Fransa üzr istəməlidir!
18.05.2024 [10:35]
Parisin mövqeyi iki ölkənin münasibətlərində daha mənfi təsirlərə gətirib çıxara bilər
Nardar BAYRAMLI
Fransa Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Rəsmi Paris ölkəmiz haqqında böhtan kampaniyası aparır. Bugünlərdə Fransanın daxili işlər naziri Jerald Darmanan ölkəmizə növbəti dəfə böhtan atıb. O, “France-2” telekanalına müsahibəsində əsassız olaraq Azərbaycanı Yeni Kaledoniyada etirazlara müdaxilə etməkdə və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib. Görünən odur ki, Fransa rəhbərliyi Yeni Kaledoniyada baş verən hadisələrdə günahkar axtarışına çıxıb.
Artıq rəsmi Paris xarici və daxili siyasətində ciddi böhran yaşamaqdadır. Təsadüfi deyil ki, hazırda bu dövlət keçmiş müstəmləkələrindən qovulur. Həmin bölgələrdə Parisə qarşı etiraz aksiyaları səngimir, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən daha da artır. Niger, Qabon və s. bölgələrdən qovulan Fransaya qarşı etirazların artdığı keçmiş müstəmləkələrdən biri də Yeni Kaledoniyadır. Bu bölgədə Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyaları artıq davamlı xarakter alıb və hər gün daha da güclənir. Öz müstəmləkəçi siyasətinin acı nəticələrini yaşayan Fransanın rəsmilərinin Azərbaycanı ittiham etməsinin heç bir əsası yoxdur. Bu ölkənin daxili işlər nazirinin iddialarına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransa tərəfinin ilk növbədə Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pislədiyini və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edildiyini bildirib. O qeyd edib ki, Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı. Ayxan Hacızadə bildirib ki, Jerald Darmananın ölkəmizə qarşı və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının liderləri arasında iddia olunan münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edirik. Bununla yanaşı, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarının etirazlarını dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir.
A.Hacızadə J.Darmanan tərəfindən Azərbaycanın diktatura adlandırılmasına da münasibət bildirərək deyib ki, bu ifadələrə görə Fransa ölkəmizdən üzr istəməlidir. O bildirib ki, Fransa tərəfindən Azərbaycana qarşı səslənmiş bu kimi fikirlər tamamilə qəbuledilməzdir və rəsmi Bakı tərəfdən qətiyyətlə rədd edilir: “İnsan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, islamofobiya və müsəlmanlara qarşı hücum hallarının, eləcə də antisemitizmin geniş yayıldığı Fransadan fərqli olaraq Azərbaycanda fundamental hüquq və azadlıqlar tam olaraq təmin edilir. Azərbaycan müstəqilliyini bərpa edəndən etibarən daim demokratik dəyərlərə sadiq cəmiyyət kimi formalaşıb və inkişaf edib. Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə mənsub insanların mehriban və təhlükəsiz şəraitdə yaşadığı ölkədir”. A.Hacızadə vurğulayıb ki, Fransa üzr istəməyəcəyi təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaq: “Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir. Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaq”.
Ümumiyyətlə, Fransanın daxili i?lər nazirinin ölkəmizə qarşı əsassız və qərəzli açıqlaması ilk dəfə deyil. Bu ölkənin digər rəsmiləri kimi, o da Azərbaycana qarşı qara piar kampaniyası aparır. Yəni, daxili işlər naziri ənənəsinə sadiq qalaraq yalan danışmaqda davam edır, həm də bununla ölkəsinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır. Digər tərəfdən, Yeni Kaledoniyada baş verənlər indinin problemi deyil, 50 ildən artıq yaşı olan azadlıq mübarizəsi, Fransanın kolonial siyasətinə qarşı hərəkatdır. Bunu bu gün Azərbaycanın üzərinə yıxmaq isə riyakarlıq və qərəzdən başqa bir şey deyil.
Eyni zamanda, uzun illərdir ki Fransa bu ərazidə demoqrafik vəziyyəti dəyişməyə, yerli kanakların sayının azalması üçün orada kolonialistlərin sayını artırmağa çalışır. Bu gün baş verənlər məhz bu siyasətə qarşı mübarizədir. Rəsmi Paris bu problemlərə cavab vermək əvəzinə, Azərbaycanı ittiham edir. Ən maraqlı olan isə Fransa nəşrlərinin hakimiyyətlə eyni mövqe nümayiş etdirmələridir. Bu ölkədə heç bir media qurumu kanakların azadlıq mübarizəsindən, dinc sakinlərin öldürülməsindən yazmır və ya yaza bilmir. A?ınacaqlı hal odur ki, Yeni Kaledoniyada baş verən iğtişaşlara cavab olaraq Fransa hökuməti ordunu adaya yeridib. Bunun nəticəsində artıq 10-a yaxın qurban və 200-ə yazın yaralı var. Fransa hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək üçün bölgədə “TikTok” sosial şəbəkəsini bağlayıb.
Beləliklə, rəsmi Paris müstəmləkəçi siyasətini israrla davam etdirməyə çalışır. Bütün bunların fonunda bu ölkənin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar yolverilməzdir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

