İctimai Palata xüsusi imtiyazlar əldə etmək istəyir
12.10.2012 [11:38]
“Nəyə görə hansısa bir partiya aksiyanı məhz özlərinin istədiyi yerlərdə keçirməlidir? Aksiyanı istənilən yerdə keçirmək mümkün deyil. Çünki bir tərəfdən, aksiyada həmin ərazidə yaşayan insanların çox cüzi bir hissəsi iştirak edir və bu tədbir zamanı həmin ərazidə yaşayan digər insanlar əziyyət çəkməməlidir. Digər tərəfdən, həmin aksiya üçün təhlükəsizlik tədbirləri görülməlidir, çünki istənilən aksiya digər xoşagəlməz məqsədlər üçün istifadə edilə bilər”, - deyə Əli Əhmədov bildirib.
Əli Əhmədov qeyd edib ki, bir sıra müxalifətdə olan partiyalar vaxtaşırı özlərinin mövcudluğunu cəmiyyətə isbat etməkdən ötrü yeganə bir yol bilirlər - kütləvi siyasi aksiyaların keçirilməsi.
“İctimai Palata ictimaiyyətə “mən də varam” demək istəyir, lakin cəmiyyətə hay-küylə “mən də varam” deməkdənsə, sadəcə olaraq, varlığı sübut edən hərəkətlər yetərli olar və bu hərəkətlər də yalnız kütləvi aksiya keçirməkdən ibarət olmamalıdır”, - Əli Əhmədov deyib.
YAP-ın Sədr müavini vurğulayıb ki, bu aksiyaların qanunsuz olaraq keçirilməsi cəhdləri barədə bəyanatların səsləndirilməsi həmin şəxslərin Azərbaycan qanunlarına hörmət etmədiyini ifadə edir.
“İstənilən siyasi partiya ölkənin konstitusiyasına hörmətlə yanaşdığını özünün bütün hərəkətlərində sübut etməlidir. Əgər bir partiya hakimiyyətə gəlmək istəyini ortaya qoyur və eyni vaxtda qanunlara hörmətsizlik nümayiş etdirirsə, bu, onların fəaliyyətinin qanunla ciddi ziddiyyət təşkil etdiyinin göstəricisidir”, - deyə YAP-ın Sədr müavini bildirib.
İctimai Palatanın aksiya üçün gətirdiyi səbəbi də Əli Əhmədov cəfəngiyat adlandırıb.
“Aksiyanın Azərbaycan parlamentinin buraxılması səbəbi ilə keçiriləcəyini elan ediblər və guya buna səbəb bir müddət əvvəl ortaya çıxmış Gülər Əhmədova ilə Elşad Abdullayevin videoqalmaqalıdır. Bu, kütləvi aksiyanın keçirilməsi üçün tamamilə əsassız bir səbəbdir. Düşünürəm ki, İctimai Palatanın qanunsuz aksiya keçirməklə bağlı ideyası cəmiyyət tərəfdən dəstəklənməyəcək”, - deyə o bildirib.
Əli Əhmədov, eyni zamanda, YAP-ın müxalifət partiyaları ilə dialoqa hazır olduğunu bəyan edib.
“Bizim bəyanatlarımız heç zaman deklarativ xarakter daşımayıb və arxasında hər zaman real istəklər durur”, - YAP-ın Sədr müavini vurğulayıb.
Onun sözlərinə görə, Avropa Parlamentinin Ramil Səfərovun azadlığa buraxılması ilə əlaqədar ədalətsiz bir qərarına etiraz məqsədilə YAP-ın təşəbbüsünü dəstəkləyən müxalifət partiyaları əhəmiyyətli bir bəyanata imza atdılar.
“Bu da həm YAP-ın, həm də bir sıra müxalifət partiyalarının ümummilli məsələlərdə bir yerdə toplanmaq istəyini ortaya qoydu. Amma bu dialoqun davamlı olması üçün dialoq iştirakçılarının biri-birinə hörmətlə yanaşması vacibdir. Dialoq mühitinə xidmət edən davranış qaydaları olmalıdır”, - Əli Əhmədov deyib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

