/ / Əli Həsənov: Kazan görüşü bir daha göstərdi ki, Ermənistanla daha sərt dildə danışmaq, ona daha sərt təzyiqlər göstərmək lazımdır
Əli Həsənov: Kazan görüşü bir daha göstərdi ki, Ermənistanla daha sərt dildə danışmaq, ona daha sərt təzyiqlər göstərmək lazımdır
30.06.2011 [10:40]
Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi:
- Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünü necə qiymətləndirirsiniz?
- Burada əlbəttə, uğurdan danışmağa dəyməz. Amma hər halda hər bir görüş və görüşdə ortaya qoyulan məsələ, ona tərəflərin yanaşması erməni tərəfinin qeyri-konstruktivliyini sübut etmək üçün əlavə bir amil, imkan olur, bundan da Azərbaycan tərəfi istifadə edir. Son görüşdə də Ermənistan prezidentinin bu məsələyə yanaşması, ortaya qoyduğu qeyri-konstruktiv mövqe onu göstərdi ki, Ermənistan dövləti Dağlıq Qarabağ problemini beynəlxalq hüquq normalarına müvafiq şəkildə həll etməyə hazır deyil, yaxud, onu həll etmək istəmir. Bu, bir daha bu məsələyə diqqət yetirən ABŞ, Fransa və Rusiyanın prezidentlərinə, bu ölkələri təmsil edən həmsədrlərə göstərdi ki, bu ölkə ilə daha sərt dildə danışmaq, ona daha sərt təzyiqlər göstərmək, nəhayət beynəlxalq hüquq normalarını daha iradə ilə ortaya qoymaq lazımdır. Erməni tərəfi bu danışıqlarda səmimi, konstruktiv deyildi, onların qeyri-səmimiliyi və qeyri-konstruktivliyi də danışıqların “ölü nöqtədən” irəliləməsinə mane olur.
- Bir neçə gün öncə Bakıda səfərdə olan ABŞ dövlət katibi müavininin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melia bəyan edib ki, “Azərbaycanda insan hüquqlarının vəziyyəti daha yaxşı ola bilər və olmalıdır”. Onun dediklərini nə qədər obyektiv sayırsınız?
- Tomas Melia ilə mən Prezident Administrasiyasında görüş keçirdim. Onun mülahizələri, Azərbaycanla bağlı onda olan məlumatlar müzakirə olundu. Bir neçə məsələ ətrafında fikir mübadiləsi apardıq. Diskussiya qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində keçdi. Əlbəttə, onun fikirlərində bizi qane etməyən müəyyən məsələlər var idi, bunlarla bağlı müvafiq cavablar verildi. Həmçinin, onda olmayan, yaxud olan, lakin birtərəfli sayılan informasiyalarla bağlı da Azərbaycan hakimiyyətinin mövqelərini, mövcud vəziyyətlə bağlı informasiyaları çatdırdım. Düşünürəm ki, ABŞ-ın bugünkü Administrasiyası, ABŞ Dövlət Departamenti və digər strukturlarla əməkdaşlığı ABŞ-Azərbaycan münasibətlərinin ruhuna uyğun şəkildə bundan sonra da davam etdirəcəyik.
- Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin “Trafficking in persons report 2011” adlı hesabatında Azərbaycan insan alverinə qarşı mübarizənin minimal standartlarına cavab verməyən, lakin bu istiqamətdə müəyyən addımlar atan ölkələr siyahısına daxil edilib...
- Bilirsiniz, Qərb ölkələrinin öz metodoloji yanaşmaları, bu və ya digər proseslərin, atılan addımların dəyərləndirilməsi ölçüləri var. Azərbaycan bir az fərqli standartlar, fərqli ölçülərlə yanaşır. Məsələn, postsovet məkanı ölkələri ilə bizim yanaşmalarımız, metodoloji dəyərləndirmələrimiz üst-üstə düşür. Amma Qərblə müqayisədə əlbəttə, müəyyən fərqlər var. Ona görə də, bunlar təbii hallardır. Azərbaycan ola bilsin ki, ABŞ və Avropa Birliyinin standartlarına müəyyən sahələr üzrə cavab vermir. Amma bu, o demək deyil Azərbaycanda iş getmir, yaxud, bunu inkar etmək lazımdır. Siz deyən hesabatda da mən inkar görmürəm. Sadəcə, onlar daha yüksək nəticə, daha yüksək yanaşma gözləyirlər. Biz də Azərbaycanın imkanları daxilində olan məsələlərə əməl edirik, olmayanlar üçün də həmin standartlara çatmaqdan ötrü çalışırıq.
