Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Güclü, qüdrətli Azərbaycanın tərəqqi düsturu: ictimai-siyasi sabitlik və sürətli iqtisadi inkişaf

Güclü, qüdrətli Azərbaycanın tərəqqi düsturu: ictimai-siyasi sabitlik və sürətli iqtisadi inkişaf

06.12.2012 [13:51]

Aleksey Vlasov: Azərbaycan cəmiyyəti üçün Prezident İlham Əliyevin adı sabitlik və iqtisadi artımla assosiasiya olunur
Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü ümummilli inkişafın fundamental təminatçı faktorunu təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi istiqamətlər dövlətimizin qarşısında duran prinsipial öhdəlikləri təşkil edir. Eləcə də, Azərbaycan dövləti bütün bu vəzifələrin öhdəsindən layiqincə gələrək, ümummilli inkişafı ən yüksək səviyyədə təmin edir.
Məhz bunun qanunauyğun nəticəsidir ki, dünyanın aparıcı analitik mərkəzləri və nüfuzlu siyasi ekspertləri də, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunu olduqca yüksək səviyyədə qiymətləndirirlər. Yeri gəlmişkən, “Vestnik-Kavkaza” Analitik İnformasiya Agentliyinin baş direktoru, Moskva Dövlət Universiteti yanında Postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi mərkəzinin direktoru Aleksey Vlasov qeyd edib ki, Azərbaycan cəmiyyəti üçün Prezident İlham Əliyevin adı sabitlik və iqtisadi artımla assosiasiya olunur.
Dinamik iqtisadi inkişaf Azərbaycanın milli gücünü artıran başlıca strateji komponent kimi...
Kimsəyə sirr deyil ki, Azərbayacanın milli gücünü artıran başlıca komponentlərdən biri qismində məhz dinamik iqtisadi inkişaf çıxış edir. Yəni, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional iqtisadi strategiya özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, ölkəmizdə hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi tendensiyası, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Bunun başlıca göstəricisidir ki, güclü iqtisadiyyata malik olan inkişaf etmiş dövlətlərin əksəriyyətinin ciddi itkilərə məruz qaldığı bir dövrdə-beynəlxalq böhran şəraitində Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub, saxlamağı bacarmışdır. Belə ki, statistik göstəricilərə nəzər yetirdikdə məlum olur ki, dünya iqtisadiyyatında işgüzar aktivliyin kəskin azalması və daralması ilə müşayiət olunan böhran dövründə Azərbaycan iqtisadiyyatı böhranın fəsadlarından çox cüzi təsirlənib. Bu da təsadüfi deyil. Dünyanın iqtisadi nəhənglərinin çox ciddi itkilərlə üzləşdiyi bir mərhələdə Azərbaycan hökumətinin operativ antiböhran tədbirləri sayəsində ölkəmiz qlobal maliyyə böhranına qarşı yüksək dayanıqlıq nümayiş etdirib, eləcə də, sabit tendensiyalarla müşayiət edilən dinamik inkişafımız davam edib. Düzdür, Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata açıq olması və inteqrasiyası dünya maliyyə böhranının ölkəmizin iqtisadiyyatına da müəyyən qədər təsir etməsinə səbəb olub. Amma neft gəlirlərinin səmərəli idarə edilməsi və strateji valyuta ehtiyatlarının formalaşdırılması, həmçinin, konservativ xarici borclanma strategiyası, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin inkişafı, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər ölkəmizdə iqtisadiyyatın sabit artım tempinin davam etməsini şərtləndirib. Bu isə nəticə etibarilə ÜDM-nin, xarici ticarət dövriyyəsinin müsbət saldosunun, əhalinin gəlirlərinin və investisiya qoyuluşlarının artmasını təmin edib. Bütün bunlar isə Azərbaycanın dünya iqtisadiyyatındakı mövqeyini gücləndirir, ölkəmizin beynəlxalq iqtisadi nüfuzunu artıran əhəmiyyətli faktor qismində çıxış edir. Təsadüfi deyil ki, beynəlxalq maliyyə institutları, aparıcı strateji araşdırma mərkəzləri iqtisadi müstəvidə Azərbaycanın dinamik iqtisadi inkişafını olduqca yüksək səviyyədə dəyərləndirirlər.
Möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik...
Digər tərəfdən, güclü, qüdrətli Azərbaycanın sürətli tərəqqisini şərtləndirən əsas amil mütəmadi səciyyə daşıyan ictimai-siyasi sabitlikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, “sabitlik adası” kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi, yekun rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional strateji kursun fonunda əhalinin maddi rifah halının mütəmadi olaraq yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin daha da gücləndirilməsi, müxtəlif inkişaf modellərinin tətbiq edilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi fundamental göstəricilər ümummilli inkişafın strateji cizgilərini və vəzifələrini təşkil edir. Bütün bunlar isə Azərbaycanı yüksək sürətlə ardıcıl olaraq inkişaf edən ölkəyə çevirməklə yanaşı, mövcud ictimai-siyasi sabitliyin əsaslarının daha da möhkəmlənməsini şərtləndirən əhəmiyyətli faktor qismində çıxış edir.
Bunlarla yanaşı, məqsədini inkişaf və sabitlik, yolunu isə demokratiya və qanunçuluq prinsipləri əsasında müəyyənləşdirən Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyi şərtləndirən digər bir faktor mütəmadi surətdə siyasi-hüquqi islahatların həyata keçirilməsidir. Belə ki, insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir. Bunu sübut edən bariz dəlillərdən biri budur ki, ölkəmizdə həyata keçirilən ümummilli və lokal səciyyəli seçkilər Azərbaycanın demokratik inkişafına mühüm töhfələr bəxş edən fundamental faktor qismində çıxış edir. Bu da nəticə etibarilə ölkəmizdə vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması və hüquqi dövlətin əsaslarının daha da möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bir sözlə, dövlət tərəfindən həyata keçirilən siyasi-hüquqi islahatlar birmənalı şəkildə sabitlik mənbəyi qismində çıxış edir.
Beləliklə, sadalananları ümumiləşdirərək qeyd edə bilərik ki, Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında avanqard yerlərdən birini tutur. Eyni zamanda, sadalananlar belə bir proqnoz verməyə əsas verir ki, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik uzunmüddətli olacaq və perspektiv inkişafın qarantı qismində çıxış edəcək.
Nəticə etibarilə, Aleksey Vlasovun da vurğuladığı kimi, Azərbaycan cəmiyyəti üçün Prezident İlham Əliyevin adı sabitlik və iqtisadi artımla assosiasiya olunur.
NURLAN QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1132 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31