Əsas hədəf - güclü dövlət qurmaq!
24.09.2024 [09:21]
Xankəndidən verilən mesajlar
Azərbaycan 44 günlük Vətən müharibəsinin və 23 saatlıq uğurlu lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq tarixi zəfərlərə imza atdı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilməklə otuz illik işğal faktına son qoyuldu və beləliklə də, beynəlxalq hüquq, tarixi ədalət bərpa olundu.
Lakin zəfərlərimiz heç də asanlıqla qazanılmayıb, bu yolda bir sıra ciddi maneələri, o cümlədən də xarici dairələrdən gələn təzyiqləri dəf etmək məcburiyyətində qalmışıq. Elə postmüharibə dövründə də zəfərlərimizi sinirə bilməyən bəlli mərkəzlər sakit dayanmırlar və hər addımda ölkəmizə qarşı qərəzli yanaşmalar ortaya qoyurlar. Qalib Azərbaycan isə İkinci Qarabağ müharibəsindən əvvəlki mərhələdə olduğu kimi, indi də belə təzyiq cəhdlərini qəbul etmir. Respublikamız işğaldan azad olunmuş ərazilərdə dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində inamlı addımlar atmaqla, “Böyük Qayıdış” proqramını uğurla reallaşdırmaqla özünün qətiyyətli siyasi iradəsini və gücünü bütün dünyaya nümayiş etdirir. Dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşdə bir sıra ciddi mesajlar verib. Separatizm yuvasından təmizlənən Xankəndidən verilən mesajlar qalib Azərbaycanın indiki strateji mərhələdə dövlət siyasətinin konturları barədə konkret təsəvvür yaradır.
Qərbin ikiüzlülüyünün, riyakarlığının zirvəsi - Azərbaycan heç vaxt unutmayacaq!
Biz işğal dövründə Qərbi Azərbaycanda yaradılan saxta Ermənistan dövlətinin dünyada havadarları tərəfindən necə güclü şəkildə dəstəkləndiyinin şahidi olduq. İşğalçı Ermənistan üç onillik ərzində sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, əsassız, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan, əslində, işğal nəticəsində yaranan keçmiş status kvonu sonsuzluğadək uzatmağa çalışırdı. Məhz bu səbəbə görə də 28 il davam edən danışıqlar prosesi heç bir səmərə vermirdi. Nəticə faktiki olaraq sıfır idi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə, BMT Təhlükəsizlik Şurasının, demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə baxmayaraq, Ermənistanın mövqeyində hansısa bir dəyişiklik baş vermirdi. Bunun yeganə səbəbi isə işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılmaması idi. Azərbaycanın təcavüzkarın cilovlanması, ona qarşı sanksiyaların tətbiq edilməsi çağırışları cavabsız qalırdı. Sanki beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar vermişdi. Prezident İlham Əliyevin bəhs olunan görüşdəki çıxışında bildirdiyi kimi, demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi. Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın. “Yəni, daim bizi təzyiq altında saxlamaq, daim bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər. İşğal dövründə müxtəlif paytaxtlardan gələn qonaqlar dəfələrlə deyirdilər ki, bu məsələnin, bu münaqişənin hərbi həlli yoxdur. Bəlkə sizin də yadınızdadır ki, belə bir tezis var idi - bunun hərbi həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır. Eyni zamanda, o vaxt “Birinci Qarabağ” deyilmirdi, amma Qarabağ müharibəsinin nəticələri də nəzərə alınmalıdır. Yəni bizi nə ilə barışdırmaq istəyirdilər?! Məğlubiyyətlə. İstəyirdilər ki, xalqımız bu məğlubiyyətlə razılaşsın”, - deyə Prezident İlham Əliyev bildirib.
İşğal illərində Ermənistanı himayə edən qüvvələr ortaya başqa bir tezis də atmışdılar. Həmin bədnam tezisin mahiyyəti ondan ibarət idi ki, Ermənistanla əməkdaşlığa başlamaq lazımdır. Qeyri-hökumət təşkilatlarının xətti ilə müxtəlif seminarlar keçirilirdi. Burada “beşinci kolon” təmsilçiləri də xüsusi fəallıq göstərirdilər. Dövlətimizin başçısı belələrini “xarici dairələrə satılmışlar” kimi səciyyələndirib. Satılmışlar gedib treninqlərdə ermənilərlə sıcaq münasibətlər qurur və sövdələşirdilər, birləşirdilər, birgə məclislər təşkil edirdilər. Dövlətimizin başçmısı sual ünvanlayır: “Qaniçən, Xocalı soyqırımını törədən, Qarabağ bölgəsində bütün şəhər və kəndlərimizi viran qoyan düşmənlə hansı təmaslardan söhbət gedə bilərdi? Amma bu işğalı əbədi etmək istəyənlərin də məqsədi o idi ki, gələcək nəsil, gənc nəsil artıq müharibə istəməyəcək, biz Ermənistanla barışaq, işğal da yerində qalsın. Bax, bütün bu planları biz Azərbaycan xalqı darmadağın etdik, alt-üst etdik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Fransa, ABŞ kimi ölkələr Ermənistana müxtəlif növ öldürücü silahlar tədarük etməklə məğlub ölkəni revanşizmə ruhlandırır və yeni müharibəyə təhrik edirlər. Bütün bunları riyakarlığın, ikiüzlülüyün zirvəsi kimi dəyərləndirən Prezident İlham Əliyev “Ona görə bu günə qədər bizə qarşı əsassız ittihamlar, təzyiqlər edilir. Mən hər səhər mətbuatla, o cümlədən Azərbaycan haqqında dünyanın müxtəlif yerlərində gedən yazılarla tanış oluram. Bu gün səhər tezdən baxıram, bizə qarşı nə qədər əsassız ittihamlar işlədilir. Özü də müxtəlif Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib. Yəni bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir. Ölkə öz torpağını necə zəbt edə bilər?! Bizim müharibəmiz azadlıq müharibəsi idi. Yəni, bunu deyənlər, bizə qarşı ittihamlar irəli sürənlər də bunu yaxşı bilirlər. Sadəcə olaraq, ikili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir”, - deyə vurğulayıb.
