"Milli komandaya düşmək uğrunda ciddi rəqabət olmalıdır"
11.06.2011 [09:45]
Müsahibimiz futbol veteranı, SSRİ-nin idman ustası, Əməkdar bədən tərbiyəsi və idman xadimi Asim Xudiyevdir:
- Asim müəllim 100 yaşlı futbolumuz haqqında düşüncələriniz necədir?
- Azərbaycan futbolu özünün ən əlamətdar günlərini yaşayır. ölkə futbolunun 100 yaşı böyük təntənə ilə qeyd edilir. Bu bizim 1911-ci ildən başlayan futbol salnaməmiz üçün böyük bayramdır. Mən deyərdim ki, futbol azarkeşlərinin, ölkə ictimaiyyətinin böyük marağına səbəb olan futbol bayramı möhtəşəm alındı. AFFA 100 illik yubileyin keçirilməsinə çox ciddi hazırlaşmışdı. ümumiyyətlə, FİFA tərəfindən 17 yaşlı qızlar arasında Dünya çempionatının keçirilməsi hüququnun Azərbaycana verilməsindən sonra AFFA bu işlərə start vermişdi. Sevindirici haldır ki, çempionata hazırlıqla bağlı aparılan işlərin nəticəsi kimi, yeni stadionlardan biri elə futbolumuzun 100 illik yubileyi günündə istifadəyə verildi. Daha iki yeni arena isə gələn il futbolçuların və azarkeşlərin istifadəsinə veriləcək. Tək AFFA yox, dövlətimiz də bu bayrama böyük maraq göstərirdi. Azərbaycanda idmana, futbola dövlət səviyyəsində böyük diqqət var. Azərbaycanın dövlət başçısı İlham Əliyev yubiley tədbirində iştirak etmək üçün Bakıya gəlmiş FİFA və UEFA prezidentlərini şəxsən qəbul etdi. Bayram tədbirlərinin ən mühüm hissəsi kimi Bakı Olimpiya Stadionunun təməlinin qoyulmasını göstərə bilərəm. Həmin mərasimdə dövlət başçımız FİFA, UEFA və AFFA rəhbərləri ilə birlikdə iştirak etdi və təkcə bizim ölkənin yox, regionumuzun ən möhtəşəm arenasının təməlini qoydu. Bu dövlətimizin futbola nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Biz bilirik ki, Prezident İlham Əliyev futbolçularımızın istər klub, istərsə də milli komandalar səviyyəsində keçirdikləri oyunları diqqətlə izləyir. Ağdamın “Qarabağ” klubu Avroliqada uğurlu çıxış edərkən dövlət başçımız onlarla yaxından maraqlandı, klubun baş məşqçisi Qurban Qurbanovla telefon əlaqəsi saxladı. Klublarımız MDB ölkərinin çempionları arasında keçirilən “Birlik kuboku”nu qazanarkən dövlət başçımız tərəfindən şəxsən qəbul edildilər. Bütün bunar Azərbaycan Prezidentinin idmana, idmançılara nə qədər diqqət göstərdiyinin bariz nümunələridir.
- Dövlətin bu qədər diqqət göstərməsinə baxmayaraq, milli komandamız hələ də bizləri sevindirə bilmir. Yığmanın belə zəif oyunu nə ilə bağlıdır?
- Milli komandamızın belə oyunu bütün futbol azarkeşləri kimi biz futbol veteranlarını da çox təəssüfləndirir. İstərdik ki, yığmamız ən azı əzmkar oyun göstərsin. Ola bilər ki, yığmamızın ustalıq səviyyəsi aşağı olsun. Amma gərək əzmkarlıq olsun, futbolçularımız meydançada mübarizə aparsınlar. Biz yığmanın son iki oyununda bunları görmədik. Xüsusilə, Astanada Qazaxıstan yığma komandası ilə keçirilən oyunda biz futbolçularımızda əzmkarlıq görmədik. Almaniya ilə oyunun ilk 30 dəqiqəsində biz gördük ki, futboçularımız əzmkarlıqla oynadılar.
- Deməli, istəyəndə mümkün olur, bəs niyə futbolçularımız bunu həmişə göstərmirlər?
- Futbolda hər cür nəticə olur. Bizim azarkeşlərimiz məğlubiyyəti alqışlaya bilər, amma yetər ki, stadionda futbolçularımızın əzmlə mübarizə apardığını görsün. Mənə elə gəlir ki, buna görə alman baş məşqçi Berti Foqtsu o qədər də çox günahlandırmaq lazım deyil. Sadəcə, futbolçularımız meydançada məsuliyyətli, tələbkar olmalıdırlar. Onlar dərk etməlidirlər ki, milli komandanın forması altında beynəlxalq yarışlarda meydanaçaya çıxaraq özlərini və ya klublarını yox, müstəqil Azərbaycanı təmsil edirlər. Bizim vaxtımızda “Neftçi” SSRİ çempionatında Azərbaycanı təmsl edirdi. Bu komandaya düşmək çox çətin idi. Amma biz - komandanın formasını geyinən futbolçular ölkəmizi, Bakını SSRİ çempionatında təmsil etdiyimizi dərk edirdik, bu məsuliyyətin nə olduğunu bilirdik və çox ciddi hazırlaşırdıq. Doğrudur, həmin vaxtlarda biz ev oyunlarında istədiyimiz oyunu göstərərək lazım olan xalı və ya xalları qazanırdıq. Amma səfər oyunlarında çox vaxt bunu etmək olmurdu. çox güclü rəqabət var idi. “Spartak”, “Dinamo” Moskva və sair kimi klublar var idi. Amma biz yenə də “Neftçi”yə xas layiqli oyun göstərməyə çalışırdıq və buna nail olurduq. Bilirdik ki, ölkəmizi təmsil edirik. Həmin illərdə bizdə güclü futbol məktəbləri var idi. Bakıda və bölgələrdə güclü məktəblərimiz fəaliyyət göstərirdi və buna görə də, güclü rəqabət yaranmışdı. Mən çox istərdim ki, indi də milli komandaya düşmək uğrunda ciddi rəqabət olsun.
- Ona görə də, regionlarda bu işə xüsusi diqqqət ayrılmalıdır.
- Bəli, razıyam. Son illərdə bu istiqamətdə çox işlər görülür. Regionlarda uşaq futbol komandalarının sayı artır. Əgər əvvəllər bu komandaların sayı az idisə, artıq xeyli irəliləyiş var. Bizim 15 və 17 yaşlı yığma komandalarımız bir sıra uğurlara nail olublar. AFFA xaricdə yaşayan və futbol oynayan soydaşlarımızı milli komandaya cəlb etmək üçün iş aparır. 17 yaşlılardan ibarət yığmanın heyətində oynayan 5-6 futbolçu var ki, müxtəlif səbəblərdən ölkəni tərk edərək xaricdə yaşayırlar. Amma onlar artıq milli komandamızın formasını geyinirlər. Bu faktlar isə gələcəyə ümidlə baxmağa əsas verir.
Anar Miriyev
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11

