Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib
29.10.2024 [21:44]
Türkiyə Respublikasının yaranmasının 101-ci ildönümü münasibətilə oktyabrın 29-da Bakıda rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin milli bayramı münasibətilə tədbir iştirakçılarına videomüraciəti izlənilib.

Çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib ki, qlobal imkanlara çıxışı olan güclü, özünü təmin edən milli iqtisadiyyat türk xalqının ən böyük istəyidir. Diplomat bildirib ki, Türkiyənin məqsədi dünyanın 10 ən böyük iqtisadiyyatına malik olmaqdır. Onun sözlərinə görə, ticarət və iqtisadi əlaqələr bundan sonra daha da inkişaf edəcək və şaxələnəcək.
“Biz ölkəmizlə Azərbaycan arasında dünyada bənzəri olmayan, qəlblərdə dərin kök salmış müstəsna qardaşlığın şahidi oluruq. Bu qardaşlığın köklərini birlikdə dərinləşdiririk. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa edən, Qarabağda qələbə qazanmaq üçün “bir yumruq, bir ürək” olan azərbaycanlı qardaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə nailiyyətlər əldə ediblər. Qlobal sistemin Cənubi Qafqazda təmin edə bilmədiyi ədalət və təhlükəsizlik qəhrəman Azərbaycan Ordusunun qəti qələbəsi nəticəsində əldə olundu. Bununla da regionda qanayan yara bağlandı. Sülh, əmin-amanlıq, sabitlik və firavanlıq dövrünün qapıları açıldı. Regionda davamlı sülhü təmin etmək, inkişafa başlamaq və əlaqələri artırmaq üçün tarixi fürsət yaranıb. Bu fürsətdən səmərəli istifadə etmək bizim borcumuzdur”,- deyə o vurğulayıb.
Səfir qeyd edib ki, Azərbaycanla həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi enerji layihələri ilə ölkələrimizin strateji əhəmiyyəti daha da artıb: “Başda müdafiə sənayesi olmaqla enerji sahəsində güclü əməkdaşlığımızı hər sahədə inkişaf etdirmək və ölkə başçılarımızın hədəflədiyi 8 milyard dollara yaxınlaşan ikitərəfli ticarət həcmimizi 15 milyard dollara çatdırmaq əzmindəyik. Biz ölkələrimiz arasında hər sahədə qurulan güclü əməkdaşlığı, qardaşlığı möhkəm və sarsılmaz edəcək yeni körpülər kimi görürük. Bu baxımdan Türkiyənin ən güclü üç universitetinin dəstəyi ilə təhsil həyatına başlayan Türkiyə-Azərbaycan Universiteti böyük əhəmiyyət kəsb edir”.
O əlavə edib ki, bu gün Azərbaycan yüksək təşkilatçılıq keyfiyyətlərinə əsaslanaraq böyük beynəlxalq tədbirə ev sahibliyi etmək ərəfəsindədir: “Bu baxımdan qardaş Azərbaycanın COP29 sammitini ən yaxşı şəkildə keçirəcəyinə ürəkdən inanır və bu işdə uğurlar arzulayırıq. Biz COP29-u Azərbaycanı daha da gücləndirəcək qlobal tədbir kimi görürük. Türkiyə olaraq bu tədbirdə ən yüksək səviyyədə iştirak edəcəyik”.

Daha sonra çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətləri tarixi dövrünü yaşayır: “101 il öncə qəhrəman Türkiyə xalqı Qazi Mustafa Kamal Atatürkün öndərliyində vahid amal ətrafında sıx birləşərək, istiqlaliyyət uğrunda sönməz mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirdi. 1923-cü il oktyabrın 29-da Cümhuriyyətin elan edilməsi məhz həmin sarsılmaz iradənin qəti və yekun zəfəridir. Türkiyənin hər bir nailiyyətinə Azərbaycanda bizlər olduqca sevinir və fəxr hissi keçiririk. Bu da təbiidir. Bu reallıq məhz ortaq tarix, köklər, milli-mənəvi dəyərlərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsini əks etdirir. Müasir Azərbaycan-Türkiyə münasibətləri isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının parlaq təcəssümüdür. Bu münasibətləri səciyyələndirən ən böyük xüsusiyyət ölkələrimizin və xalqlarımızın həm sevincli, həm də kədərli günlərdə bir yerdə olması, bütün məsələlərdə bir-birini qeyd-şərtsiz və tərəddüdsüz dəstəkləməsidir”.
Spiker deyib ki, dövlət başçılarımızın iradəsi və birgə səyləri sayəsində Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə çatıb. Bu gün Azərbaycan və Türkiyənin beynəlxalq miqyasda sülh və əməkdaşlıq gündəliyi ilə çıxış etdiyini də diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, reallaşdırılmış birgə layihələr, irəli sürülmüş təşəbbüslər daha geniş regionda sabitliyə, təhlükəsizliyə və inkişafa böyük töhfələr verir.

Onun sözlərinə görə, Türkiyə Respublikası qurulduğu andan etibarən bütün çətinlikləri və maneələri dəf edərək, öz dövlətçiliyinin qorunub saxlanması və gücləndirilməsi, müstəqil milli inkişafının təmin olunması yolunda inamla addımlayır.
“Xüsusən son iyirmi ildə Türkiyənin əldə etdiyi nailiyyətlər nə dərəcədə böyük məsafə qət edildiyinin aşkar sübutudur. Prezident Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən rəhbərliyi ilə Türkiyə siyasi, iqtisadi, hərbi, elmi, texnoloji və digər sahələrdə möhtəşəm tərəqqiyə nail olub. Bu gün qlobal miqyasda gedən proseslərə həlledici təsir göstərən, sülhə və sabitliyə böyük töhfələr verən Türkiyə, haqlı olaraq dünyanın ən aparıcı və güclü dövlətlərindən biridir”, - deyə Milli Məclisin sədri vurğulayıb.
Sahibə Qafarova qeyd edib ki, öz istiqlalının ikinci yüzilliyində də Türkiyə davamlı inkişaf yolu ilə addımlayacaq, daha da böyük uğurlar və qələbələr qazanacaq.

Tədbir ziyafət və konsert proqramı ilə davam edib.
Qeyd edək ki, rəsmi qəbulda Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri, Vətən müharibəsi iştirakçıları və qaziləri, Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbərləri və üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri, media subyektlərinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43

