Konstitusiyamız müstəqil dövlətçiliyimizin və milli inkişafımızın hüquqi əsasıdır
13.11.2012 [03:57]
12 noyabr 1995-ci il tarixdə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi təkmil siyasi sistemin təşəkkülünü təmin etməklə vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin bərqərar olunmasını şərtləndirdi, eyni zamanda, milli inkişafın dərin siyasi-hüquqi əsaslarını formalaşdırdı
1991-ci ildə öz müstəqilliyini əldə etmiş Azərbaycanın qarşısında çox ciddi vəzifələr dururdu. Belə ki, ilk növbədə, formal müstəqillik əldə etmiş dövlətin təməl komponentləri və atributları formalaşdırılmalı, dirçəldilməli, daha sonra isə ictimai, siyasi, ideoloji və iqtisadi münasibətlər sisteminin əsaslarını müəyyənləşdirəcək sistem-struktur islahatları həyata keçirilməli idi. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Bunun üçünsə ilk növbədə, uzun müddət SSRİ mühitində və şəraitində dominant və vahid ideologiya və idarəetmə rejimi olan totalitarizmin qalıqlarından (əslində, hökmranlığından) qurtulmalı, ideoloji-siyasi rejim transformasiyasını milli münasibətlər və dəyərlər sisteminə və mövcud duruma müvafiq olaraq həyata keçirməli, ictimai-siyasi münasibətləri yeni şəraitə uyğun formada tənzimləmək üçün sosial strukturlar və siyasi təsisatların fəaliyyətinə legitim şərait yaradılmalı, milli identiklik və özünüdərk üçün təməl komponent və mexanizm olan universal ideoloji formula - milli ideologiya formalaşdırılmalı, ondan siyasi-ideoloji və etno-siyasi bütövlüyü təmin edəcək resurs qismində istifadə edilməli, cəmiyyətdaxili inteqrasiya prosesi sürətləndirilməli, sosial stratifikasiyalararası ictimai münasibətlər sağlam dəyərlər əsasında təşkil edilməli və nəticə etibarilə qeyri-formal milli dövlət quruculuğu prosesi tədrici transformasiyanın fonunda davam etdirilməli idi.
Bütün bunlara real əlverişli zəmin yaradacaq başlıca amil isə özündə yeni və daha təkmil struktur elementlərini, sağlam milli münasibətləri və dəyərləri birləşdirən, ehtiva edən siyasi sistemin təşəkkül tapması idi. Belə ki, bunun üçün rasional seçim strategiyası əsasında ictimai-siyasi təsisatlanma prosesi formalaşdırmalı, bu, tendensiya halını almalı, ictimai, siyasi, hüquqi, informativ, normativ resurslar sistemindən səmərəli istifadə mexanizmi təşəkkül tapmalı, idarəetmə forması və onun xüsusiyyətlərində kardinal reformativ dəyişikliklər edilməli, sərvətlərin (dəyərlərin) simmetrik bölgüsü həyata keçirilməli və bu kimi bir çox fundamental səciyyə daşıyan vəzifələr həyata keçirilməli idi. Bununla da təşəkkül tapmış siyasi sistemin fonunda milli dövlət və yeni cəmiyyət quruculuğu prosesinin əsası qoyulmalı və bu tendensiya real şəraitin qanunauyğunluqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməli idi.
Beləliklə, bütün bu vəzifələrin yerinə yetirilməsi yeni müstəqillik əldə etmiş Azərbaycan dövlətinin siyasi-hüquqi əsaslarının təşəkkül tapması və davamlı xarakter alması, tendensiya halını almış kataklizmlərin neytrallaşdırılması və aradan qaldırılması, sistem transformasiyasının milli münasibətlərə və mövcud dəyərlərə müvafiq surətdə həyata keçirilməsi üçün xüsusi önəm kəsb edirdi. Burada əsas məsuliyyət isə o zamanki ölkə rəhbərliyinin üzərinə düşürdü.
