Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanda dəniz nəqliyyatı sahəsinə dövlət nəzarəti tam təmin edilib

Azərbaycanda dəniz nəqliyyatı sahəsinə dövlət nəzarəti tam təmin edilib

30.06.2012 [17:47]

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov www.yap.org.az saytına müsahibə verib:
- Qüdrət müəllim, son illər Azərbaycanda bütün sahələr üzrə dinamik inkişaf müşahidə olunur. Bu baxımdan, dəniz nəqliyyatının inkişafı, bu sahədə qazanılan nailiyyətlər haqqında fikirlərinizi bilmək maraqlı olardı...
- ümummilli lider Heydər Əliyevin birbaşa nəzarəti və təkidi nəticəsində Azərbaycan Respublikası 1995-ci ilin may ayından Birləşmiş Millətlər Təşkilatının nüfuzlu təşkilatı olan Beynəlxalq Dəniz Təşkilatının (İMO/BDT) tam hüquqlu üzvlüyünə qəbul edilmişdir. Həmin dövrdən etibarən respublikamizda iqtisadiyyatın bütün sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsinin mövcud müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin görülməsinə başlanılmış, həmin tədbirlərin məntiqi davamı olaraq Beynəlxalq Dəniz Təşkilatının tövsiyələri, eləcə də dəniz nəqliyyatı sahəsində qabaqcıl dövlətlərin təcrübəsi nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidentinin 6 fevral 2006-cı il tarixli, 1271 nömrəli Sərəncamı ilə dəniz nəqliyatı sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Dövlət Dəniz Administrasiyası yaradılmışdır.
Respublikamız dünyanın 170 dövlətinin üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatına tam hüquqlu üzvü olduğu dövr ərzində BDT-nın dənizçilik sahəsində 20-dən artıq Beynəlxalq Konvensiyalarına qoşulmuşdur və Dövlət Dəniz Administrasiyası tərəfindən bu konvensiyaların tələblərinin gəmiçilik sahəsində fəaliyyət göstərən müəssisə, təşkilatlar və Azərbaycan Respublikası bayrağı altında üzən gəmilər tərəfindən yerinə yetirilməsinə nəzarət həyata keçirilərək, müvafiq sahədə böyük uğurlara nail olunması təmin edilmişdir.
Eyni zamanda, Administrasiyanın təcrübəli müfəttişləri tərəfindən dəniz nəqliyyatı sahəsində dəniz üzgüçülüyünün təhlükəsizliyinin və gəmilərdə beynəlxalq standartlara riayət olunmasına nəzarətin təmin olunması məqsədilə Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilər daxil olmaqla mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının limanlarına daxil olan hər bir gəminin müvafiq qaydada yoxlanılması həyata keçirilir.
Hazırda Dövlət Dəniz Administrasiyası tərəfindən Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsində nəzərdə tutulmuş funksiya və vəzifələrin həyata keçirilməsi istiqamətində məqsədyönlü işlərin görülməsi, normativ-hüquqi və texniki bazanın daha da təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir və mütəmadi olaraq dəniz nəqliyyatı sahəsinə dövlət nəzarəti təmin edilməkdədir.
- Dövlət Dəniz Administrasiyasının beynəlxalq əlaqələri hansı səviyyədədir? Təşkilatın fəaliyyəti beynəlxalq müstəvidə necə qiymətləndirilir?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş siyasət çərçivəsində Dövlət Dəniz Administrasiyası beynəlxalq səviyyədə dəniz dövlətləri sırasında və müvafiq beynəlxalq təşkilatlarda respublikamizin nüfuzunun daha da artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirməkdədir.
Dövlət Dəniz Administrasiyası tərəfindən dəniz nəqliyyatı sahəsi üzrə görülmüş işlərə dair hazırlanmış və Beynəlxalq Dəniz Təşkilatına təqdim olunan, habelə Assambleyanın və komitələrin iclaslarında dinlənilən müfəssəl hesabatlar, respublikamizin dünya dəniz dövlətləri cərgəsində etibarlı tərəfdaş qismində yer almasında mühüm rol oynamışdır.
Dövlət Dəniz Administrasiyası öz fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycan Respublikasının qeyd olunan sahə üzrə dövlət siyasəti və tənzimləməsinin həyata keçirilməsi istiqamətində tətbiqi məsələlərinə xüsusi yer ayırır. Administrasiya çoxtərəfli əməkdaşlıq fəaliyyətini təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqının Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. kimi beynəlxalq qurumlarla da inkişaf etdirməkdədir.
Məhz belə bir məhsuldar əməkdaşlığın nəticəsidir ki, Beynəlxalq Dəniz Təşkilatının və Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin müstəqil ekspertləri tərəfindən həyata keçirilmiş audit yoxlanışından sonra respublikamiz Beynəlxalq Dəniz Təşkilatının “Ağ Siyahı”sına daxil edilmiş, habelə Avropa Komissiyasının 25 avqust 2011-ci il tarixli Qərarı ilə Dövlət Dəniz Administrasiyasının fəaliyyəti, Azərbaycan Respublikasında dənizçilərin hazırlanması prosesi müsbət qiymətləndirilmiş və göstərilən faktlar, habelə hazırda respublikamizin dəniz nəqliyyatı sahəsində öndə gedən dəniz dövlətləri ilə bir cərgədə olması Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Koji Sekimizu tərəfindən dəfələrlə qeyd olunmuşdur.