- İctimai Palatanın fəaliyyətini izləyirsinizmi? Bu qurumun indiki durumu barədə nə deyə bilərsiniz?
- Mən İctimai Palata adlandırılan bu qurumun fəaliyyəti ilə bağlı bir neçə dəfə fikir söyləmişəm. Bunu anlayanlar da, qərəzli yozanlar da olub. Oradakı bəzi insanları mən yaxşı tanıyıram və həmin şəxslərin bu və ya digər məsələ ilə bağlı ağıllı qərar çıxarmaq imkanlarına da şübhə etmirəm. Amma ora yığışan insanların hamısı haqqında bu sözü demək olmaz. Ora hər cür insan yığışıb. İctimai Palata adlandırılan qurumun formalaşmasının əsas prinsipi isə sanki radikal anti-iqtidar mövqeyidir. Hər radikal anti-iqtidar mövqeyində olan insan bu və ya digər aksiya ilə, tədbirlə bağlı - özü də siyasi, taleyüklü məsələlərlə bağlı ağıllı, optimal qərar verə bilməz. O qurumun tərkibində ciddi emosional mühit var. O qurumda bir-birini yola verməyən, bir-birinə nifrət edən insanlar toplaşıb. Onları birləşdirən yeganə şey anti-iqtidar nifrətidir. Anti-iqtidar nifrəti üzərində isə siyasət qurmaq olmaz. Bir-birini qəbul etməyən, bir-birinin fəaliyyəti, düşüncələri ilə razı olmayan insanların bir araya gəlib optimal qərar çıxarması çox çətindir. Hətta, eyni cür düşünən insanlardan ibarət partiyaların tərkibində belə ən optimal qərarları qəbul etmək bəzən çətin olur. O ki, ola anti-iqtidar nifrəti ilə birləşmiş hər cür insan, hər cür məslək sahibi bir arada cəmləşib yaxşı qərar çıxara...
Bu, həmişə sosioloqlarda, alimlərdə şübhə doğurub. Ona görə də, hətta həmin qurumu müzakirə etməyi belə mən artıq hesab edirəm. Onların çıxara biləcəyi ən obyektiv, ağıllı qərar o ola bilər ki, qurumu buraxsınlar, siyasi partiyalar çərçivəsində fəaliyyət göstərərək ictimai institut kimi siyasi partiyaların fəaliyyətini təkmilləşdirsinlər.
- Zaman-zaman gündəmə gətirilən hakimiyyət-müxalifət dialoqu ilə bağlı yenilik varmı?
- Dünyanın bütün ölkələrində, xüsusən də, parlamenti çoxpartiyalı sistem əsasında formalaşmış ölkələrdə belə dialoqlar mütəmadi aparılır. Bu dialoqlar qanun çərçivəsində, sivil formada parlament səviyyəsində baş tutur. Azərbaycanda da bu dialoq var. ölkə parlamentində təmsil olunan onlarla partiya üzvünün gündəlik bir arada Azərbaycanın ictimai, siyasi, mədəni həyatı ilə bağlı qanunların, Azərbaycanın daxili və xarici siyasətinin müzakirə edilməsi çərçivəsində bu dialoqlar davam edir. Bəzən bu dialoqlar ayrı-ayrı tədbirlər, forumlarda, konfrans və seminarlarda həyata keçirilir. Dialoq necə olur? Dialoq elə belə olur da...
Bu gün Azərbaycan Əfqanıstan deyil ki, əlinə silah alıb hakimiyyətə qarşı mübarizə aparan Talibanla hakimiyyətdə olan insanlar bir araya gəlsin, silahlarını yerə qoyub, dialoq aparsınlar. Azərbaycan sivil demokratik dövlətdir. Burada dialoq parlamentdə və ya digər yüksək forumlarda aparıla bilər və aparılır. Bir qrup radikal müxalifət özünü bu proseslərdən kənarda qoyursa, bu, qətiyyən dialoqun olmaması demək deyil.
- “Bloomberg” agentliyinin fotomüxbiri, erməni əsilli Diana Markosyanın Bakıya buraxılmaması ilə bağlı yaranmış vəziyyəti necə şərh edərdiniz?
