/ / Radikal müxalifət London Olimpiadasının ilkin nəticələrindən siyasi dividendlər qazanmağa çalışır
Radikal müxalifət London Olimpiadasının ilkin nəticələrindən siyasi dividendlər qazanmağa çalışır
06.08.2012 [22:43]
Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycanın əldə etdiyi nailiyyətlər artıq beynəlxalq aləm tərəfindən də təqdir edilir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu analitik mərkəzləri və reytinq agentlikləri öz ənənəvi hesabatlarında ölkəmizin əldə etdiyi uğurları xüsusilə vurğulayırlar. Heç şübhəsiz, bütün bunlar dövlətimizin inkişafında və daha da qüdrətlənməsində maraqlı olan hər bir Azərbaycan vətəndaşını sevindirir.
Təbii ki, bununla yanaşı, ölkəmizin uğurlarına sevinməyən qüvvələr də var. Belə ki, Azərbaycanın sürətli inkişafı, beynəlxalq müstəvidə mövqelərinin güclənməsi bəzi qüvvələri narahat edir. Təəssüf doğuran hal oldur ki, xarici qüvvələrlə yanaşı, ölkəmizin daxilində olan bəzi radikal müxalifət partiyaları da Azərbaycanın uğurlarına sevinmir, hər hansı uğursuzluq olarkən isə bundan fərəhlənirlər.
Son aylar ərzində bu cür qüvvələr-xalqımızın sevincindən kədərlənən, kədərindən isə sevinənlər öz mahiyyətlərini növbəti dəfə ortaya qoyublar. Xatırladaq ki, keçən il təmsilçilərimiz Almaniyada keçirilən “Eurovision-2011” mahnı müsabiqəsində qalib gəldikdə ölkəmizin inkişafında maraqlı olan hər bir azərbaycanlı çox sevindi. Ancaq təəssüflə qeyd etmək yerinə düşər ki, həmin qələbəmiz bəzi qüvvələri, xüsusilə, radikal müxalifəti məyus etdi. Bu düşərgə təmsilçiləri “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda keçirilməməsi üçün də bütün səylərini ortaya qoydular. Radikalların “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində və müsabiqə günlərində sərgilədikləri antimilli fəaliyyət bütün ictimaiyyətə məlumdur.
Bu gün isə radikal müxalifət XXX London Yay Olimpiya Oyunlarının ilk günlərində Azərbaycan idmançılarının qələbə qazana bilməmələrinə çox sevinir. AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu və başqaları mətbuata açıqlamalarında bu hadisədən də siyasi dvidend qazanmağa səy göstərirlər. Onlar dövlətimizin idman sahəsinin inkişafı üçün həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışır, idmançıların medal qazana bilməməsinə siyasi “don” geydirməyə cəhd edirlər. Əslində, radikalların bu addımı heç də təəccüblü deyil. çünki adını müxalifət qoyan, amma hər addımda antimilli mövqe sərgiləyən, ölkəmizin uğurlarına sevinməyən, əksinə, Azərbaycan xalqının və dövlətinin müsbət imicinə qarşı olan hər bir fəaliyyətdə ön sırada yer alan radikal düşərgə təmsilçiləri bütün açıqlamalarında öz cılızlıqlarını aşkar şəkildə nümayiş etdirirlər. Bu məqamlarda antimilli mövqe sərgiləyən, xaricdəki bəzi antiazərbaycançı dairələrin sifarişlərinin icraçıları rolunda çıxış edən radikallar bir daha Azərbaycanın təəssübünü çəkmədiklərini nümayiş etdirirlər. Yeri gəlmişkən, Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlət başçısı da həmin qüvvələr və onların “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində sərgilədikləri mövqe barədə danışıb: “Onlar üçün, yəni, xüsusilə, daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək - bütün bunlar bizim gözümüzün qabağında baş vermiş hadisələr idi. Əlbəttə, Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir. Demək olar ki, bütün Azərbaycan xalqı bu bir ay ərzində sevinc içində idi. Bu qədər qonaq gəlir, hər kəs istəyirdi ki, öz ölkəsini təqdim etsin, tanıtdırsın, gözəl yerləri göstərsin. Antimilli qüvvələr isə xarici qonaqlara deyirdilər ki, siz baxmayın ki, bura belə gözəldir, gəlin, biz sizi kənara aparaq, siz görərsiniz ki, bura necə pisdir. Yəni, adamın ağlına gəlmir ki, bu dərəcədə antimilli duyğularla yaşayan insanlar burada, ümumiyyətlə, özləri üçün necə yer tapa bilirlər?! Yəni, onlar üçün hər gün dərddir, hər gün faciədir. Bir yenilik görəndə üzülürlər, bir inkişaf görəndə yasa batırlar. Bunlar doğrudan da, çox ağır bir psixoloji durumda olan insanlardır, özü də uzun illər ərzində”.
Qeyd etməliyik ki, hər zaman olduğu kimi radikal müxalifətin bu sevinci də uzun çəkməyəcək. çünki artıq London Yay Olmpiya Oyunlarında idmançılarımızın uğurları və qazanılan medalların sayı artır. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı bu gün Azərbaycan idmanını dünyada liderlər sırasına daxil edib. ölkənin inkişafına paralel şəkildə həyata keçirilən idmanın maddi-texniki bazasının yenidən qurulması, yeni-yeni idman arenalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində tədbirlər idmanın inkişafına xidmət edir. Dövlətin yaratdığı bu şəraitin nəticəsidir ki, Azərbaycan ilk dəfə 53 idmançı ilə London Olimpiadasında təmsil olunur. İdman bazaları, müasir olimpiya-idman komplekslər Azərbaycan xalqının və idmanının gələcəyinə qoyulan böyük sərmayədir. Bu komplekslərdə sağlam nəsil yetişməklə yanaşı, gələcək olimpiadaların qalibləri hazırlanır və bu proses daimi xarakter alıb. ötən illərin statistikası ilə mövcud göstəriciləri müqayisə edəndə də biz bunu daha aydın şəkildə anlayırıq. Əgər Pekin Olimpiya Oyunlarında Azərbaycan 44 lisenziya qazanaraq 11 idman növündə təmsil olunurdusa, Londonda 53 lisenziya ilə 16 idman növündə təmsil olunur. Şübhə yoxdur ki, idmançılarımız Londondan daha çox medalla qayıdacaq və bununla da, radikal müxalifətin arzuları puç olacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

