Azərbaycan dövləti Ermənistanı informasiya mübarizəsində məğlub edir
11.10.2012 [21:54]
Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Tiqran Sarkisyan 6 ildir ki, hər il keçirilən ümumerməni jurnalistləri konfransının iştirakçıları ilə görüşüb. Həmin görüşdə o, bildirib ki, erməni jurnalistləri dünyanın hər yerində Türkiyəyə və Azərbaycana qarşı təbliğat aparmalıdır: “Siz müharibə cəbhəsindəsiniz. Kim informasiya məkanında qalib gəlsə, kim öz məqalələri ilə insanları yönləndirə bilsə, müasir dünyanı da o idarə edəcək. İnformasiya məkanında mübarizə kəskin xarakter alır, ona görə də biz öz milli vəzifələrimizi qaldırmalı və əlbir hərəkət etməliyik. Bizim düşmənimiz informasiya müharibəsində qalib gəlmək üçün kifayət qədər böyük vəsait xərcləyir. Biz isə öz birgə səylərimizlə həqiqəti (?!) hamıya çatdırmağa çalışmalıyıq”.
Mənfur erməni xislətinin ən xırda incəliklərini özündə ehtiva edən bu çıxış bir neçə məqamı ilə də diqqət çəkir. T.Sarkisyan, əslində, bu çıxışı ilə artıq Azərbaycanın bütün sferalarda olduğu kimi informasiya müharibəsində də Ermənistanı üstələdiyini təsdiqləyir. Erməni baş nazir özü bununla həm də etiraf etmiş olur ki, ermənilərin yaratdığı lobbi mifi artıq dağılıb və Azərbaycanın apardığı düzgün xarici siyasət, uğurlu diaspora siyasəti, o cümlədən, informasiya mübarizəsindəki üstünlüklərimiz erməniləri təşvişə salıb.
Qeyd etmək yerinə düşər ki, bu gün ermənilərin təşvişə düşməsinin ən əsas səbəbi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən xarici siyasət kursumuzdur. Bu siyasi kursun tərkib hissəsi olan diaspora siyasətimizin düzgün qurulması və effektiv mexanizmə əsaslanan fəaliyyəti erməni lobbisinin illərlə qurduğu yalanların qısa zaman ərzində ifşasını şərtləndirdi.
Vurğulayaq ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanı mühasirəyə alan informasiya blokadası yarıldı. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi nüfuzu, dünya səviyyəsində tanınmış siyasi xadim kimi fəaliyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasının əsasını qoymaqla yanaşı, ölkəmizin qarşılaşdığı haqsızlıqların dünyaya çatdırılmasında təməl rolunu oynadı. Sonrakı mərhələdə isə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. 2002-ci il iyulun 5-də Ümummilli liderimiz Heydər Əliyevin “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərmanı Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənədə çevrildi.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən diaspora siyasəti bu gün də prioritet sahə kimi öz aktuallığını artırmaqdadır. 2008-ci il noyabrın 19-da Prezident İlham Əliyevin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Vurğulamaq lazımdır ki, müasir dövrümüzdə diaspor anlayışının beynəlxalq münasibətlərin vacib elementinə çevrilməsi və qloballaşan dünya reallıqlarının diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoyması bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib.
Hücum diplomatiyası və digər xalqların diaspora təşkilatları ilə əlaqəli fəaliyyət erməni yalanlarının ifşasında mühüm amilə çevrildi
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında bildirmişdi ki, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb. Dövlət başçısı öz nitqində xüsusi olaraq vurğulamışdı ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir.
