Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin qərarını dəstəkləyir
08.02.2013 [01:23]
İctimaiyyətin ümumi fikri belədir ki, xalqımızı təhqir edən, ermənipərəst mövqedən çıxış edən Əkrəm Əylisli Azərbaycanın “Xalq yazıçısı” adını daşımaq mənəvi haqqını itirib
Xəbər verildiyi kimi, yazıçı Əkrəm Əylislinin “Drujba narodov” jurnalında çap olunan “Daş yuxular” romanı ölkəmizdə şiddətli narazılıqla qarşılanıb. Bu da səbəbsiz deyil. Belə ki, “Daş yuxular” Azərbaycan xalqına qarşı əsassız ittihamlardan ibarət, tarixi saxtalaşdıran, erməni yalanlarına xidmət edən bir “əsər”dir. Buna görə də, Ə.Əylislinin ermənipərəst addımına etiraz edən Azərbaycan ictimaiyyəti bir vaxtlar ona verilən fəxri ad və mükafatların ləğv olunmasını istəyirdi. Nəhayət, çox keçmədən, cəmiyyətin istəyi reallığa çevrildi. Belə ki, dünən Prezident İlham Əliyev böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən müəllifin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq Əkrəm Əylislinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı digər bir Sərəncamla isə Ə.Əylisli xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etdiyi üçün “Xalq yazıçısı” adından məhrum edilib. Sərəncamda qeyd edilir ki, Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixi keçmişimizə qara yaxılıb, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilib.
Dövlət başçısının bu addımı Azərbaycan ictimaiyyətində böyük sevinclə qarşılanıb. Öz növbəsində məsələyə münasibətini bildirən ictimaiyyət nümayəndələri Ə.Əylislinin fəxri addan və mükafatdan məhrum edilməsini çox yerində qəbul edilmiş düzgün qərar adlandırıblar.
Məsələn, paytaxt sakini Hidayət Məsməliyev dövlət başçısının sözügedən sərəncamlarını dəstəklədiyini bildirib: “Hesab edirəm ki, Prezidentimizin bu qərarı vaxtında və yerində atılmış addımdır. Əkrəm Əylisli “Daş yuxular” romanını yazmaqla çox böyük səhvə yol verib. Fikrimcə, o, bu əsərini ermənilərin diktəsi ilə yazıb. Görünür, o, ölkəsinin, xalqının maraqlarına zidd gedən bəzi insanlara Nobel mükafatının verilməsindən həvəslənib və belə bir ümidlə Azərbaycana xəyanət yolunu tutub. Lakin Ə.Əylisli başa düşməlidir ki, Azərbaycan vətəndaşı olmaq nə deməkdir. Şəxsi maraqlara görə Vətəni satmaq böyük qəbahətdir. Bizim minlərlə oğul və qızlarımız, qardaş və bacılarımız, ata və analarımız torpaq uğrunda şəhid olublar. Belə bir əsərin yazılması, ən azından, şəhidlərimizin ruhuna hörmətsizlikdir, bütövlükdə isə xalqa xəyanətdir. Ona görə də, düşünürəm ki, Ə.Əylisli sonuncu əsəri ilə “Xalq yazıçısı” adına olan mənəvi haqqını itirmişdi və ona verilən fəxri adla, fərdi təqaüdün ləğv olunması tamamilə haqlı qərardır”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Mahmud Allahmanlı da deyib ki, Əkrəm Əylislinin belə bir roman yazması Vətənini sevən hər bir kəs üçün qəbuledilməzdir: “Hesab edirəm ki, el qınağı Ə.Əylisliyə ən yaxşı cavabdır. Xalqın “Daş yuxular” romanını qəzəblə qarşılaması tamamilə təbiidir. Azərbaycanın elə bir rayonu yoxdur ki, orada Şəhidlər xiyabanı, şəhid ailələri olmasın. Ermənistanın Azərbaycana qarşı apardığı müharibə və işğalçılıq siyasəti davam etdiyi, düşmənin cəbhə xəttində atəşkəsi tez-tez pozduğu bir vaxtda belə bir “əsər”in yazılması ölkəmizin apardığı ədalət mübarizəsinə zərbə vurmağa xidmət edir. “Xalq yazıçısı” adını almış, ən ali mükafatlarla təltif edilmiş bir şəxsin Azərbaycanın milli maraqlarını nəzərə almadan belə bir “əsər” yazması çox yanlış bir addımdır. Bu “əsər”i yazmaqla Ə.Əylisli Azərbaycanın çörəyinə, duzuna, havasına, suyuna xəyanət edib. Əlbəttə ki, Prezident İlham Əliyevin Ə.Əylislinin “Xalq yazıçısı” fəxri adından və fərdi təqaüddən məhrum edilməsi ilə bağlı qərarını haqlı sayıram. Hesab edirəm ki, Ə.Əylisliyə bu da azdır. Ən dəhşətlisi el qınağıdır. Fikrimcə, Ə.Əylisli bu xəyanətkar əməlinə və buna haqq qazandırdığına görə, ömür boyu xalqın qınağından yaxa qurtara bilməyəcək”.
