Milli Məclisdə “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda müzakirə təşkil olunub
21.10.2024 [23:39]
Oktyabrın 21-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin deputatları, beyin (araşdırma) mərkəzlərinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, ekspertlər iştirak ediblər.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri Ramid Namazov qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfərimizdən və ötən il suverenliyimizin tam bərpasından sonra bunu həzm edə bilməyən bəzi xarici dairələr dövlətimizə qarşı məkrli planları nəzərdən keçirməyə başlayıblar.
Diqqətə çatdırılıb ki, cari ilin noyabrında ölkəmiz COP29-a, habelə Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarına ev sahibliyi edəcək. Dünyada keçirilən ən böyük beynəlxalq və mötəbər konfranslardan biri hesab olunan COP tədbiri yaxınlaşdıqca Azərbaycana qarşı qarayaxma və media kampaniyalarının da sürətlə artdığı müşahidə edilir.
Qeyd olunub ki, bugünkü ictimai müzakirənin əsas məqsədi ölkə ictimaiyyətinin baş verən proseslər barədə məlumatlandırılması, o cümlədən dövlətimizə qarşı aparılan çirkin kampaniyaların haradan, hansı formada və kimlər vasitəsilə təşkil olunduğunu göstərmək, bununla bağlı deputatlar, vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlərlə fikir mübadiləsi aparmaqdır.
Ramid Namazov COP29-la bağlı Azərbaycana qarşı hibrid təhdidin əsasən iki növündən fəal istifadə olunduğunu söyləyib. Deyib ki, birincisi, dezinformasiyalar, o cümlədən media və qarayaxma kampaniyaları, fake-saxta xəbərlər, ikincisi isə “Lawfare” adlı hibrid təhdid növüdür, bu da özündə hüquqi vasitələrdən “silah” kimi istifadəni ehtiva edir. Buraya müxtəlif parlamentlərdə qəbul olunan anti-Azərbaycan qətnamələri, əsassız beynəlxalq məhkəmə iddialarını və sanksiyaları aid etmək olar.
Bildirilib ki, COP29-a ev sahibliyi hüququ 200-ə yaxın ölkə tərəfindən yekdilliklə Azərbaycana veriləndən dərhal sonra əldə etdiyimiz uğurları qəbul etməyən bəzi qüvvələr müxtəlif bəhanələr gətirərək bəzi məsələlərlə bağlı əsassız ittihamlar irəli sürüblər.
Komissiya sədri BMT Nizamnaməsinə əsasən, qurum üzvlərinin beynəlxalq münasibətlərdə istənilən dövlətin ərazi bütövlüyünə (toxunulmazlığı) və ya siyasi müstəqilliyinə qarşı təhdiddən və ya gücdən istifadədən, habelə BMT-nin məqsədləri ilə uzlaşmayan istənilən hərəkətlərdən çəkinməli olduğunu söyləyib. O, Ermənistanın və ona havadarlıq edən bəzi ölkələrin bizə qarşı apardıqları çirkin kampaniyaların beynəlxalq hüquqa zidd olduğunu deyib.
R.Namazov bu günlərdə ABŞ Konqresinin 60 üzvünün dövlət katibinə müraciət edərək Azərbaycana təzyiq göstərməyi tələb etdiyini deyərək, Prezident tərəfindən onların cavablarının tutarlı arqumentlərlə verildiyini, ölkə ictimaiyyətinin və Milli Məclisin də bu təxribata öz münasibətini bildirdiyini diqqətə çatdırıb. O, Niderland parlamentinin Nümayəndələr Palatasının anti-Azərbaycan qətnamələrini ABŞ Konqresinin çağırışına dəstək kimi qiymətləndirib. Habelə AŞPA-da Azərbaycanda insan hüquqları, qanunun aliliyi, demokratiya ilə bağlı vəziyyətə dair keçirilən müzakirələrin, qəbul edilən qətnamələrin heç bir əsasının olmadığını vurğulayıb.
Komissiya sədri deyib ki, ABŞ Konqresi tərəfindən tam maliyyələşən Milli Demokratiya Fondu, habelə “Freedom House”, “Human Rights Watch”, İşgəncələrə qarşı Ümumdünya Təşkilatı, “Amnesty International”, İnsan hüquqları üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı kimi qurumlar Azərbaycanla bağlı qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yayaraq, ölkəmizə qarşı təşkil etdikləri hibrid təhdidlərlə gizli formada sadə insanların beyinlərinə təsir etməklə öz strateji məqsədlərinə çatmağı hədəfləyirlər.
Bildirilib ki, Azərbaycana qarşı kampaniyanın ayrıca bir istiqaməti isə Ermənistan dövləti, erməni lobbi təşkilatları və erməniəsilli zəngin iş adamları tərəfindən aparılır.
Vurğulanıb ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Qeyd olunan bütün məkrli niyyətlərə baxmayaraq, bu günə qədər bir çox beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi etmiş Azərbaycan COP29 konfransını da yüksək səviyyədə keçirəcək.
Sonra çıxış edən deputatlar Gülşən Paşayeva, Sevil Mikayılova, Pərvanə Vəliyeva, Mübariz Qurbanlı, Elman Nəsirov, Nurlan Həsənov, Kamran Bayramov, habelə Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev, Sosial Təhqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov müzakirəyə çıxarılan mövzunun aktuallığını bildiriblər. Bəzi xarici dövlətlərin ölkəmizə qarşı qərəzli mövqeyi, xarici müdaxilələrin qarşısının alınması ilə bağlı mübarizə sahəsində ciddi addımların atılmasının əhəmiyyətindən danışıblar.
Bildirilib ki, ölkəmizə qarşı hibrid təhdidlər, o cümlədən düşmənçilik xarakteri daşıyan məlumatların yayılması, kiberhücumlar, sosial şəbəkələrdə qarayaxma kampaniyalarının qarşısının alınması təhlükəsizlik baxımından böyük önəm daşıyır. Bütün bu mənfi təsirlərin, xüsusilə ölkəmizdə keçiriləcək COP29-la bağlı artan təhdidlərin qarşısının alınması istiqamətində əməli addımların atılmasının vacibliyi vurğulanıb.
İctimai müzakirələrdə iştirak edən UNEC Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyeva, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının idarə heyətinin sədri Elvin Balacanov, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov, Azərbaycan Milli QHT Forumu İdarə heyətinin üzvü Zaur İbrahimli çıxışlarında ideoloji təhlükəsizlik məsələlərinin həmişə aktual olduğunu, bu sahədə həmrəyliyin nümayiş etdirilməsinin vacibliyini söyləyiblər. Onlar ölkəmizə qarşı yönəlmiş yersiz təhdidlərin, əsassız dezinformasiyaların qarşısının alınması, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.
Sonda R.Namazov ölkəmizin ev sahibliyi ilə keçiriləcək COP29-un Azərbaycanın növbəti uğuru olacağına əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52

