Parçalanmış parlament...
23.07.2024 [10:40]
Fransanı mövcud böhrandan xilas edə bilməyəcək
Fransada parlamentin tam mənzərəsi formalaşdırılıb və koalisiya hökumətinin qurulması prosesinə start verilir. Milli Assambleyanın 577 deputatının seçildiyi rəsmən açıqlanıb. “Yeni xalq cəbhəsi” ittifaqı iyulun 18-də ilk plenar iclası keçirilən parlamentdə yerlərin ən çoxuna malikdir. Fransanın qanunverici orqanının aşağı palatasında siyasi qrup təşkil etmək üçün hər hansı partiya və ya qrupun 15 deputatı olmalıdır. Artıq parlamentdə 11 siyasi qrup formalaşdırılıb. Bu, Fransanın parlament tarixində rekord rəqəmdir və siyasətdə parçalanmanın göstəricisidir.
Yeni parlamentdə Prezident Emmanuel Makronun ittifaqı istisna olmaqla, qalan bütün siyasi qruplar ifrat sağçıların tərəfində yer alıb. Eyni zamanda, “Yeni xalq cəbhəsi” ittifaqı xəbərdarlıq edib ki, onun nümayəndəsinin Baş nazir təyin edilməyəcəyi təqdirdə müxalifət sıralarına keçəcək. Beləliklə, Fransa Milli Assambleyasında “Yeni xalq cəbhəsi” ittifaqı 193, Makronun iqtidar koalisiyası 166 yer alıb. Onun rəhbərlik etdiyi “Respublika naminə birlik” partiyasının deputat yeri isə 172-dən 99-a düşüb. Parlamentdə üçüncü siyasi qrup - ultrasağçı “Milli birlik” və tərəfdarları isə 126 deputatla təmsil olunur. Bu, əvvəlki seçkilərdən 37 nəfər artıqdır. Onun rəhbəri Marin Le Pen parlamentin ifrat sağçı fraksiyasının rəhbəri seçilib. Bitərəf deputatların sayı isə cəmi 8 nəfərdir.
Fransa Milli Assambleyasının spikeri Yael Braun-Pivet yenidən bu vəzifəyə seçilib. O, yalnız 3-cü turdan sonra və çox az səs fərqi ilə bu postu tuta bilib. Braun-Pivetin altı müavini qalan fraksiyaları təmsil edirlər. Parlamentin yeni tərkibdə ilk iclasından sonra Fransanı koalisiyalı hökumətin formalaşdırılması üzrə mürəkkəb danışıqlar gözləyir. Prezident Makronun bu müzakirələrdə mövqeyi hələ açıqlanmayıb.
Aparılan rəy sorğuları da təsdiqləyir ki, bu gün Fransa cəmiyyətində sağçılara və solçulara mütləq mənada simpatiya yoxdur. Ən arzuolunmaz siyasi komanda isə məhz prezidentin formalaşdırdığı mərkəzçi koalisiyadır. Makronun siyasi ömrünün sonunu gətirən də yalnız qalib solçuların yeni hökumət formalaşdırmaqda israrlı mövqet tutmamaları və mərkəzçilərlə koalisiyanın mümkünlüyünü istisna etmələri deyil. Burada cəmiyyətin anti-Makron mövqeyi də mühüm şərt kimi qəbul olunmalıdır. Bu gün fransızların 78 faizi ölkələrinin iqtisadi vəziyyətinin gələcəyinə inamsız olduqlarını deyirlər. Bu yaxınlarda “Odoxa” ictimai rəy mərkəzinin keçirdiyi sosial sorğu zamanı fransızlar qanunvericilik seçkilərində ilk 3 əsas partiyanın hər birinin qələbəsinin ölkənin vəziyyətinə, xüsusilə də, onun alıcılıq qabiliyyətinin təkamülü, məşğulluq və ya dövlət borcunun azaldılması kimi qlobal iqtisadi vəziyyətinə mənfi təsir göstərəcəyini bildirmişdilər. Öz şəxsi iqtisadi vəziyyətlərinə gəlincə, fransızlar düşünürlər ki, üç partiyadan hər birinin qələbəsi onlar üçün müsbətdən daha çox mənfi rol oynayacaq. Respondentlər düşünürlər ki, “Milli Birlik” digərlərindən daha az qorxuludur.
Xatırladaq ki, seçkilərin ikinci turundan sonra ölkə boyunca iğtişaşlar başladı. Verilən bəzi məlumatlara görə iğtişaşların ssenarisi Yelisey sarayından idarə olunur. Bu, Makronun idarə olunan xaos planıdır. O, gizli şəkildə iğtişaşlara rəvac verməklə məğlubiyyətini unutdurmağa və gündəmin dəyişdirilməsinə nail olmağa çalışır. Eyni zamanda, Makron rəqiblərinə qarşı revanş cəhdlərini də davam etdirir. Paris prokurorluğu “Milli birlik” parlament fraksiyasının lideri Marin Le Penə qarşı təhqiqata başlayıb. O, 2022-ci ildə seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarını pozmaqda şübhəli bilinir. BFMTV kanalı bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Belə bir şəraitdə “Tabe olmayan Fransa” solçu partiyasının qurucusu Jan-Lük Melenşon Fransanın NATO-dan çıxmasının tərəfdarı olduğunu bəyan edib. Bu barədə siyasətçi İspaniya mətbuatına müsahibəsində bildirib. Onun sözlərinə görə, alyans müharibə məntiqini ehtiva edir: “Mən tərksilah və sakitləşmə məntiqini seçirəm. Yelisey sarayında olsaydım, təbii ki, sistemli və mütəşəkkil şəkildə vahid hərbi komandanlıqdan, NATO-dan çıxardım. Xüsusən də müharibə vaxtı, bu söhbətlərə qarışmamaq üçün”.
Göründüyü kimi, Makron hakimiyyəti Fransada ictimai-siyasi vəziyyəti tam ziddiyyətlər məkanına çevirib. Təbii ki, bu amil ölkənin sosial-iqtisadi durumuna da mənfi təsir edir. Görünən odur ki, parçalanmış halda olan yeni parlament isə bu durumu daha da ağırlaşdıracaq.
NARDAR
Xəbər lenti
Hamısına baxGündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56

