Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır
06.03.2013 [00:42]
Ölkəmizdə idmanın inkişafı sistemli xarakter daşıyır
Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür.
Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Belə ki, 1995-ci il martın 5-də Ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahədə hər kəsi səfərbər edir. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Son illərdə ölkəmizdə 40-dək yeni olimpiya idman kompleksi, bir sıra müxtəlif idman növləri üçün xüsusi idman mərkəzləri istifadəyə verilib. Biri-birinin ardınca istifadəyə verilən olimpiya idman kompleksləri bölgə idmanının inkişafında da mühüm rol oynayır. Hazırda bir çox rayonlarda belə gözəl idman kompleksləri inşa olunmaqdadır.
Ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı tezliklə öz müsbət nəticəsini göstərib.
Atlanta Olimpiadasında gənc Azərbaycan Respublikasının yığma komandası cəmi 1 medal, Sidney Olimpiadasında 3 medal qazandığı halda, Afinada idmançılarımızın qazandıqları medalların sayı 5-ə çatıb. Pekində 2008-ci ilin avqustunda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qələbələrini xüsusilə qeyd etmək lazımdır. Pekin Olimpiya Oyunlarında Azərbaycan 7 medal qazanıb və dünyanın 200-dən çox ölkəsi arasında 38-ci yeri tutub. Azərbaycan idmançıları London Olimpiadasında rekord sayda - 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.
Azərbaycanın olimpiya yığması bu göstərici ilə 205 ölkə arasında 30-cu olub. Millimiz Avropa ölkələri sırasında 15-ci, MDB dövlətləri arasında 5-ci, müsəlman ölkələri arasında 3-cü yerdə qərarlaşıb.
Azərbaycan paralimpiyaçıları da Londonda yüksək nəticələr göstəriblər. Pekin paralimpiadasında nisbətən kiçik uğur - cəmi 2 qızıl medal qazanmış paralimpiyaçılarımız Britaniya paytaxtından Vətənə 12, o cümlədən 4 qızıl medalla qayıdıblar.
Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülməsi də böyük tarixi nailiyyətdir.
Qazanılan nailiyyətlər göstərir ki, Azərbaycanda Olimpiya Hərəkatının yeni inkişaf dövrü başlayıb. İnkişaf təkcə Olimpiya Oyunlarında hər dəfə medalların sayının artması ilə deyil, həm də ölkəmizdə idman infrastrukturunun yenilənməsi, olimpizmin inkişafı, gənclərin idmana həvəsinin əhatə dairəsinin genişlənməsi ilə ölçülməlidir. Qətiyyətlə söyləmək olar ki, bu uğurların qazanılmasının kökündə ölkəmizdə vahid komandanın mövcudluğu dayanır. Milli Olimpiya Komitəsində 2012-ci ilin yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyev bu barədə deyib: “Eyni zamanda, bu qələbənin əldə edilməsində Azərbaycanda idman sahəsində görülən işlər də az rol oynamır. Bizdə idman siyasəti dövlət tərəfindən aparılır. Bütün müvafiq qurumlar - həm dövlət qurumları və ictimai qurumlar, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, cəmiyyətlər və idman ictimaiyyəti bir ailə kimi fəaliyyət göstərir”.
İdmançıların maddi rifah halının, sosial təminatının gücləndirilməsi, onların fəxri adlarla təltif olunması da dövlətin diqqətindədir. Prezident İlham Əliyevin 2012-ci il 16 yanvar tarixli Sərəncamı ilə ötən il Azərbaycanda “İdman ili” elan edilib. Məqsəd ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, eləcə də idmançılarımızın dünya və Avropa çempionatlarında, rəsmi beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsidir.
İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir olimpiya kompleksləri və digər tədbirlər nəticəsində Azərbaycan mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatları uğurla keçirilir. Artıq Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi var. Ötən il 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının yüksək səviyyədə təşkili bunun əyani sübutudur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın ölkəmizdə idmana qayğısı da bu sahənin inkişafına böyük töhfələr verir.
Qeyd olunmalıdır ki, qarşıdakı illərdə Azərbaycan bir sıra mötəbər beynəlxalq yarışlara ev sahibliyi edəcək. Beynəlxalq Hərbi İdman Şurası ilə razılaşmaya əsasən, hərbçilər arasında futbol üzrə birinci dünya kuboku yarışları bu il iyunun 30-dan iyulun 16-dək Bakı şəhərində keçiriləcək.
