Azərbaycan dövləti müstəqil siyasətini davam etdirəcək
03.11.2012 [04:30]
Milli Məclisin iclasında bir sıra cari məsələlər müzakirə olunub
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Millət vəkilləri əvvəlcə cari məsələlərlə bağlı çıxış ediblər. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bəzi mətbuat orqanlarında parlamentin və onun üzvlərinin təhqir olunmasına etiraz edib. Onun sözlərinə görə, bu baxımdan, “Azadlıq” qəzeti daha çox fərqlənir: “Hesab edirəm ki, parlamentin mətbuat xidməti deputatları təhqir edən, böhtanlar yazan qəzetlər barədə Mətbuat Şurasına müraciət etməlidir. Mən özüm şuraya yox, ABŞ-ın ölkəmizdəki səfirliyinə müraciət hazırlayıram ki, yetişdirdiyi adamları tərbiyələndirsinlər. Ümumiyyətlə, bütün mətbuat oqlanlarında təhqir və böhtanın qarşısı alınmalıdır”. Millət vəkili həmçinin, Xocalı soyqırımına həsr olunmuş “Xoca” filmini aşağılayanlara da etiraz edib. “Bu film Qarabağ həqiqətlərini Xocalı faciəsini özündə əks etdirir və beynəlxalq festivallarda nümayiş olunur. Ola bilər ki, peşəkarlıq baxımından müəyyən qədər zəif olsun, amma bunu aşağılamaq, gözdən salmaq düzgün deyil” - deyə, F.Mustafa qeyd edib.
Milli Məclisin sədri Oqtay Əsədov da müxalifət mətbuatının sözügedən yazılarını pisləyib. Onun fikrincə, bu qəzetlərin qeyri-obyektiv yazılarından ölkəmizə qarşı istifadə olunur. Buna nümunə kimi spiker Parlamentlərarası İttifaqın Kanadada keçirilən 127-ci Assambleyasında baş verən hadisəni xatırladıb: “Azərbaycan tərəfi 2014-cü ildə toplantının Bakıda keçirilməsi üçün xeyli iş aparmışdı və bu barədə orada qərar verilməli idi. Amma toplantı başlamamışdan öncə Almaniyanın keçmiş spikeri, Belçika və Niderlanddan olan deputatlar Azərbaycanın əleyhinə çıxışlar etməyə başladılar. Səsvermə isə Azərbaycanın xeyrinə oldu: 29 lehinə, 25 əleyhinə və 3 bitərəf. Amma ölkəmizə qarşı qərəzli çıxışlar edən şəxslərin təklifi ilə bu məsələ üçdə iki səslə səsverməyə çıxarıldı. Hansı ki, əvvəlcədən bu məsələ nəzərdə tutulmamışdı. Belə olan halda isə Azərbaycan tərəfinin təşəbbüsü qəbul olunmadı. Yəni demək istəyirəm ki, Azərbaycana qarşı belə qərəzli münasibətin kökü məhz bizim içimizdən yaranır. Bunun nəticəsində bəzi dairələr Azərbaycana təzyiq göstərməyə çalışırlar”.
O.Əsədov qeyd edib ki, Azərbaycan dövləti təzyiqlərdən çəkinmir. Onun fikrincə, ölkəmiz müstəqil siyasətini bundan sonra da uğurla həyata keçirəcək: “Bu baxımdan, Milli Məclisin üzvləri də həmişə beynəlxalq miqyaslı tədbirlərdə öz sözünü deyəcək və ölkəmizin mövqeyini qoruyacaqlar”.
Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc da müxalifətin fəaliyyətini tənqid edib. O bildirib ki, müxalifətin radikal qanadı 2000-ci ildən eyni sözləri deyir: “Amma təəccüblü məqam odur ki, bu düşərgə bolşeviklərin prinsiplərini mənimsəyirlər. Onlar yaxşı nə varsa, dağıtmağa çalışırlar”.
Millət vəkili Etibar Hüseynov isə müxalifət düşərgəsinin hər zaman qeyri-obyektiv mövqedən çıxış etdiyini vurğulayıb.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da çıxışında bildirib ki, Azərbaycanın sürətli inkişafı, müstəqil siyasət yürütməsi bəzi dairələri narahat edir. Onun sözlərinə görə, həmin dairələr daxildəki bəzi müxalifət partiyalarını öz məqsədləri üçün alətə çeviriblər. S.Novruzov İctimai Palata adlanan qurumun Milli Məclisin qarşısında keçirmək istədiyi qanunsuz piketə də münasibət bildirib: “Özləri də şahid oldu ki, cəmiyyət də, təbiət də onların aksiya keçirməsinin əleyhinədir. Çünki xislətləri o qədər çirkindir ki, təbiət də onların keçdiyi yolu təmizləməklə məşğuldur. Həmin insanlar baş verənlərdən ibrət dərsi götürməlidirlər”.
