Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Toğrul öz dövlətini, millətini, Prezidentini və bayrağını sevən bir gəncdir"

"Toğrul öz dövlətini, millətini, Prezidentini və bayrağını sevən bir gəncdir"

16.08.2012 [00:17]

Olimpiya çempionumuzun dayısı: Onun Vətənə qələbə ilə dönəcəyinə hamımız inanırdıq
Dünyanın ən böyük idman bayramı olan XXX London Yay Olimpiya Oyunları bir çox ölkələr kimi Azərbaycan üçün də uğurlu olub. Daha doğrusu, London Olimpiadası Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazıldı desək, yanılmarıq. çünki XXX Yay Olimpiya Oyunlarında uğurla çıxış edən komandamız 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanaraq, planetin ən böyük idman yarışını 204 ölkə arasında 30-cu pillədə başa vurub. Bu nəticə həm də müstəqil Azərbaycanın idman tarixində bir rekorddur.
Onu da bildirək ki, həmin rekordun əldə edilməsində xüsusi rol oynayanlardan biri də 20 yaşı gələn ay tamam olacaq Olimpiya çempionumuz Toğrul Əsgərovdur. Dünən redaksiyamızın qonağı olan Toğrul Əsgərovun dayısı, həmçinin, özü də keçmiş güləşçi olan İlkin Hüseynovla söhbətimizdə qəhrəmanımızın həyatı və idmana marağına dair suallara cavab aldıq.
“Bizdə idmana maraq gendən gəlir”
özünün və atası Səməndər Hüseynovun da idmanla məşğul olduğunu deyən İlkin Hüseynov Toğrulda idmana marağın gendən gəldiyini söyləyib: “Toğrulun rəhmətlik atası boks üzrə dəfələrlə çempion olub. Toğrulun ana babası Gürcüstanda milli güləşçi olub. Babamın babası da güləşçi olub. Atam Səməndər Hüseynov isə sambo üzrə SSRİ-nin İdman ustası olub”.
Dayısının sözlərinə görə, Toğrul uşaq vaxtlarından idmanla məşğul olub: “İlk dəfə idmanın üzgüçülük növü ilə məşğul olub. 7 yaşından etibarən isə atam onu güləş müəlliminin yanına aparıb. Onu da deyim ki, Toğrul hər zaman mübariz olub. Hətta xəstələnəndə belə məşqlərdən qalmayıb. Bu cür fədakarlıq isə tezliklə öz bəhrəsini verib. Toğrul ilk dəfə 26 kq çəki dərəcəsində şəhər çempionu olub”.
Sonra uğurlar bir-birini əvəz edib. Dayısı deyir ki, əldə etdiyi nailiyyətlər Toğrulu güləş üzrə Azərbaycanın yığma komandasına gətirib: “O, Qazaxda məşqçi Firdovsi Umudovun yanında məşq keçib. Beləliklə, əvvəl yeniyetmələr, sonra isə gənclər arasında respublika, Avropa və dünya çempionu olub. Kişilər arasında Dünya çempionatında ikinci yerə çıxıb”.
Babası Toğrulun Olimpiya çempionu olacağını hələ 13 il əvvəl deyib
“Toğrul Əsgərovun Olimpiya çempionu olmasına inanırdınızmı” sualına gəlincə, dayısı aşağıdakıları bildirib: “Toğrulun hələ 7 yaşı olanda atam onu güləş üzrə Respublikanın Əməkdar məşqçisi Elçin Zeynalovun yanına apararaq “sənə gələcəyin dünya və Olimpiya çempionunu verirəm” dedi. Yəni, bunu ona görə xatırladıram ki, biz ilk gündən Toğrulun nailiyyətlər qazanacağına inanırdıq. Bu inamı isə onda olan fədakarlıq, daim qələbəyə can atmaq və qorxmazlıq hissləri yaratmışdı. Biz bilirdik ki, Toğrul yarışlara yalnız qələbə qazanmaq əzmi ilə hazırlaşır. Və zaman keçdi, Toğrul Olimpiya çempionu olanda atamın vaxtı ilə heç də yanılmadığı təsdiqləndi. Onu da deyim ki, Toğrul bundan sonra da bir neçə dəfə Olimpiya çempionu olacaq. Biz ona inanırıq”.
Uşaqlıqdan ədəbiyyatı və tarixi sevən Toğrul həm də yaxşı at sürür
Yeri gəlmişkən, uşaq vaxtı çox dəcəl olan Toğrul Əsgərov bununla belə, dərslərini yaxşı oxuyub: “Uşaqlıqda çox dəcəl idi. Amma bununla belə, dərslərini çox yaxşı oxuyurdu. Xüsusilə ədəbiyyatı və tarixi çox sevirdi. Amma daha çox həvəs göstərdiyi at sürmək idi. Yəni, hələ uşaq vaxtlarından o, yaxşı at minməyi bacarır və atları sevir. Hazırda özünün atı var”.
Dayısı onu da deyib ki, sadəliyi ilə fərqlənən Toğrulun qələbəsinin kökündə həm də bu gəncin Vətənə sevgisi dayanır: “Toğrul öz dövlətini, millətini, Prezidentini və bayrağını sevən bir gəncdir. Hər zaman Azərbaycan bayrağının yüksək kürsülərdə dalğalanmasını görəndə fəxr edir. Xoşbəxtik ki, Londonda bayrağımızı zirvəyə qaldıranlardan biri də məhz Toğrul oldu”.
Toğrulun qələbəsinin Azərbaycanın hər yerində olduğu kimi Gəncədə də böyük coşqu ilə qarşılandığını bildirən İlkin Hüseynov “bu ayrı bir hissdir. Biz sevincimizdən yerə-göyə sığmırdıq” deyib.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğunu deyən İlkin Hüseynov idmançılarımızın Londondakı qələbəsinin arxasında məhz YAP-ın Sədri, Prezidentimiz, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin diqqət və qayğısının dayandığını bildirib: “İdmançılarımızın əldə etdikləri möhtəşəm uğur idmana dövlət və şəxsən Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir. Məhz, ölkəmizdə idmana dövlət tərəfindən böyük diqqət və qayğının göstərilməsinin nəticələrindən biri kimi Azərbaycanda Olimpiya hərəkatı geniş vüsət alıb. Biz buna görə cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk. Əslində, Prezidentimiz İlham Əliyev idmançılarımıza ilk Olimpiya qızılını məhz Bakıda verdi. O mənada ki, dövlət başçımız olimpiyaçılarımızı şəxsən qəbul edərək, onların yola salınma mərasimini təşkil etdi. Yəni, hər bir idmançı üçün bunun özü bir medal deməkdir. Halbuki, digər dövlətlərin prezidentləri bu cür mərasimlərdə iştirak etmirlər. Təkcə bu faktın özü cənab Prezidentimizin idmana və idmançılara olan diqqət və qayğısının bariz nümunəsdir. Eyni zamanda, Prezidentimiz ailəsi ilə birlikdə Londonda idmançılarımıza böyük dəstək oldu. Mən bütün bunlara, həmçinin, idmançılara göstərilən diqqət və qayğıya görə ailəmiz adından Prezident İlham Əliyevə minnətdarlıq edirəm”.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 890 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30