Xəyanətin, satqınlığın və antimilliliyin anatomiyası
14.07.2012 [12:05]
Cənab Prezidentin də bəyan etdiyi kimi, bu gün Azərbaycan xalqının iradəsi ilə hesablaşmayan, dövlətimizə, müstəqil dövlətçiliyimizə qarşı fəaliyyət göstərən, hər fürsətdə milli maraqlarımıza zərbə vurmağa çalışan radikal müxalifət liderləri üçün satqınlıq, xəyanət, antimilli fəaliyyət vərdiş və siyasi tərcümeyi-hala çevrilib. Azərbaycanın 21 illik müstəqillik dövründə müşahidə etdiyimiz olaylar bu fikri açıq şəkildə ortaya qoyur. Beləliklə, tarixə yenidən nəzər salıb, radikal müxalifətin dövlətə, xalqımıza qarşı xəyanətləri ilə yanaşı, onların özlərinə xəyanət etmələri, bir-birilərini satmalarını təsdiq edən məqamlara yenidən qayıtmaq, tarixin ibrət dərsinə nəzər salmaq faydalı olardı.
15 may 1992-ci il: Azərbaycanda hərbi çevriliş
15 may müasir Azərbaycan dövlətinin tarixində çox ağır yaralar açıb. Bəzilərinin hələ də demokratik hakimiyyət dəyişikliyi olduğunu iddia etdiyi həmin gün Azərbaycanda vətəndaş müharibəsinin baş verdiyi, bir xalqa xidmət etməli olan silahlı qüvvələrin ayrı-ayrı hissələrinin bir-birinə qarşı vuruşduğu tarixdir. Bəli, həmin tarixdə AXC-nin kölgəsində gizlənən bəzi “liderlər” hərbi çevriliş edərək hakimiyyəti zorla ələ aldılar. 1992-ci il may ayının 17-də keçirilən mitinqdə sonradan ölkəyə rəhbərlik edən Əbülfəz Elçibəyin sözləri bunu təsdiq edir: “Azərbaycanda diktatura əmələ gəldiyi üçün, bizim əsgərlərimiz də bu işdə bizə kömək elədilər”.
Söhbət o əsgərlərdən gedir ki, onların komandanları Şimaldan aldıqları təlimatlarla hərəkət edirdilər. Deməli, Elçibəyin ifadə etdiyi o əsgərlərin AXC-yə kömək etməsi təlimatı da Şimaldan gəlib. Səbəbi isə aydındır.
19 may 1992-ci il: Xəyanətin qurbanı Laçın
Dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ alan AXC hakimiyyətinin ilk qurbanı Laçın oldu. O ana qədər 4 ildir müqavimət göstərən Laçın bugünkü radikalların hakimiyyətinin sadəcə bir neçənci günündə düşmənə təslim edildi. Burada cəbhə xəttindən çəkilən Ordunun, helikopterlərdən dağıdılan “rayonu tərk edin” şüarlı kağız parçalarının cavabdehliyi təbii ki, birbaşa hakimiyyətin üzərində idi. Bəli, Laçın AXC siyasətçilərinin xəyanətkar fəaliyyətinin “göyərçini” oldu.
1992-ci il sentyabr - xəyanət davam edir!
1992-ci ilin sentyabr ayında Əbülfəz Elçibəy ölkədə vəziyyətin daha da pisləşdiyini görərək müşavirə keçirirdi. Onun müşavirədə söylədikləri isə əslində, ətrafındakı komandanın mahiyyətini ortaya qoyurdu: “Bizim məmurlarımız xarici dövlətlərin əli ilə cinayət törədirlər. Milləti vətəndaş müharibəsinə çəkirlər. Müxtəlif sabotajlarla qiyam yaratmaq istəyirlər. Onlara mən xain deyirəm. çox təəssüf ki, bu xainlər bu gün bu zalda əyləşiblər”.
Zalda isə kimlərin əyləşdiyini bilmək elə də çətin məsələ olmamalıdır. Əli Kərimli, İsa Qəmbər, Pənah Hüseyn və başqaları.
2 aprel 1993-cü il: Kəlbəcər də satıldı
Kəlbəcər də eyni şəkildə ermənilərə təslim edildi. Amma bu, bu gün özlərinə lider deyən insanların sonralar davam edəcək milli xəyanətlərinin sadəcə başlanğıcı idi. Bunun ardınca baş verən olaylar isə Laçının və Kəlbəcərin işğalının sırf xəyanət nəticəsində reallaşdığını ortaya qoydu.