Bəli, Azərbaycan dövləti qısa bir zamanda erməni yalanlarının ifşa edilməsinə, dünya birliyinin əsl həqiqətlərlə tanış olmasına nail oldu. Bu nailiyyətin əsasında isə Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin apardığı hücum diplomatiyası dayanır. Prezident bildirmişdi ki, Azərbaycan dövləti özünü qoruyur və qoruyacaqdır. Ancaq mən çox şadam ki, diaspor təşkilatlarımız da nəinki erməni lobbi təşkilatlarına tutarlı cavab verir, eyni zamanda, onlar özləri orada Ermənistana qarşı çox ciddi və real faktlar əsasında qurulmuş təbliğat işləri aparırlar: “Mən həmişə demişəm və bu gün də demək istəyirəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır. Bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri daşımamalıdır. Hücum diplomatiyamız nəticə verir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan-Azərbaycan münaqişəsində haqlı tərəf və zərər çəkən tərəf bizik, əlbəttə, arqumentlərimiz daha da ciddidir və daha da tutarlıdır. Hesab edirəm ki, növbəti dövrdə də erməni lobbisinə qarşı bütün dünyada mübarizəmizi davam etdirməliyik, onların yalanlarını ifşa etməliyik, Azərbaycan həqiqətlərini təbliğ etməliyik və Azərbaycan reallıqlarını olduğu kimi təqdim etməliyik”.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanın apardığı hücum diplomatiyasının qısa zaman ərzində bu cür uğurlara nail olmasının əsasında həm də diasporamızın digər diasporalarla yüksək səviyyəli əlaqələr qurması dayanır. Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi-siyasi uğurlar, o cümlədən, dünyanın əksər dövlətləri ilə əməkdaşlıq münasibətləri yaratması bütün dünyanın diqqətinin ölkəmizə yönəlməsində əsaslı rol oynayır. Bu mənada Azərbaycan və Türkiyə diasporunun əlaqəli fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Ulu öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisinə əsaslanan qardaşlıq münasibətləri diaspora fəaliyyətində də özünü göstərir. 2007-ci ilin martında ölkəmizdə keçirilən Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumundakı çıxışında Prezident İlham Əliyev vurğulamışdı ki, xaricdə yaşayan soydaşlarımızın fəallığı bizi çox sevindirir. Biz də buna çalışırıq və əlimizdən gələni edirik ki, bu proseslər daha da sürətlə getsin. Dövlət başçısı qeyd etmişdi ki, xaricdəki Türk, Azərbaycan diasporu artıq çox böyük gücə çevrilibdir: “Bugünkü forumun ən böyük önəmi və deyə bilərəm ki, tarixi nailiyyəti ondadır ki, artıq biz öz fəaliyyətimizi birləşdiririk. Əminəm ki, bu gündən sonra türk və Azərbaycan diaspor təşkilatları vahid orqanizm kimi çalışacaqlar. Bütün işlərdə öz fəaliyyətini əlaqələndirəcək, bizimlə, dövlətlərlə məsləhətləşmələr aparacaqlar. Xarici siyasət baxımından, ictimai proseslərin inkişafı baxımından daim bu əlaqələr olmalıdır”.
Jurnalistikaya dövlət qayğısı və milli maraqların qorunması informasiya mübarizəsindəki uğurumuzun önəmli şərtidir
Bəli, heç şübhəsiz Ermənistanın lobbiçilik, informasiya mübarizəsində geriyə düşməsində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında ölkə KİV-inin milli maraqlara söykənən məqsədyönlü fəaliyyəti də xüsusi qeyd edilməlidir. Bu gün Azərbaycanda dövlət tərəfindən KİV-in inkişafı üçün mühüm addımlar atılır. Sirr deyil ki, Prezident İlham Əliyev hər zaman mətbuata bir dost qayğısı göstərib. 2005-ci ildə-Milli Mətbuatımızın 130 illik yubileyi münasibətilə jurnalistlərə fəxri adların verilməsi ilə bağlı Sərəncam, Kütləvi İnformasiya Vasitələrinin İnkişafı Konsepsiyasının qəbulu, Kütləvi İnformasiya Vasitələrinə Dövlət dəstəyi Fondunun yaradılması Azərbaycan mediasının həyatında yeni səhifə açdı. 2010-cu il iyulun 22-də Prezident İlham Əliyevin jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında imzaladığı Sərəncam ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir daha sübut etdi. Prezident İlham Əliyev bir daha Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə göstərilən hörməti, diqqəti ortaya qoydu.
Bu, həm də dövlətimizin informasiya mübarizəsindəki üstünlüklərini təmin edən siyasətdir. 2010-cu ildə “Jurnalistlərin dostu” Mükafatına layiq görülən Prezident İlham Əliyev təqdimetmə mərasimində çıxışında bildirmişdi ki, Azərbaycanla dostluq münasibətləri qurmaq istəyənlərin sayı artmaqdadır. Bu da bizim informasiya resurslarımızdır. Diaspor təşkilatlarının formalaşması və Azərbaycan tərəfindən onlara dəstəyin verilməsi - bu da bizim resurslarımızdır: “Biz hücum diplomatiyası aparırıq və resurslarımız da var - həm intellektual, həm də maddi resurslarımız. Ona görə təsadüfi deyil ki, son illərdə biz artıq erməni lobbisi ilə mübarizədə qalib gəlirik. Əlbəttə ki, bu, onları çox narahat edir və vaxt keçdikcə bu mübarizədə biz daha da böyük uğurlara nail olacağıq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