Amma müstəqilliyin ilk illərində ölkəyə “rəhbərlik” edən qüvvələrin totalitar təfəkkürlə hərəkət etmələri və xarici imperialist güclərin maraqlarına xidmət etmələri nəinki qeyri-formal milli dövlət quruculuğunun həyata keçirilməsini mümkün etmədi, eləcə də, ölkəni fərqli korporativ maraqlara malik olan subyektlərin mübarizə meydanına və ideoloji poliqonuna çevirdi. Bunun fonunda ictimai-siyasi münasibətlərdə meydana çıxan xaos daha da dərinləşdi və kataklizmlər, dissonanslar bütün sahələrə sirayət etdi.
Amma 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra qarşıda duran bütün vəzifələrin həll edilməsi yönündə sistematik tədbirlər görüldü. Ümummilli liderimizin həyata keçirdiyi strateji tədbirlər sayəsində ölkə daxilində ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra siyasi sistemin təşəkkülü və struktur elementlərinin təkmilləşdirilməsi istiqamətində fundamental işlər görüldü. Qeyd etmək lazımdır ki, siyasi sistemin təşəkkülü istiqamətində həyata keçirilən islahatların səmərəlilik səviyyəsinin artırılması və əhatə dairəsinin genişləndirilməsi üçün qanunvericilik bazasının zənginləşdirilməsi lazım idi ki, bunun üçünsə Ana Qanun önəmi kəsb edən yeni konstitusiyanın qəbul edilməsi mütləq zərurət qismində çıxış edirdi. Ümumiyyətlə, yeni Konstitusiyanın qəbul olunmasını şərtləndirən zəruri strateji faktorlar sırasında aşağıdakıları qeyd etməliyik:
1. Suverenlik, müstəqillik və ərazi bütövlüyünün qorunmasının hüquqi əsaslarının formalaşdırılması zərurəti;
2. Konstitusiya çərçivəsində demokratik siyasi sistemin formalaşdırılması və demokratik transformasiya zərurəti;
3. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu vəzifəsi;
4. Milli inkişafın konstitusion əsaslarının yaradılması zərurəti.
Beləliklə, Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində 1995-ci il noyabr ayının 12-də xalq referenduma gələrək öz dövlətçiliyinin əsas hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi. Prinsip etibarilə bu tarixi müstəqil Azərbaycan dövlətçiliyində ilk konstitusiyanın qəbulu günü kimi qeyd etmək olar. Çünki bu zamanadək istər 1921, istər 1937, istərsə də 1978-ci ildə qəbul edilmiş konstitusiyalar keçmiş SSRİ konstitusiyalarının müəyyən maddələrlə məhdudlaşdırılmış surəti olmaqla yanaşı, həm də tamamilə başqa bir ictimai-siyasi quruluşu əks etdirirdi.
Heç şübhəsiz, yeni Konstitusiya dövrün tələbləri, reallıqları və qanunauyğunluqlarına görə mükəmməl və təkmil siyasi-hüquqi sənəd idi. Konstitusiyanın hazırlanmasında dünya dövlətlərinin konstitusiya təcrübəsindən geniş istifadə edilməsi ilə yanaşı, Respublikamızın tarixi ənənələri, spesifik özəllikləri və xalqımızın mentaliteti də nəzərə alınmışdı. Ana Qanunda bütün demokratik prosedurlar və prinsiplər öz əksini tapmış, eləcə də, insan və vətəndaş hüquq və azadlıqları geniş surətdə təsbit edilmişdi (konstitusiyanın 48 maddəsi, yəni, üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmişdi). Hakimiyyət bölgüsünün (qanunverici, icraedici və məhkəmə hakimiyyəti) təsbit edilməsi isə hakimiyyətin effektivliyinin artırılmasına xüsusi şərait və zəmin yaradan hüquqi əsas idi.
Qeyd etmək lazımdır ki, Konstitusiyada hakimiyyət bölgüsü prinsipinə dəqiq surətdə əməl edilməklə yanaşı, səlahiyyət bölgüsü də demokratik prinsiplər və meyarlar əsasında təsbit edilmişdi. Bütün bunların fonunda isə qeyd edə bilərik ki, bəhs edilən Ana Qanunun qəbul edilməsi ilə mərkəzi və yerli hakimiyyət orqanlarının təşkilinin hüquqi əsaslarının, onların səlahiyyətləri və qarşılıqlı münasibətlərinin, dövlətlə vətəndaş arasında simmetrik münasibətlərin əsaslarının müəyyənləşdirlməsi, qanunvericilik bazasının zənginləşdirilməsi kimi strateji vəzifələrə nail olunması yönündə siyasi-hüquqi nöqteyi-nəzərdən əhəmiyyətli zəmin formalaşdırıldı. Nəzərə alsaq ki, konstitusiya demokratik siyasi sistemin ən mühüm siyasi-hüquqi təsisatlarından biridir, məhz bu zaman belə bir nəticəyə gələ bilərik ki, onun qəbul edilməsi milli dəyərlərə və maraqlara müvafiq surətdə həyata keçirilən demokratik transformasiyanı sürətləndirən və möhkəmləndirən fundamental faktor oldu.
