2011-ci il də yaddaşlarda sürətli inkişaf ili kimi qalmışdır
30.12.2011 [13:38]
- Mübariz müəllim, məlum olduğu kimi, 2011-ci il Azərbaycan üçün bir çox uğurları ilə yadda qalan illərdən biri oldu. Bu xüsusda, ilk olaraq, daxili siyasətdə əldə olunmuş nailiyyətlərə nəzər salmağınızı istərdik...
- Azərbaycan son illər ərzində həm bölgədə, həm də dünyada çox böyük nüfuz qazanmış sürətli inkişaf edən ölkələr sırasına daxil olmuşdur. Bəlli olduğu kimi, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış və bu gün, bu strateji kursu uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin etmişdir. Hər bir ölkənin inkişafının göstəriciləri təbii ki, ilk olaraq, rəqəmlərdə ifadə olunur. ümumi daxili məhsulun (üDM) artımı, sənaye və kənd təsərrüfatı istehsalının yüksəlməsi, yeni iş yerlərinin açılması, əhalinin real gəlirlərinin artması, rihafının yaxşılaşması və s. kimi faktorlar bütövlükdə dövlətlərin inkişafının indikatorlarıdır. Əlbəttə ki, hər bir dövlətin inkişaf səviyyəsi müəyyənləşdirilərkən, beynəlxalq təşkilatların, maliyyə qurumlarının hesabatları nəzərə alınır. Məhz burada tərtib olunmuş reytinq sıralamalarında dövlətlərin inkişafının ilkin göstərici qismində investisiya cəlbetmə baxımından hansı üstünlüyə malik olması təsvir edilir. Digər tərəfdən, həmin ölkələrin iqtisadi baxımdan etibarlılığı diqqətdə saxlanılır. Haqqında danışdığımız göstəricilər əsasında biz Azərbaycanın son illər ərzində hansı səviyyədə inkişaf etdiyinin şahidi oluruq.
Aydındır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun nəticəsi olaraq, Azərbaycan iqtisadi sahədə keçid dövrünü arxada qoymuşdur. Əlbəttə ki, bu gənc bir dövlət üçün çox ciddi bir göstəricidir.
ümumiyyətlə, dünyada dövlətlər inkişaf səviyyəsinə görə təsnifatlaşdırılır. Hətta bu gün planetdə elə ölkələr mövcuddur ki, onlar yoxsulluq həddində yaşayırlar. Həmin dövlətlərin adı siyasi xəritələrdə olsa da, beynəlxalq təşkilatlarda çəkilsə də, onlar öz xalqlarını hərtərəfli şəkildə təmin və idarə etmək iqtidarında deyillər. Amma dünyada elə dövlətlər də var ki, onlar yüksək səviyyədə inkişaf etmiş sənaye cəmiyyəti qurmaqla İnkişaf Etmiş ölkələr (İEö) qrupuna daxil olmuşlar. Belə ölkələrin sayı isə azdır.
Lakin dünyada inkişaf etməkdə olan dövlətlər də mövcuddur ki, onların sayı inkişaf etmiş ölkələrə nəzərən çoxdur. Bu ölkələrin qarşısında duran hədəflər isə İEö-nin mütərəqqi təcrübəsindən rasional şəkildə istifadə etməklə, milli dəyər və sərvətlərlə uzlaşdırmaqla yeni inkişaf mərhələsinə qədəm qoymaqdır. Hazırda Azərbaycan da dünyada inkişaf etməkdə olan ölkə hesab olunur. Amma dövlətimiz bu təsnifata daxil olan digər ölkələrdən fərqli olaraq, yürüdülən praqmatik və effektiv strategiya nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə yüksəlib. Xatırladım ki, 2011-ci ilin son aylarında dünyanın ən nüfuzlu araşdırma və sorğu şirkətlərindən biri olan “Gallup International”ın apardığı “Qlobal ümid və ümidsizlik Barometri” adlı sorğusuna əsasən, Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupu üzrə 51 ölkə içərisində 8-ci yeri tutmuşdur. Azərbaycan dövləti iqtisadi, sosial, ekoloji, demoqrafik, ərzaq və digər sahələrdə insanların təhlükəsizliyini təmin etmişdir. Əlbəttə ki, adıçəkilən sahələrdə müəyyən problemlər var. Lakin onların aradan qaldırılması üçün ciddi addımlar atılır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə uğurlu daxili siyasət yürüdülür.
