ABŞ səfirinin erməni “təəssübkeşliyi”
16.04.2024 [10:30]
İcma: Səfir Kvien Ermənistandan azərbaycanlıların qovulması barədə niyə bir dəfə də olsun danışmayıb?
Müəyyən beynəlxalq dairələr Cənubi Qafqazda gərginliyin davam etməsinə maraqlıdır. Bu məqsəd üçün Ermənistandan alət kimi istifadə edilir. Xüsusilə Qərb dairələri hansısa vədlər verməklə rəsmi İrəvanı tamamilə öz təsir dairəsinə salmağa çalışır. Bununla da, Rusiya ilə konfrontasiyada olan Qərb Ermənistanın vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək niyyətini ifadə edir.
Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinkenin birgə görüşündən sonra Qərbin bu yöndəki addımları artıb. Son vaxtlar xarici ölkələrin Ermənistandakı diplomatlarının Qarabağdan könüllü surətdə köçən ermənilərlə bağlı açıqlamaları da müəyyən qədər çoxalıb. Məlumdur ki, indiyə qədər Fransanın Ermənistandakı səfiri Olivier Decotinye bu yöndə xüsusi “rol” oynayıb. Belə ki, diplomat Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən ermənilərlə vaxtaşırı olaraq görüşür, separatçılar üçün “göz yaşı” axıdır. Səfir, hətta Qarabağ ermənilərinin guya “etnik təmizləməyə” məruz qalmalarından danışmaqdan da çəkinmir. İndi Olivier Decotinye ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien də qoşulub. Bugünlərdə o da fransız həmkarı kimi Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsini qaldırıb və bu məsələnin qapanmadığını bildirib. Bu cür açıqlamalar regionda pozuculuq məqsədi daşıyır.
Sual olunur: Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, Fransa və ABŞ nə üçün Ermənistana qarşı hansısa təzyiq göstərmədi? Əksinə, Azərbaycan beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi üçün Qərbin əsassız ittihamları ilə üzləşir. Bu mənada, ABŞ-ın Ermənistandakı səfirinin sözügedən açıqlaması, bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli, qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır.
Digər tərəfdən, 30 il ərzində Ermənistandan qovulan soydaşlarımızın taleyinə biganə qalan ABŞ səfiri indi əsassız olaraq az sayda erməninin “etnik təmizlənməyə” məruz qalması barədə dezinformasiya yayır. Rəsmi İrəvanın da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Qərb dairələri mütəmadi olaraq bölgədən könüllü çıxan erməni sakinlərin geri qayıtması üçün canfəşanlıq edir. Onlar erməni separatçılarının “hüquqlarının müdafiəçisi” kimi çıxış edir. Ümumiyyətlə, Qarabağda heç bir etnik təmizləmədən söhbət gedə bilməz. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ erməniləri bərabər hüquqlar çərçivəsində ölkəmizdə yaşaya bilər. Amma bir şərtlə ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Lakin bu çağırışa rəğmən Qarabağı tərk etmək həmin ermənilərin könüllü seçimidir.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvienin fikirlərinə Qərbi Azərbaycan İcması da münasibət bildirib. “Qayıdış hüququndan danışan səfir ilk növbədə akkreditə olunduğu ölkədə bu sahədə vəziyyətə dair fikrini bildirməlidir. Görəsən, səfir Kvien Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdış hüququnun Ermənistan tərəfindən təmin edilməməsi barədə niyə bir dəfə də olsun danışmayıb? Biz ABŞ hökumətinə bir daha müraciət edərək, onu Ermənistandan qovulmuş azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son verməyə və onların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə geri qayıtmalarına dəstək verməyə çağırırıq”, - deyə İcma bəyan edib.
Ümumiyyətlə, bütün beynəlxalq aktorlar, o cümlədən da ABŞ anlayır ki, Azərbaycan Cənubi Qafqaz regionunun lideri və əsas siyasi-iqisadi oyunçusudur. Yeni dönəmdə Cənubi Qafqaz regionu ilə münasibətlərin sıxlaşdırılması, pozitiv gündəliyə töhfə verilməsi birbaşa Azərbaycanın iştirakı ilə reallaşır. Digər tərəfdən, ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində ədalətli vasitəçi olmaq istəyirsə, obyektivliyini qorumalıdır. Lakin bu ölkənin Ermənistandakı səfirinin məlum açıqlamaları isə obyektivliyə ciddi şübhələr yaradır.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

