Respublikamızın cənub bölgəsində də infrastruktur layihələri uğurla həyata keçirilir
03.08.2012 [21:18]
Məlum olduğu kimi, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu yöndə aparılan siyasət inkişafın Azərbaycan modelinin əsas tərkib hissələrindən biridir. Yəni, çoxkomponentli olmaqla bütün makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə edən regionların inkişafı ilə bağlı olan dövlət proqramları məhz Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir. Bir sözlə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin əsas komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında davam etdirilən bu siyasi-iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafında yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub.
İyulun 31-də Lənkərana səfəri çərçivəsində Prezident İlham Əliyev yenidən qurulan Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, 2014-2023-cü illəri əhatə edəcək yeni Dövlət Proqramı artıq hazırlanır: “Ancaq birinci proqramların icra edilməsi nəticəsində əsas infrastruktur, sosial məsələlər öz həllini tapacaqdır. Növbəti onillik Proqram gələcəyə baxışlarımızı əks etdirəcəkdir. çünki biz növbəti 10 il ərzində Azərbaycanı daha da sürətlə inkişaf etdirməliyik. ölkə qarşısında duran əsas vəzifələr icra edilibdir. Ancaq həyat yerində durmur, yeni vəzifələr ortaya çıxır. Elə etməliyik ki, növbəti 10 il ərzində iqtisadi gücümüzü iki dəfə artıra bilək. Son səkkiz il ərzində iqtisadiyyatımız üç dəfə artıbdır. Növbəti on il ərzində daha iki dəfə artmalıdır. Bu Proqramın reallaşdırılması nəticəsində Azərbaycan dünya miqyasında yüksək gəlirli ölkəyə çevriləcəkdir. Beləliklə, insanların rifah halı daha da yaxşılaşacaq, ölkəmiz daha da güclü olacaq, bizim dünyadakı mövqeyimiz daha da möhkəmlənəcəkdir”.
Beləliklə, dövlət başçısının birbaşa nəzarəti altında davam etdirilən regional sosial-iqtisadi inkişaf formulu respublikanın cənub bölgəsinin də hərtərəfli tərəqqisinə səbəb olub. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionun inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsi, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionun sosial-iqtisadi inkişafında həlledici rol oynayıb. Bir sözlə, mövcud olan iqtisadi potensialdan səmərəli istifadə edilməsi nəticəsində ötən dövr ərzində infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil (təkcə Lənkəranda 2 mindən çox məktəb), səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsi mümkün olub. Bundan əlavə bölgənin turizm potensialı nəzərə alınaraq infrastruktur layihələrinin həyata keçirilməsi də prioritetdə olan məsələlərdəndir.
Qeyd edək ki, cari il iyulun 31-də Prezident İlham Əliyev cənub bölgəsində - Cəlilabad və Lənkəran rayonlarında həyata keçirilən tədbirlərlə yerində tanış olub, bir sıra müəssisə, mədəni-istirahət yerlərinin açılışında iştirak edib. Belə obyektlər arasında Cəlilabadda “Avanqard” MMC-nin un fabriki də var. Qeyd edək ki, 100 tonluq un dəyirmanı və 10 min tonluq taxıl məhsullarının təmizlənməsi və satışı üçün anbar kompleksini özündə birləşdirən müəssisə ən müasir avadanlıqla təchiz olunub. Müəssisənin beşmərtəbəli binadan ibarət dəyirman kompleksi ekoloji baxımdan bütün gigiyenik normalara cavab verir. Taxıl məhsullarının qəbulu, çeşidlənməsi və təmizlənməsi, o cümlədən, un istehsalı tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Fabrikdə “İpək” və “Ocaqlı” adı ilə un məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin taxıl anbarı və dəyirman kompleksində Cəlilabadda və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdikləri taxıl məhsullarının uzun müddət itkisiz saxlanması və istehsalı nəzərdə tutulur. Layihənin həyata keçirilməsi respublikada taxılçılığın inkişafına təkan verməklə il boyu əhalinin keyfiyyətli ərzaq buğdası ilə təmin olunmasına şərait yaradacaq.
Bundan əlavə, dövlət başçısı istifadəyə verilən Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərarası avtomobil yolu, “Cəlilabad Broyler” ASC-nin quş əti istehsalı müəssisəsi, yeni Cəlilabad Olimpiya İdman Kompleksinin, Gənclər Parkı və Bayraq Meydanı, Cəlilabadda Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin açılışında, Lənkəranda hotel kompleksi, Lənkəran Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37