Beləliklə, qəbul edilmiş yeni Konstitusiyanın fonunda hakimiyyət bölgüsü təmin edildi, siyasi partiyalar başda olmaqla subyektlərin fəaliyyətinə hüquqi zəmində əlverişli şərait yarandı və təsisatlar arasında rəqabətə əsaslanan simmetrik və rasional münasibətlər sistemi formalaşdı. Bütün bunların fonunda isə həyata keçirilən islahatların davamlılığını təmin etmək mümkün oldu. Belə ki, həyata keçirilən islahatların fonunda ölkədə sosial tərəqqini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini təmin etməyə qadir olan səmərəli idarəçilik sisteminin formalaşdırılması istiqamətində xüsusi strateji uğurlar əldə edildi. Qısa zaman kəsiyində dövlət tənzimləməsinin metodlarında ciddi, kardinal reformativ dəyişikliklər edildi, plüralizm şəraitində rəqabət mühiti təmin olundu, icra hakimiyyəti orqanları və bütövlükdə dövlət sektorunun işinin səmərəliliyi artırıldı, dövlət idarəçiliyinin qanunvericilik və normativ-hüquqi bazası inkişaf etdirildi, dövlət hakimiyyəti orqanları üzərində nəzarət, onların işinin dəyərləndirilməsi metodları sistemi təkmilləşdirildi.
Məhz bütün bunların fonunda siyasi sistemin struktur formalaşmasına nail olundu və onun struktur elementlərinin təkmilləşdirilməsi istiqamətində çox əhəmiyyətli nailiyyətlər əldə edildi. Məhz bu, siyasi sistemin komponentlərinin mütəmadi inkişafının davamlılığının təmin edilməsi vəzifəsinə xüsusi töhfə oldu.
Eyni zamanda, bütün bu sadalananlar hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunmasına özünəməxsus töhfələr vermiş oldu. Sonrakı dönəmdə də siyasi-hüquqi islahatların ardıcıllıqla davam etdirilməsi həm hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, həm də siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi nöqteyi-nəzərindən əhəmiyyətli işlər görüldü. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının fonunda siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi məqsədilə reallaşdırılan siyasi-hüquqi islahatlar hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması işinə fundamental töhfələr bəxş etdi. Belə ki, bu sıraya ictimai-siyasi institutlaşma tendensiyasının sürətləndirilməsini, təsisatların leqal və legitim fəaliyyətinə əlverişli şəraitin yaradılmasını, hakimiyyətin hər üç müstəqil qolunun suveren və leqal əsaslarla təsbit olunmuş fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması yönündə hüquqi mexanizmlərin təkmilləşdirilməsini, dövlətlə vətəndaşların qarşılıqlı məsuliyyətinə əsaslanan leqal münasibətlər sisteminin formalaşdırılmasını və s. aid etmək olar. Milli inkişafın konstitusion əsaslarından bəhs edərkən bir məqama xüsusilə diqqət yetirmək lazımdır ki, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il keçirilən ümumxalq səsverməsi-referendumlar da bu prosesə xüsusi töhfələr bəxş edib. Belə ki, bəhs olunan ümumxalq səsvermələri qanunvericilik bazasının zənginləşməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsinə, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına xüsusi töhfələr bəxş edib.
Nəticə etibarilə, 12 noyabr 1995-ci il tarixdə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi təkmil siyasi sistemin təşəkkülünü təmin etməklə vətəndaş cəmiyyəti və hüquq dövlətin mütləq komponentlərinin bərqərar olunmasını şərtləndirdi, eyni zamanda, milli inkişafın dərin siyasi-hüquqi əsaslarını formalaşdırmış oldu.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

