Azərbaycan-Türkiyə münasibətləri bütövlükdə regionun inkişafı üçün böyük əhəmiyyət daşıyır
07.12.2012 [04:00]
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır
Azərbaycanla Türkiyə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. İki qardaş ölkə arasında əlaqələr bütün sahələr üzrə davamlı olaraq inkişaf etməkdədir. Qonşu dövlətlər arasında münasibətlərin inkişaf səviyyəsi həmin regionun siyasi sabitliyinə, hərbi təhlükəsizliyinə təsir göstərən başlıca amillərdəndir. Bu baxımdan, dostluq, qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərpasına mühüm töhfədir. Əksər ekspertlərin vurğuladığı kimi, Azərbaycanla Türkiyənin münasibətləri bütün dünyaya nümunə ola bilər. Bu əlaqələr iki ölkə xalqlarının mənafeyinin müdafiəsinə, rifahının yüksəlməsinə xidmət etməklə yanaşı, regionun stabil və təhlükəsiz gələcəyinə də töhfədir.
İki dövlət arasında yüksək əməkdaşlığın əhəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 26-da Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bir daha vurğulanıb. Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ölkəmizə hər gəlişi zamanı paytaxtımızda çox böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd edib. “Azərbaycan bölgənin, Qafqazın parlayan ulduzudur, inşallah bu ulduz həmişə parlamaqda davam edəcək”, - deyən Cəmil Çiçək ölkəmizin gələcək illərdə də sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. O, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsində, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Cəmil Çiçək ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən, parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf etdiyini deyib.
Dünyada gedən proseslərdə Türkiyənin fəal rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycan-Türkiyə birliyinin regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət və digər sahələrdə davam edən uğurlu əməkdaşlıq əlaqələrinin bütün regionun inkişafı üçün böyük əhəmiyyət daşıdığını dedi və bu əməkdaşlığın daha da möhkəmləndirilməsində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının önəmini qeyd edib. Parlamentlərarası əməkdaşlığın da yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədiyini məmnunluqla bildirib.
Nə qədər təəssüfləndirici olsa da, regionda müəyyən qərəzli və qəsbkar maraqların reallaşmasına çalışan dağıdıcı qüvvələr də mövcuddur. Xüsusən də, Ermənistanın qonşu dövlətlərə münasibətdə yeritdiyi aqressiv siyasət bu ölkəni regionun başlıca təhlükə mənbəyinə çevirib. İşğalçı ölkə rəhbərliyinin region ölkələrinə qarşı xəstə təfəkkürdən irəli gələn iddiaları bölgədə hərbi-siyasi gərginliyi artırır. Məlum olduğu kimi, bu gün Azərbaycan ərazisinin 20 faizdən çoxu Ermənistanın işğalı altındadır, 1 milyondan artıq azərbaycanlı isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalı ilə kifayətlənməyən Ermənistan rəhbərliyi Türkiyəyə qarşı qondarma “soyqırımı” və ərazi iddiaları ilə də çıxış edir. Ermənistanın təcavüzkar siyasəti ilə üzləşən Azərbaycan və Türkiyə haqlı olaraq neçə illərdir ki, bir-birinə qardaş dəstəyi göstərir.
Yeri gəlmişkən, xatırlatmaq yerinə düşər ki, qardaş Türkiyə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına və qondarma “soyqırımı” iddialarına etiraz olaraq 1993-cü ildən bu ölkə ilə sərhədləri bağlayıb. Nəticədə, bölgədəki siyasi, iqtisadi, humanitar, mədəni əməkdaşlıqdan təcrid olunan Ermənistan nəinki heç bir sahədə irəliləyiş əldə edə bilmir, əksinə hər gün məhvə doğru bir addım da yaxınlaşır. Buna baxmayaraq, işğalçı ölkə təcavüzkar siyasəti, təxribat xarakterli fəaliyyəti hələ də davam etdirməkdədir. Belə ki, hər vəchlə Azərbaycanla Türkiyənin münasibətlərinə zərbə vurmağa çalışan Ermənistan bununla öz çirkin niyyətlərinin reallaşmasına cəhd göstərir. Azərbaycan torpaqlarının işğalından əl çəkmək istəməyən Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına nail olmaqla düşdüyü çətin vəziyyətdən qurtulmaq istəyir.
Lakin möhkəm qardaşlıq, dostluq, strateji tərəfdaşlıq əlaqələrinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinə xələl yetirmək heç də asan deyil. Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirib: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır”.
Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanla Türkiyə ortaq siyasi maraqlara sahibdir. Bunun da göstəricisi olaraq, hər iki ölkə prinsipial əhəmiyyət daşıyan məsələlərdə daim bir-birinin mövqeyini müdafiə edir. Azərbaycan tərəfi hər zaman Türkiyənin PKK terror təşkilatına qarşı apardığı mübarizədə qardaş ölkəni dəstəkləyir. Terrora məruz qalan, terrorun nə demək olduğunu yaxşı anlayan bir ölkə kimi Azərbaycan bu haqlı mübarizədə Türkiyənin yanındadır. Öz növbəsində, qardaş Türkiyə də hər zamankı kimi, Azərbaycanın problemlərinə böyük həssaslıqla yanaşır. 1990-cı illərin əvvəllərində olduğu kimi, bu gün də rəsmi Ankara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə eyni qətiyyətli mövqedən çıxış edir. Ermənistanın bütün siyasi manevrlərinə, təxribat xarakterli bəyanat və əməllərinə baxmayaraq, Türkiyə işğalçı Ermənistana qarşı təzyiqlərini qətiyyətlə davam etdirir və Azərbaycan torpaqları işğaldan azad edilməyincə Türkiyə bu ölkə ilə sərhədləri açmamaqda israrlıdır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər rəsmi Ankaranın mövqeyinin dəyişməz olduğunu bir daha təsdiq edir: “Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz - hər şeyimiz Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

