/ / Azərbaycanın riskli ölkələr sırasına aid edilməsi ölkəmizə qarşı aparılan anti-təbliğat kampaniyasının tərkib hissəsidir
Azərbaycanın riskli ölkələr sırasına aid edilməsi ölkəmizə qarşı aparılan anti-təbliğat kampaniyasının tərkib hissəsidir
30.12.2012 [13:27]
Ölkə ictimaiyyətinin nümayəndələri “Reuters” agentliyinin yaydığı qərəzli informasiyaya etirazlarını bildirirlər
Məlum olduğu kimi, dekabrın 20-də “Reuters” agentliyinin ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumata görə, Azərbaycan Əfqanıstan, Sudan, Liviya, Somali kimi riskli ölkələr sırasına aid edilib. Bu informasiyanın qərəzli olduğu və böhtan xarakteri daşıdığını göstərmək üçün hansısa ciddi əsaslandırmalara ehtiyac yoxdur. Çünki Azərbaycanda Əfqanıstanda olduğu kimi, terrorçu təşkilatlar yuva salıb, hər ay terror aktları törətmir, Liviyada olduğu kimi, xarici ölkə səfiri öldürülmür, Sudanda olduğu kimi kütləvi daxili iğtişaşlar baş vermir, Somalidəki kimi əhali acından ölmür. Əksinə, Azərbaycan daxildəki mühitin sabitliyinə, cinayətkarlığın aşağı səviyyəsinə, xarici ölkə vətəndaşlarına olan münasibətə görə hətta, əksər Qərb dövlətlərindən də təhlükəsiz məkandır. Belə olduğu təqdirdə, “Reuters”in açıqlaması anti-Azərbaycançı mərkəzlərin ölkəmizə qarşı təbliğat kampaniyasının növbəti aksiyası kimi dəyərləndirilə bilər. Azərbaycanın artan iqtisadi gücünün, beynəlxalq siyasi nüfuzunun fonunda müstəqil siyasət yürütməsini, özünü dünyaya olduğu kimi qəbul etdirməsini bəzi dairələr həzm edə bilmirlər. Dünya mətbuatında Azərbaycana qarşı yayılan böhtan xarakterli informasiyalar ölkəmizin müsbət imicinə zərbə vurmağa yönəlib. Təbii ki, heç bir qarayaxma üsulu, dezinformasiya fəaliyyəti həqiqətləri uzun müddət gizlətmək gücündə deyil və bütün təxribat əməlləri kimi bu cür məkrli kampaniyalar da uğursuzluğa məhkumdur.
Məsələyə münasibət bildirən Azərbaycan ictimaiyyətinin nümayəndələri agentliyin yaydığı informasiyanın tamamilə qərəzli və əsassız olduğunu bildiriblər.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bu cür təxribat xarakterli informasiyaların Azərbaycanın mühüm beynəlxalq uğurlar əldə etdiyi dövrlərdə daha çox artdığını söyləyib: “Azərbaycanın müstəqilliyi dövründə hər dəfə, xüsusən də, beynəlxalq aləmdə hər hansı uğur qazandıqda, məsələn, “Eurovision” mahnı müsabiqəsində qalib gəldikdə, ilk Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi haqqında qərar verildikdə və digər hallarda ölkəmizə düşmən münasibəti bəsləyən qüvvələr dərhal hərəkətə keçirlər. Bu, bir çox hallarda “Freedom House” kimi beynəlxalq təşkilatların hesabatlarında ikili standartlardan yanaşma şəklində özünü göstərir. Dəqiq, qərəzsiz və obyektiv olmağa borclu olan bir agentliyin Azərbaycana münasibətdə qeyri-obyektiv münasibət sərgiləməsi ölkəmizdəki media sektorunu və vətəndaş cəmiyyətini narahat etməyə bilməz”.
Forumun prezidenti vurğulayıb ki, Azərbaycanın inkişaf göstəriciləri və buradakı sabitlik mühiti “Reuters”in yaydığı məlumatın tamamilə əsassız olduğunu təsdiqləyir: “Azərbaycanın son illərdə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və bu tədbirlərdə heç bir iştirakçıya qarşı hər hansı təxribatın olmaması, hüquqlarının tapdanmaması “Reuters”ə ən gözəl cavabdır. Bundan başqa, əksər beynəlxalq təşkilatlar Azərbaycandakı inkişafı təsdiq edir, Azərbaycanı tolerant ölkə, mədəniyyət mərkəzi kimi tanıyır. Respublikamızda keçirilən mədəniyyətlərarası və humanitar forumlara, beynəlxalq müsabiqələrə bir çox ölkələrdən iştirakçılar, dövlət və din xadimləri, mədəniyyət nümayəndələri gəlirlər, onlar Azərbaycanı inkişaf etmiş, demokratik, azad, müstəqil, tolerant, bəşəri mədəniyyətin mərkəzi olan bir ölkə kimi görürlər. Lakin nədənsə, gözlərinə anti-Azərbaycan eynəyi taxmış və ermənipərəst qüvvələrin təsiri altında rəy verən “reuters”lər və digərləri qeyri-obyektiv yanaşma sərgiləyirlər. Halbuki bu informasiya agentliyi ilk növbədə işğalçı Ermənistanı riskli ölkələr sırasına salmalı idi. 600 QHT-ni sıralarında birləşdirən Milli Qeyri-Hökumət Təşkilatları Forumu olaraq və şəxsən bir Azərbaycan vətəndaşı kimi “Reuters”in yaydığı bu informasiyaya qəti etirazımızı bildiririk. Hesab edirəm ki, yaydığı qərəzli məlumatlarla özünün obyektivliyinə inamı azaldan “Reuters” bu barədə ciddi düşünməlidir”.