"Onların qəbul etdiyi sənəd divardan asılmış kağızdan başqa bir şey deyil"
02.11.2011 [14:12]
“Media forum” saytının suallarını hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov cavablandırır:
- İctimai Palatanın 28 oktyabr sessiyasında 2013-cü il prezident seçkisi ilə bağlı bəyanat qəbul edilib. Bəyanatda qeyd olunur ki, hakimiyyətin qeyri-məhdud müddətdə bir şəxsin əlində qalması xalqlara və dövlətlərə faciələr yaşadır. Qurum hesab edir ki, dövlət başçısı İlham Əliyev 2013-cü ildə prezident seçkisində iştirak etməyəcəyi barədə bəyanat verməlidir. Prezidentin belə bir bəyanat verməsi mümkündürmü?
- Mən İctimai Palata adlı qurum tanımıram. Beş-on adamın orada yığışıb, nə deməsinin heç bir orta məktəbin müəlliminə aidiyyəti yoxdur, o ki qala Azərbaycan Prezidentinə müraciət etsinlər. Yəni, onların qəbul etdiyi sənəd divardan asılmış kağızdan başqa bir şey deyil. Bunlar gündə bir sənəd yazıb göndərməklə kağızı da zay edirlər.
Getsinlər öz işləri, partiyaları ilə məşğul olsunlar. Kimin nə vaxt prezidentliyə namizədliyini verməsinin onlara heç bir aidiyyəti yoxdur. Bu, Azərbaycan xalqının tələbidir, qərarıdır. Xalq da bunların hamısını qovub töküb kənara və qəti mövqe ortaya qoyub ki, indiki müxalifət siyasətlə məşğul olmasın, çıxsın getsin, siyasətdən birdəfəlik əl çəksin. Amma bunlar əl çəkmirlər. Ona görə də cəmiyyətdən kənarda qalanlar haradasa yığışıb bir sənəd qəbul edirsə, bunu heç gündəliyə çıxarmağın mənası yoxdur. Buna hansısa cavab vermək mənasız bir işdir.
- İctimai Palata hesab edir ki, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət qaydası çağdaş siyasi mədəniyyətlərdə ictimai əxlaq göstəricilərindən biri hesab edilir. Bunu necə qiymətləndirirsiniz?
- 2009-cu ildə Konstitusiyada dəyişiklik edəndə bu məsələni hüquqi, siyasi, mənəvi və insani cəhətdən əsaslandırmışıq. Əgər onların yaddaşları zəifdirsə, oxumaq qabiliyyətləri yoxdursa, hüquqi savadları çatmırsa, onda belə məsələlərə qarışmasınlar.
Seçkili orqana istənilən qədər namizədlik irəli sürülə bilər. İsa Qəmbər 20 ildir Müsavat Partiyasının başqanıdır. Bu necə olur? İsa Qəmbər seçkili orqanda 20 il qala bilər, başqası yox? O kağızdan birini də yazıb onun qabağına qoysunlar da. Bunu niyə etmirlər?
Dünyada seçkili vəzifələrə namizədliyin dəfələrlə irəli sürülməsi, vəzifənin uzun müddət tutulmasına dair yüzlərlə nümunə var. Türkiyədə əsas, aparıcı, idarəedici qüvvə baş nazir postu hesab olunur. Süleyman Dəmirəl yeddi dəfə Türkiyənin baş naziri olub. Helmut Kol on səkkiz il Almaniya kansleri olub. Yaponiyada əlli iki il bir partiya hakimiyyətdə olub və onun təmsilçisi ölkənin baş naziri seçilib. Kiminsə uzun müddət hakimiyyətdə qalmasının yolverilməz olduğu haqda deyilənlərin seçki vasitəsilə vəzifəyə gələnlərə, seçkili orqanlara heç bir aidiyyəti yoxdur. Yaxşı işləyir - xalq seçir, yaxşı işləməyəcək - xalq seçməyəcək. Xalqın seçdiyi şəxslərin insan hüquqlarını kim məhdudlaşdıra bilər? Bu, seçki ilə olan məsələdir.
Ona görə də özləri getsinlər bələdiyyə seçkilərinə hazırlaşsınlar, namizədliklərini versinlər, görək, gündə bir namə yazıb göndərənlər bir kəndin bələdiyyəsinə seçilə bilirlər, yoxsa xalq onları heç bələdiyyə üzvü də görmək istəmir.
- YAP rəhbərliyi dəfələrlə elan edib ki, partiyanın 550 mindən artıq üzvü var və Azərbaycanın ən böyük siyasi təşkilatıdır. Bu qədər üzvü olan partiyanın sıralarında liderliyə, prezidentliyə namizəd olacaq başqa şəxslər də varmı? YAP-ın 2013-cü ildə prezidentliyə başqa namizədinin olması mümkündürmü?
