"Şöhrət" ordenli Xalq artisti YAP-a üzv olmaq istəyir
06.09.2011 [10:06]
Görkəmli sənətkar, tanınmış səhnə ustası, Xalq artisti, “Şöhrət” ordenli Yaşar Nurinin “Yeni Azərbaycan” qəzetinə müsahibəsi:
- Yaşar müəllim, yubiley ərəfəsində özünüzü necə hiss edirsiniz?
- özümü normal hiss edirəm. Bir az ağrılarım var, o da yəqin ki, bir müddət əvvəl keçirdiyim xəstəliyimlə bağlıdır. Başqa heç nə yoxdur, hər şey normaldır. İnsanların, xalqımızın sevgisini görəndə isə daha da xoşbəxt oluram. Deməli, düzgün yolda olmuşam, həyatımı boş, mənasız yaşamamışam. Bundan sonra da belə davam etməliyəm. Həyat eşqi hələ ki var.
- Həyat eşqi varsa, deməli, yaşayıb yaratmaq əzmi də var...
- Bəli, insanların sevgisi, dövlətimizin diqqəti, qayğısı, şəxsən ölkəmizin başçısının mənə olan yüksək münasibəti işləməyə, yaratmağa ruhlandırır. Hazırda yeni rollar üzərində işləyirəm. Adını deməyəcəm, iki pyesin tamaşasını hazırlayırıq. Bir də Vaqif Mustafayevin yeni filmində çəkiləcəyəm. Bu yaxınlarda isə yeni bir filmin çəkilişini başa çatdırdıq. Samir Kərimoğlunun Qarabağla bağlı filmidir - “Mən evə qayıdacağam”. İkinci filmin çəkilişinə isə yanvardan sonra başlayacağıq.
- Yaşar müəllim, yubileyiniz ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev sizin “Şöhrət” ordeni ilə təltif olunmağınız haqqında Sərəncam imzaladı. Artıq həm də “Şöhrət” ordenli sənətkar olmaq, titullarınızın yanına bir də bu adı əlavə etmək sizin üçün nə deməkdir?
- Möhtərəm Prezidentimizə təşəkkürümü bildirirəm ki, məni “Şöhrət” ordeni ilə təltif etdi. Fəaliyyətim dövründə çox mükafatlar almışam, çox şey görmüşəm. Amma “Şöhrət” ordeni almaq tamam fərqli, başqa bir duyğudur, çox gözəl bir duyğudur. Həmçinin, bu böyük məsuliyyətdir, gərək ki, şöhrətli insan “Şöhrət” ordeni daşısın. “Şöhrət” ordenli insanda sənətkarlıq və yenə də sənətkarlıq olmalıdır. Bundan sonra daha çox çalışmalıyam, durmaq olmaz, insanlar, dövlətimiz məndən daha böyük işlər gözləyir.
Mən cənab Prezidentə həm də ona görə təşəkkür etmək istəyirəm ki, sənətə, mədəniyyətə bu qədər qayğı göstərir. Təbii ki, Onun gördüyü işlər təkcə mədəniyyət sahəsini əhatə etmir. Yəni, bu gün Azərbaycanın yüksək səviyyədə və hərtərəfli şəkildə inkişaf etdiyi hamı tərəfindən qeyd olunur. İki gün öncə mənim bir dostum Batumidən gəlmişdi. İnandırım sizi onunla danışanda mən necə fəxr hissi keçirirdim. Bu gün təyyarəyə minib səmadan baxanda Bakı necə gözəl görünür, onu sözlə ifadə etmək çətin məsələdi. Hər halda, qurub-yaradan insana dayaq olmaq lazımdır. Ona görə də, xalq Prezident İlham Əliyevə dayaqdır. Prezident də xalqın bu dəstəyinə, etibarına arxalanaraq, işləyir, yaradır, Azərbaycanı inkişaf etdirir.
- Yaşar müəllim, bilirik ki, siz həm də bir ziyalı kimi, ölkəmizdə cərəyan edən prosesləri daim diqqətdə saxlayırsınız, təhlillər aparırsınız. Ona görə də, sizə belə bir sualla da müraciət etmək istədik. Sirr deyil ki, ölkəmizdə həyata keçirilən böyük dəyişikliklərdə, inkişafda hakim partiya kimi Yeni Azərbaycan Partiyasının (YAP) da rolu böyükdür. Məhz bu səbəbdən də, partiyamıza ictimai maraq kifayət qədər yüksəkdir. O cümlədən, sənət xadimlərimiz partiyamızın sıralarında birləşiblər. Maraqlıdır, sizin də hakim partiyaya üzv olmaq fikriniz varmı?
- Açığı demək istəyirəm ki, mənim övladlarım artıq YAP-a üzv olublar, özüm hələ üzv olmamışam. Amma bu yaxınlarda mən də hakim partiyaya üzv olacağam. Bütün Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasını dəstəkləyir. Bu partiyanın gördüyü işlər, xalqımızın firavanlığı, dövlətimizin güclənməsi yönündə atdığı addımlar göz qabağındadır. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır, Ulu öndər Heydər Əliyev ideyalarını özündə yaşadan və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların reallaşdırılmasında yaxından iştirak edən partiyadır. Ulu öndərin həyata keçirdiyi quruculuq siyasətinin reallaşmasında dahi rəhbərin bir nömrəli köməkçisi məhz Yeni Azərbaycan Partiyası olub. Mən görürəm ki, ölkəmizdə qazanılan hər bir uğurda, eyni zamanda, mədəniyyət sahəsində əldə edilən nailiyyətlərdə YAP-ın da özünəməxsus əməyi, zəhməti var. Ona görə də, mən YAP-ın rolunu, xidmətlərini yüksək qiymətləndirirəm.
