/ / Azərbaycan hakimiyyəti “Freedom House” təşkilatının hesabatını subyektiv mülahizələr əsasında tərtib olunmuş raport kimi dəyərləndirir
Azərbaycan hakimiyyəti “Freedom House” təşkilatının hesabatını subyektiv mülahizələr əsasında tərtib olunmuş raport kimi dəyərləndirir
14.12.2012 [00:49]
Əli Həsənov: “Freedom House”un hesabatını ümumiləşdirsək, bu hesabat neçə illərdir ki, ardıcıl olaraq bir-birinin ardınca bəzi QHT-lərin hazırladığı raportlardan heç nə ilə fərqlənmir
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Freedom House” təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını subyektiv mülahizələr əsasında tərtib olunmuş QHT raportu kimi dəyərləndirir: “Əgər “Freedom House” üçün azad ölkə meyarı bir qrup məsuliyyətsiz insanların şəhərin mərkəzində qanunsuz aksiya keçirməsinə, anarxiya, xaos yaratmaq cəhdlərinə asayiş keşikçilərinin seyrçi mövqedə qalmasıdırsa, bu cəhdlərin qarşısının alınması ölkənin azadlıq reytinqini aşağı endirirsə, o zaman buyursun, Avropanın mərkəzi ölkələrində hüquq-mühafizə qüvvələrinin o tipli aksiyaçılara tutduğu divana qiymət versin. Bizim üçün xaos və anarxiyanın, məsuliyyətini itirmiş insanların daxili sabitliyi pozmaq, başqa insanların fəaliyyətinə mane olmaq və s. kimi qeyri-qanuni aksiyalarının qarşısının alınması qanunçuluğun tələbi və yerinə yetirilməsidir. O ki qaldı vətəndaşları təhqir edən, insanlara böhtan atan, qələm arxasına gizlənərək min bir oyundan çıxan, reketçilik edən, xalqına və dövlətinə xəyanət edən “jurnalistin” cəzasız qalmasına, bu da bu gün Azərbaycan cəmiyyətinin istəyinə uyğun gəlmir”.
PA rəsmisi bildirib ki, Azərbaycanda hər bir vətəndaş hansı peşə sahibi olmasından asılı olmayaraq öz fəaliyyətinin məsuliyyətini dərk etməli və başqa insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır. Onun fikrinə görə, hüquqi dövlətdə insan hüquqlarının balansı mövcuddur: “Bir insanın hüququ başqa birisinin hüququnun başlandığı yerdə bitir. Bizim Azərbaycan dövlətimizdə hüquqların balansını belə anlayırıq. O ki qaldı “Freedom House”un digər məsələlərlə bağlı hesabatında qeyd olunan məsələlərə - jurnalistlərin azadlığının məhdudlaşdırılması, internet azadlığının təhdid olunması, bloqqerlərin sıxışdırılması və həbsə alınması, həbsxanalardakı vəziyyətin dözülməz olması, məhbuslara işgəncələr verilməsi və s. ilə bağlı fikir və mülahizələrə, hesab edirik ki, onlar da subyektiv mülahizədən başqa bir şey deyil. Bu hesabatlar daha çox bəzi anti-Azərbaycan meyilli Qərb dairələrindən maliyyələşən, ölkə daxilində onlar üçün saxta raportlar hazırlayan bir neçə qeyri-hökumət təşkilatlarının məlumatı əsasında tərtib olunmuşdur və bunların Azərbaycanın real gerçəkliyi ilə heç bir əlaqəsi yoxdur”.
PA rəsmisi “Freedom House” hesabatında xüsusi bir abzasla Bakı şəhərinin Baş planına müvafiq olaraq bəzi yenidənqurma və köçürmə işlərinin mənfi qiymətləndirilməsinə də münasibət bildirib və qeyd edib ki, bu, artıq Azərbaycan üçün oxunmuş bir mahnıdır: “Bu tipli ittihamlar bizim üçün tanış böhtan və yalanlar üzərində qurulmuşdur. “Eurovision” müsabiqəsi zamanından başlayan bu kampaniyanın arxasında erməni lobbisi və bəzi anti-Azərbaycan dairələr dayanır. Məqsəd də guya insanların mülkiyyət hüququnun pozulduğunu şişirdərək Azərbaycanın artmaqda olan müsbət imicinə zərbə vurmaq, Qərbdə onun dinamik inkişaf edən ölkə obrazını zədələmək, nüfuzuna xələl gətirməkdən ibarət idi”.