1993-cü il aprel: Qraçovun tapşırığı...
Kəlbəcərin işğalından sonra baş tutan bir görüşmə bu gün də suallarla xatırlanır. Kəlbəcər düşmənə təslim edildikdən dərhal sonra o zamanlar Rusiyanın adamı kimi bilinən və təsdiqlənən keçmiş müdafiə naziri Rəhim Qazıyevin təşkilatçılığı ilə Azərbaycanın o dövrki baş naziri Pənah Hüseyn Moskvada Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovla görüşdü. Rəhim Qazıyev mətbuata açıqlamasında bu görüşün baş tutmasını təsdiqləyib. Sonradan mətbuata sızan bəzi məlumatlara görə, Pənah Hüseyn hökumət adından iştirak etdiyi görüşdə Azərbaycanın sonrakı rayonlarının işğalı ilə bağlı Qraçovdan məsləhətlər alıbmış...
1994-cü il: İsa Qəmbər: BTC İrandan keçsin
1994-cü ildə müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev dövləti inkişaf etdirmək və ölkədə sabitliyi bərpa etmək istiqamətində tarixi addımlar atırdı. Silahlı birləşmələr zərərsizləşdirilir, dövlət sütunları gücləndirilir, ölkənin iqtisadi potensialının artırılması və təbii sərvətlərindən düzgün istifadə olunması yönündə qətiyyətli tədbirlər həyata keçirilirdi. Ulu öndər Azərbaycanın gələcək yüzildəki inkişafına xidmət edəcək qərarlar qəbul edirdi. Bu qərarlardan biri, şübhəsiz ən əhəmiyyətlisi “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaq idi. “Əsrin müqaviləsi” ölkəmizin müstəqilliyinin möhürü idi. Amma bu müstəqillik heç də hamını razı salmırdı. Xarici havadarlarından təlimatlar alan dağıdıcı müxalifət ciddi cəhdlə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsini hədəfə almışdı. Bu məqamda ortaya çıxan İsa Qəmbərin bir bəyanatı əslində, onun kimə və ya kimlərə xidmət etdiyini açıq şəkildə ortaya qoyurdu. İsa Qəmbər BTC-nin heç bir perspektivinin olmadığını iddia edir, kəmərin ya İran, ya da Ermənistan ərazisindən keçməsini təklif edirdi. Bu isə Azərbaycanın müstəqilliyinə son qoymağa çalışan məlum qüvvələrin ortaya qoyduğu mövqe ilə üst-üstə düşürdü.
1994-cü il: Əbülfəz Elçibəyi AXCP-dən kənarlaşdırma oyunları
Faktlar göstərir ki, xəyanət bu gün özünü müxalifətin liderləri kimi görən Əli Kərimli və İsa Qəmbərin siyasi prioriteti olub. Onlar siyasətə məhz bu amalla gəliblər və ən yaxın silahdaşlarına belə xəyanət etməkdən çəkinməyiblər. Buna görədir ki, vaxtilə müxalifət qüvvələrinin böyük bir hissəsinin birləşdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının parçalanması da məhz Əli Kərimlinin ayağına yazılır. Bu zaman da xarici sifarişlər və kənardan alınan pulların rolu ifadə olunur. Məsələn, keçmiş AXCP sədri, mərhum Əbülfəz Elçibəyin yaxın silahdaşı olmuş Mirmahmud Mirəlioğlu 2010-cu ildə “525-ci qəzet”ə verdiyi müsahibədə AXCP-nin parçalanmasını bu cür şərh edirdi: “Ə.Kərimlinin göstərişi ilə Azərbaycanda Demokratiyanın İnkişafı Fondu Əbülfəz Elçibəyin əleyhinə təbliğat aparılması üçün böyük miqdarda vəsait ayırmışdı. O vaxtlar Azərbaycanda fəaliyyət göstərən Demokratiyanın İnkişafı Fondunun Qərbdə, ABŞ-da olan nümayəndələri etiraf edirdilər ki, Fondun pulları təyinatı üzrə xərclənməyib. Həmin pulların böyük əksəriyyəti Elçibəyin əleyhinə xərclənib. Sonrakı dövrlərdə konkret olaraq bu etiraf olundu. Bu barədə sənədlər var. Neçə yüz min dollar birbaşa Elçibəyin əleyhinə təbliğat aparılmasına xərclənib. 1994-cü ilin yanvar ayında həmin şəxslər “Əbülfəz Elçibəy siyasi meyitdir” deyirdilərsə, kimə etimad edilməlidir, hətta rus dilində “stavkanı filankəsə edin” bəyanatı verirdilərsə, “İsa Qəmbər də bitib” fikirləri də səslənirdisə, demək, sıradan bir məsələ deyildi. Bu adamların arxasında çox ciddi maliyyə dayanırdı. Biz təşkilatın qorunub saxlanması üçün mübarizə aparmışıq. Başqaları isə təşkilat daxilində öz qruplarını qoruyub saxlamaq üçün çalışıblar. Biz təşkilatımıza, onun nizamnaməsinə və liderinə sədaqətimizi ortaya qoymuşuq. Onlar da təşkilatın nizamnaməsinə yox, öz qrup mənafelərinə xidməti və təşkilat liderinə xəyanəti ortaya qoyublar. Bu da faktdır. Bunun ikinci bir adı yoxdur. Hətta bu məsələdən istədikləri qədər yararlanıblar”.
