Avropa Parlamentinin qətnaməsi qeyri-ciddi və iftira xarakteri daşıyır
26.05.2012 [14:34]
- Avropa Parlamenti mayın 24-də Azərbaycanla bağlı qətnamə qəbul etmişdir. Qətnaməyə münasibətiniz?
- Qətnamə qeyri-ciddi və iftira xarakteri daşıyır. Bu sənəddə əks olunan məsələlərin tam əksəriyyəti təhrif edilmişdir. Qətnamənin çıxarılma vaxtı da sənədin müəyyən sifariş xarakterli olduğunu deməyə əsas verir. Avropa KİV-lərində gedən intensiv anti-Azərbaycan kampaniyası, “Human Rights Watch”, “Amnesty International” təşkilatlarının, qonşularımızın davranışı, Azərbaycandakı radikal müxalifət və bəzi QHT-lərin bu istiqamətdə sinxron fəaliyyəti bunu bir daha təsdiqləyir. Elə həmin qətnamədə “Azərbaycan hüquq müdafiəçilərinin “Eurovision” mahnı müsabiqəsi ərəfəsində 10 aylıq kampaniya başlaması”na edilən istinad da bunu təsdiqləyir.
Digər tərəfdən, qətnamə Avropa Parlamentinin təxirəsalınmaz prosedurları çərçivəsində qəbul olunmuşdur. Təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik şəkildə qəbul edilmiş qətnamədə çoxsaylı yanlış, yoxlanılmamış müddəalar qeyd olunmuşdur.
Hesab edirəm ki, Avropa Parlamenti səhv mövqedədir. Faktiki olaraq Avropanın cənub sərhədində yerləşən Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi olmaqla, bu qitənin iqtisadi müstəqilliyi və təhlükəsizliyinin mühüm komponentlərindən biri kimi çıxış edir.
Eyni zamanda, Azərbaycan Avropaya inteqrasiya yolunu tutmuş və hər zaman öz öhdəliklərinə sadiq qalan bir ölkədir. Belə bir ölkəyə dar siyasi maraqlardan çıxış edərək qərəzli münasibətin göstərilməsi ən azı təəssüf hissi doğurur. Məsələn, Avropa Xalq Partiyasının Almaniyadan olan üzvü Bernd Posseltin mövqeyi Almaniya KİV-lərinin tutduğu mövqedən heç də fərqlənmir.
Azərbaycana münasibəti, Azərbaycan barədə təfəkkürü uşaqlıqdan ailəvi erməni dostlarının, erməni ətrafının təsiri altında formalaşan “Amnesty International”ın Cənubi Qafqaz və Orta Asiya üzrə nümayəndəsi John Dalhuiseinin də fikirləri həddən artıq subyektiv xarakter daşıyır.
- Hansı məqamları qərəzli sayırsınız?
- Qətnamə bütövlükdə qərəzlidir. Bir neçə misalı göstərmək kifayətdir. Məsələn, Qətnamədə 15 may mitinqinin polis tərəfindən dağıdıldığı göstərilir və dinc protest aksiyalarının keçirilməsinə çağırılır.
Bu müddəa reallığı əks etdirmir. Birincisi, qətnamədə qeyd olunduğu kimi, mayın 15-də heç bir nümayiş keçirilməmişdir. Mayın 14-də cəmi 20-30 nəfərin iştirakı ilə piket keçirilmişdir. Məsələ ilə əlaqədar qeyd etmək istərdim ki, həmin toplantılar razılaşdırılmamışdır. “İctimai Palata” deyilən qurumda təmsil olunan radikal müxalifət Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təklif olunan yerlərdən imtina etmişdir. Halbuki, bundan əvvəl radikal müxalifətin nümayəndələri bir neçə razılaşdırılmış mitinq keçirmişlər. Lakin həmin mitinqlərin xaricdə lazımi rezonans doğurmadığını görərək, “Eurovision” mahnı müsabiqəsi ərəfəsində ölkəmizə gəlmiş jurnalistlərin diqqətini cəlb etmək məqsədilə razılaşdırılmamış piket taktikasına keçmişlər. Bununla ermənipərəst qüvvələrin anti-Azərbaycan kampaniyasına qoşulmuşlar.