- Əvvəla, YAP Azərbaycanın deyil, regionun ən böyük partiyasıdır. Sualın ikinci hissəsini gəlincə, YAP-ın Sədr müavini-İcra katibi, deputat Əli Əhmədov bu suala cavab verib və partiyanın adından məsələyə münasibət bildirib. Bu gün YAP-ın 560 min üzvü var. Partiyanın üzvləri Azərbaycanın hər bir sahəsində işləyirlər, ölkənin sosial-iqtisadi inkişafı ilə məşğul olurlar, xalqın içindədirlər. Bu gün Azərbaycan xalqının 2013-cü ildə keçiriləcək seçkidə prezidentliyə bir namizədi var - o da İlham Əliyevdir. Xalq yekdilliklə İlham Əliyevin namizədliyini dəstəkləyir və YAP da xalqın mövqeyini əsas götürür.
- Bildirmisiniz ki, müxalifət liderləri sizinlə debata çıxmaqdan imtina ediblər. “Media forum” saytı sizinlə müxalifət liderlərindən birinin debatını təşkil etsə, iştirak edərsinizmi?
- Mən sözümü demişəm. Amma ortaya çıxan, mənimlə debata çıxmaq üçün müraciət edən olmayıb. Debatın yalnız televiziyada canlı olmasını istəyirəm. Bunu qəzetlərdə, saytlarda həyata keçirmək niyyətim yoxdur.
- Dini fəaliyyəti tənzimləyən qanunlara yenidən dəyişiklik edilir. Təklif olunan dəyişikliklərdən biri də xaricdə təhsil almış şəxslərə dini ayinlərin aparılmasının qadağan olunmasıdır. Bu, nə qədər ədalətlidir?
- Dini sahəyə cavabdeh olan qurumlar var və belə bir dəyişiklik təklif ediblər. Belə dəyişikliklər böyük araşdırmalardan sonra ortaya çıxır. çünki İranda təhsil alıb Azərbaycana qayıdan şəxsin hansı dini sistemi həyata keçirəcəyi bəllidir. Başqa bir ölkədə dini təhsil alanın da nə edəcəyi məlumdur. Azərbaycanda isə kifayət qədər universitet, dini sahədə kadrlar hazırlayan ayrıca təhsil müəssisəsi var. Bu universitetlərdə din xadimləri yetişdirilir.
Hesab edirəm ki, Azərbaycanda dini təhsil alanların səviyyəsi heç də xaricdə oxuyanlardan aşağı deyil. Ona görə də din xadimləri tam yoxlanılmalı və bundan sonra müəyyən dini ayinləri icra etmələrinə razılıq verilməlidir, bu sahəyə buraxılmalıdır. Əks halda dini ayinləri din pərdəsi altında ayrı-ayrı kəşfiyyat orqanlarının yetişdirdiyi, hazırladığı və tapşırıqlar verdiyi insanlar həyata keçirəcəklər.
- Təklif olunan dəyişikliklərdən biri də müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və yaymaq məqsədilə idxal etmə, satma və yaymaya görə cəza verilməsidir.
- Bu da yerinə düşən dəyişiklikdir. Kimsə “Quran”ı özü bildiyi kimi tərcümə edib, satmaq istəyəcəksə, təbii ki, bu, yolverilməzdir. Bununla bağlı ekspertiza keçirilməlidir, baxılmalıdır. Bu, “İncil”, “Tövrat” kimi dini kitablara da aiddir. Dini kitablar insanlara düzgün çatdırılmalıdır. İnsanlar dini kitab alır və oxuyanda görür ki, tamamilə başqa şeylər yazılıb.
- Sərt qadağalar dini kəsimin radikallaşmasına səbəb ola bilərmi?
- Əksinə, dini düzgün formada insanlara izah etmək lazımdır. Dini mərasimi aparan insanın dini savadı orada oturanlardan bir xeyli yüksək olmalıdır. Belə olan halda insanlar din xadiminə qulaq asır. Olmayanda isə din xadimini lağlağı obyektinə çevirir.
- Dediniz ki, İranda oxuyub Azərbaycana qayıdan din xadimlərinin hansı dini sistemi tətbiq edəcəyi məlumdur. Bəzi ekspertlər də hesab edirlər ki, son zamanlar Azərbaycanın dini qanunlarının sərtləşdirilməsi İrandan gələn təhlükələri qabaqlamağa xidmət edir. İran məsələsinin bu qədər qabarmasının səbəbi nədir? İranı Azərbaycan üçün real təhlükə hesab edirsinizmi?
- Azərbaycanın ən geniş sərhədi İranladır. Eyni zamanda, Azərbaycan xalqı ilə Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların etnik mənsubiyyəti, dini, dili, baxışları üst-üstə düşür. Ona görə də İranda olan din xadimlərinin Azərbaycana təsiri digər ölkələrlə müqayisədə daha çox ola bilər. Məsələnin bu tərəfi çox ciddi xarakter daşıyır.
Bir məsələni də nəzərə almaq lazımdır ki, Azərbaycanda insanlar dinlə məşğul olanda İranda heç din yox idi. İranda din təzə - 1979-cu ildən sonra yaranıb. Azərbaycanın isə özünün fundamental dini əqidəsi olub. Hətta Sovet İttifaqı dövründə də kəskin qadağalara baxmayaraq, ölkəmizdə dinə sitayiş, insanların ibadət etməsi düzgün formada həyata keçirilib.
İndi köhnə bazara təzə nırx qoyanlar gəlib çıxıb. Bu cür adamların Azərbaycana buraxılması yolverilməzdir.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

