Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan dövləti sahibkarlığın inkişafı üçün bütün lazımi tədbirləri görüb

Azərbaycan dövləti sahibkarlığın inkişafı üçün bütün lazımi tədbirləri görüb

23.04.2011 [11:44]

Əsabil Qasımov: Əgər kimsə bu şəraitdən istifadə edib öz işini qura bilmirsə, inkişaf edə bilmirsə, bunun səbəbini özündə axtarmalıdır. Deməli, o, ya işini bacarmır, ya da sadəcə olaraq, əziyyət çəkmək, işləmək istəmir
Məlum olduğu kimi, ötən ilin noyabr ayının 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbəti seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) böyük üstünlüklə qalib gəldi və partiyanın irəli sürdüyü namizədlərdən 71 nəfəri parlamentdə təmsil olunmaq hüququ qazandı. Parlamentdə hakim partiyanı təmsil edən millət vəkillərinin 21-i yeni seçilmişlərdir. Onlar, eyni zamanda, respublikamızın müxtəlif sahələrində göstərdikləri səmərəli fəaliyyətlə ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu baxımdan da, “Yeni Azərbaycan” qəzeti YAP-ın parlamentə seçilmiş yeni deputatları ilə cəmiyyəti daha yaxından tanış etmək üçün layihə həyata keçirir. Layihəmizin budəfəki qonağı isə Milli Məclisin üzvü, “Karat Holdinq” şirkətinin direktoru Əsabil Qasımovdur.
- Əsabil müəllim, istərdik söhbətimizə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar haqqında sizin fikirlərinizlə başlayaq. Həm bir iş adamı, həm də Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü kimi, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətlə bağlı nə düşünürsünüz?
- Müasir dövrdə iqtisadi cəhətdən güclü olmayan dövlətin nəinki hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində, eləcə də, xarici siyasətdə hansısa ciddi uğurundan danışmaq mümkün deyil. Tarixən iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü şərtləndirən başlıca amil qismində çıxış etdiyini düzgün müəyyənləşdirmiş dövlət başçısı İlham Əliyev də ölkəmizin mövcud potensialını haqlı olaraq, məhz bu istiqamətdə səfərbər etmişdir. ölkə rəhbəri davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafına çalışmış və ötən 8 ildə bu sahədə həlledici uğurlara imza atıb.
Qeyd edək ki, respublikamızın sürətli iqtisadi inkişafı daha çox 2000-ci ildən sonrakı onilliyə təsadüf edir. ümumiyyətlə, 2000-2010-cu illər ərzində respublikamızın sıçrayışlı inkişafını xarakterizə edən mühüm makroiqtisadi göstəricilər əldə olunub. XXI əsrin birinci onilliyində Azərbaycanda iqtisadi inkişaf 4 dəfədən çox artıb. Bu illər ərzində  dövlət büdcəsinin vəsaitlərində artım 15 dəfəyə qədər, investisiya xərcləri 96 dəfə, strateji valyuta ehtiyatları isə 31 dəfə artıb. Qeyd olunan dövrdə əhalinin gəlirləri 5 dəfədən çox, bank aktivləri 15, əhalinin əmanətləri isə 36 dəfə çoxalıb. Bundan başqa, ölkəmizin ixrac gücü 15 dəfədən çox yüksəlib. Qeyd etdiyimiz kimi, son ildə ümumi daxili məhsulun həcminin artım tempinin müqabilində adambaşına düşən milli gəlirin həcmi də əhəmiyyətli dərəcədə çoxalıb.  Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ictimai həyatın bütün sahələrində kardinal islahatlara əsaslı təkan verib.
Bütün bunların fonunda onu demək mümkündür ki, Azərbaycan tamamilə yeni inkişaf erasına qədəm qoyub və özünün mükəmməl iqtisadi modelini tətbiq etməklə davamlı, pozitiv artım meyilləri əldə edib. Bu gün Azərbaycan iqtisadiyyatı dünyada nisbətən daha dinamik inkişaf edən iqtisadiyyatlardan biridir və son beş il ərzində üDM-in artım tempinə görə MDB-də liderlik edir. Azərbaycanın iqtisadi modeli institusional islahatların aparılmasına köklü zəmin yaradıb. Bir sözlə, mən hesab edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət çox düzgündür və daim xalqın içində olan, vətəndaşlarla ünsiyyətdə olan bir adam kimi, onu deyə bilərəm ki, vətəndaşlarımız da bu siyasi kursu yüksək qiymətləndirir,  dəstəkləyir.
- Təbii ki, sizin də vurğuladığınız bu uğurların əldə olunmasında Azərbaycanın enerji sahəsində apardığı düzgün siyasətin rolu danılmazdır...
- Bəli, bu gün böyük neft-qaz ehtiyatlarına malik Azərbaycan üçün həmin resursların səmərəli idarə edilməsi, ixracın şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmini vacib məsələlərdən biridir. çünki respublikamız bu gün Avropa İttifaqına üzv ölkələrin təbii qaz təchizatının yaxşılaşdırılması, alternativ mənbənin yaradılması məqsədi daşıyan “NABUKKO” layihəsinin reallaşmasında da əsas söz sahiblərindən biri kimi çıxış edir. Dövlət başçısı müsahibəsində demişdir ki, Azərbaycan elektrik enerjisi kimi qazı da bütün qonşu ölkələrə - Rusiyaya, Türkiyəyə, Gürcüstana, İrana nəql edir. Bu ənənəvi istiqamətlər üzrə satışı artırmaq potensialı da var.