İstənilən beynəlxalq miqyaslı tədbir keçirən ölkədə təhlükəsizlik məsələləri baxımından belə tədbirlər ərəfəsində və gedişində mitinq və piketlərin keçirilməsi bir çox hallarda müvəqqəti məhdudlaşdırılır və hətta qadağan olunur. NATO-nun son çikaqo Sammitində də antiqlobalistlərin toplantıları güc tətbiq edilməklə dağıdılmış, mitinq iştirakçılarına çoxsaylı xəsarətlər yetirilmiş, 60 nəfər isə saxlanılmışdır.
Azərbaycanda da mahnı müsabiqəsi gedişində müvafiq təhlükəsizlik tədbirləri görülür. Hazırkı mürəkkəb geosiyasi vəziyyəti və səslənən saysız təhdidləri nəzərə alsaq, bizim hüquq mühafizə orqanlarının üzərinə nə qədər ağır yük düşdüyünü görmək olar. Lakin onlar bunun öhdəsindən layiqincə gəlirlər.
Əvvəlki müsahibələrimdə də qeyd etdiyim kimi, belə bir məqamda, razılaşdırılmamış piketlərin keçirilməsi artıq gərginlik yaradır. Güc tətbiqi məsələsinə gəldikdə isə, polis sadəcə ictimai qaydanın təmini üzrə öz vəzifələrini yerinə yetirmişdir. Piket iştirakçılarına qarşı heç bir zorakı hərəkətə yol verilməmiş, piket iştirakçılarından heç biri həbs olunmamış, hətta bəzi şəxslərin polisi təhqir etməsi müqabilində onlar həmin şəxslərlə çox təmkinli davranmışlar.
“Azadlıq radiosu”nun Bakı bürosunun müxbiri Xədicə İsmayılovanın şantaj edilməsi ilə bağlı qətnamədə irəli sürülən müddəa heç bir hüquqi əsası olmayan uydurma mülahizələrə əsaslanır. özünə hörmət edən belə mötəbər beynəlxalq qurum ən azı hüquqi baxımdan əsaslandırılmış mövqedən çıxış etməlidir. Xatırlatmaq istərdim ki, Xədicə İsmayılovanın işi ilə bağlı istintaq hələ başa çatmamışdır. Belə halda hər hansı sübuta əsaslanmayan uydurma ittihamların irəli sürülməsi qərəzli mövqedən başqa bir şey deyildir. Belə iftira və yalan mülahizələrin irəli sürülməsində məqsəd aydındır. Azərbaycanın sürətli iqtisadi inkişafı, Azərbaycanın zənginləşməsi bir çoxlarının gözünü çıxarır. Əminəm ki, belə də olacaq. Bəzi siyasi-iqtisadi dairələrin isə öz məqsədlərinə çatmaması anti-Azərbaycan kampaniyasını bir qədər də qızışdırmışdır.
Qətnamədə Ştrasserə öz mandatını həyata keçirmək məqsədi ilə Azərbaycana səfər etməsi üçün vizanın verilməsinə çağırış səslənir. Halbuki, Azərbaycan tərəfi hələ mart ayının sonunda “siyasi məhbus” anlayışının müəyyən edilməsi üçün meyarların müzakirə edilməsi məqsədi ilə məruzəçini onun mandatı çərçivəsində Azərbaycana səfərə dəvət etmişdir. Lakin o, səfərdən imtina edərək, öz mandatına laqeyd münasibət göstərmişdir. Mayın 21-də isə Avropa Şurasının Parlament Assambleyasının Hüquqi məsələlər və İnsan hüquqları Komitəsi məruzəçinin hazırlamalı olduğu hesabatın iki hissəyə bölünməsi barədə qərar qəbul etmişdir. Birinci hissə məhz bütün Avropa ölkələrinə tətbiq edilə biləcək universal meyarların müəyyən edilməsi ilə bağlı olacaqdır və yalnız bu meyarlar müəyyən edildikdən sonra hesabatın konkret ölkələrə həsr olunacaq ikinci hissəsi hazırlanacaqdır.