YAP İcra katibinin müavini qanunsuz aksiya keçirmək istəyənləri düz yola dəvət edib. “Onların hərəkəti gənclərin tərbiyəsinə mənfi təsir göstərir. Bir neçə gün öncə Fəvvarələr meydanında bir qrup gəncin aksiya keçirmək cəhdi buna sübutdur. Əslində, bu, aksiya yox, uşaq oyununa bənzəyirdi. Həmin gənclər də müxalifət rəhbərlərinin ailə üzvləri, qohumlarıdır. Sərbəst toplaşmaq azadlığı üçün dövlət bütün imkanları yaradıb. Sadəcə, hər bir təşkilat bu məsələdə qanunauyğun şəkildə hərəkət etməlidir” - deyə, S.Novruzov qeyd edib. Millət vəkili Milli Məclis barəsində böhtan, yalan yazan parlament müxbirləri haqqında inzibati tədbirlərin görülməsinin vacibliyini deyib. Onun fikrincə, belə jurnalistlərin akreditasiyası ləğv olunmalıdır.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, istifadə müddətini başa vurmuş Metsamor AES-in fəaliyyətinin Ermənistan hökuməti tərəfindən 2023-cü ilə qədər uzadılması ciddi narahatlıq doğurur. Bir sıra beynəlxalq təşkilatların bu AES-lə bağlı narahatlığı, Türkiyə XİN-in mövqeyini xatırladan M.İbrahimqızı təklif edib ki, Azərbaycan parlamenti də bu məsələ ilə bağlı müvafiq beynəlxalq qurumlara müraciət etsin. Millət vəkili, həmçinin, Ermənistanın Asiyanın kiçik dövlətlərində separatçı Dağlıq Qarabağ rejiminin tanınması yönündə fəlaiyyəti haqqında BMT-yə müraciət edilməsini təklif edib.
Spiker Oqtay Əsədov isə bu məsələlərin diplomatik korpuslarımızın diqqət mərkəzində olduğunu deyib.
Diffamasiya haqqında qanuna cəmiyyət hazır olmalıdır
İclasda bəzi müxalif deputatlar “Diffamasiya haqqında” Qanun layihəsinin qəbul edilməsini təklif edib. Buna cavab olaraq, Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Avropanın bir çox dövlətləri belə bir qanunu qəbul etməyib: “Nəyə görə bu məsələdə hamıdan qabağa getmək istəyirik? Belə bir sənəd qəbul olunmadığı halda mətbuatda bu qədər təhqir, böhtanlar yazılır. Qəbul olunacağı təqdirdə nə baş verər? Hesab edirəm ki, əvvəlcə cəmiyyət buna hazır olmalıdır”.
Cari məsələlərdən sonra millət vəkilləri gündəlikdəki məsələləri müzakirə ediblər. “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyaya dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. O qeyd edib ki, Saziş 2012-ci il martın 19-da imzalanıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında məlumat verib. Qısa müzakirədən sonra qanun layihəsi qəbul olunub.
Deputatlar Əli Hüseynlinin təqdimatından sonra Azərbaycan Respublikasının Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələrinə də müsbət münasibət bildiriblər.
Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılıb
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini də diqqətə çatdırıb. O bildirib ki, yol hərəkəti qaydaları ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər kifayət qədər fundamentaldır. Bu dəyişikliklərə əsasən ictimai təhlükəli xətalarla bağlı cərimə sanksiyalarının artırılması təklif olunur. Komitə sədri onu da əlavə edib ki, ictimai təhlükəsizlik dərəcəsinə görə avtonəqliyyat vasitələri ilə törədilən xətalarla əlaqədar olaraq, sanksiyaların artırılması məqsədəmüvafiqdir: “Sərxoşluq vəziyyətinin müayinəsindən boyun qaçırmağa görə nəqliyyat vasitəsinin idarə edilməsi hüququ 1 ildən 2 ilədək müddətinə məhdudlaşdırılmaqla 300 manatdan 700 manatadək miqdarda cərimə və ya nəqliyyat vasitəsinin idarə edilməsi hüququ 1 ildən 2 ilədək müddətinə məhdudlaşdırılmaqla 15 günədək inzibati həbs tətbiq olunacaq. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs sərxoşluq vəziyyətinin müayinəsindən boyun qaçırsa, o, 500 manatdan 800 manatadək miqdarda cərimələnəcək və ya 15 günədək inzibati həbs ediləcək”.
Müzakirələr zamanı deputatlardan Rafael Cəbrayılov, Tahir Rzayev, Mübariz Qurbanlı, Zahid Oruc, Siyavuş Novruzov dəyişiklikləri dəstəkləyiblər və bəzi təkliflərlə çıxış ediblər.
İclasda parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev “Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Qanun layihələrini diqqətə çatdırıb. Müzakirələrdən sonra hər iki layihə qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

