Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İsa Qəmbərlə Əli Kərimli siyasət meydanından qaçdığı kimi tərəfdarları da sosial şəbəkədə polemikadan qaçırlar

İsa Qəmbərlə Əli Kərimli siyasət meydanından qaçdığı kimi tərəfdarları da sosial şəbəkədə polemikadan qaçırlar

01.09.2012 [17:33]

Və ya radikalların son addımları həm demokratiyaya, həm də insan haqlarına ziddir
Bu bir həqiqətdir ki, müasir dünyada sosial şəbəkələrdən istifadə geniş miqyas alıb. Bu gün elə bir dövlət, cəmiyyət tapmaq çətindir ki, informasiya-kommunikasiya texnologiyalarının bu imkanlarından istifadə etməsin. Heç şübhəsiz, dünyada ən geniş yayılmış və istifadə olunan sosial şəbəkələrdən biri də “Facebook”dur. İnsanlar ən müxtəlif məsələlərlə bağlı “Facebook”da fikirləri paylaşır, eləcə də, müxtəlif mövzuları müzakirə edirlər. Eyni zamanda, “Facebook”da müxtəlif qruplar yaradılır ki, bu qrupların səhifəsində də ən müxtəlif mövzularda müzakirələr gedir.
Azərbaycanda da söz azadlığı, fikir müxtəlifliyi və sosial medianın sərbəstliyi mövcuddur. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri bu imkanlardan sərbəst şəkildə istifadə edirlər. Burada diqqəti çəkən əsas məqamlardan biri isə siyasi təşkilatların sosial şəbəkələrdə fəaliyyətidir. Lakin sosial şəbəkələr sərbəst fikir bölüşməyin, demokratiyanın bir nümunəsi olsa da, ölkəmizdə radikal müxalifətin nümayəndələri “Facebook”dan tam başqa məqsədlər üçün istifadə edir. Belə ki, radikallar “Facebook”da  “Azadlıq-Free Azərbaycan”, “İstefa” və “Azadlıq” və digər bu kimi qruplar yaradıb öz səhifələrində ölkədə həyata keçirilən siyasətə  qarşı şər, böhtan və əsassız fikirlər səsləndirirlər.
Müxalifət yenə qaçır
Elə bu yazının yazılmasına səbəb də “Yeni Azərbaycan” qəzetinə bu məsələ ilə bağlı cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçilərinin və YAP fəallarının çoxsaylı müraciətləridir. Həmin müraciətlərdə bildirilir ki, radikal müxalifət təmsilçilərinin “Facebook”da yaratdıqları sözügedən səhifələrdə edilən çıxışlara münasibət bildirmək olmur. Səbəb isə odur ki, həmin səhifələri yaradanlar fərqli fikirlərə yer vermirlər. Eyni zamanda, əksər insanlar çıxış yolunu bu qruplara üzv olmaqda görürlər ki, bəlkə bundan sonra onların fikirləri, şərhləri həmin səhifələrdə yerləşdirilsin. Amma iş burasındadır ki, qruplara üzvlüklə bağlı müraciətlər də cavabsız qalır. Beləliklə, partiyamızın üzvlərinin və cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçilərinin redaksiyamıza etdikləri müraciət əsasında apardığımız araşdırmalar deyilənlərin doğru olduğunu təsdiqlədi. Bu isə o deməkdir ki, sözügedən qrupları yaradanlar fərqli fikirlərin verilməsində, obyektiv ictimai müzakirələrin aparılmasında əsla maraqlı deyillər.
Kimsəyə sirr deyil ki, demokratiya həmişə müxalifət düşərgəsinin əlində bayraq etdiyi şüar olub və hətta bu düşərgə tərəfindən guya ölkəmizdə demokratiyanın olmadığı iddia olunur. Əlbəttə ki, onların bu iddiası heç bir əsasa söykənmir. Demokratiyanın ən mühüm kriteriyalarından biri  söz azadlığı və fikir müxtəlifliyidir ki, ölkəmizdə də bu prinsipə tam şəkildə əməl edilir. Amma gəlin görək, radikal müxalifət demokratiyanın bu önəmli kriteriyalarına əməl edirmi? Əlbəttə ki, yox. Heç uzağa getməyək, “Facebook”dakı adını çəkdiyimiz səhifələrdə qoyulan məhdudiyyət bunu əminliklə söyləməyə əsas verir. Bu fakt bir daha təsdiqləyir ki, radikal müxalifət demokratiyadan yalnız öz məqsədləri üçün istifadə edir. ümumilikdə isə, bu düşərgə fərqli fikrə dözümsüz yanaşır. Bu dəfə də müxalifətçilər bu “ənənələrinə” sadiq qalaraq “Facebook”dakı adıçəkilən səhifələrdə fərqli fikirlərə yer verməkdən imtina edirlər.
Qapalı müzakirələr heç vaxt ictimai xarakter daşıya bilməz
ümumiyyətlə, radikal müxalifət düşərgəsinin guya xalqın mənafeyini düşündüyünü, insanların fikirlərini ifadə etməsi haqda iddialarının hər zaman şahidi olmuşuq. Guya onlar bütün çıxışlarında və mövqelərində ictimai fikrə istinad edirlər. Amma bu yanaşma da cəfəngiyyatdan başqa bir şey deyil. Fikrimizi əsaslandırmaq üçün yenə də müxalifətçilərin “Facebook”da yaratdığı həmin səhifələrə istinad edirik. Yuxarıda qeyd etdiyimiz kimi cəmiyyətimizin ən müxtəlif təbəqələrinin nümayəndələri daim sosial şəbəkələrdən geniş istifadə edir. Təbii ki, virtual məkanda müzakirə mövzuları da çox əhatəlidir və insanlar “Facebook” vasitəsilə müzakirəyə atılmış ən müxtəlif məsələlər haqda da fikirlərini ətraflı şəkildə bölüşürlər.