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova sözügedən məlumatın əsassızlığını və qeyri-ciddiliyini göstərən kifayət qədər məqamın olduğunu söyləyib: “Reuters” agentliyinin ABŞ Dövlət Departamentinə istinadən yaydığı bu informasiya, doğrudan da təəccüb doğurur və müəyyən suallar yaradır. Məhz uzun illər ərzində, eləcə də, 2012-ci ildə terror hadisəsinin olmadığı Azərbaycanın riskli ölkələr sırasına qatılması nə dərəcədə düzgündür? Nə üçün ABŞ, Norveç, Fransa və digər Qərb dövlətlərində baş verən terror hadisələri, kütləvi qətl halları həmin dövlətləri riskli ölkələr qrupuna salmaq üçün əsas vermir? Bildiyimiz kimi, Azərbaycan Qərbdə və dünyada tolerantlıq brendi kimi tanınır. Eyni zamanda, Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqa töhfə verən, hətta beynəlxalq terrorizmə qarşı mübarizədə Qərblə birlikdə qətiyyətlə fəaliyyət göstərən bir ölkədir. Azərbaycanın daxilində sabit və təhlükəsiz mühit mövcuddur. Belə olan halda, riskli ölkələr hansı kriteriyalar əsasında seçilir? Əgər ABŞ Dövlət Departamenti “Reuters” vasitəsilə bu kriteriyalar barədə də məlumat yaysa idi, bundan hər kəsin xəbəri olardı. Çünki dövlətlərin riskli ölkələr qrupuna daxil edilməsinin səbəbləri göstərilmədikdə, bu, bölgünün obyektivliyi ilə bağlı şübhələr yaradır. Bu, sırf psixoloji bir nüansdır”.
G.Səfərova Azərbaycanın riskli ölkələr qrupuna aid edilən digər dövlətlərdən xeyli fərqləndiyini qeyd edib: “Hər hansı bir statistika gətirmədən, konkret və dəqiq məlumat, əsaslandırma ortaya qoymadan Somali kimi ölkə ilə Azərbaycanı eyni sıraya qoymaq, fikrimcə, böyük haqsızlıqdır. Azərbaycanın özü Somaliyə yardım göstərir. Azərbaycan Somali və digər ölkələrin sosial təminatı ilə bağlı birbaşa maliyyə dəstəyi göstərən ölkədir. Azərbaycan Əfqanıstanda gedən terrorçuluqla mübarizədə iştirak edir və bu ölkəyə yardımlar göstərir. Belə olan halda nə üçün Azərbaycan, Somali, Əfqanıstan və bəzi digər ölkələrlə risklilik dərəcəsinə görə, bir sırada dayanmalıdır? Azərbaycan bu il ən böyük layihələrin icraçısına çevrildi. Bütün dünya mətbuatının, dünya siyasi liderlərinin gözü Azərbaycanda olub. Təkcə “Eurovision-2012” müsabiqəsinin keçirildiyi müddətdə deyil, İnternet İdarəçiliyi Forumunun və digər beynəlxalq tədbirlərin keçirdiyi günlərdə dünyanın bir sıra ölkələrindən dövlət və hökumət başçıları, nazirlər səviyyəsində çoxlu sayda qonaqların iştirak etdiyi tədbirlər tam sakitlik şəraitində keçdi, Bakıya gələn nümayəndələrin narahatlığına səbəb ola biləcək, yaxud sağlamlığına təhlükə törədəcək heç bir təxribat, eləcə də terror hadisəsi olmadı. Hər zaman Azərbaycan böyük bir tədbir keçirdikdə, bəzi beynəlxalq təşkilatların, hansısa dövlət qurumlarının belə qərəzli mövqeyini görürük. Biz gənclər təşkilatı olaraq dəfələrlə Azərbaycana münasibətdə qərəzli mövqe sərgiləyən ayrı-ayrı xarici ölkələrin dövlət xadimlərinin elektron ünvanlarına məktublar göndəririk, suallar ünvanlayırıq. Ancaq çox təəssüf ki, onlar sualları cavablandırmaqdan çəkinirlər”.
G.Səfərova bu cür fəaliyyətlərin arxasında dayanan səbəblərə də toxunub: “Düşünürəm ki, Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi qərarının “Reuters” agentliyinin ABŞ Dövlət Departamentinə istinadən yaydığı siyasi çıxarışa böyük təsiri var. Belə bir informasiyanın yayılmasında erməni lobbisinin də rolu ola bilər. Çünki bildiyiniz kimi, Azərbaycan Cənubi Qafqazda bütün mühüm layihələrin əsas təşkilatçısı və təşəbbüskarıdır, bununla ölkəmiz Qərb dövlətlərinə də nümunədir. Fikrimcə, Azərbaycana qarşı belə bir qərəzli münasibətin sərgilənməsində islamafobiya amilinin də təsiri var. Gənclər təşkilatı olaraq, biz heç bir əsasa istinad edilməyən, heç bir kriteriya və statistika üzərində qurulmayan belə siyasi çıxarışlara “yox” deyirik. Güman ki, Azərbaycanın beynəlxalq müstəvidəki uğurları artdıqca bu tipli siyasi çıxarışları çox görəcəyik. Lakin bu əməllərin Azərbaycana heç bir təsiri yoxdur. Çünki Azərbaycan inkişaf edir, düzgün yoldadır, biz gənclər isə hər zaman dövlətimizin arxasındayıq”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

