/ / Siyavuş Novruzov: İlk növbədə, müxalifət öz daxilində dialoq qurmalıdır ki, iqtidar ilə dialoqa gedə bilsin
Siyavuş Novruzov: İlk növbədə, müxalifət öz daxilində dialoq qurmalıdır ki, iqtidar ilə dialoqa gedə bilsin
07.03.2013 [01:05]
“Azərbaycan iqtidarı həmişə dialoqa hazırdır, ancaq müxalifətin o bazası, o potensialı yoxdur ki, dialoqa getsin”. Bu barədə “Trend”ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov iqtidar-müxalifət dialoqunun mümkünlüyünə münasibət bildirərkən deyib.
O qeyd edib ki, ilk növbədə, müxalifət öz daxilində dialoq qurmalıdır ki, iqtidarla dialoqa gedə bilsin: “Tutaq ki, yalandan internet səhifəsində elementar, böhtan ilə sorğu keçiriblər, Əli Kərimliyə özləri səs veriblər, öz qəzetlərində də bunu veriblər. O biri tərəfdən müxalifət özü qəbul etmir ki, bu düzgün keçirilən sorğu deyil. Yəni, bunların özlərinin arasında bir dialoq lazımdır ki, sonra onlar iqtidarla dialoq aparsınlar”.
Son günlər müxalifət mediasında müzakirə olunan “kölgə kabineti” məsələsinə münasibət bildirən S.Novruzov bunun mənasız şou olduğunu deyib: “Mənasız şeylərdir, bunlar hamısı şoudur. Neçə illərdir bu “kölgə kabineti”, “alternativ parlament”, nə bilim daha nələr eşidirik. Bunları 20 ildir eşidirik. Mənasız, məzmunsuz məsələdir”.
O, qeyd edib ki, bu sadəcə gündəmdə qalmaqdan ötrü yaradılan şoudur. Bu, ancaq ona xidmət edir.
Azərbaycanda əsgər ölümü ilə bağlı hazırlanan mitinqə gəlincə isə, S.Novruzov deyib ki, müxalifət hər bir məsələdən özlərinə şou düzəltməyə və olmayan sosial bazalarını kiminsə faciəsi üzərində qurmağa çalışır: “Əslində əsgərin ölümü onlar üçün maraqlı deyil, bunlar ondan şou düzəldib özlərinə sosial baza və elektorat yığmağa çalışırlar. Onların bütün fəaliyyəti bunun üzərində qurulub, çünki özlərinin arxasında gedən heç 3-5 adam yoxdur. Heç qohum-əqrəbaları da onlara inanmır. Və buna görə də, kiminsə faciəsindən sui-istifadə edib ara qarışdırmağa çalışırlar”.
Millət vəkili, həmçinin, qeyd edib ki, bütün məsələlər hamısı ciddi şəkildə dövlət tərəfindən araşdırılır və qısa müddətdə tam şəkildə ictimaiyyətə məlumat veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31