Amma radikal müxalifət təmsilçilərinin yaratdıqları səhifələr isə geniş ictimaiyyətin üzərinə bağlıdır.  Məsələn, “İstefa” qrupu öz səhifəsinin geniş ictimai polemika üçün açıq olduğunu elan edib. Qrupun səhifəsinin üz qabığında “Azərbaycanda və dünyada gedən siyasi prosesləri azad müzakirə etmək, onlar ətrafında fikir mübadiləsi aparmaq üçün yaradılan qrupdur” yazılsa da, bu səhifəyə hər hansı fərqli fikir bildirmək mümkün deyil. çünki bu fikir, qəbul olunmur. Yuxarıda bəhs etdiyimiz, yəni, redaksiyamıza daxil olan çoxsaylı müraciətlər də burada öz təsdiqini tapır. Belə olan halda onların səhifələrindəki müzakirələr ictimai xarakter daşıya bilməz. Bu bir daha onu göstərir ki, burada da radikal müxalifət özünü cəmiyyətdən təcrid edib. Əgər müxalifətçilər həqiqətən ictimai dayaqlara malik olduqlarını iddia edirlərsə, o zaman sosial şəbəkələrdəki, adlarını konkret çəkdiyimiz qrupları səhifələrini geniş ictimaiyyətin üzünə açmaqdan çəkinməməlidirlər. Amma hələ ki, onların bu cəsarətə sahib olduğu görünmür. Həmin qrupların yaradıcıları guya ictimai müzakirələr apardıqlarını iddia etsələr də, əslində bu müzakirələr təqribən sayları bir ailə üzvünün sayları qədər olan ancaq fərqli adlar altında təkrar daxilolmalarla şişirdilərək böyük qrup kimi təqdim olunan məhdud çərçivədə aparılır və cəmiyyətin aktiv üzvləri bu müzakirələrə buraxılmır. Belə olan halda belə qrupların guya ictimai müzakirə aparmaları, əslində, azsaylı bir ailənin mətbəxdəki dedi-qodusundan əsla fərqlənmir.
Fərqli fikirlərə niyə yer verilmir?
Əslində, ictimai müzakirələr cəmiyyətin bütün sosial təbəqələri tərəfindən aparılmalıdır və hər bir kəsin müzakirəyə çıxarılan məsələyə öz münasibətini bildirmək hüququ təmin olunmalıdır. Təəssüf ki, “Facebook”dakı adını çəkdiyimiz qrupların yaradıcıları ya bu qrupları qapalı edir, ya da açıq elan etsələr də oraya üzvlüklə bağlı müraciət edənlərə müsbət cavab vermirlər. Maraqlıdır, həmişə söz və fikir azadlığından danışanlar niyə bu prinsiplərə qarşı çıxırlar? Əslində bu sualın cavabı bəllidir. çünki cəmiyyətə məlumdur ki, Azərbaycanda radikal müxalifəti dar çərçivə istisna olmaqla, geniş ictimaiyyət qəbul etmir. Bu düşərgənin siyasi xətti ictimaiyyətdə həmişə narazılıqla qarşılanıb və bu gün də belədir. Bu səbəbdən də geniş ictimaiyyətin fikirlərinə adıçəkilən səhifələrdə yer verilmir. Beləliklə də ayrı-ayrı iştirakçıların iştirak hüququ məhdudlaşdırılır. Görəsən belə insanların əllərində təməl azadlıqlara təsir imkanları olsa nə edərdilər?! Əminliklə ifadə edə bilərik ki, belə imkana sahib olsalar indi qrupu qapalı edənlər bütövlükdə “Facebook”u qadağan edər, sosial şəbəkələri bağlayardılar.
Onu da qeyd edək ki, bu qrupların yaradıcıları AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərə yaxınlıqları ilə seçilirlər. Bu isə bir daha sübut edir ki, hər zaman Əli Kərimli və İsa Qəmbər siyasi mübarizədən qaçdıqları kimi onların tərəfdarları da sosial şəbəkələrdə açıq müzakirələrdən qaçırlar. Şübhə yoxdur ki, həmin qruplarda üzvlərin adlarının mütləq əksəriyyəti  saxtadır. Beləliklə də, əslində bu qruplardakı adamlar bir ailənin üzvlərinin sayı qədərdir. Ekspertlər də qeyd edirlər ki, sosial şəbəkələrdə bir nəfər  bir neçə ad altında dəfələrlə qeydiyyatdan keçə bilər. Bu baxımdan, sözügedən qrupların yaradıcılarının da eyni metodlardan yararlandıqlarını söyləmək mümkündür. Yəni, onlar dəfələrlə ayrı-ayrı adlar altında qeydiyyatdan keçərək həmin saxta adları öz qruplarına üzv ediblər. Bununla da, qrupların üzvlərinin sayı süni şəkildə şişirdilib. Belə olan təqdirdə isə, həmin qrupların ictimai müzakirə kimi təqdim etdikləri fikirlər qeybətdən başqa bir şey deyil.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 752 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30