YAP gənclərinin daha bir uğurlu layihəsi
09.02.2013 [03:25]
YAP Gənclər Birliyinin “Xarici siyasət klubu”nun təqdimatı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Xarici siyasət klubu”nun təqdimatı keçirilib. Tədbirdə çıxış edən YAP Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov öncə iştirakçıları Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması münasibətilə təbrik edib. Onun sözlərinə görə, bu, müasir Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən biridir və Azərbaycanın hərtərəfli inkişafını özündə əks etdirən əhəmiyyətli bir məqamdır: “Eyni zamanda, Azərbaycanın müasirləşməsinin, modernləşməsinin, ölkəmizin ən müasir texnologiyalara malik olmasının bariz ifadəsidir. Ən əsası ölkə Prezidenti İlham Əliyevin müasir, güclü, ən yeni texnologiyalara sahib olan Azərbaycan Konsepsiyasının reallaşmasının tərkib hissəsidir. Bu münasibətlə, ilk növbədə, layihənin müəllifi, onun həyata keçirilməsi üçün böyük töhfələr vermiş dövlət başçısı İlham Əliyevi, həmçinin, Azərbaycan xalqını təbrik edirəm. Güman edirəm ki, bu layihə uğurlu və davamlı olacaq. Bundan sonra həm növbəti süni peyklərimizin orbitə çıxarılması, həm də Azərbaycanın texnoloji inkişafı istiqamətində əhəmiyyətli addımlar atılacaq. Göründüyü kimi, Azərbaycanın inkişafı haqqında bəhs edəndə bütövlükdə bu inkişafın ayrı-ayrı parametrlərini nəzərdə tuturuq. Ayrı-ayrı parametrlər bütövlükdə fundamental inkişaf anlayışını ortaya qoyur. Əgər Azərbaycanın iqtisadiyyatı inkişaf etməsəydi, digər sahələrdə də nailiyyətlər mümkün olmazdı. Bütün digər sahələrdəki inkişaf iqtisadi bazanın yaradılmasından asılıdır. Azərbaycanın iqtisadi inkişafı, bu iqtisadi inkişaf üçün yaradılmış fundament digər sahələrdəki inkişaf üçün baza rolunda çıxış edir. Heydər Əliyev və İlham Əliyev siyasətinin unikallığı bundan ibarətdir ki, ölkənin hərtərəfli inkişafının həlledici nöqtəsi olaraq iqtisadi inkişaf üçün baza yaradılsın. Neft strategiyasının həyata keçirilməsi, onun əsasında iqtisadiyyatın digər sahələrinin inkişafı bu gün bütün sahələrin tərəqqisi üçün baza yaradır. Azərbaycanın simasının dəyişməsi, insanların sosial rifah halının yaxşılaşdırılması, idmanın, mədəniyyətin inkişafı, bu kimi tərəqqiyə xidmət edən bir-birindən əhəmiyyətli tədbirlərin həyata keçirilməsi sözsüz ki, ölkənin iqtisadi inkişafına əsaslanır. İqtisadi inkişaf ölkənin yeni imicini formalaşdırır. Ölkəmizin müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi iqtisadi inkişafın yaratdığı fundament əsasında Azərbaycanın müasir imicinin formalaşmasına xidmət edən tədbirlərdir. Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması da sırf texnoloji layihə olmaqla yanaşı, ölkəmizin inkişaf etmiş dövlət kimi imicini artıran əhəmiyyətli bir addımdır. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə yerini və rolunu müəyyən edir. Hər bir Azərbaycan vətəndaşı kimi Yeni Azərbaycan Partiyasının üzvləri də bu mühüm hadisədən qürur duyurlar”.