Həmçinin hazırda bütün dünya dövlətlərini ciddi narahat edən dəniz quldurluğu ilə mübarizə sahəsində də BMT, BDT, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edilərək bu sahədə beynəlxalq normativ sənədlərin layihələrinin hazırlanmasında aktiv iştirak edilməkdədir.
- Hər bir sahənin fəaliyyətində mükəmməl qanunvericilik bazasının mövcudluğu vacib şərtdir. Bu mənada Azərbaycanda dəniz nəqliyyatının fəaliyyəti üçün formalaşmış hüquqi bazanı qənaətbəxş qiymətləndirmək olarmı? Eyni zamanda, beynəlxalq konvensiyaların tələblərindən irəli gələn vəzifələr hansı səviyyədə həyata keçiirilir?
- Qeyd edilənlərlə yanaşı mərkəzi icra hakimiyyəti orqanı olan Dövlət Dəniz Administrasiyası yaradıldığı vaxtdan etibarən təsnifat cəmiyyətlərinin fəaliyyəti üçün münbit şəraitin yaradılması, qanunvericiliklə nəzərdə tutulmuş nəzarət mexanizminin formalaşdırılması, habelə təsnifat cəmiyyətlərinin işinin təkmilləşdirilməsi məqsədilə zəruri effektiv tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.
Dövlət Dəniz Administrasiyası tərəfindən Beynəlxalq Əmək Təşkilatının “C185 Dənizçilərin Şəxsiyyət Sənədi haqqında” Beynəlxalq Konvensiyasının tələblərinə riayət olunması məqsədilə qısa müddət ərzində normativ-hüquqi və texniki baza yaradılmış, adıçəkilən Beynəlxalq Konvensiyada nəzərdə tutulmuş qaydada biometrik məlumatların daxil edilməsi, özündə həmin məlumatları əks etdirən Dənizçinin Şəxsiyyət Sənədinin hazırlanması və verilməsi prosesi təşkil olunmuş və bununla da beynəlxalq miqyasda Azərbaycan Respublikasının biometrik məlumatı özündə əks etdirən yeni növ “Dənizçinin Şəxsiyyət Sənədini” verən ilk üç dövlətlər sırasında yer almasına nail olunmuşdur.
Bununla yanaşı “Dənizçilərin hazırlanması, sertifikatlaşdırılması və növbə çəkmələri haqqında Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq Dövlət Dəniz Administrasiyası tərəfindən dənizçilərimizə nəinki daxili sularda, habelə beynəlxalq sularda istənilən dövlətin bayrağı altında üzən gəmilərdə işləmək hüququ verən sertifikatların (diplomların), xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi həyata keçirilir.
Göstərilənlərlə yanaşı Azərbaycan Respublikasının qoşulduğu “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın (SOLAS-74) tələblərinə əsasən Dövlət Dəniz Administrasiyasının inzibati binasının sonuncu mərtəbəsində Uzaq Məsafədən Tanınma və İzləmə (UMTİ/LRİT) Milli Mərkəzi yaradılmışdır.
Milli Mərkəzin funksiyalarına Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsi ilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər əldə edilmiş məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və koordinasiyanın təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı Milli Mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsi daxildir.
- Müasir dövrümüzdə hər bir sahə üçün peşəkar kadr hazırlığı aktual məsələlərdən biridir. Dövlət Dəniz Administrasiyasının kadr hazırlığı ilə əlaqədar gördüyü işlər nədən ibarətdir?
- Dövlət Dəniz Administrasiyasında dəniz nəqliyyatı sahəsində dərin təcrübəyə malik uzaq səfərlər kapitanlarından, uzun müddətli iş stajına malik olan mexaniklərdən və tanınmış beynəlxalq ali tədris ocaqlarında təhsil almış və təhsil almaqda davam edən işçilərdən ibarət kontingent cəmlənmişdir ki, bu da respublikamizin müvafiq sahədə dünyanın qabaqcıl dəniz dövlətləri ilə bir sırada yer almasını təmin etmək üçün zəruri olan subyektiv amillərdəndir.
Qeyd olunanlarla yanaşı qısa müddət ərzində Dövlət Dəniz Administrasiyasının qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsi, müvafiq sahədə kadr hazırlığını təmin edilməsi, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsil üzrə həyata keçirdiyi tədbirlər nəticəsində dənizçilik sahəsində təlim-tədris müəssisələrinin fəaliyyətinə stimul verilmiş, onların fəaliyyətinin beynəlxalq norma və standartlara uyğunlaşdırılması üçün zəruri tövsiyə və təlimatlar təqdim edilmiş, təlim-tədris müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün zəruri köməklik və dəstək göstərilmişdir.
Paylaş:
Baxılıb: 1092 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30