Azərbaycan neokolonializmə qarşı fəal mübarizə aparır
10.09.2024 [08:42]
Məlumdur ki, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı bu ölkənin qul siyasətinin qurbanı olub.
Ümumiyyətlə, kolonializm siyasətinin fəsadlarını müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür. Mənfi nəticələr yalnız asılı ölkələrin suverenliyinin məhdudlaşmasında, yeraltı və yerüstü sərvətlərinin talanmasında müşahidə edilmir. Fundamental insan hüquqlarının tapdanması müasir dövr müstəmləkəçiliyinin ən ağır təzahürüdür. Təzad bundan ibarətdir ki, müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan ediblər. Ancaq həmin ölkələr, Afrikada, Yaxın Şərqdə, Latın Amerikasında neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, ümumiyyətlə, məhəl qoymurlar. Neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir.
Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının ötən il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı fransız müstəmləkələrinə həsr olunmuş həmin tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib.
Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi üçün 16 beynəlxalq konfrans keçirib. Bu tədbirlər həm Azərbaycanda, həm də müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda reallaşdırılıb. Belə tədbirlərdən biri də sentyabrın 3-də Bakıda Fransanın işğalı altındakı Mayot adasına həsr olunmuş beynəlxalq konfransın keçirilməsidir. “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusundakı tədbir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə son bir il ərzində reallaşdırılan 16-cı beynəlxalq tədbirdir. Konfransda Fransanın işğalına qarşı mübarizə aparan və Mayot adasının özünün tərkibinə geri qayıtmasına çalışan Qəmər Adaları İttifaqı, o cümlədən Mayot adasının ictimai-siyasi xadimləri, diplomatlar, elmi dairələrin nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, hüquq müdafiəçiləri siyasi partiyaların üzvləri iştirak ediblər. Tədbir iştirakçıları Qəmər adalarının müstəmləkəçilik tarixi, Mayotun Fransa tərəfindən işğalı və bunun nəticəsində adanın vətəndaşlarına vurulmuş ziyan, Fransanın bu bölgədə müstəmləkəçilik siyasətinin geosiyasi və iqtisadi maraqları, habelə Mayot adası ilə bağlı beynəlxalq təşkilatların mövqeyi ətrafında müzakirələr aparıblar.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Bakıda keçirilmiş “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda beynəlxalq konfransın nəticələrinə əsaslanaraq Birləşmiş Millətlər Təşkilatının Baş katibinə, Qoşulmama Hərəkatının sədrinə, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə, Avropa Komissiyasının sədrinə, Ərəb Liqasının Baş katibinə və Afrika İttifaqının sədrinə rəsmi məktub ünvanlayıb. Məktubda Fransa tərəfindən Qəmər Adaları İttifaqına aid olan Mayot adasının qanunsuz işğalı ilə bağlı dərin narahatlıq ifadə edilib və bunun beynəlxalq hüququn pozuntusu olduğu bildirilib.
Məktubda qeyd olunub ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasından sui-istifadə edərək beynəlxalq hüququn bu pozuntusunun həllinə yönəlik təşəbbüslərə mane olur. Həmçinin Fransa BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası və Afrika İttifaqı kimi beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq qətnamələri heçə sayır. “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda beynəlxalq konfransın əsas nəticələrindən biri olan Yekun Bəyanat Birləşmiş Millətlər Təşkilatının Baş katibinə, Qoşulmama Hərəkatının sədrinə, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə, Avropa Komissiyasının sədrinə, Ərəb Liqasının Baş katibinə və Afrika İttifaqının sədrinə təqdim olunub. Bundan əlavə, yuxarıda qeyd olunan təşkilatların rəhbərlərinə Bakı Təşəbbüs Qrupu tərəfindən nəşr edilmiş “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” adlı broşür da təqdim olunub.
Bakı Təşəbbüs Qrupu, eyni zamanda, məktubunda Mayot adasının işğalı ilə bağlı beynəlxalq konfrans keçirməyə və işğalın dayandırılması, beynəlxalq hüququn qorunması məqsədilə bu qurumların daxilində müvafiq işçi qruplarının yaradılmasını təşviq etməyə çağırıb. Sonda Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində bu məsələnin beynəlxalq hüquq əsasında tezliklə həll olunacağına əminliyini ifadə edib.
Göründüyü kimi, ölkəmiz Fransanın müstəmləkəçi siyasətinə qarşı mübarizə aparan xalqların yanındadır və onlara dəstək verir. Qeyd edək ki, Fransa müstəmləkəçiliyinə qarşı yaradılan Bakı Təşəbbüs Qrupu qısa zaman kəsiyində mühüm işləri ilə seçilib. Bu istiqamətdəki tədbirlər bundan sonra da davam etdiriləcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