Görünür ki, Avropa Parlamentinin bu məsələlərdən, o cümlədən AŞ PA komitəsinin cəmi 3 gün əvvəl qəbul edilmiş qərarından xəbəri yoxdur. Halbuki, hər iki struktur Strasburqda qonşu binalarda yerləşir.
Qətnamənin daha bir bəndində Avropa Məhkəməsinin bütün qərarlarının Azərbaycan hökuməti tərəfindən icra edilməsinə çağırış səslənir. Belə abstrakt çağırışı istisnasız olaraq Avropa Şurasının üzvü olan bütün ölkələrə etmək olar. Azərbaycan ona münasibətdə qəbul edilmiş qərarların icrası ilə bağlı bütün zəruri tədbirlər görür. İnsan hüquqlarının təmin edilməsi istiqamətində kompleks işlər aparır, bu sahədə irəliləyişlər əksər beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Əslində Avropanın bir çox ölkəsində icrası tamamlanmamış qərarların sayı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur.
Jurnalistlərin siyasi ittihamlarla tutulduğu yazılır. Qətnamədə bir tərəfdən radikal islam təşkilatlarının səsləndirdiyi təhdidlər ittiham edilir, digər tərəfdən isə, həmin təhdidlərin yayımlanması ilə məşğul olan 2 nəfərin azad edilməsi tələb olunur. Bu müddəalar tamamilə bir-birinə ziddir və absurddur. Qeyd edim ki, bu təhdidlər yalnız Azərbaycana deyil, həm də “Avropa dəyərlərinin qızğın tərəfdarları olan” Avropa parlamentarilərinin təmsil etdiyi dövlətlərə və xalqlara qarşı yönəlmişdir.
Qətnamədə belə yanlışlıqlar, iftiralar, ziddiyyətlər demək olar ki, hər bənddə görünür.
- Bu qətnamə Avropa Parlamenti ilə münasibətlərə necə təsir edəcək?
- Avropa onsuz da iqtisadi böhran içində çapalayır, hətta parçalanmaq təhlükəsi ilə üz-üzədir. Belə bir məqamda emosiya və paxıllıq hissləri əsasında çıxarılan bu cür qərar ağılsız qərardır. Bu cür qərarlar Avropa İttifaqının “Yaxın qonşuluq” və “Şərq Tərəfdaşlığı” siyasətinin böhranına gətirib çıxara bilər. Hətta bu qurumla əməkdaşlığın məqsədəmüvafiqliyi məsələsini gündəmə gətirə, assosiativ üzvlük məsələsi barədə qərarın qəbuluna təsir göstərə bilər.
Hesab edirəm ki, həmin qətnamənin lehinə səs verənlər strateji düşüncə tərzinə malik, siyasi cəhətdən uzaqgörən deyillər. Bu, Avropa Parlamentinin nüfuzuna da təsir edəcəkdir. Demokratiya dəyərlərinin “qoruyucusu” olmalı olan Avropa Parlamenti qurum kimi özünün nüfuzunu düşünməli, mövzu üzrə yalnız hökumətə qarşı aqressiv münasibətilə seçilən, şəxsi maddi maraqlarından çıxış edən bəzi kvazi hüquq müdafiəçilərinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə və qeyri-obyektiv hesabatlara deyil, obyektiv mənbələrə əsaslanan araşdırma aparmalı və ən əsası sifarişli və ya hansısa maraqlar naminə həqiqəti təhrif etməməlidir.
Bildirmək istərdim ki, heç bir şəxs, heç bir beynəlxalq təşkilat Azərbaycan Respublikası Prezidentinin xalqın naminə apardığı siyasətə təsir göstərə bilməz.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

