/ / İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə qəbul edilib
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə qəbul edilib
06.02.2013 [03:11]
Xəbər verildiyi kimi, yanvarın 21-22-də Sudanın paytaxtı Xartumda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) illik yığıncaqları və 8-ci sessiyası keçirilib. Tədbirlərdə Azərbaycanı Milli Məclisin deputatı Gövhər Baxşəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) və nümayəndə heyəti tərəfindən təşkilata təqdim edilmiş qətnamə layihələrinin qəbul olunması, eyni zamanda, Yekun Kommunikeyə və Xartum Bəyannaməsinə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü və Xocalı qətliamı haqqında bəndlərin salınması təklif edilib.
Sessiyada “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair” və “İƏTPİ-DƏİKGF əməkdaşlığına dair” qətnamələr və sessiyanın Yekun Kommunikesinə və Xartum Bəyannaməsinə Azərbaycan nümayəndə heyətinin təklif etdiyi maddələr daxil edilib.
AzərTAc sessiyada qəbul olunmuş qətnaməni təqdim edir:
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Qətnamə
21-22 yanvar 2013-cü il
Xartum, Sudan Respublikası
İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 21-22 yanvar 2013-cü ildə Sudan Respublikasının Xartum şəhərində keçirilmiş 8-ci Sessiyası
İslam Əməkdaşlığı Təşkilatının Nizamnaməsinin prinsipləri və məqsədlərindən çıxış edərək;
Azərbaycanın ərazisinin 20 faizindən artıq hissəsinin işğalı ilə nəticələnən Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzündən dərin narahatlıq hissi keçirdiyini ifadə edərək;
Ermənistanın təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün durumu və bu humanitar problemlərin miqyası və ciddilik dərəcəsindən olduqca mütəəssir olaraq;
Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycanın cəbhə xəttində məskunlaşmış mülki əhalisi arasında uşaq və qadınlar da daxil olmaqla insan itkiləri və yaralanma hallarından narahatlığını bildirərək;
Müvafiq keçmiş qətnamələri, xüsusən də 13-14 mart 2008-ci il tarixində Seneqal Respublikasının paytaxtı Dakar şəhərində keçirilən İslam Sammiti Konfransının 11-ci Sessiyası tərəfindən qəbul edilən 10/11-P(İS) saylı qətnaməni yenidən təsdiq edərək;
BMT Nizamnaməsinə ciddi şəkildə riayət olunması və Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinin bütünlüklə yerinə yetirilməsində israrlı olaraq;
Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə yönələn bütün diplomatik və digər səyləri alqışlayaraq;
Bütün üzv dövlətlərin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət etmək öhdəliyini bir daha təsdiqləyərək;
Həmçinin Ermənistan Respublikasının təcavüz siyasətinin ATƏT çərçivəsindəki sülh proseslərinə dağıdıcı təsirini qeyd edərək:
1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü qəti pisləyir;
2. İşğal olunmuş Azərbaycan ərazilərində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş əməlləri insanlıq əleyhinə cinayət kimi dəyərləndirir;
3. İşğal olunmuş Azərbaycan ərazilərində arxeoloji, mədəni və dini abidələrin talanını və dağıdılmasını qəti pisləyir;
4. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin icra edilməsini və Dağlıq Qarabağ ərazisi də daxil olmaqla, Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edir və Ermənistanın Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət etməsində israr edir;
5. Yuxarıda qeyd edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrində nəzərdə tutulan tələblərin Ermənistan tərəfindən hələ də icra olunmamasından narahat olduğunu bildirir;
6. Təcavüzkarı münaqişənin gələcək eskalasiyası imkanından və Azərbaycan ərazilərini işğal altında saxlamağa davam etməkdən məhrum etmək üçün bütün dövlətləri Ermənistanı hər hansı silah və hərbi sursatla təmin etməkdən çəkinməyə çağırır, üzv dövlətlərin ərazisi bu cür təchizatın tranziti üçün istifadə edilməməlidir;
7. Üzv dövlətləri, həmçinin beynəlxalq ictimaiyyətin digər üzvlərini erməni təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoymaq məqsədilə tələb olunan belə səmərəli siyasi və iqtisadi vasitələrdən istifadə etməyə, bununla əlaqədar olaraq Ermənistan Respublikası ərazisində iqtisadi fəaliyyətdən, Ermənistan Respublikasında iqtisadi, sənaye, maliyyə və digər sahələrə investisiya qoyuluşundan çəkinməyə və Ermənistan Respublikası ilə ümumi əməkdaşlığı məhdudlaşdırmağa çağırır;
8. İƏT-ə üzv dövlətlərdən öz milli və hüquqi qurumlarının Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində iqtisadi, turizm və digər fəaliyyətlərə cəlb olunmasına imkan verməməyi xahiş edir;
9. Fait accompli - baş vermiş faktın münaqişənin həlli üçün əsas ola bilməyəcəyini və nə Azərbaycan Respublikasının işğal olunmuş əraziləri çərçivəsində cari vəziyyətin, nə də səsvermə prosesinin təşkili daxil olmaqla status-kvonun möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin hüquqi qüvvəyə malik olmadığını vurğulayır;
10. Ermənistan və Azərbaycan arasında mövcud olan silahlı münaqişənin dövlətlərin ərazi toxunulmazlığı və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında ədalətli və sülh yolu ilə həll olunmasına çağırır;
11. Ermənistan və Azərbaycan arasında mövcud olan silahlı münaqişənin həllinə dair 1996-cı il ATƏT-in Lissabon Sammitində ATƏT sədrinin verdiyi bəyanatda əks olunmuş 3 prinsipə - Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi toxunulmazlığı, Dağlıq Qarabağ regionunun Azərbaycan daxilində ən yüksək statuslu muxtariyyəti və bu regionun və onun əhalisinin təhlükəsizliyinin təminatı prinsiplərinə tam dəstəyini ifadə edir;
12. Ermənistan və ATƏT-in Minsk qrupunun bütün üzv dövlətlərini BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in müvafiq qərar və sənədləri əsasında ATƏT-in yürütdüyü sülh proseslərinə konstruktiv şəkildə qatılmağa çağırır;
13. Erməni millətindən olan əhalinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmələrinin qarşısını almağı və dayandırmağı tələb edir, belə ki, bu köçürmələr beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qəbul edilir və bu, münaqişənin sülh yolu ilə həll olunması prosesinə zərər vura biləcək təsirə malikdir və üzv dövlətləri Azərbaycan tərəfindən bu məqsədlə həyata keçirilən səyləri, habelə BMT-nin Baş Məclisində və o cümlədən BMT-nin Nyu-Yorkdakı daimi nümayəndəliyi vasitəsilə həyata keçirilən fəaliyyəti dəstəkləməyə çağırır;
14. Azərbaycan ilə tam həmrəy olduğunu və Azərbaycan hökuməti və xalqının ölkəni müdafiə etmək məqsədilə həyata keçirdiyi səyləri dəstəklədiyini bildirir və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz, şərəf və ləyaqətlə qayıtmalarına imkan yaratmağa çağırır;
15. Üzv dövlətləri 1992-ci il fevralın 26-da Azərbaycan Respublikasının Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilmiş soyqırımı tanımağa, faciənin 20-ci ildönümü olan 2012-ci ildən başlayaraq bu cinayəti törədənləri cəzalandırmaq məqsədilə ədalət məhkəməsinə cəlb olunması üçün digər mühüm tədbirləri görməyə çağırır.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37