Eyni zamanda, 2019-cu ildə hərbçilərin Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Bundan əlavə, 2015-ci ildə Dünya Kuboku və 2016-cı ildə Beynəlxalq Şahmat Olimpiadası Bakıda keçiriləcək. Artıq bu tədbirlərlə bağlı Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən ciddi işlər görülməkdədir. Bu yarışlarla bağlı Bakıda Şahmat Sarayı istifadəyə veriləcək. Ölkəmiz gələn il Dünya İdman Mətbuatı Assosiasiyasının (AİPS) növbəti konqresinə də ev sahibliyi edəcək. Hazırda Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülüb. Bununla bağlı müvafiq texniki kitab hazırlanaraq İslam Həmrəyliyi İdman Federasiyasına təqdim olunub.
Ən əsası isə Avropa Olimpiya Komitəsi Baş Assambleyasının qərarı ilə 2015-ci ildə birinci Avropa Oyunlarını təşkil etmək hüququ Bakıya verilib. İlk dəfə reallaşacaq bu mötəbər idman bayramının ölkəmizdə keçirilməsi ilə bağlı qərarın verilməsi də bir daha sübut edir ki, bu gün Azərbaycan, həqiqətən Avropanın və dünyanın idman mərkəzlərindən biridir.
Birinci Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb. Təşkilat Komitəsinə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva sədrlik edir.
Hazırda Bakıda 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hərtərəfli hazırlıq gedir. Azərbaycanda 1970-80-ci illərdə tikilmiş idman qurğularının vəziyyəti öyrənilir. Bu qurğuların hansı səviyyədə təmir, yenidənqurma və əlavə işlərin aparılmasına ehtiyac olduğu müəyyənləşdirilir. Yoxlamaların nəticələrinə görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin məşq zalları təmir edilməlidir. Atıcılıq stendində yeni stend tikilməlidir. Tüfəng və tapança tiri üçün zal inşa etmək lazımdır. Bakı İdman Sarayında işlər aparılmalıdır. Orada sanitar qovşağı qaydaya salınmalı, əlavə oturacaqlar qoyulmalıdır. Sarayda 4 idman növü - taekvondo, karate, badminton və stolüstü tennis üzrə yarışların keçirilməsi nəzərdə tutulub. Həmçinin tribunalar, restoran və kafelər tikilməlidir. Bundan əlavə, Su-Hovuz Kompleksi, Olimpiya Stadionu və Gimnastika Kompleksinin tikintisi davam etdirilir. Bu qurğular tam yüksək səviyyəli, bütün standartlara cavab verən obyektlər olacaq.
Bakıda tikilən Olimpiya Stadionu texniki imkanına görə London Olimpiya Stadionundan üstün olacaq. Əgər Londondakı stadionda 25 min oturacaq yeri varsa və qurğunun üstünün 27 faizi örtülürsə, Bakı Olimpiya Stadionunda 64 min oturacaq yeri olacaq, stadionun üstü isə 80 faizədək bağlanacaq.
Eyni zamanda, bu mötəbər beynəlxalq yarışa hazırlıq məqsədilə paytaxt Bakının avtomobil yolları yenidən qurulacaq.
Gənclərin sağlam və fəal həyat tərzini təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək Azərbaycan dövlətinin əsas prioritetidir. Bu məqsədlə 2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin inkişaf strategiyası, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012-2020-ci illəri əhatə edən Milli Strategiya və 2013-2016-cı illər üçün Dövlət Proqramı hazırlanaraq həyata keçiriləcək.
Bu sahədə mövcud olan normativ-hüquqi baza mütəmadi olaraq təkmilləşdiriləcək, gənclərin, bədən tərbiyəsi və idmanın sistemli inkişafını dəstəkləmək məqsədi ilə rayon (şəhər) icra hakimiyyəti başçıları yanında gənclərdən ibarət məşvərətçi orqan olan şuralar yaradılacaq, bədən tərbiyəsi və idman işlərinin qurulması, aparılması və inkişafı işlərinə yerli bələdiyyə orqanlarının fəal surətdə cəlb edilməsi təmin olunacaq.
2020-ci ilədək ölkədə fəaliyyət göstərən bütün respublika idman federasiyaları, idman klubları (peşəkar klublar), uşaq-gənclər idman məktəbləri üçün müvafiq idman növləri üzrə ixtisaslaşdırılmış təlim-idman bazaları yaradılacaq. Bədən tərbiyəsi və idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə aparılan işlər davam etdiriləcək, kadr hazırlığı məsələləri daha da təkmilləşdiriləcək, bu sahədə çalışan mütəxəssislərin sosial müdafiəsi gücləndiriləcək.
Bir sözlə, Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır. Qusarda yaradılan Qış-Yay Turizm Kompleksi isə idmanın bu sahəsinin inkişafına əhəmiyyətli töhfədir. Bütün bunlar isə bir daha göstərir ki, ölkəmizdə idmanın inkişafı sistemli xarakter daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