Dünya bilməlidir ki, Qarabağ tarixi Azərbaycan torpağıdır!
Postmüharibə dövründə Azərbaycanın ünvanına əsassız ittihamlar ünvanlayan qüvvələr ilk növbədə tarixi unutmamalıdırlar. Bəlli mərkəzlər etiraf etməsələr də, yaxşı bilirlər ki, Qarabağ tarixi Azərbaycan torpağıdır, Xankəndi şəhəri Azərbaycanın qədim yaşayış yeri olubdur, onun adı da bunu göstərir - Xanın kəndi. Elə zamanında ermənilərin Qarabağa köçürülmələri və burada məskunlaşdırılmaları da məkrli planların tərkib hissəsi olub. Buna diqqət çəkən dövlətimizin başçısı deyib: “XIX əsrin əvvəlində bağlanmış üç müqavilə - “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur”.
Yalnız böyük siyasətçi, xalqını və Vətənini çox sevən Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəldikdən sonra Qarabağda separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı - Sərsəng, Suqovuşan su anbarları. Bir neçə müəssisə yaradıldı və bu müəssisələrdə çalışan azərbaycanlılar müxtəlif bölgələrdən, o cümlədən Qarabağ bölgəsindən gəlirdilər. Prezident İlham Əliyevin bildirdiyi kimi, bütün bunlar davam edirdi. Ancaq 1987-ci ildə Heydər Əliyev istefaya göndəriləndən sonra yenə də separatçılar baş qaldırdılar və bu dəfə bu, xalqımıza çox baha başa gəldi. “Bəlkə gənclər onu da bilmirlər, Heydər Əliyevin istefasından iki həftə sonra bir sovet erməni alimi Fransanın “Humanite” qəzetində məqalə dərc etmişdi ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” Azərbaycandan çıxarılıb Ermənistana birləşməlidir. Cəmi iki həftədən sonra, - artıq Heydər Əliyev iqtidarda yox idi, - dərhal burada - Xankəndidə və Ermənistanda hərəkət başlamışdı, müxtəlif təşkilatlar yaradılmışdı. Mərkəzi hökumət, yəni Sovet İttifaqı rəhbərliyi buna laqeyd yanaşırdı. Hətta o, separatçıları, erməni millətçilərini, necə deyərlər, stimullaşdırırdı, onları daha da fəal olmağa təhrik edirdi. Qarşıya vəzifə qoyuldu ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi zəiflik, qorxaqlıq, bəzi hallarda xəyanət göstərmişdir. Həm 1980-ci illərin sonlarında, həm 1990-cı illərin əvvəllərində, həm kommunist, həm də Xalq Cəbhəsi hakimiyyətinin satqınlığı, qorxaqlığı, xəyanəti nəticəsində biz torpaqları itirdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Sonrakı proseslər hər kəsə bəllidir. Xankəndidən azərbaycanlılar qovuldular, müstəqillik elan olunandan dörd ay sonra - 1992-ci ilin fevralında Xocalı soyqırımı törədildi, 1992-ci ilin may ayında Şuşa, Laçın işğal olundu, 1993-cü ilin aprelində isə Kəlbəcər düşmənin nəzarətinə keçdi. “Beləliklə, xəritəyə baxsanız görərsiniz ki, bütün böyük bir bölgə nəzarətdən çıxdı və faktiki olaraq Ermənistanla Qarabağ bölgəsi arasında coğrafi əlaqə yaradıldı. Bax, bu idi bizim tariximiz”, - deyə Prezident İlham Əliyev bildirib.
Cəmiyyətdə birlik, gənclərdə milli ruh olmalıdır
Böyük güclər tərəfindən himayə edilən Ermənistanın işğalı üç onilliyi əhatə etdi. O dövrdəki geosiyasi vəziyyəti təhlil etdikdə - mövcud ədalətsizliyi, beynəlxalq hüququn işləməməsini, böyük dövlətlərin Ermənistanın arxasında dayanmasını göz önünə gətirdikdə elə təsəvvür yaranırdı ki, Azərbaycana işğal faktını aradan qaldırmaq heç vaxt müyəssər olmayacaq. Bunun üstünə separatçıların Qarabağda əksər yüksəkliklərdə möhkəmlənmələri, bir neçə müdafiə xətti yaratmalarını, köstəbək yuvalarını xatırladan istehkamlar qurmalarını da əlavə edək. Erməni hərbiçiləri bu müdafiə xətlərinin keçilməz olduğu ilə öyünürdülər. Ancaq onlar əsas məqamı - dövlətimizin və xalqımızın iradəsini unudurdular. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz bütün bu tezisləri, bütün bu paradiqmaları darmadağın etdik. Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz - nə 6, 7, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, - çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran və onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Bax, bütün bu amillər bir yerdə olanda, o xalqın qabağında heç kim dura bilməz.
Prezident İlham Əliyevin bildirdiyi kimi, onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak edib. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Güllə yağışı altında daim irəli gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. “Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu, önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır və var. Cəmiyyətdə birlik olmalıdır, bu da var. 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