Əli Əhmədov tədbir iştirakçılarını, YAP-ın gənc fəallarını, eyni zamanda, partiyanın Gənclər Birliyinin nəzdində “Xarici siyasət klubu”nun təsis edilməsi münasibətilə təbrik edib. O, deyib ki, layihə partiyanın fəal gənclərinin müasir dünyada cərəyan edən prosesləri öyrənmələrinə xidmət edir. “Güman edirəm ki, layihə maraqlı olduğu qədər də uğurlu olacaq. Gənclərimiz layihə çərçivəsində müasir dünyanın ən aktual problemlərini öyrənəcək, Azərbaycanın regionda və dünyada yerini, rolunu, gələcək perspektivlərini ətraflı şəkildə təhlil edəcəklər. Bütün bu təhlillər əsasında yeni gənc nəsil gələcəklə bağlı öz fikirlərini formalaşdıracaq. Əlbəttə ki, dünya çox sürətlə dəyişir. Dünyada həm texnologiyalar dəyişir, həm də bu texnologiyalar həyatın bütün sahələrinə, o cümlədən, siyasətə, dövlətlərarası münasibətlərə təsir göstərir. Bunlar bir-biri ilə bağlı proseslərdir. Dünyada cərəyan edən siyasi prosesləri dərk etmədən, o hadisələr barədə aydın təsəvvür formalaşdırmadan milli dövlətin xarici siyasətinin dəqiq müəyyənləşdirilməsi, milli maraqların təmin edilməsi üçün ən doğru addımların atılması mümkün olmayacaq. Dünya həssas bir məqamda qərar tutub. Dünyada baş verən proseslər həm də bütövlükdə dünyada iqtisadi inkişafın gəlib çatdığı hansısa bir nöqtənin təzahürləri kimi də qəbul oluna bilər. Həmişə dövlətlərarası münasibətlər, xarici siyasət milli iqtisadiyyatların, iqtisadi tələbatların reallaşması ilə bilavasitə əlaqədar olub. Müasir dövrdə dövlətlərarası münasibətləri təyin edən əsas məqam bundan ibarətdir. Zahiri təzahürlər müxtəlif olsa da, təsəvvülərin kökündə dayanan əsl məqamlar milli maraqlar və onların reallaşması ilə əlaqədar meydana gələn münasibətlərdən ibarətdir. Ona görə də, yeni şəraitdə milli maraqlar anlayışı da əhəmiyyətli dərəcədə təkmilləşib. Həmçinin, bu təkmilləşmə milli maraqların həyata keçirilməsinin yeni yollarını, üsullarını formalaşdırıb. Bu gün günyada gedən proseslər məhz bu baxımdan nəzərdən keçirilir” - deyə, YAP Sədrinin müavini qeyd edib.
Əli Əhmədov bildirib ki, Azərbaycanın dünyada gedən proseslərə diqqət göstərməsi də bir sıra parametrlərdən çox əhəmiyyətlidir. Onun sözlərinə görə, bunun birincisi ondan ibarətdir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal altında, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətindədir. Münaqişənin mahiyyətini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün Azərbaycan dövləti ciddi səylər göstərir. Bu baxımdan, hər bir Azərbaycan gəncinin də dünyada baş verən prosesləri Dağlıq Qarabağ münaqişəsinin həll olunması kontekstində təhlil etməsi çox əhəmiyyətlidir. “Həqiqətlərimizi özündə əks etdirən materialların dərc olunması və beynəlxalq ictimaiyyətə çatdırılması əsas tələblərdəndir. Digər bir əsas məqamı da xüsusi qeyd etmək istərdim ki, Azərbaycan çox həssas regionda yerləşir. Bir çox dövətlərin, super güclərin maraqları bu məkanda toqquşur. Bu mənada Azərbaycanın regional və beynəlxalq siyasətini tədqiq etməsi, mövqeyini müəyyənləşdirməsi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşının dünya siyasətini dərindən öyrənməsi bir də onunla şərtlənir ki, Azərbaycan çox sürətlə inkişaf edən dövlətdir. Təbii ki, rəqabət, hər bir cəmiyyətdə olduğu kimi bütövlükdə dünya birliyində də, dövlətlər arasında da mövcuddur. Bu rəqabətin əsasında duran resursların azlığıdır. Resurs azlığı da dövlətlər arasında rəqabətin meydana gəlməsinə əsas yaradır. Ona görə də, sürətlə inkişaf edən Azərbaycan rəqabət prosesinin fəal iştirakçısına çevrilib” - deyə, o qeyd edib.
