/ / Siyavuş Novruzov: Radikal müxalifət nümayəndələri söz azadlığı anlayışını hələ də tam dərk edə bilməyib
Siyavuş Novruzov: Radikal müxalifət nümayəndələri söz azadlığı anlayışını hələ də tam dərk edə bilməyib
17.05.2012 [00:02]
- Sizcə, “Eurovision” mahnı müsabiqəsi ərəfəsində müxtəlif aksiyalar keçirən müxalifətçilərin niyyəti nədir?
- Azərbaycanda təkcə “Eurovision” deyil, bütün sahələrdə keçirilən beynəlxalq tədbirlər uğurla başa çatdırılıb. Siyasi, iqtisadi, sosial, idman və bir sıra geniş tədbirlərə ev sahibliyi edən ölkəmiz hər dəfə bu məsuliyyətin öhdəsindən layiqincə gəlib. Misal olaraq, bu yaxınlarda Azərbaycanda keçirilən Avronest Parlament Assambleyasının plenar iclasını göstərə bilərik. Dünyanın öndə gedən dövlətlərinin parlament nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə ölkəmiz dünya ictimaiyyətində lazımi fikri formalaşdıra bildi. “Eurovision” musiqi yarışması isə Azərbaycan üçün xüsusi önəm daşıyan beynəlxalq əhəmiyyətli tədbirdir. Belə ki, keçən il müsabiqədə təmsilçilərimizin birincilik qazanması, nizamnaməyə uyğun olaraq, müsabiqənin ölkəmizdə keçirilməsi ilə bağlı qərarın verilməsinə səbəb oldu. Bu isə ölkəmiz tərəfindən çox böyük sevinclə qarşılandı. Yəni, biz hamımız yaxşı başa düşürük ki, belə bir tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyətin bizə olan diqqətini bir az da artıracaq. Buna görə də Azərbaycan müsabiqəyə son dərəcə ciddi hazırlaşıb. Hətta görülən tədbirlər baxımından ölkəmiz bu günə kimi “Eurovision”a ev sahibliyi etmiş bütün ölkələrdən fərqlənir. Artıq müsabiqəyə sayılı günlər qalıb və iştirakçıların bir hissəsi Bakıdadır. Onlar gündəlik plan üzrə müxtəlif gəzintilərə çıxarılır, ölkəmizdə görülən hazırlıq işləri, quruculuq tədbirləri ilə yaxından tanış olurlar. Hər şeyin qaydasında və yüksək səviyyədə getdiyi belə bir vaxtda isə Azərbaycanın uğurlarına kölgə salmaq istəyənlər də tapılır. Onların arasında düşmənlərimiz olan ermənilər xüsusi qeyd edilməlidir. Onlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunun ləkələnməsi üçün bütün fürsətlərdən faydalanırlar. Bunun üçün xarici deyil, daxili qüvvələrdən daha çox istifadə edirlər. çünki xaricdən daxildə gedən proseslərə müdaxilə etmək çətindir. Belə bir məqamda mitinqlərə üz tutmaq, ölkəmizin yanlış təqdimatına səbəb olacaq açıqlamalarla çıxış etmək müxalifət nümayəndələrinin şəxsi maraqlarını milli maraqlardan üstün tutduğunun göstəricisidir. Mitinqlər zamanı da müxalifətin nümayiş etdiridiyi davranışlar bütünlüklə gülünc olur. Hər dəfə iflasa uğrayan piketlərdən sonra növbəti bəhanəli çıxışlar, böhtanlar və siyasətə yad olan davranışlarla özlərini gözdən salırlar. İsa Qəmbər sosial bazalarının güclü, onları dəstəkləyənlərin isə geniş xalq kütləsi olduğunu iddia edir. Lakin piketlər zamanı məlum olur ki, radikallar iştirakçılardan hərəyə özü ilə 5 nəfər gətirməsini xahiş edir. Bəs hanı o sosial baza? Hanı o geniş xalq kütləsi? Bütün bu suallara cavab onların təşkil etdikləri piketlər zamanı verilir.
- Milli maraqları şəxsi maraqlarına satan müxalifət nümayəndələrinə qarşı sizcə, hansı tədbirlər görülməlidir?
