Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı hər an işğaldan azad etməyə qadirdir
25.06.2011 [09:06]
- Anar müəllim, 26 İyun - Silahlı Qüvvələr Günü ölkəmizdə hər il yüksək səviyyədə qeyd olunur. İstərdik ki, öncə ordumuzun keçdiyi yol haqqında fikirlərinizi bildirəsiniz...
- Azərbaycan Silahlı Qüvvələri şərəfli bir yol keçib. Ordu xalqa, dövlətə məxsusdur. Bu gün elə bir ailə yoxdur ki, onun hansısa üzvü ordu sıralarında xidmət etməsin. Eyni zamanda, ordu dövlətin, vətəndaşların qürur mənbəyi və dayağıdır. Bu mənada orduya dövlətimizin, cənab Ali Baş Komandanımızın diqqəti və qayğısı bütün vətəndaşlarımız üçün qürurvericidir. Qısaca olaraq ordumuzun yaranma tarixinə nəzər saldıqda maraqlı bir bənzərliyin şahidi ola bilərik. ötən əsrin əvvəllərində-ilk müstəqil cümhuriyyətimizin qurulduğu dövrdə də, 1990-cı illərdə yenidən müstəqilliyimizin əldə olunduğu zamanda da eyni problemlərlə qarşı-qarşıya qaldıq. Hər iki dövrdə imperiyanın dağılmasının ardından müstəqilliyin əldə olunması iqtisadi problemlərlə yanaşı, erməni təcavüzünün eyni formada aparılması ordunun yaranması, formalaşması üçün müəyyən çətinliklər yaradırdı. Amma qısa müddətdə-son 18 ildə ordumuzun bu qədər müasir, güclü bir şəkildə inkişaf etməsi dövlətimizin, Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı, ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin orduya göstərdiyi diqqətin nəticəsidir. Bundan başqa, 1992-ci ildə Azərbaycan ordusunun yaranması dövründə keçmiş İttifaqın bir sıra nöqtələrindən zabitlərimiz Vətənə döndülər. Gələn zabit heyətinin ən azı 70-80 faizi General Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları idi. Nəzərə almaq lazımdır ki, Ulu öndərimiz 1970-ci illərdə həmin hərbi məktəbin açılması üçün olduqca böyük zəhmət sərf edib. Bu, ümummilli liderimizin uzaqgörənliyinin nəticəsi idi. Bu, milli hərbi kadrlarımızın yetişməsində mühüm məqam idi. O dövrdən indiyə qədər görülən işlər bəhrəsini verməkdədir və artıq Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü ordudur. Silahlı Qüvvələrimiz dövlətimizin və xalqımızın keşiyində şərəflə dayanır.
- Ordunun döyüş qabiliyyətinin təşkilində, eləcə də, mənəvi gücün formalaşmasında hərbi təhsilin də xüsusi rolunun olduğunu desək yanılmarıq. Bu baxımdan, çalışdığınız Hərbi Akademiyanın üstünlüyü nədən ibarətdir?
- Ordumuzun döyüş qabiliyyəti digər amillərlə yanaşı, həm də təhsillə bağlıdır. çünki orduda təhsil, tədris sahəsində islahatların aparılması, eyni zamanda, nəticə olaraq savadlı zabit heyətinin yetişməsinə və digər tərəfdən də döyüş qabiliyyətinin gücləndirilməsinə gətirib çıxaran bir amildir. Məlum olduğu kimi, Azərbaycanın NATO ilə birgə təlim və təhsilə fəaliyyət planına müvafiq olaraq Silahlı Qüvvələrin tədris proqramlarının təkmilləşdirilməsi üçün Hərbi Akademiyada, hərbi liseylərimizdə müəyyən işlər görülüb. Bu da nəticə etibarilə inkişafa səbəb olub.
- Azərbaycanda ordu ilə cəmiyyətin münasibətlərini necə qiymətləndirmək mümkündür?
- Azərbaycan xalqı hər zaman öz əsgərinə qarşı çox isti bir münasibətdə olub. Biz cəmiyyətdən kənar bir təşkilat deyilik, bir institut kimi, cəmiyyətin bir hissəsiyik. Hər birimiz hərbçi olsaq da, bu cəmiyyətin içində yaşayırıq. Azərbaycan cəmiyyəti heç zaman orduya qarşı mənfi münasibətdə olmayıb. Ordu da heç zaman cəmiyyətdən kənar fəaliyyət göstərməyib. Münasibətləri tam müsbət olaraq göstərmək lazımdır.
- ölkəmizdə hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi yönündə hansı tədbirlər davam etdirilir?
- Sosialyönümlü tədbirlər, hərbi şəhərciklərdə aparılan yenidənqurma işləri də son illərdə dövlətimizin hərbi qulluqçulara göstərdiyi diqqətin bariz nümunəsidir. Bu mənada, hərbçilərin əməkhaqlarının artırılması məsələsini də xüsusi vurğulamaq lazımdır. Demək olar ki, hər il hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı müvafiq addımlar atılır. Bundan başqa, yaşayış yerlərinin abadlaşdırılması və yenidən tikilməsi ilə əlaqədar lazımi tədbirlər görülür. Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyində tikinti, yenidənqurma ilə bağlı addımlar atılıb. Bu proses hazırda uğurla davam etməkdədir.
- Anar müəllim, siz Azərbaycan ordusu haqqında ətraflı məlumat verdiniz. Amma torpaqlarımızın bir hissəsinin işğal olunduğunu nəzərə alsaq, təcavüzkar tərəfin də vəziyyəti daim diqqət mərkəzində olmalıdır. Sizcə, Azərbaycan və Ermənistan ordusunu müqayisə edərkən hansı nəticəyə gəlmək olar?
- Bildiyiniz kimi, Azərbaycan Silahlı Qüvvələri özünün gücü və qüdrəti baxımından Cənubi Qafqaz regionunda liderdir. ölkəmizin iqtisadi potensialı gücləndikcə, ordumuz da güclənir. Azərbaycan ordusu Ermənistanın ordusu ilə müqayisəyə gəlməyəcək dərəcədə güclüdür. Azərbaycanın iqtisadi potensialı Ermənistandan qat-qat güclü olduğu üçün bu fərq özünü orduların vəziyyətində də göstərir. Bir faktı qeyd edək ki, dövlət büdcəmizdən hərbi-müdafiə xərclərinə ayrılan vəsait Ermənistanın dövlət büdcəsinin həcmindən çoxdur. Bu fakt da ordumuzun gücünün göstəricisidir. Onu da deyim ki, işğalçı dövlətdə ali hərbi təhsil də, demək olar ki, yox səviyyəsindədir. ümumiyyətlə, Ermənistan təcavüzkar siyasətilə qazandığından çox itirib. Amma biz, hərbçi olaraq, hər bir an torpaqlarımızın azadlığı istiqamətində hazırlığımızı davam etdiririk. Və hər bir an döyüşə hazırıq, torpaqlarımızı da azad etməyə hazırıq.
Mənəvi-psixoloji hazırlığa gəldikdə isə bizim ikinci dəfə keçirilməsi nəzərdə tutulan hərbi paradımızı qeyd etmək istəyirəm. Hərbi parad hər bir vətəndaş üçün qürurverici hadisədir. Biz hər gün o müasir texnikaları bir arada görə bilmirik. Hərbi paradda onların nümunələri nümayiş etdirilir və bu da ordumuzun qüdrətinin göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

