Ermənistanın mina terroruna qarşı...
14.09.2024 [10:15]
Beynəlxalq ictimaiyyət fəal mübarizə aparmalıdır
Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan çoxlu sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. 2020-ci ilin noyabr ayından indiyədək 379 nəfər mülki şəxs mina qurbanı olub. Onlardan 70 nəfər həyatını itirib, 309 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əksər hallarda minaların qurbanları mülki əhali olur.
Bu fakt göstərir ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarında işğal dövründə basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçuların həyatına təhlükə yaratmaqda və son qoymaqda davam edir. Ərazilərimizdə basdırılmış minalar və partlamamış hərbi sursatlar işğaldan azad edilmiş bölgədə bərpa və yenidənqurma işlərinin icra edilməsinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışına və bu torpaqlarda yaşayışına ciddi maneə törədir.
Ombudsman Səbinə Əliyeva beynəlxalq konfransda ermənilərin mina terrorundan danışıb
Azərbaycan dövləti Ermənistanın mina terroru barədə dünya ictimaiyyətini mütəmadi olaraq məlumatlandırır. Yeri gəlmişkən, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İtaliyanın Latsio vilayətində keçirilən “Hüquqların təminatçısı kimi Ombudsmanın rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Konfransında çıxışı zamanı da bu problemi gündəmə gətirib. Dünya ölkələrində heç bir ayrı-seçkilik olmadan insan hüquqlarına hörməti təşviq etmək məqsədilə keçirilən tədbirə 50-dən çox ölkənin ombudsman və milli insan hüquqları institutlarının rəhbərləri, həmçinin nümayəndələri qatılıblar.
Konfransda “Qlobal böhranlar zamanı insan hüquqları. Ombudsmanın rolu” adlı sessiyada çıxış edən ombudsman S.Əliyeva hazırda dünyanın həm insan hüquqlarına, həm də ətraf mühitə təsir göstərən mühüm qlobal problemlərlə üzləşdiyini bildirib. Torpaqlarımızın otuz ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğala məruz qaldığını qeyd edən müvəkkil həmin ərazilərdə ətraf mühitə, bioloji müxtəlifliyə ziyan vurulduğunu, ekosidin törədildiyini bildirib.
Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terrorundan bəhs edən ombudsman həmin minaların vətəndaşların həyatına və sağlamlığına təhdid yaratdığını, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışına, bölgədə aparılan bərpa-quruculuq işlərinə maneə törətdiyini vurğulayıb. Eyni zamanda, qeyd edilib ki, mina partlayışları regionda ekoloji tarazlığın pozulması ilə də nəticələnir.
161 min hektardan çox ərazi minalardan təmizlənib
Xatırladaq ki, Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu yaxınlarda bildirmişdi ki, mina hadisələrinin əksəriyyəti keçmiş təmas xəttindən kənarda baş verir. Mina partlayışlarının 70 faizinin keçmiş təmas xəttindən kənarda baş verməsi onu göstərir ki, minalar məntiqsiz və qeyri-peşəkar şəkildə yerləşdirilib. İşğaldan azad edilmiş ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işləri davam etdirilir. ANAMA-nın sentyabrın 12-də açıqladığı məlumata görə, 44 günlük Vətən müharibəsindən indiyədək Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib, 156 mindən çox mina və müxtəlif təyinatlı hərbi sursatlar tapılaraq zərərsizləşdirilib. Aparılan minatəmizləmə əməliyyatları zamanı Ermənistan silahlı bölmələri tərəfindən qoyulan tələ minalara və sursatlara hələ də rast gəlinir.
Minatəmizləmə əməliyyatlarını çətinləşdirən nədir?
ANAMA-nın əməliyyat rəhbəri Xaliq Zülfüqarov isə jurnalistlərə açıqlamasında bildirib ki, bu ərazilər mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənib. Onların işə düşməsi zamanı insanların həyat və ya sağlamlığının itirilməsinə, uzunmüddətli ağır psixoloji travmalara səbəb olur. Onun sözlərinə görə, ərazilərin təmizlənməsinə bir sıra amillər çətinlik yaradır. Minaların standartlara uyğun deyil, pərakəndə və qarışıq şəkildə basdırılması, sürpriz və tələlərin qoyulması, əldəqayırma və kustar üsulla hazırlanan partlayıcı qurğular, relyef təsirləri, tikanlı torlar və məftillər, ərazinin metal qırıqları ilə çirklənməsi, yağış və sel sularının təsirindən minaların dərinə düşməsi, taxta və plastik gövdəli minaların deformasiyaya uğrayaraq təhlükəsiz vəziyyətə düşməsi minatəmizləmə əməliyyatlarını çətinləşdirən və təhlükə yaradan amillərdəndir. “Qarabağ və Şərqi Zəngəzura qayıdan və qayıtmağa hazırlaşan əhalinin mina və müharibənin digər partlayıcı qalıqlarının yaratdığı risklərdən qorunması, təhlükəsizlik qaydalarına riayət etməsi vacibdir. ANAMA tərəfindən əhalinin bu istiqamətdə maariflənməsi həyata keçirilir. Azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlara sürpriz minalar haqqında məlumat verməklə, həyatlarını xilas etmək olar. Unutmayaq ki, hər bir əşya, oyuncaq və ya suvenirin içərisində ölümcül qurğu quraşdırıla bilər. İşğaldan azad olunmuş ərazilərdə dəfələrlə bu kimi hallara rast gəlinib”, - deyə X.Zülfüqarov vurğulayıb.
Ermənistan dəqiq xəritələri hələ də verməyib
Ümumiyyətlə, Ermənistan tərəfindən 30 ilə yaxın işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin təqdim olunmaması isə onların beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyini hələ də açıq şəkildə nümayiş etdirməkdədir. Beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna biganə qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsirlər göstərməlidir. Xüsusilə, mina qurbanlarının sayının artmasının əsas səbəblərindən biri Ermənistanın üzərinə götürdüyü öhdəliyə zidd olaraq dəqiq mina xəritələrini ölkəmizə verməməsidir. Məlumdur ki, müharibə başa çatandan sonra Ermənistan mina xəritələrinin bir hissəsini Azərbaycan tərəfinə təhvil vermişdi. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, erməni tərəfinin təqdim etdiyi xəritələrin cəmi 25 faizi düzgündür. Rəsmi Bakı dəfələrlə Ermənistana düzgün xəritələrin verilməsi ilə bağlı çağırış edib.
Nəzərə almaq lazımdır ki, mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir. Ermənistanın minaları təmas xəttindən kənarda basdırmasının məqsədi də mülki insanların daha çox itki verməsi məqsədi daşıyır. Hazırda azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Həmin ərazilərdə mina qurbanı olanlar da daha çox quruculuq işləri ilə məşğul olan mülki şəxslərdir. Bu fakt bərpa işlərinin daha sürətli aparılmasına ciddi əngəl törədir. Ona görə də, müvafiq beynəlxalq təşkilatlar, bütövlükdə, dünya ictimaiyyəti Azərbaycanın çağırışlarına adekvat cavab verməli və bütünlüklə dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi üçün rəsmi İrəvana təzyiq göstərilməlidir.
Eyni zamanda, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir. Ona görə də, qeyd etdiyimiz kimi, müvafiq beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27