Azərbaycan Dövlət Opera və Balet Teatrının əməkdaşı Mülayim Həsrətova Prezident İlham Əliyevin sözügedən sərəncamlarından yaranan sevincini ifadə edib: “Əkrəm Əylislinin “Daş yuxular” romanına bir vətəndaş kimi çox mənfi münasibət bəsləyirəm. Hesab edirəm ki, Ə.Əylisli bu əsəri yazmaqla Azərbaycan xalqına xəyanət edib. Onun əsərində təqdim etdiyi guya azərbaycanlılara dayaq olan, yardım edən erməni obrazı həqiqətdən uzaqdır. Eyni zamanda, bu əsərdə azərbaycanlılar da qəddar, amansız göstərilir, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər azərbaycanlıların adına yazılır. Qısası, bu roman tarixin büsbütün saxtalaşdırılması üzərində qurulub. Ona görə də, fikrimcə, Ə.Əylisli, həqiqətən də, ona verilən mükafatlara, “Xalq yazıçısı” adına mənəvi haqqını itirmişdi. Dövlət başçısının Ə.Əylisliyə verilən fəxri adın və fərdi təqaüdün ləğv olunması ilə bağlı qərarını alqışlayıram”.
Azərbaycan Dövlət Opera və Balet Teatrının digər bir əməkdaşı Sürəyya Fərmanova isə deyib ki, Əkrəm Əylisli onsuz da, “Daş yuxular” romanını yazması və nəşr etdirməsi ilə xalqın ona olan hörmətini tamamilə itirib: “Xalqın nifrətini qazanan şəxsi “Xalq yazıçısı” adlandırmaq mümkün deyil. Ə.Əylisliyə dövlət hər bir şəraiti yaratmışdı, ona ən yüksək mükafatlar verilmişdi. Lakin görünür, Ə.Əylisli hansısa xırda hissləri ümummilli maraqlardan, həqiqət prinsipindən üstün tutub. Bir sözlə, o, “Xalq yazıçısı” adını daşımağa və dövlətin ona verdiyi imtiyazlara mənəvi haqqını itirdi. Düşünürəm ki, Prezidentimizin qərarı hər bir azərbaycanlının ürəyincədir”.
Bakı sakini Gəray Zeynalov da Prezident İlham Əliyevin sərəncamlarını dəstəklədiyini bildirib: “Mən bir Azərbaycan gənci olaraq Əkrəm Əylisli kimi yazıçımızın olmasından təəssüf hissi keçirirəm. Ə.Əylislinin “Daş yuxular” romanı normal bədii əsər yox, xəyanətkarlıq nümunəsidir. Fikrimcə, bu əsər Azərbaycan həqiqətlərinin üzərinə kölgə salmaq üçün ermənilərdən alınan sifariş əsasında yazılıb. Əslində, Ə.Əylisliyə verilən fəxri adın geri alınmasını əvvəlcədən arzulayırdım. Ona görə də, dövlət başçımızın belə bir Sərəncam imzaladığını biləndə çox sevindim. Düzdür, Əkrəm Əylislinin xəyanətkarlığı o qədər böyükdür ki, ona verilən mükafatların ləğv olunması da bu adamı cəzalandırmaq üçün azdır. Hesab edirəm ki, Azərbaycan xalqı Ə.Əylisliyə layiq olduğu münasibəti daim göstərməlidir”.
Bakı sakini Səfurə İbrahimli Prezident İlham Əliyevin sözügedən sərəncamlarının onu sevindirdiyini deyib: “Dövlət başçısının qərarını tamamilə dəstəkləyirəm, hesab edirəm ki, bu, çox düzgün addımdır. Azərbaycanın çörəyini yeyib, ölkəmizə xor baxan adamlara cəmiyyət tərəfindən ən layiqli cəza verilməlidir. Məni ən çox qəzəbləndirən odur ki, “Daş yuxular” romanında tarixi həqiqətlər tamamilə inkar olunur. Hamıya məlumdur ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan da tarixi Azərbaycan torpağıdır. Ermənilər Cənubi Qafqaza XIX əsrdə köçürülüblər. Bu ərazilər qədim Azərbaycan torpaqlarıdır. Əkrəm Əylisli bu əsərlə Məmməd Səid Ordubadinin təsvir etdiyi ermənilərin azərbaycanlılara qarşı XX əsrin əvvəllərində törətdiyi qırğınları inkar edir. Belə bir adamın “Xalq yazıçısı” adını daşıması və dövlətdən təqaüd almaqda davam etməsi qəbuledilməzdir. Ona görə də, dövlət başçısına bu qərarına görə təşəkkürümü bildirirəm”.