- Hər hansı mətbuat orqanı - beynəlxalq, transmilli imicli, yaxud, hansısa ölkəni təmsil edən KİV - istənilən informasiya agentliyi, onun jurnalisti getdiyi ölkənin qayda-qanununa, normalarına hörmətlə yanaşmalıdır. Adını çəkdiyiniz agentlik əvvəlcədən Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edib ki, filan jurnalistin ölkəyə gəlməsi üçün akkreditasiya lazımdır. Həmin fotomüxbirin akkreditasiyasından da imtina olunub. İmtinanın da səbəbi o göstərilib ki, bu familiyalı şəxsin ölkə ərazisində təhlükəsizliyi üçün qısa müddətdə xüsusi tədbirlər görülməlidir və s. Həmçinin, qeyd edilib ki, XİN bu işləri qısa müddətdə görə bilməz. Sonda da təklif olunub ki, siz bu fotomüxbirinizi dəyişin, başqa fotomüxbir göndərin. Həmin KİV orqanının kifayət qədər seçimi vardı, başqa fotomüxbir göndərə bilərdi. Amma təkidlə demək ki, məhz bu gələcək - bu, ölkənin qanunlarına, bizə qarşı həqarətdir. Biz bunu qəbul edə bilmərik. Jurnalist getdiyi ölkələrin qayda-qanunlarına əməl etməlidir. Azərbaycan vətəndaşları, o cümlədən, jurnalistlərimiz bəzən aylarla hər hansı xarici ölkəyə getmək üçün viza ala bilmir. özü də həmin şəxslərə viza verilməməsinin səbəbini heç vaxt izah etmirlər. Qısaca deyirlər ki, bu onların öz hüququdur, istəsələr, viza verərlər, istəsələr yox. Hesab edirəm ki, “Bloomberg” agentliyi bu məsələ ilə bağlı hər hansı bir açıqlama verəcəksə, bu zaman ölkəmizin milli haqlarını, dövlətin normalarını unutmamalıdır.
- Bakıda amerikalı jurnalist və britaniyalı hüquq müdafiəçisini döyən şəxslərin saxlanılması, bəzi mətbu orqanlarının bu mövzuda yazdığı tənqidi məqalələrə də münasibət maraqlı olardı.
- Artıq bu məsələdə münasibət aydındır. Təəssüflər olsun ki, müxalifət və bəzi dairələr bu məsələdən də sui-istifadə etməyə çalışdı. Bu gün də çalışır ki, bəs necə olur, onlar tutuldu, başqası tutulmadı-filan. Bu gün Azərbaycanda kriminogen vəziyyət tam sabitdir. Heç bir ölkədə hər hansı vətəndaşa qarşı hansısa qanunsuz əməlin edilməsi halları istisna deyil. Heç bir ölkə bu və ya digər cinayətkarlardan, yaxud, cinayət hadisəsindən sığortalanmayıb, o cümlədən, Azərbaycan da. Azərbaycanda da məsələn, gecə saat birin yarısında küçədə hansısa yetkinlik yaşına çatmamış gənc, yaxud, başqası xuliqanlıq hərəkəti törədə bilər. Ancaq Azərbaycan polisinin operativliyi göstərdi ki, ölkəmizdə bu cür hallara çox ciddi yanaşırlar. Sübut da olundu ki, burada siyasi, yaxud, digər motiv yoxdur. Bu, sadəcə, bir qrup gəncin hərəkətindən başqa bir şey deyil. Bir daha sübut olundu ki, Azərbaycan hakimiyyəti istər öz vətəndaşlarının, istərsə də əcnəbilərin təhlükəsizliyinə diqqətlə yanaşır, söz və mətbuat azadlığı ilə bağlı uydurulanlar, yazılanlar hamısı yalandır, Azərbaycan hakimiyyətinin bu sahədə məqsədləri aydın və səmimidir.
- Milli Mətbuat Gününün 136-cı ildönümü ilə bağlı Prezident Administrasiyası tərəfindən hansısa tədbirlər nəzərdə tutulurmu? Məsələn, qəzetlərə birdəfəlik yardımlar ayrılacaqmı?
- Bu il üçün dövlət tərəfindən qəzetlərə birdəfəlik yardım ayrılması nəzərdə tutulmayıb. Bu cür yardımlar bir qayda olaraq Milli Mətbuat Gününün yubiley illərində ayrılır.
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11