Qeyd edim ki, Prezident İlham Əliyev 2003-cü ildə xalqın mütləq əksəriyyətinin dəstəyilə ölkə başçısı seçildikdən sonra Azərbaycanın hərtərəfli inkişafı üçün ayrı-ayrı sahələr üzrə dövlət proqramları reallaşdırılmağa başlanmışdır. Buna misal olaraq, “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı göstərmək olar. Vurğulanmalıdır ki, bu Dövlət Proqramı təsadüfən meydana gəlməmişdir. Bakı şəhərinin həddən artıq yüklənməməsi üçün bölgələrin sosial-iqtisadi inkişafı istiqamətində proqram çərçivəsində ciddi addımlar atılmışdır. Bu proqram regionlarda istehsal sahələrinin yaradılmasını, iş yerlərinin açılmasını, yolların çəkilməsini, içməli su ilə təchizatın həyata keçirilməsini, orta və kiçik sahibkarlığın dəstəklənməsini və beləliklə də, insanların rifah halının yüksəldilməsini özündə ehtiva edir. Bu proqramın uğurla həyata keçirilməsinin nəticəsi kimi biz ümumilikdə ölkədə minlərlə yeni müəssisələrin yaradıldığının və 1 milyona yaxın yeni iş yerlərinin açıldığının şahidi oluruq. Bütövlükdə respublikada yoxsulluğun səviyyəsinin 8-9 dəfə aşağı düşməsi, adambaşına düşən üDM-in həcminin artması, ölkənin valyuta ehtiyatlarının 40 milyard dollardan çox olması faktları bir daha sübut edir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs uğurlu şəkildə davam etdirilir və nəticə olaraq, 2011-ci il də yaddaşlarda sürətli inkişaf ili kimi qalmışdır.
2011-ci il Azərbaycanda təkcə sosial-iqtisadi nailiyyətlərlə yadda qalmamışdır. Bu ildə də keçən dövrlərdə olduğu kimi, ölkəmizdə ictimai-siyasi sabitlik qorunub saxlanılmış, vətəndaş həmrəyliyi, cəmiyyət daxilində ictimai inam, harmoniya, xalqla hakimiyyət arasındakı vəhdət daha da möhkəmlənmiş, siyasi hakimiyyət isə insan amilini prioritet götürərək xalq üçün çalışmışdır.
Bütövlükdə, 2011-ci il Xalq-iqtidar birliyinin nümayişi kimi yadda qalmışdır. Belə ki, mart-aprel aylarında bəzi qərəzli dairələrin ölkədə qarşıdurma yaratmaq cəhdlərinin qarşısı elə xalqımız tərəfindən alınmışdır. Bu fakt isə özlüyündə bir daha milli həmrəyliyi, birliyi sübut etmişdir.
Həmçinin, Azərbaycanda idman, mədəniyyət, səhiyyə, İKT sahələrində nəzərə çarpacaq nailiyyətlər əldə olunmuşdur. Təkcə bu il Azərbaycanın “Eurovision-2011” mahnı yarışmasının qalibi olması, idmançılarımızın beynəlxalq yarışlarda dəfələrlə bayrağımızı qaldırması və himnimizi səsləndirməsi Prezident İlham Əliyevin rəhbərliyilə adıçəkilən sahələr üzrə də həyata keçirilən daxili siyasətin effektivliyini sübut etmiş olur.
Bir sözlə, Azərbaycanın daxili həyatında hərtərəfli inkişafın müşahidə olunduğu 2011-ci il dövlətimiz, xalqımız üçün uğurlu olmuşdur.
- Bir sıra siyasətşünaslar xarici siyasəti daxili siyasətin davamı kimi dəyərləndirirlər. Sizcə, 2011-ci ildə uğurlu daxili siyasətin məntiqi davamı olan xarici siyasət sahəsində hansı nailiyyətlər əldə olundu?