Məsələyə münasibət bildirən Emma Qəhrəmanova isə “Daş yuxular” romanı barədə özüm maraqlanmışam və müəyyən təsəvvürüm var” deyib. Onun sözlərinə görə, bu əsər həqiqətən də, Azərbaycana düşmən mövqedən yazılıb: “Görünür, Əkrəm Əylislinin ya erməni kökləri var, ya da ki, satqın əməlinə görə erməni lobbisindən “mükafat” alıb. İstənilən halda, ölkəsinə, xalqına xəyanət edən adam layiqli cəzasını almalıdır, ictimaiyyət də bu məsələdə öz qəti mövqeyini ortaya qoymalıdır. Mən də hesab edirəm ki, Ə.Əylisli “Xalq yazıçısı” adına yaraşmayan hərəkətə yol verib. Ona görə də, dövlət başçısının qərarını doğru addım kimi qiymətləndirirəm”.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Faiq Nəcəfov da sözügedən sərəncamları dəstəklədiyini bildirib: “Düşünürəm ki, bu “əsər”in yazılmasında xaricdə olan hansısa təşkilatların, yaxud ayrı-ayrı şəxslərin və digər qüvvələrin də əli var. Fikrimcə, Ə.Əylisli bu addımı təkbaşına atmayıb, bu prosesi kənardan idarə edən qüvvələr var. Məncə, həmin qüvvələri ifşa etmək lazımdır və inanıram ki, zaman gələcək və onlar aşkara çıxacaq. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara gəlincə, fikrimcə, bu düşünülmüş və uzaqgörən bir addımdır. Ə.Əylisliyə verilən mükafatların ləğv olunması həm də xalqın istəyi idi və Prezident İlham Əliyev xalqın iradəsinə hörmətlə yanaşdığını bir daha göstərdi”.
Paytaxt ziyalılarından Nizam Mehdizadə isə deyib ki, Əkrəm Əylislinin “Daş yuxular” romanı mahiyyət və məzmun etibarilə “Xalq yazıçısı”na yaraşmayan bir yaradıcılıq nümunəsidir: “Ən ali titullara yiyələnən, xalqın adından danışmaq haqqını qazanan bir yazıçının müəllifi olduğu bu “əsər” gələcəkdə də yaramazların əleyhimizə istifadə edə biləcəkləri bir nümunədir. Bu romanın yazılması və çap olunması Azərbaycan xalqı tərəfindən xəyanət kimi qarşılandı və istər-istəməz, buna müvafiq cəzanın verilməsi tələbləri səsləndirildi. Mən də şəxsən, hesab edirəm ki, dövlət başçısının bu sərəncamları Əkrəm Əylisliyə yaxşı dərs olacaq”.
Ramiz Yusubov isə bir gənc olaraq dövlət başçısının sözügedən sərəncamlarını yüksək qiymətləndirib: “Prezidentimizin bu sərəncamları məni çox sevindirdi. Əkrəm Əylislinin Azərbaycan xalqına qarşı həqarətlərlə dolu olan “Daş yuxular” romanı hər bir Azərbaycan vətəndaşı kimi, məni də hiddətləndirir. Dövlətdən daim diqqət və qayğı görən, ən ali mükafatlarla təltif olunan bir şəxsin belə bir xəyanətkar addım atması, üstəlik öz əməlinə haqq qazandırmağa çalışması bağışlanmazdır. Bu səbəbdən də, hesab edirəm ki, Ə.Əylisli xalqın yazıçısı olmaq haqqını tamamilə itirib və Azərbaycan ictimaiyyətinin sözügedən əsərə göstərdiyi sərt təpki də bunu deməyə əsas verir. Ona görə də, hesab edirəm ki, dövlət başçısının bu qərarı faktiki olaraq, “Xalq yazıçısı” adını itirmiş Ə.Əylislinin bu statusunu rəsmiləşdirdi”.
