyə xidməti və onun maliyyə təminatı yüksək olan ölkələrdə qəbul olunur. Bu da əhaliyə göstəriləcək səhiyyə standartlarının daha yüksək keyfiyyətindən xəbər verir. Bu qanun layihəsi də komitəmizin müzakirəsindədir. Düşünürük ki, bu sənədin qəbul olunması ilə Azərbaycanda əhaliyə göstərilən səhiyyə xidmətləri daha da yaxşılaşacaq, həm özəl, həm də dövlət sektorunda tibbi xidmətin keyfiyyəti yüksələcək.
- Musa müəllim, bildiyimiz kimi mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü tamam olur. Ulu öndərimizin Azərbaycan tarixindəki rolu haqqında fikirlərinizi bilmək istərdik...
- ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetirdiyi ən böyük şəxsiyyətdir. Heydər Əliyev Azərbaycanı bir məmləkət kimi dağılmaqdan, milləti yox olmaqdan xilas etmiş dahidir. Nə qədər müstəqil dövlətimiz, xalqımız yaşayacaqsa, Heydər Əliyev də var olacaq. Fikrimcə, hər bir azərbaycanlının Ulu öndər Heydər Əliyev qarşısında borcu var. Ən azı ona görə ki, bu milləti yaşadan, bu dövləti quran bir dahi kimi o böyük şəxsiyyətə borcluyuq. Amma düşünürəm ki, Ulu öndər Heydər Əliyev qarşısında borcumuz, vəzifəmiz, sevgimiz Onun qurduğu bu dövlətin inkişaf və tərəqqi etməsində öz töhfəmizi verməkdən ibarət olmalıdır. Dünyanın hansı yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz milliyəti ilə həm də ona görə fəxr edir ki, onun müstəqil dövləti var və bu dövlətin də qurucusu ümummilli lider Heydər Əliyevdir. Heydər Əliyev Azərbaycanı qurarkən onun bütün inkişaf strategiyasını müəyyən edib. Bu gün Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək, müasir dövrün tələblərinə uyğun şəkildə modernləşdirilərək uğurla həyata keçirilir. Mən onu demək istəyirəm ki, ümummilli lider Heydər Əliyevin adı hər bir azərbaycanlının ürəyinin başında yazılıb, nə qədər bu ürəklər döyünürsə, demək hər bir azərbaycanlının qəlbində də Heydər Əliyev yaşayır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