İdman
24 Mart 14:44

Dünya
24 Mart 14:10

Hadisə
24 Mart 13:45

İdman
24 Mart 13:15

Elm
24 Mart 12:46

Xəbər lenti
24 Mart 12:15

Xəbər lenti
24 Mart 11:50

Xəbər lenti
24 Mart 11:25

Xəbər lenti
24 Mart 10:55

Dünya
24 Mart 10:20

Hadisə
23 Mart 23:34

Sosial
23 Mart 22:41

Dünya
23 Mart 21:18

Dünya
23 Mart 20:31

Dünya
23 Mart 19:26

Dünya
23 Mart 18:51

İdman
23 Mart 18:45

Dünya
23 Mart 17:22

Dünya
23 Mart 16:53

Dünya
23 Mart 16:40

Sosial
23 Mart 15:34

Dünya
23 Mart 15:29

Dünya
23 Mart 14:43

Dünya
23 Mart 13:38

Dünya
23 Mart 12:27

Dünya
23 Mart 11:42

Gündəm
23 Mart 11:17

Sosial
23 Mart 11:15

İdman
23 Mart 10:47

Sosial
23 Mart 10:23

Dünya
23 Mart 09:52

Siyasət
23 Mart 09:37

Dünya
23 Mart 09:11

Dünya
23 Mart 08:54

Dünya
23 Mart 08:30

Siyasət
23 Mart 08:19

Dünya
23 Mart 07:16

Dünya
22 Mart 23:41

Hadisə
22 Mart 22:34

Sosial
22 Mart 21:16

Dünya
22 Mart 20:17

Dünya
22 Mart 19:35

Dünya
22 Mart 18:43

Hadisə
22 Mart 17:32

Sosial
22 Mart 16:30

İqtisadiyyat
22 Mart 15:18

Dünya
22 Mart 14:43

Dünya
22 Mart 14:37

Dünya
22 Mart 13:25

Dünya
22 Mart 12:22

Gündəm
22 Mart 11:29

Siyasət
22 Mart 10:36

İdman
22 Mart 09:45

Xəbər lenti
22 Mart 08:33

Dünya
21 Mart 23:37

İdman
21 Mart 22:22

Dünya
21 Mart 21:17

Dünya
21 Mart 20:24

Dünya
21 Mart 19:31

Dünya
21 Mart 18:35

Hadisə
21 Mart 18:03

Dünya
21 Mart 17:29
