Latviya baş naziri Azərbaycana işgüzar səfərə gəlib
28.11.2012 [00:08]
Latviyanın baş naziri Valdis Dombrovskisin başçılığı ilə bu ölkənin sahibkarlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Latviya Baş nazirinin ofisindən verilən məlumata görə, səfərdə məqsəd ikitərəfli əməkdaşlığın genişləndirilməsi və yeni investisiyaların cəlb olunmasıdır.
Səfər zamanı Valdis Dombrovskisin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi, həmçinin, baş nazir Artur Rasizadə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov və digər müvafiq qurumların rəhbərləri ilə görüşlərinin keçirilməsi, Azərbaycan-Latviya biznes-forumunun açılış mərasiminə qatılması gözlənilir.
Baş nazir Azərbaycan rəhbərliyini nəqliyyat, tranzit, logistika, İKT, sosial təminat, təhsil, sənaye, turizm, energetika, xarici ticarət və bank sektorlarında əməkdaşlığın gücləndirilməsi üçün müvafiq layihələrlə tanış edəcək.
Baş nazir Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyətinə 80-dən artıq latviyalı sahibkar daxildir ki, bu da yerli sahibkarların Azərbaycana marağının göstəricisidir. Ümumiyyətlə isə, Azərbaycan-Latviya biznes forumunda hər iki tərəfdən 200-ə qədər sahibkar iştirak edəcək. Forumda ticarət və investisiyalar sahəsində əməkdaşlıq imkanlarını genişləndirmək yolları müzakirə olunacaq.
Bundan başqa, baş nazir Latviyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş Latviya Respublikasını elan olunması münasibətilə keçiriləcək qəbulda və “Latviya Günləri”nin (“Taste Latvia”) açılış mərasimində, eləcə də iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq mövzusunda keçiriləcək “dəyirmi masa”da iştirak edəcək. Səfərinin sonunda baş nazir Qəbələyə gedəcək, burada fəaliyyət göstərən yerli müəssisələrlə əməkdaşlıq imkanları ilə tanış olacaq, Səngəçal neft terminalına baxış keçirəcək.
Latviya baş naziri noyabrın 30-da vətəninə qayıdacaq.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

