İnfrastruktur layihələrinin icrası məsələləri daim diqqət mərkəzindədir
14.02.2013 [01:36]
Prezident İlham Əliyev: İnfrastruktur layihələri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir
Dövlət müstəqilliyinin əldə olunduğu ötən 20 il ərzində sosial-iqtisadi və siyasi sahədə aparılan düşünülmüş islahatların məntiqi nəticəsi olaraq Azərbaycan bu gün dinamik inkişaf edən ölkələr arasında özünəməxsus yerə malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar Azərbaycanın nəinki regionun, eyni zamanda, dünyanın dinamik inkişaf edən ölkəsi kimi nüfuzunu artırıb. Son dövrlərdə dünyada gedən qlobal proseslər də ölkəmizin dayanıqlı inkişafını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut edir.
Ölkədə aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması Azərbaycanda işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Belə ki, 2003-cü ildən bəri ümumi daxili məhsul 3 dəfə, qeyri-neft ümumi daxili məhsulu isə 2,4 dəfə artıb. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötüb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalıb. Məhz 2003-2012-ci illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində Cənubi Qafqaz iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.
Qeyd etmək lazımdır ki, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların, Bakı və Bakıətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsiz olduğu kimi, öz növbəsində respublikamızın ümumi iqtisadi inkişafı bölgələrimizin inkişafını əsaslandıran böyük həcmli proqramların icrasına da şərait yaradır. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub.
Regionların sosial-iqtisadi inkişaf proqramları Azərbaycanın tərəqqisinə xidmət edir
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bir sözlə, regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları məhz Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilən bu proqramlar həm regionların, həm də ümumilikdə respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub.
Fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı artıq 9 ildir ki, uğurla icra edilir. Hesab edirəm ki, Proqramın qəbul olunması ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox əhəmiyyətli idi. Proqramın icrası onu göstərir ki, 2004-cü ildə bəyan etdiyimiz niyyətimiz artıq reallığa çevrilir”.
Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub
Məlum olduğu kimi, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilib, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb. Eyni zamanda, artıq beşinci ildir ki, regionların sosial-iqtisadi inkişafını müəyyən edən ikinci Dövlət Proqramı (2009-2013-cü illərə dair) icra edilir. Sözügedən Dövlət Proqramı çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib.
Qeyd etmək lazımdır ki, ötən il Prezident İlham Əliyev hər bir rayonun inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi, eləcə də, ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan konkret məsələlərin həlli məqsədilə əlavə olaraq 232,5 milyon manat vəsaitin ayrılması barədə 64 sərəncam imzalayıb, müvafiq tapşırıq və tövsiyələrini verib. Proqramda nəzərdə tutulmuş işlər üçün ötən il ümumilikdə əsas kapitala 5 milyard manat, o cümlədən, dövlət investisiya proqramı çərçivəsində 4,1 milyard manat vəsait yönəldilib ki, bu da ümumi məbləğin 72 faizini təşkil edir. 2009-2012-ci illər ərzində regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyaları yönəldilib. Cari il isə əsaslı vəsait qoyuluşlarının 77 faizi və ya 5,3 milyard manat regionlar üçün ayrılıb. Bir sözlə, bu gün Azərbaycan əldə etdiyi iqtisadi üstünlüklər hesabına Proqramda müəyyənləşdirilən bütün məsələləri həyata keçirmək iqtidarındadır. Dövlət başçısının da bəyan etdiyi kimi, bu gün isə bu Proqramı uğurla başa çatdırmaq üçün bizim bütün imkanlarımız vardır: “Artıq, yenə də demək istəyirəm ki, güclü iqtisadi vəziyyətimiz vardır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Ölkəmiz bu baxımdan bütün mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Bizim artıq gözəl təcrübəmiz vardır”.
İnfrastruktur layihələri uğurla icra edilir
Dövlət Proqramı çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib.
Məlum müşavirədə çıxışı zamanı Prezident bir daha vurğulayıb ki, infrastruktur layihələrinin icrası məsələləri daim diqqət mərkəzində olmuşdur: “İnfrastruktur layihələri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir”.
Məlumat üçün bildirək ki, 2012-ci ildə də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində zəruri infrastrukturun qurulması, o cümlədən, nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri və təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilib. Belə ki, əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə ötən il regionlarda 2 su elektrik stansiyası istifadəyə verilib, 935 transformator və 29 yarımstansiya tikilib və ya əsaslı təmir olunub. Regionlarda 3570 kilometr elektrikötürücü xətləri çəkilib və ya əsaslı təmir olunub.
Hazırda Azərbaycan qonşu ölkələrə elektrik enerjisinin ixracı ilə bağlı ötürücü xətlərin yenilənməsi məsələlərini müzakirə edir. Eləcə də, bərpa olunan enerji növlərinin yaradılması ilə bağlı işlərə başlanılıb.
Yaşayış məntəqələrinin qazlaşdırılması işləri ötən ildə də davam etdirilib, regionlarda 6200 kilometrə yaxın qaz kəməri çəkilərək, 34 rayonun 174 kəndi və 10 qəsəbəsi təbii qazla təmin olunub.
Əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı 61 şəhər və rayon mərkəzlərində işlər davam etdirilib, regionlarda 1200 kilometr su, 543 kilometr kanalizasiya xətti çəkilib və ya təmir olunub, 25 su anbarı tikilib. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istifadəyə verilib. Bununla da, hazırda bu qurğuların istismara verildiyi 20 rayonun 221 kəndində 400 mindən çox sakin keyfiyyətli içməli su ilə təmin olunur. Digər tərəfdən, Aran iqtisadi rayonunun su təchizatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərinin təməli qoyulub ki, bu da Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin, 121 kəndin ümumilikdə 470 min nəfər əhalisini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edəcək.
Həmçinin, proqram çərçivəsində il ərzində 537 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları çəkilib və ya təmir olunub, 25 yeni körpü və tunel inşa edilib, 11 rayonun 141 min nəfər əhalisi olan 85 yaşayış məntəqəsində rayondaxili və kəndlərarası avtomobil yollarında yenidənqurma işləri aparılıb.
Dövlət başçısının kənd yolları üzrə müvafiq sərəncamlarına əsasən ötən il 18 layihə üzrə işlərə başlanılıb, cari ildə bu çərçivədə 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaq ki, bu da 18 rayonun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir. Bundan əlavə, cari ildə 600 kilometrədək kənd yollarının inşası ilə bağlı yeni layihələrin icrasına başlanması nəzərdə tutulub.
Sözügedən konfransda çıxışı zamanı dövlət başçısı bildirib ki, ilk növbədə, infrastruktur layihələrinin davam etdirilməsi vacibdir: “Bu istiqamətdə görülən işlər müsbət qiymətləndirilə bilər və davam etdirilməlidir. Xüsusilə magistral yolların tikintisi və tamamlanması, kənd yollarının təmiri və tikintisi məsələləri ön plandadır. Demək olar ki, kənd yollarının tikintisi indi bütün bölgələrdə geniş vüsət almışdır. Bölgələrdən gələn əhali tərəfindən verilən təkliflər, edilən xahişlər əsasında biz bu layihələri icra edirik. İlk növbədə, biz əhalinin ən çox sıx məskunlaşdığı bölgələrdə, ən çox kəndləri birləşdirən yolları bərpa edirik. Qarşıya məqsəd qoyulubdur ki, bütün kənd yollarımız yüksək səviyyədə təmir edilsin, beləliklə, bu məsələ də öz həllini tapsın”.
SEVİNC
Xəbər lenti
Hamısına baxTurizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16