- Bilirsiniz, xisləti yalnız öz şəxsi maraqlarına xidmət edən bu cür insanlar bütün dövlətlərdə olub, bu gün də var. Bir məqamı qeyd etmək istərdim, məsələn, vaxtilə Pənah Hüseyn demişdi ki, əgər biz hakimiyyətdən getməli olsaq əhalinin əməkhaqqısını 5 dəfə artıcağıq ki, yeni gələn hakimiyyət bunu ödəyə bilməsin və hakimiyyətdən uzaqlaşsın. Bu qədər primitiv düşüncə tərzinə sahib olan insanlardan nə gözləmək olar? Yəni, onların özlərinin də, ətrafındakıların da düşüncələri belədir. Onlar üçün xalqın heç bir əhəmiyyəti yoxdur. Yəni, dövlətdə qarışıqlıq olsun, tufan olsun, Azərbaycan dağılsın və onlar fürsətdən istifadə edib hakimiyyətə gəlsinlər. Onlar üçün tək əhəmiyyətli olan budur. Azərbaycanın inkişafı, uğurları, beynəlxalq aləmdə təmsil olunması onlara vacib deyil. çünki onların xislətində tək niyyət var - hakimiyyət! Lakin bu da onlara nəsib olmayacaq. Hər zaman dediyim kimi, yenə təkrar edirəm: illərlə yatsalar, bəlkə yuxularında görə bilərlər. Qalan heç bir halda hakimiyyət kəlməsi müxalifətin yaxınından keçə bilməz.
- Siyavuş müəllim, şənbə və bazar günləri nəzərdə tutulan növbəti piketlərdən gözləntiləriniz nədir?
- Bu cür cəhdləri onlar sonuna kimi davam etdirəcəklər. Yəni onlara verilən tapşırıq çaxnaşma yaratmaqdan ibarətdir. Ona görə də var qüvvələri ilə bu niyyətlərini reallaşdırmağa çalışacaqlar. Dünya praktikasında da məlum olduğu kimi, başqa dövlətlərdə icazəsiz mitinqlər ən sərt üsullarla dayandırılır. Almaniyada və Böyük Britanyada bir müddət əvvəl baş verən nümayişlərin də qarşısı mümkün resurslardan istifadə olunmaqla alındı, bunun üçün gözyaşardıcı qazdan, süvari polis dəstələrindən, silahlardan istifadə edilmişdi. Bu cür hallar təbii ki, arzuolunan deyil. Lakin müxalifət nümayəndələri bilməlidir ki, qanunu pozan hər bir şəxs cəzalandırılmalıdır. Yəni, siyasi mənsubiyyətindən, peşəsindən asılı olmayaraq istənilən şəxs qanunu pozan hərəkətlərə yol verdiyi təqdirdə ədalət, hüquq qarşısında cavab verməli və cəzalandırılmalıdır. Bütün bunlarla yanaşı, müxalifət nümayəndələri Azərbaycanda söz azadlığı olmadığını iddia edirlər. Lakin onların özlərinə aid qəzetlərinə, mətbuat orqanlarına nəzər saldıqda görürük ki, istədikləri bütün məlumatları rahatlıqla dərc edirlər. Müxalifət qəzetlərinin hər səhifəsində məmurlara və hakimiyyətə qarşı söyüş, böhtan və təhqirlə zəngin yazılar dərc edilir. Belə olan halda öz hüquqlarını qoruyan hansısa məmur yazılanları qanun çərçivəsində həll etməyə çalışanda müxalifətçilər söz azadlığının olmadığı iddiası ilə çıxış edirlər. ümumiyyətlə, radikal müxalifət nümayəndələri söz azadlığı anlayışını hələ də tam dərk edə bilməyiblər. Azərbaycanda müxalifətçilərin hakimiyyət haqqında səsləndirdiyi fikirləri Avropada qəzetlərin manşetində dərc etsələr, həmin şəxslər ən azı 20 il həbs cəzasına məhkum edilər. Dünya mətbuatı ilə müqayisə olunsa rahatlıqla deyə bilərik ki, ən böyük söz azadlığı elə məhz Azərbaycandadır.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

