Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gənclər Azərbaycanın uğurlu gələcəyinin təmin edilməsində əhəmiyyətli rol oynayırlar

Gənclər Azərbaycanın uğurlu gələcəyinin təmin edilməsində əhəmiyyətli rol oynayırlar

15.02.2013 [02:47]

Əli Əhmədov: YAP gənclərlə işi öz gündəlik fəaliyyətinin ən əsas istiqamətlərindən biri hesab edir 
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın Gənclər Birliyinin Oğuz rayonu “Afra” istirahət mərkəzində təşkil etdiyi “Qış məktəbi” lahiyəsinin iştirakçısı olan gənclərlə görüş keçirib. Görüşdə həmçinin, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov iştirak ediblər.
Əvvəlcə qonaqlar “Qış məktəbi” haqqında video-roliki izləyib və həyata keçirilən layihələrlə tanış olublar. Daha sonra “Heydər Əliyev irsi milli sərvət kimi” mövzusunda diskussiyada çıxış edən YAP Sədrinin müavini Əli Əhmədov bildirib ki, Azərbaycan hökməti gənclərə böyük diqqət və qayğı göstərir: “Gənclərin təhsil alması, işləməsi, istirahət etməsi, gənclərimizin qayğısız böyüməsi üçün, layiqli vətəndaş kimi yetişməsi üçün lazım olan bütün imkan və şərait yaradılıb. Yeni Azərbaycan Partiyası hökumətimizin müəyyənləşdirdiyi bu siyasətin həyata keçirilməsi üçün öz imkanları çərçivəsində bir çox layihələr həyata keçirir. Bütövlükdə hesab edirəm ki, YAP gəncləri partiyamızın gücünün, fəallığının formalaşmasında, ictimai-siyasi həyatda partiyamızın yaxından iştirak etməsində əhəmiyyətli bir qüvvəyə, gücə çevriliblər”.
Bununla yanaşı Əli Əhmədov YAP-ın ətrafında birləşən gəncləri Azərbaycanın, Yeni Azərbaycan Partiyasının gələcəyinin təmin edilməsində öz üzərinə əhəmiyyətli bir missiyanı götürdüyünü də vurğulayıb: “YAP olaraq biz də gənclərimizin həmin missiyanı yerinə yetirməsi üçün onların hazırlanmasına lazım olan dəstəyi veririk və bundan sonra da verəcəyik. Bizim gənclərimiz gələcəyin Azərbaycanın uğurlarının təmin edilməsində əhəmiyyətli rol oynayacaqlar. Əslində, Azərbaycanın gələcəyi bu gün formalaşan, yetişən, böyüyən gənclər deməkdir. Azərbaycan hökumətinin yürütdüyü siyasət, Prezidentimizin həyata keçirdiyi strategiya güman edirəm ki, Yeni Azərbaycan Partiyasının gəncləri kimi sizlərə məlumdur. Bizim həyata keçirdiyimiz siyasətin əsas qayəsi, məqsədi insandır. İnsanların daha yaxşı firavan həyatının, maraqlı və layiqli həyatının təmin edilməsindən ibarətdir. Təbii ki, bu məqsədə çatmaq üçün başlıca vəzifələrdən biri Azərbaycan iqtisadiyyatının gücləndirilməsi, ölkəmizin iqtisadi inkişafının təmin edilməsidir”.
Əli Əhmədovun sözlərinə görə, partiyanın yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu irs də elə ondan ibarətdir ki, YAP gəncləri öz ətrafında daha sıx birləşdirərək daim onlara qayğı göstərsin. YAP Ulu öndərin irsinə istinad edərək, həmçinin partiyanın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə uyğun olaraq gənclərlə işi öz gündəlik fəaliyyətinin ən əsas istiqamətlərindən biri hesab edir.
Əli Əhmədov bildirib ki, bu, tamamilə məntiqə uyğundur. Çünki gənclər Azərbaycan cəmiyyətində böyük və xüsusi çəkiyə malikdirlər. Onlar cəmiyyətin ən fəal üzvləridirlər və müasir dünyagörüşünə sahibdirlər. Hər bir cəmiyyətin gələcəyi bu cəmiyyətin gənc üzvləri ilə bağlıdır. Çox sevindiricidir ki, Azərbaycanın fəal gənclərinin böyük bir hissəsi YAP-ın sıralarındadır və onlar dövlətimizin başçısının həyata keçirdiyi siyasəti ürəkdən bəyənirlər. Gənclərin bu siyasəti ürəkdən dəstəkləməsi ondan xəbər verir ki, ölkəmizdə Prezidentin həyata keçirdiyi siyasət bütün xalqın maraqlarına uyğun olduğu kimi, eyni dərəcədə Azərbaycan gəncliyinin də istək və arzularına tam cavab verir.
YAP İcra katibi, həmçinin, 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkilərindən söz açıb və bu işdə də gənclərin xüsusi rolunun olduğunu qeyd edib.
Daha sonra YAP Sədrinin müavini Əli Əhmədov gəncləri maraqlandıran suallara cavab verib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, fevralın 11-dən başlamış “Qış məktəbi”ndə Bakı şəhərini, eləcə də respublikamızın müxtəlif bölgələrini təmsil edən 100-ə yaxın fəal gənc iştirak edir. Proqrama uyğun olaraq gənclərlə “2013-cü il - İKT ili. Əldə olunmuş nailiyyətlər və qarşıdakı hədəflər”, “Gəncliyin seçimi: elm və idman”, “Seçki kampaniyasının idarə olunmasının təşkili və seçki mesajının hazırlanması”, “Müasir cəmiyyətdə informasiyanın gücü”, “Vaxtın idarə olunması” və digər mövzularda interaktiv təlimlər, seminar-diskussiyalar keçirilib. Bundan əlavə, gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün interaktiv oyunlar, müxtəlif idman yarışları da təşkil olunub.

Paylaş:
Baxılıb: 1015 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30