Azərbaycan neftinin dünya bazarlarına, o cümlədən, Avropa bazarına çıxarılmasına imkan vermiş “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac boru kəməri, “Bakı-Tbilisi-Ərzurum” qaz kəməri kimi qlobal layihələr başa çatdırılıb, regional iqtisadi əməkdaşlığın mühüm tərkib hissəsinə çevriləcək, perspektivdə Şimal və Cənubun genişmiqyaslı əməkdaşlığına imkanlar yaradacaq “Bakı-Tbilisi-Qars” dəmir yolunun tikintisinə başlanıb. Bütün bunlar isə Azərbaycan dövləti qarşısında yeni və daha böyük perspektivlər açır.
- ölkəmizdə özəl sektorda fəaliyyət göstərən bir şirkətin rəhbəri kimi, dövlətin sahibkarlığın inkişafı ilə bağlı siyasətini necə qiymətləndirirsiniz?
- Əvvəla, onu qeyd edim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə bütün sahələrə xüsusi diqqət və qayğı ilə yanaşır. O cümlədən, özəl, sahibkarlıq sektorunun da inkişafı üçün müstəsna əhəmiyyətli addımlar atılıb və bu gün də atılmaqdadır. Sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə qeydiyyatının başlanması, birbaşa xarici investisiyalar axınının liberallaşdırılması, dövlət xərclərində prioritetlərin oriyentasiyasının yüksək iqtisadi səmərəni, rentabelliyi təmin edən və gəlirlərin bölgüsünü yaxşılaşdırmağa imkan verən sahələrin xeyrinə dəyişməsi inqilabi dəyişikliklər olmuşdur. Bütün bunlar həm də təsərrüfatçılıq subyektlərinin işinin və qeydiyyat sisteminin daha artıq dərəcədə şəffaflığına, milli iqtisadiyyatın səmərəli inkişafına şərait yaradır. Yəni, dövlət istənilən səviyyədə dəstək göstərir, lazımi şərait yaradır. Kim ki, bu şəraitdən istifadə edib öz işini qura bilmirsə, inkişaf edə bilmirsə, bunun, səbəbini özündə axtarmalıdır. Deməli, o, ya işini bacarmır, ya da sadəcə olaraq, əziyyət çəkmək, işləmək istəmir.
- Bildiyimiz kimi, siz, İmişli rayonundan millət vəkili seçilmisiniz. Son illərin göstəriciləri bir daha təsdiq edir ki, İmişli rayonu, o cümlədən, Azərbaycanın bütün digər rayonları böyük inkişaf yolu keçib, xeyli yenilənib. Bunu həm də Azərbaycan Respublikası regionlarının sosial - iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icra olunması ilə əlaqələndirmək olarmı?
- İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması da, məhz, bu reallığa əsaslanıb. İcrası uğurla başa çatan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” regionların inkişafında keyfiyyətcə yeni mərhələ açıb. Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş və hazırda icrası uğurla davam edən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Təbii ki, regional inkişaf proqramlarının həyata keçirilməsində məqsəd bir tərəfdən bölgələrin dinamik inkişafının təmin edilməsidirsə, digər tərəfdən vətəndaşların yeni iş yerləri ilə təmin olunması, məşğulluq probleminin həllidir. Son illərdə bu istiqamətdə mühüm uğurlar əldə olunub, respublikanın müxtəlif bölgələrində 900 mindən çox yeni iş yeri açılıb. Yeni iş yerlərinin açılması, ilk növbədə, yerlərdə sahibkarlığa, qeyri-neft sektoruna göstərilən yüksək qayğı siyasətinin nəticəsidir. Bu proses, eyni zamanda, əhalinin kütləvi şəkildə iri şəhərlərə köçməsinin qarşısını alıb.
- Əsabil müəllim, təbii ki, uğurlarla yanaşı, bir sıra neqativ hallar da var ki, Azərbaycan dövləti bu məqamların da aradan qalxması üçün ardıcıl tədbirlər görməkdədir. O cümlədən, korrupsiya və rüşvətxorluq hallarına qarşı, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, hökumət bununla bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməkdədir. Siz, bu sahədə mübarizə tədbirləri ilə bağlı  nə düşünürsünüz?
- Son illər Azərbaycanda genişmiqyaslı sosial-iqtisadi islahatlar aparılır, ölkənin dinamik inkişafı üçün uğurlu layihələr həyata keçirilir. Dünyanın bir sıra ölkələrində nəzərəçarpan iqtisadi və maliyyə böhranına baxmayaraq, iqtisadiyyatımız yüksələn xətlə inkişaf edir. ölkərəhbərliyinin sosial-iqtisadi nailiyyətlərin artırılmasını daim diqqətdə saxlaması özünü bir sıra sahələrdə, o sıradan bəzi neqativ halların aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlarda əyani göstərir. Bu məqsədlə bürokratik əngəllərin aradan qaldırılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi istiqamətində bir sıra qanunverici institusional və praktiki tədbirlərin görülməsi yaxşı səmərə verir. Təbii ki, hökumətin belə güclü iradə nümayiş etdirməsi və qeyri-qanuni halların aradan qaldırılması yönündəki ciddi fəaliyyəti təqdir doğurur və vətəndaşların razılığına səbəb olur. Mən əminəm ki, yaxın zamanlarda bu kimi xırda məsələlər də Azərbaycan dövləti üçün, xalqımız üçün artıq köhnəlmiş, gündəmdən çıxmış bir məsələ olacaq.
Aqşin ŞAHİNOÄžLU
Paylaş:
Baxılıb: 1028 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30