Çeşmi Hacıyeva da bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Əkrəm Əylislinin Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi hər bir vətəndaşda olduğu kimi, onda da məmnunluq hissi yaradıb. “Son əsəri olan “Daş yuxular” romanı ilə Əkrəm Əylisli göstərdi ki, o, Azərbaycanın “Xalq yazıçısı” fəxri adını daşımağa layiq deyil. Azərbaycan xalqını təhqir etmək, ermənilər qarşısında aşağılamaq xəyanətin və ermənipərəstliyin göstəricisidir. Hətta mən deyərdim ki, o, bununla ermənidən heç bir fərqinin olmadığını ortaya qoydu. Təəssüf ki, Azərbaycan cəmiyyətində bu cür insanlar da var. Birmənalı şəkildə demək istəyirəm ki, cəmiyyətimizdə belə insanlara yer yoxdur”, - deyə Çeşmi Hacıyeva vurğulayıb.
Ruslan Kərimov isə deyib ki, Əkrəm Əylislinin “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi olduqca doğru qərardır: “Bu adam xalqımızı təhqir edib. Yazıdığı romanda azərbaycanlıları vəhşi, barbar kimi təqdim edən bir şəxsin “Xalq yazıçısı” fəxri adını daşımağa haqqı yoxdur. “Daş yuxular” Azərbaycan xalqına qarşı düşmən məhsuludur”.
O, əlavə edib ki, Əkrəm Əylisli nəinki “Xalq yazıçısı” fəxri adını, həm də Azərbaycan vətəndaşlığını daşımağa layiq deyil.
“Əkrəm Əylisli Azərbaycan xalqına qarşı düşmən münasibəti bəsləyən ermənidir. Onun damarlarından türk qanı axmır. O, yazdığı əsəriylə Azərbaycan xalqına, Azərbaycan dövlətinə arxadan zərbə vurdu. İnsan nə qədər vicdansız və məsuliyyətsiz olar ki, öz xalqına qarşı düşmən münasibət bəsləyər, öz xalqını təhqir edər? O, xalqımızın və cəmiyyətimizin qara ləkəsidir”, - bunu isə Tofiq Məmmədov bildirib. Onun sözlərinə görə, Ə.Əylisli Azərbaycan vətəndaşlığından imtina etməlidir. T.Məmmədov deyib ki, Azərbaycan xalqı Əkrəm Əylisli kimi xəyanətkar, Vətəninə, millətinə, dövlətinə dönük insanları görmək istəmir: “Ermənilər Azərbaycan xalqının başına misli-bərabəri görünməmiş dəhşətli faciələr gətiriblər, torpaqlarımızın 20 faizini işğal ediblər, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Əkrəm bütün bunlara öz gözləriylə şahid olub. Bütün bunları görən, amma yenə də erməniləri müdafiə edən adam, şübhəsiz, ermənidir”.
Rəna Məşədiyevanın sözlərinə görə, Əkrəm Əylisli Azərbaycan xalqına qarşı münasibətdə ermənidən fərqlənmir. O, vurğulayıb ki, “Daş yuxular” “əsər”i, sanki, xalqımıza qarşı qəddar düşmən mövqeyindən çıxış edən erməni tərəfindən qələmə alınıb: “Azərbaycan xalqı qürurlu və məğrur xalqdır. Bu gün Azərbaycan dövlətinin inkişafı, ölkəmizdəki əmin-amanlıq, sabitlik təqdir olunur. Hər bir vətəndaşımız bu inkişafdan məmnunluq hissi keçirir. Həmçinin, biz Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması naminə milli birlik sərgiləyirik. Lakin təəssüflər olsun ki, bir çox hallarda “sapı özümüzdən olan balta” xalqımıza, dövlətimizə qarşı xəyanətkar mövqedən çıxış edir. Əkrəm Əylisli də belələri sırasında yer alır. Mən bu fakta görə dərin təəssüf hissi keçirirəm. Əylisli konkret olaraq ermənipərəst mövqe sərgiləyir. Bu, Azərbaycan xalqına və dövlətinə qarşı xəyanətdir”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə Əkrəm Əylislinin Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi doğru addımdır: “Azərbaycan ictimaiyyətinin hər bir nümayəndəsi, milli məsuliyyət hissinə malik olan bir şəxs kimi mən də qeyd etmək istəyirəm ki, bu şəxs “Xalq yazıçısı” fəxri adını daşımağa layiq deyildi”.
“Əkrəm Əylislinin yazdığı “Daş yuxular” romanı Azərbaycan xalqına qarşı yönəlmiş antimilli əsərdir. O, nəinki xalqımızı təhqir edir, həm də ermənilərin mənfur əməllərinə haqq qazandırır. Bu, heç bir əxlaqa və vicdana sığmır. Bu cür fikir və əməlləri yalnız və yalnız ermənidən gözləmək olar. Buna görə də, Əkrəm Əylisli “Xalq yazıçısı” fəxri adından məhrum edilməli idi”, - bu sözləri isə Nəzrin Mikayılzadə deyib.
Hülya MƏMMƏDLİ
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00