- ümumiyyətlə, hər bir dövlətin xarici siyasəti özləri üçün əlverişli şərait yaratmaq məqsədi daşıyır. Doğrudur, xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Amma xarici siyasətin yaratdığı əlverişli şərait nəticəsində effektiv daxili siyasət həyata keçirilir. Əlbəttə ki, daxili və xarici siyasət bir-birilə bağlı olan sahələrdir.
Məntiqi olaraq, 2011-ci il də Azərbaycanın xarici siyasət sahəsində uğurlu nəticələr əldə etməsi ilə yadda qaldı. Belə ki, bu il Azərbaycan ticarət partnyorlarının sayını daha da artırmış, ixrac potensialını yüksəltmişdir.
Məlumdur ki, 10-15 il öncə Azərbaycan irimiqyaslı sosial-iqtisadi və ya infrastruktur layihələrinin həyata keçirilməsində xarici şirkətlərə ehtiyac duyurdusa, bu gün artıq ölkəmizdə müasir tələblərə cavab verən fəaliyyət sərgiləyən, güclü maliyyə, kadr və texnologiyaya malik yerli şirkətlər formalaşmışdır. Eyni zamanda, iqtisadi-ticari münasibətlərin genişlənməsi, intensivləşməsi Azərbaycanı kapital idxal edən ölkədən sərmayə ixrac edən dövlətə çevirmişdir. Misal üçün, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədə “Petkim” şirkətini alması, həmçinin, SOCAR yanacaqdoldurma məntəqələrinin, hətta Qərb dövlətlərində də açılması yuxarıda söylənilən fikri əsaslandırır. Bundan başqa, Azərbaycanın Mərkəzi Asiya, Şərqi Avropa və digər bölgələrə investisiya layihələri həyata keçirməsi onu sərmayə qoyan ölkəyə çevirmişdir. Sözügedən proses çərçivəsində Azərbaycan şirkətləri də artıq dünya şirkətləri sırasına daxil olur, fəaliyyət arealını genişləndirir.
Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini məhz enerji ixracı, qlobal enerji təhlükəsizliyi prosesində iştirak təşkil edir. Dövlətimiz karbohidrogen ehtiyatların ixrac olunması üçün 7 neft və qaz kəmərinə malikdir ki, bu da Azərbaycana effektli diversifikasiya siyasətinin həyata keçirilməsinə şərait yaradır. Həmçinin, zəngin qaz yataqlarının aşkar olunması, Azərbaycanın dünya dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunması məsələsində aktiv iştirakı onu qaz ixrac edən ölkəyə də çevirmişdir. Fakt ondan ibarətdir ki, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi prosesi çərçivəsində Azərbaycanla dünyanın bir çox dövlətləri arasındakı əməkdaşlıq daha da möhkəmlənmişdir.
Qeyd edim ki, müstəqil Azərbaycan Respublikasının xarici siyasəti sülh xarakterlidir. Məhz bu xarici siyasət kursu sayəsində Azərbaycan bölgənin, hətta dünyanın nüfuzlu dövlətinə çevrilmişdir. Bu fakt isə Azərbaycanın beynəlxalq təşkilatlardakı yerini və rolunu sübut edir. Bu gün Azərbaycan Aİ, AŞ PA, ATƏT, QDİƏT, İƏT, İKT, MDB və digər beynəlxalq təşkilatlar çərçivəsində bir çox dövlətlərlə ikitərəfli və çoxtərəfli konstruktiv əməkdaşlıq edir. Yəni, görünən odur ki, Azərbaycan hansısa dövlətlərin diktəsi ilə deyil, öz iradəsi, maraqları çərçivəsində hərəkət edir. Müstəqil xarici siyasət yürüdən Azərbaycan Respublikasının bu kimi faktorlara görə nüfuzu daha da artmaqdadır. Bunu isə ölkəmizin bu il oktyabr ayının 24-də Baş Assambleyada 155 dövlətin dəstəyilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi sübut etmişdir. Bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) 15 üzvü var. Onların 5 daimi, 10-u isə seçki yolu ilə seçilən qeyri-daimi üzvləridir. Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünün qeyd olunduğu ərəfədə BMT Baş Məclisində keçirilən seçkilərdə 155 dövlət ölkəmizin lehinə səs vermiş, 20 dövlət isə əleyhinə səs verməmişdir. Bütövlükdə Azərbaycan BMT TŞ-yə 175 dövlətin dəstəyilə seçilmişdir. Bu 20 yaşlı gənc bir dövlət üçün tarixi uğurdur, nailiyyətdir...