Bu günlərdə Respublika Prokurorluğuna müraciət edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə vaxtilə Əli Kərimlinin bir məclisdə Əbülfəz Elçibəyin içkisinə zəhər qatdığını iddia edib.
1998-ci il: prezident seçkiləri: E.Məmmədova Müttəfiqlərindən ağır zərbə
1998-ci il prezident seçkilərində şübhəsiz ki, Azərbaycan xalqı əsas namizəd Ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Onun növbəti qələbəsini rəsmiləşdirməyə hazırlaşırdı. Buna baxmayaraq, müxalifət xalqın mövqeyi ilə barışmayaraq öz namizədini irəli sürəcəyini iddia edirdi. Uzun sürən müzakirələrdən sonra radikal müxalifət qüvvələri vahid namizəd kimi Azərbaycan Milli İstiqlal Partiyasının o zamankı sədri Etibar Məmmədovun namizədliyinin irəli sürülməsi haqqında razılığa gəldi. Amma sadəcə bir neçə gün sonra İsa Qəmbər və Əli Kərimlinin nəzarətində olan AXCP qanadı E.Məmmədova dəstək verməkdən imtina edərək onu tək qoydu. Etibar Məmmədov isə seçkilərdən dərhal sonra verdiyi bəyanatda müttəfiqlərinin bu addımını xəyanət kimi qiymətləndirdi.
2000-ci ilin parlament seçkiləri: AXCP “Müsavat”ı satdı
2000-ci il sentyabr, oktyabr aylarında ölkənin gündəmi parlament seçkilərinə köklənmişdi. Bir çox partiyalar şanslı namizədlərini müəyyənləşdirmək üzərində baş yorsa da, AXCP və Müsavat partiyaları seçkilərdə iştirak edib-etməmək haqqında qərarı müzakirə edirdi. Nəticədə, bu partiyalar son anda vahid namizədlər siyahısı ilə seçkilərə qatıldı. Nəticə gözlənildiyi kimi fiasko oldu. Bu fiasko isə növbəti xəyanəti şərtləndirdi. Müsavat Partiyası və AXCP əvvəlcə seçkilərin nəticələrini tanımamaq və parlamentdə təmsil olunmaqdan imtina etmək haqqında razılığa gəlsələr də, AXCP razılığa məhəl qoymadı və parlamentin ilk iclasında öz millət vəkilləri ilə Milli Məclisdəki yerlərini aldılar. “Müsavat” isə bu xəyanəti uzun müddət unutmadı...
2003-cü il prezident seçkiləri öncəsi: London-Bakı arasında
2000-ci ildən müxalifətin baş qaldırmış küskünlüyü 2003-cü ilin əvvəllərində yavaş-yavaş rəfə qalxmağa başladı. Prezident seçkiləri radikal müxalifətin liderləri arasında buzları əridir kimi görünürdü. Qərbdəki bəzi dairələrdən gələn direktivlər əsasında əvvəl ölkə daxilində, sonra isə Böyük Britaniyada keçirilən görüşlər vahid namizədin müəyyənləşdirilməsi niyyətinə xidmət edirdi. Bakıda heç bir nəticə hasil olunmasa da, Azərbaycan Demokrat Partiyasının o zamankı sədri Rəsul Quliyev, Etibar Məmmədov, Əli Kərimli və İsa Qəmbərin qatıldığı London görüşü nəticə ortaya qoydu. Radikallar yenə də Etibar Məmmədovun namizədliyi ilə bağlı razılıq əldə etdilər. Amma Bakıya qayıdan kimi İsa Qəmbər bu razılığı tanımadığını bildirərək seçkilərdə Etibar Məmmədovun namizədliyini dəstəkləməyəcəyini və öz namizədliyini irəli sürəcəyini söylədi. Əli Kərimli Etibar Məmmədovu, Rəsul Quliyev isə İsa Qəmbəri dəstəkləyəcəyini bəyan etdi. Beləliklə, növbəti xəyanət və satqınlıq ittihamları manşetlərə ayaq açdı...