- Yaşar Nuri kimi deyil, sadə, sıradan bir vətəndaş kimi, Yaşar Nurinin Azərbaycan mədəniyyətində, sənətində əldə etdiyi nailiyyətləri, xidmətlərini yetərli hesab edirsinizmi, yoxsa hələ fəth olunacaq zirvələr çoxdur?
- Zirvə yox. Mən zirvəyə qalxan adam deyiləm. Amma hələ çox şeylər etməliyəm, çox şeylər. Axı dövlət mənim boynuma məsuliyyət qoyub - Xalq artisti, “Şöhrət ordeni”, dövlət mükafatları lauriyatlarıyam. “Şöhrət ordeni”ndən o yana daha heç nə yoxdu. Mən düşünürdüm ki, 60 yaşımda səhnə ilə xudahafizləşim. Amma möhtərəm Prezidentimiz mənə elə bir məsuliyyətli ad verdi ki, gərək bir 15 il daha çalışım.
- Yaşar müəllim, karifey, böyük bir sənətkar kimi teatrlarımızda mövcud vəziyyəti, səviyyəni necə dəyərləndirirsiz?
- Təbii ki, inkişaf prosesləri gedir. İnanıram ki, teatrımızı gözəl gələcək gözləyir. Bilirsiniz ki, son dövrlər teatrlarımızın maddi texniki bazasının möhkəmləndirilməsi, bu sahənin inkişafı istiqamətində dövlət tərəfindən kifayət qədər böyük işlər görülüb. Cənab Prezidentin Sərəncamı ilə teatrlarımız əsaslı təmir edilib, yenidən qurulub. Bizim teatrımız da yüksək səviyyədə təmir edilib və təmirdən sonra ilk olaraq, oktyabrın 5-də mənim yubileyim keçiriləcək.
- Etiraf edək ki, bu gün, təkcə Azərbaycanda deyil, ümumiyyətlə, dünyada teatrlara maraq qismən də olsa azalıb. Bunu texnika və texnologiyaların inkişafı və cəmiyyət həyatına həddən artıq siraət etməsi ilə izah edənlər çoxluq təşkil edirlər. Siz bunu nə ilə izah edərdiniz?
- Bununla bağlı fikirlər müxtəlifdir. Şübhəsiz ki, texnologiyanın inkişafı müəyyən dərəcədə rol oynayıb. Axı biz inanmırdıq ki, telefonu açanda ordan şəkil çıxacaq və ya küçədə gedəndə telefonla danışacağıq. Yeni texniki imkanlar insanların istənilən vaxt və məkanda film izləməsini asanlaşdırıb. Bu da insanları, xüsusilə, gəncləri teatrdan uzaqlaşdırır. Əlbəttə, teatr dəyişmir, olduğu kimi qalır. Lakin ətrafda hər şey dəyişir və bu dəyişikliklər teatra da təsir göstərir. Yavaş-yavaş yəqin ki, hər şey öz yerini alacaq. Mən teatrlarımızın gələcəyinə inanıram. Camaat gedib kosmosda məskunlaşsa da teatr yaşayacaq. Teatr var və həmişə olub.
- Bu gün Azərbaycan tamaşaçısının teatrlara daha az müraciət etməsinin səbəbi nə ilə bağlıdır? Yəni, kifayət qədər sanballı sənətkarlarımız, yeni maraqlı əsərlərimiz var. Amma tamaşaçı marağı əvvəlki səviyyədə deyil.
- Azərbaycan dövləti çox ağır mərhələlərdən keçdi. 1990-cı illərin əvvəllərində ölkədə mövcud olan problemlər bütün sahələrə, o cümlədən, mədəniyyətimizə də ağır zərbələr vurdu. Bir çox teatrlarımız o vaxt fəaliyyətini dayandırdı, maddi imkansızlıq ucbatından bəzi sənətkarlarımız səhnəni tərk etdi. Böyük, karifey sənətkarlarımızı itirdik, tamaşaçı teatr salonlarından qaçdı. Belə olduğu halda, tamaşaçıları yenidən teatrlara cəlb etmək çox çətin məsələdir. Amma onu da vurğulamalıyıq ki, əvvəlki illərlə müqayisədə artıq bu sahədə də müəyyən irəliləyişlər gözə çarpır, tamaşaçılar yenidən teatlara üz tutmağa başlayıblar.
- Son olaraq yubileyiniz ərəfəsində arzularınızı öyrənmək istərdik.
- Mən, xalqımıza firavanlıq arzulayıram. Bir daha cənab Prezidentə, xalqımıza dərin təşəkkürümü bildirirəm. Sizin qəzetinizə də minnətdaram ki, bu gözəl günlərdə məni yenə də yad edirsiniz.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13