Əlbəttə ki, Azərbaycanın xarici siyasətindən bəhs edərkən, mütləq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmaq lazımdır. çünki Prezident İlham Əliyevin rəhbərliyilə yürüdülən xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur. Buraya isə əsas məsələlər kimi Ermənistanın təcavüzkar siyasətinin dünya miqyasında ifşa olunması, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini göstərən qətnamələrin qəbuluna nail olunması, problemin həllində dünya dövlətlərinin dəstəyinin alınması və s. daxildir. Məhz Prezident İlham Əliyevin elan etdiyi hücum diplomatiyası sayəsində haqqında danışdığımız istiqamətdə mühüm nəticələr əldə olunmuşdur. Birincisi, bu il dünyanın bir sıra dövlətlərinin parlamentlərində, beynəlxalq təşkilatlarda Ermənistanın işğalçı siyasətini ifşa edən qətnamələr, qərarlar qəbul edilmişdir. İkincisi, Ermənistanın xarici siyasəti iflasa uğradılmış və işğalçı dövlət dalana dirənmişdir. üçüncüsü, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Akvildə birgə bəyanat qəbul edərək, mövcud status-kvonun qəbuledilməz olduğunu bildirmişlər. Bu isə sözün əsl mənasında ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğu ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyinin dəstəklənməsi deməkdir. Dördüncüsü, Azərbaycan regional siyasətini elə aparmışdır ki, Ermənistan seyt-not vəziyyətində qalmışdır. Bunun nəticəsində isə işğalçı ölkədə sosial-iqtisadi problemlər daha da dərinləşmiş, mühacirətin sürəti dəfələrlə artmış və Ermənistan siyasi-iqtisadi kollapsın astanasına yaxınlaşmışdır.
Bir sözlə, 2011-ci il Azərbaycanın xarici siyasəti üçün də uğurlu olmuşdur, bu sahədə də ciddi nailiyyətlər əldə olunmuşdur.
- Azərbaycanın uğurlarından söz açarkən, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının (YAP) bu sahədə gördüyü işlərdən danışmamaq olmur. çünki dövlətimizin nailiyyətlər əldə etməsində birbaşa olaraq, partiyanın da payı var. Bu mənada 2011-ci il YAP üçün hansı uğurlarla yadda qaldı?
- Qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizin avanqard qüvvəsidir. Partiya Ulu öndər Heydər Əliyevin ideyalarının daşıyıcısı kimi, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin cəmiyyət arasında geniş yayılması üçün xüsusi xidmətlər göstərir. Partiya rəhbərliyinin göstərişləri əsasında çox böyük işlər görülür və tədbirlər həyata keçirilir. Həm ölkə daxilində, həm də xaricdə partiyanın fəaliyyətinin gücləndirilməsi üçün bütün lazımi addımları atırıq.
Bu gün Yeni Azərbaycan Partiyasının 550 mindən artıq üzvü var. Hazırda YAP-ın rayon və şəhər təşkilatlarının konfransları keçirilir. Bu konfranslarda rayon və şəhər təşkilatlarının timsalında partiyamızın uğurları müzakirə edilir, növbəti addımların atılması üçün qərarlar qəbul edilir.
2011-ci ildə Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə də yadda qalmışdır. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri ildən-ilə genişlənir və çoxşaxəli xarakter alır. Yeni Azərbaycan Partiyasının müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl olaraq inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülmüşdür. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Hindistan, çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır. YAP 51 ölkənin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” (İCAPP) Daimi Komitəsinin ali orqanında təmsil olunur. YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib.