2003-cü il - 15-16 oktyabr hadisələri...
2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 76,84 faizinin səsini qazanaraq Azərbaycan Prezidenti seçildi. Demokratik və yüksək seçici fəallığı şəraitində keçən, Azərbaycan xalqının iradəsini ifadə edən bu seçkilərin nəticələri bütün beynəlxalq təşkilatlar, xarici dövlətlər və monitorinq qrupları tərəfindən tanınsa da, radikal müxalifət xalqın iradəsinin əleyhinə gedərək ölkədə terror həyata keçirməyə cəhd etdi. 2003-cü ilin 15-16 oktyabr hadisələri kimi müasir tariximizdə öz yerini almış həmin tarix radikal müxalifət qüvvələrinin nə qədər dağıdıcı və antimilli fəaliyyət ortaya qoyduğunu bir daha nümayiş etdirdi. Onlarla bina, yaşayış yerləri, təhsil müəssisələri, ticarət və iaşə obyektləri, vətəndaşların şəxsi avtomobilləri müxalifət qüvvələrinin hücumlarına məruz qalmış, əhaliyə və dövlətə küllü miqdarda ziyan dəymişdi. Həmin hadisələrdə həlak olanların da olduğu bildirilirdi.
2005-ci il: Məni bura Əli Kərimli göndərib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin tapşırığı ilə 2005-ci il iyulun 28-29-da “Yeni fikir” gənclər hərəkatının sədri Ruslan Bəşirli və hərəkatın üzvü Osman Əlimuradov Tbilisi şəhərinə səfər edərək, burada özlərini Gürcüstanın demokratik qüvvələrinin nümayəndələri kimi təqdim edən Merabi Cibutia, habelə əslində Ermənistanın xüsusi xidmət orqanlarının işçiləri olan Georgi İspiryan və Vardan adlı şəxslərlə görüşdü. İspiryana onun Əli Kərimlinin göstərişi ilə görüşdüyünü söyləyən R.Bəşirli erməni xüsusi xidmət orqanının əməkdaşından aldığı pulu da Əli Kərimliyə verəcəyini deyirdi. O, erməninin Azərbaycan dövlətinə qarşı birgə əməkdaşlıq təklifini məmnuniyyətlə qəbul etdi.
2005-ci il parlament seçkiləri: “Müsavat”ın “revanşı”
2005-ci il noyabrın 6-da keçiriləcək parlament seçkilərinə hazırlıq radikal müxalifətin 2000-ci ildəki hazırlığı ilə eyniyyət təşkil edirdi. Bir-birinə xəyanət etməyə alışmış qüvvələr növbəti dəfə bir araya gəldi. Amma nəticə yenə dəyişmədi. 2000-ci ildə Milli Məclisdə iştiraka qərar verən AXCP-dən bu dəfə “Müsavat” qisasını aldı. AXCP-nin parlamentdə təmsilçilikdən imtina ilə bağlı çağırışlarına “Müsavat” “yox!” deyərək 2000-ci ildə özünün yaşadıqlarını və söylədiklərini AXCP-yə təkrarlatdı.
2010-cu il oktyabr: Aram Manukyan - İsa Qəmbər əməkdaşlığı
2010-cu ilin oktyabr ayında Azərbaycan xalqı radikalların növbəti xəyanətinə şahidlik etdi. Müsavat Partiyasının başqanı İsa Qəmbər Almaniyanın Potsdam şəhərində Ermənistan ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan və Gürcüstan Respublikaçılar Partiyasının sədri David Usupaşvili ilə birgə qarşılıqlı əməkdaşlıq haqqında Bəyannamə imzaladı. Bəyannaməyə görə onlar bir çox məsələlərdə əməkdaşlıq edəcəkmiş. İsa Qəmbərin siyasi avtobioqrafiyası isə bu əməkdaşlığını kimi qarşı ünvanlandığını müəyyənləşdirməyə yardım edir. Hədəf yenə də Azərbaycan dövlətçiliyidir.