YAP İcra katibi deyib ki, dövlətin gələcəyi olan gənclər dünyada gedən prosesləri dərində öyrənməyi bacarmalıdırlar. Azərbaycanın sürətlə inkişaf edən dövlət kimi uğurlarının gələcəkdə də davam edəcəyini deyən Əli Əhmədovun sözlərinə görə, bu, beynəlxalq münasibətlər sistemində ölkəmizin yerinin, rolunun və gələcək perspektivlərinin müəyyənləşdirilməsindən asılı olacaq. O, qeyd olunanların fonunda YAP Gənclər Birliyinin təşəbbüsünü yüksək dəyərləndirib: “Güman edirəm ki, YAP-ın fəal gəncləri bu layihədə yüksək səviyyədə iştirak edəcəklər. Azərbaycanın maraqları çərçivəsində ətraflı müzakirələr keçiriləcək. Mütəxəssislər cəlb etməklə gənclər dünyada baş verən prosesləri aydın şəkildə təhlil etmək bacarığı əldə etmək üçün texnologiyalarla silahlandırılacaqlar. İstərdim ki, bu layihə formal xarakter daşımasın, gənclər nəzəri söhbətlərə deyil, praktik məqamlara diqqət yetirsinlər. Keçirilən görüşlər müxtəlif sahələrdə çalışan mütəxəssislərin dəvət olunması vacibdir. Gənclər xarici ölkələrin gəncləri ilə yaxın əlaqələr qurmaqla Azərbaycan həqiqətlərinin təbliğinə öz töhfələrini verəcək, dünyada cərəyan edən prosesləri dərindən öyrənəcəklər. İnanıram ki, layihə gənc siyasətçilər arasında keçirilən layihələr arasında xüsusi yer tutacaq. YAP olaraq bu layihənin uğurla həyata keçirilməsi üçün lazım olan bütün dəstəyi göstərməyə hazırıq. Bugünkü gəncliyin yüksək təhsilə malik olması üçün hər cür şərait yaradılıb və onlar bu imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışırlar. İndiki gənclər daha müasir, geniş dünyagörüşə, sərbəst düşüncəyə, hadisələri daha dəqiqliyi ilə qiymətləndirmək imkanlarına malikdirlər. Digər əsas məqam onların mənəvi saflığı və vətənpərvərlik hissinin yüksək səviyyədə olmasıdır. Vətənpərvərlik hissinin azərbaycançılıq zəminində formalaşması bugünkü gəncliyin Azərbaycanın gələcək inkişafına böyük töhfələr vermək missiyasını uğurla yerinə yetirəcəyinə inam formalaşdırır”.
Əli Əhmədov çıxışında bəzi qüvvələrin təsiri altına düşərək, ölkənin imicinə zərbə vurmaq istiqamətində fəaliyyət göstərən gənclərə də münasibət bildirib. Azərbaycanın maraqlarını düzgün başa düşməyən gəncləri doğru yola çağırmağın vacib olduğunu deyən YAP İcra katibinin sözlərinə görə, gənclərin bir-biriləri ilə əlaqələr qurması, fikir mübadiləsi əsasında qarşıya qoyulan bu kimi məqsədlərə yüksək səviyyədə nail olmaq olar.
YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov təşkilatın beynəlxalq əlaqələrinin hazırki səviyyəsindən danışıb. O bildirib ki, YAP Gənclər Birliyi dünyanın 20-dən artıq ölkəsinin gənclər təşkilatları ilə əlaqələr qurub və münasibətlərin inkişafında qarşılıqlı səfərlər əhəmiyyətli rol oynayır. Əlaqələrin miqyasının genişləndirilməsi üçün davamlı addımlar atılır. Bu əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində də uğurludur. Onun sözlərinə görə, “Xarici siyasət klubu”nun yaradılması da beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edən addımlardandır.
Daha sonra partiyanın gənc fəalları ilə klub ətrafında geniş fikir mübadiləsi aparılıb və layihənin slaydlarla təqdimatı olub.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