YAP-ın, eyni zamanda, Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları da genişlənib. Bu mənada, Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan sağ partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.
İstər ölkəmiz, istərsə də qlobal miqyasda baş verən ən mühüm hadisələr daim partiyanın diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Bu baxımdan cari ilin dekabr ayının 21-də keçirilmiş mötəbər tədbir yalnız partiya və ölkəmizin ictimai-siyasi həyatı üçün deyil, beynəlxalq miqyasda əhəmiyyətli forumlardan olmuşdur. Tədbir “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda idi. Məlum olduğu kimi, modernləşmə yaşadığımız XXI əsrin mühüm çağırışlarından olub, keyfiyyətcə yeni iqtisadi və sosial konyukturanı şərtləndirməkdədir. Dünya ölkələri arasında mövcud olan sosial-iqtisadi inkişaf fərqləri özü ilə bərabər mövcud problemlərə yeni yanaşma tərzi tələb edir. Yoxsulluq, işsizlik, beynəlxalq terrorizm, etnik separatçılıq, ekoloji problemlər, sürətli inkişaf prosesinin yaratdığı və həlli vacib olan məsələlərdir. Tədbirin məqsədi bütün bu problemlərə işıq salmaq, onların həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulamaq və ölkələr arasında tərəfdaşlıq münasibətlərini genişləndirməkdir.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığ ilə həyata keçirilən tədbirdə 4 qitənin 33 ölkəsindən, o cümlədən, çin, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, İtaliya və s. kimi nüfuzlu dövlətlərdən 60-dan çox nümayəndə iştirak etmişdir. Mötəbər forumda həmçinin, Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatların-Avropa Xalqları Partiyasının və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının rəhbərləri Uilfrid Martens və Xose de Venesia iştirak etmişlər. Konfransda iki böyük məruzə dinlənilmiş və müzakirələr dörd panel iclasında davam etdirilmişdir.
Bütün bunlar isə bir daha Yeni Azərbaycan Partiyasının gücünü, dünyadakı nüfuzunu nümayiş etdirir.
Bununla yanaşı, 2011-ci ildə gənclərin YAP-a axını daha da sürətlənmiş, onların sərbəst və effektli fəaliyyəti üçün YAP Gənclər Birliyinin yeni ofisi istifadəyə verilmişdir. Həmçinin, bir sıra dövlətlərin gənclər təşkilatları ilə əməkdaşlıq məsələləri daha da dərinləşdirilmiş, qarşılıqlı səfərlər təşkil olunmuşdur.
- Mübariz müəllim, qarşıdan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı gəlir. Bu münasibətlə həm xalqımıza, həm də YAP-çılara nə demək istərdiniz?
- Məlumdur ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü birbaşa olaraq, Ulu öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. 21 il öncə ümummilli liderimizin bu barədə verdiyi qəraradan dünya azərbaycanlıları, Vətən uğrunda eyni amal ətrafında birləşdilər. Bu istiqamətdə qərarların qəbulu ilə yanaşı, institusional işlər də görülmüşdür, dünya azərbaycanlıların qurultayları keçirilmişdir. Qeyd edim ki, məhz, bu il də dünya azərbaycanlıların III qurultayı keçirilmişdir. Bu qurultayda çıxış edən Prezident İlham Əliyev bir daha dünya azərbaycanlılarının qarşısında duran mühüm vəzifə və tapşırıqlardan danışmışdır.
Bu gün Yeni Azərbaycan Partiyası da öz növbəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması üçün əməli işlər görür. Partiyamız bu cür fəaliyyətilə dünya azərbaycanlılarının Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirməklə, diaspora işinə öz töhfəsini verir.
Həmçinin, qarşıdan 2012-ci il gəlir. Düşünürəm ki, gələn il də dövlətimiz və Yeni Azərbaycan Partiyası üçün uğurlu olacaq. Fürsətdən istifadə edərək, qarşıdan gələn bayramlar münasibətilə Azərbaycan xalqını, Yeni Azərbaycan Partiyasının üzvlərini təbrik edirəm.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