2012-ci il - gizli mart görüşləri
Azərbaycanda səfərdə olan Almaniyanın xarici işlər naziri Gido Vestervelle radikal müxalifət rəhbərləri və onların təsiri altında olan “hüquq müdafiəçiləri”, o cümlədən, ictimai təşkilatların rəhbərləri ilə görüşdü. Hər zaman Azərbaycanı dövlət imicinə qarşı hücum kampaniyalarının önündə yer alan şəxslərlə keçirilən bu görüşün təfərrüatları ilə bağlı müxalifət mətbuatında bəzi yorumlar yer alsa da, əslində, həqiqət tamamilə fərqli idi. Belə ki, görüşdə iştirak edən şəxslər-İsa Qəmbər, Əli Kərimli, Leyla Yunus və digərləri hər zaman ölkəmizə qarşı təxribatlarda, yalan və əsassız iddiaların irəli sürülməsi istiqamətindəki fəaliyyətdə ön sıralarda yer alırlar. Bu mənada bu dəfə də görüşdə həmin riyakar və xəyanətkar mövqedə dayanan bu insanların Azərbaycanın maraqlarına zərbə vurmaq, hər şeyi qara rəngdə göstərmək üçün bütün yalanlarından istifadə etdiyi təsdiqləndi. Bu görüşdə Ə.Kərimli və İ.Qəmbər Vestervelledən Almaniyanın Azərbaycana qarşı təzyiq göstərməsini, bu mahnı yarışmasını siyasiləşdirməyə yardım etməsini, o cümlədən, Almaniya mətbuatında Azərbaycana qarşı aparılan çirkin kampaniyanın davam etdirilməsini xahiş etdilər. Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici dairələrin əmrlərini sözsüz yerinə yetirən bu qrupun əvvəlki açqlamaları da göstərirdi ki, onlar üçün əsas olan Azərbaycan dövlətinin imicinə qarşı mövqe tutmaq, ona qara yaxmaq və əsassız fikirlər irəli sürməkdir.
2012-ci il aprel: anti-“Eurovision” kampaniyası genişlənir
Mart ayında xarici ölkələriin nümayəndələri ilə keçirilən görüşlər öz “nəticələrini” aprel və may aylarında daha aydın göstərdi. Müxalifət ölkəmizdə keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə qarşı kapmaniyaya başladı və baykot çağırışlarını gündəmə gətirdi. Bu kampaniyada bütün siyasi karyerası uğursuzluqlarla müşayiət olunan İsa Qəmbər həddən artıq “canfəşanlıq” göstərirdi. İş hətta o yerə çatmışdı ki, müxalifət liderləri sosial şəbəkələrdə özlərinə aid səhifələrdən də antitəbliğat yürüdürdü.
2012-ci il 24 aprel: Müxalifət “Eurovision”a hazır ol!
24 apreldə radikal müxalifət liderləri bəzi xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının təmsilçiləri ilə görüşdü. Bu müddət ərzində anti-“Eurovision” kampaniyasında ciddi şəkildə dəstək verən bu ölkələrin təmsilçiləri ilə görüş haqlı suallar ortaya çıxarırdı. Amma ciddi mənbələrdən əldə edilən məlumatlar həmin görüşün səbəblərini bəlli etdi. Diplomatik korpus təmsilçiləri Azərbaycanın satqın müxalifət liderlərindən növbəti dəfə milli maraqlarımızı satmağı tələb edirdilər. Bunun qarşılığında isə radikallar varlandı.
2012-ci il 24 may: Lorinə şikayət
24 mayda Azərbaycanda keçirilən “Eurovision-2012” müsabiqəsində İsveçi təmsil edən müğənni Lorinlə görüşən radikal müxalifət liderləri müğənnini Azərbaycan haqqında yanlış məlumatlarla yönləndirərək onu “Eurovision-2012”ni boykot etməyə çağırdılar.
P.S. Bu faktlar müxalifətin xəyanətinin, satqınlığının və antimilliliyinin anatomiyasını təşkil edir. Əgər belə deyilsə, onda bunun adı nədir?
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