Əli Həsənovun sözlərinə görə, Bakı şəhərindəki bütün bu yenidənqurma işləri və abadlaşdırma siyasəti Prezident İlham Əliyevin təşəbbüsü ilə insanlar və onların rifahının yüksəldilməsi, şəhərimizin abadlığı və gözəlliyi üçün həyata keçirilir: “Bakı şəhərinin Baş planına uyğun olaraq daxili infrastrukturların genişləndirilməsi və yenidən qurulması, şəhərin əvvəlki illərdə pozulmuş ahənginin bərpası yüz minlərlə şəhər və on minlərlə məhəllə sakinlərinin rahat yaşayışının, gediş-gəlişinin təmin olunması və yaxşılaşdırılması üçün edilir. Təəssüf edirik ki, bu işdə bəzi ailələrin təbii olaraq başqa yerə köçürülməsindən qaçmaq da qeyri-mümkün olmuşdur. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı ilə köçürülməyə məruz qalan insanların hüquqları tam təmin olunmuşdur. Onlara daha münasib alternativlər, daha sərfəli evlər, yaxud müvafiq ödəmələr təklif olunmuş və həmin insanlar da bunu razılıqla qarşılamışlar. Əlbəttə, təbii olaraq köçürülənlərdən bir neçəsi ənənəvi yaşayış yerini tərk etmək istəmədiyi üçün narazı qalmışdır. Amma bunların sayı razı qalanların və Bakı şəhərində, həmin məhəllələrdə gələcək həyat şəraitini yaxşılaşdıranlarla müqayisədə çox cüzi idi”.
PA rəsmisi deyib ki, Azərbaycanda minlərlə insan köçürülüb. Bunun içərisindən, əlbəttə ki, 3-5 narazı tapıb mətbuata, televiziyaya çıxartmaq olardı və bizim bəzi QHT-lərimizin dəstəyi ilə bir çox anti-Azərbaycan dairələr belə də edir: “Necə olur ki, on minlərlə köçürülən insanın içərisindən 3-5 nəfəri təkrar-təkrar, ayrı-ayrı Qərb dairələri, Qərb mətbuatı öz səhifəsinə çıxarır, müsahibələrini dərc edir və bunu da bu gün “Freedom House” öz hesabatına salır? Yaxşı olmazdımı ki, onlar bu arayışları hazırlayarkən köçürməyə cəlb olunmuş digər insanların və şəhər sakinlərinin də fikirlərini nəzərə alsınlar? “Freedom House”un hesabatını ümumiləşdirsək, bu hesabat neçə illərdir ki, ardıcıl olaraq bir-birinin ardınca bəzi QHT-lərin hazırladığı raportlardan heç nə ilə fərqlənmir. Burada tək Azərbaycanın adı keçmir, bütün postsovet ölkələri bu siyahıya salınıb, guya bunların əksəriyyətində insan hüquqları və azadlıqları pozulur, məhdudlaşdırılır”.
Ə.Həsənovun fikrinə görə, “mənfi qiymətləndirmənin əksər postsovet ölkələrinə aid olması onu göstərir ki, “Freedom House”un istifadə etdiyi metodologiya və yanaşma doğru deyil, “Freedom House”un əsaslandığı mənbələr subyektiv mülahizələrdən çıxış edir və o mənbələrin çoxu məqsədyönlü fondlardan maliyyələşən QHT-lərdir ki, onlar da Azərbaycanın mənfi imicinin formalaşdırılmasında maraqlıdırlar”.n olmuşdur. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin x<br
Xəbər lenti
Hamısına baxHadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25

