Tərəfdaşlığın 30 ili...
27.11.2024 [11:16]
NATO Cənubi Qafqazda Azərbaycanın önəmini yüksək dəyərləndirir
Noyabrın 26-da Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq (SNT) proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.Tədbir zamanı ölkəmizin Alyansla tərəfdaşlığının tarixi, hazırkı vəziyyəti və perspektivləri, SNT proqramının nailiyyətləri, ölkəmizin NATO-nun rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına və Avropa regionunda enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsi və Azərbaycanın NATO ilə tərəfdaşlığından irəli gələn digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
4 may 1994-cü ildən başlanan tərəfdaşlıq
Konfransda Azərbaycan Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər idarəsinin rəisi vəzifəsini icra edən Anar Mütəllimov, NATO Baş katibinin əməliyyatlar üzrə müavininin köməkçisi Burcu San, xarici ölkələrdən əlaqədar sahələr üzrə akademik dairələrin üzvləri, təhlilçilər, həmçinin yerli dövlət qurumları və müvafiq təhsil ocaqlarından nümayəndələr iştirak ediblər.
Azərbaycan özünün xarici siyasət startegiyasını həyata keçirərkən təhlükəsizlik məsələlərinə hər zaman böyük diqqət ayırıb. Buna görə də, Azərbaycan NATO ilə əlaqələrə xüsusi önəm verib və bu əməkdaşlığı səmərəli və balanslaşdırılmış xarici siyasət üçün vacib faktor hesab edib. Azərbaycanla NATO arasında tərəfdaşlığın əsası Heydər Əliyev tərəfindən 4 may 1994-cü il tarixində “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının Çərçivə Sənədinin imzalanması ilə qoyulub. 1997-ci ildə isə Azərbaycan SNT Planlaşdırma və Analiz Prosesinə qoşulub. Ölkəmizin NATO ilə tərəfdaşlığı onun Avratlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn genişspektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapır. Beləliklə, Azərbaycanın hərbi qanunvericiliyi NATO standartlarından faydalanaraq daha da təkmilləşdirilib.
Kosovo və Əfqanıstanda...
Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarilə Azərbaycanın SNT Təqdimat Sənədi, Planlaşdırma və Analiz Prosesi və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında öz əksini tapır. Bu sənədlərdə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində islahatlar aparılması, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmin olunması, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə edir. 1999-cu ildə Azərbaycan Kosovoda olan NATO-nun sülhməramlı əməliyyatlarına dəstək məqsədilə hərbi birlik göndərib. Bu əməliyyatlarda iştirak vasitəsilə Azərbaycan Silahlı Qüvvələri NATO qoşunları ilə ortaq əməliyyatlar keçirilməsi təcrübəsi əldə edib, NATO standartları ilə yaxından tanış olub və sülhməramlı qoşunlarımızın peşəkarlıq səviyyəsini artırıb.
2001-ci ildə Azərbaycan çoxmillətli “Qətiyyətli əməkdaşlıq - 2001” SNT hərbi təlimini həyata keçirib. 2002-ci ildə isə Azərbaycan Əfqanıstana NATO qüvvələrini dəstəkləmək məqsədilə hərbi birlik göndərib. 2003-cü ildə Azərbaycan Virtual İpək Yoluna qoşulub və növbəti il İstanbul zirvə görüşündə müttəfiq liderlər Qafqaza xüsusi diqqət ayırmışdılar. Belə ki, NATO-nun xüsusi nümayəndəsi və əlaqələndiricisi bölgəyə təyin olunmuşdu. Həmin il Prezident İlham Əliyev Brüsseldə Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını NATO-ya təqdim etmişdi. 2005-ci ildə isə Azərbaycan NATO ilə ilk dəfə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində əməkdaşlığa başladı. Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı NATO-ya üzv və bəzi tərəfdaş ölkələr tərəfindən təşkil edilən təcrübə mübadiləsi, hazırlığın artırılması, həmçinin ekspert müzakirələrinə xidmət edən tədbirlərdə iştiraka şərait yaradır.
NATO Baş katibinin Bakıya son səfərində...
Qeyd edək ki, Prezident İlham Əliyev Brüsselə səfərləri zamanı Alyansın rəhbərliyi ilə görüşüb, 2021-ci il dekabrın 14-də isə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Bu ilin mart ayında da NATO-nun o vaxtkı Baş katibi Yens Stoltenberq ölkəmizə səfər edib. Səfər zamanı İlham Əliyevlə NATO Baş katibinin təkbətək görüşü olub, sonra mətbuata bəyanat zamanı Azərbaycan-NATO əlaqələri yüksək qiymətləndirilib.
Hal-hazırda NATO-nun təqdim etdiyi təhlükəsizlik sistemləri dünyanın inkişaf etmiş ölkələri tərəfindən tətbiq olunmaqdadır. Bu baxımdan Azərbaycan üçün Alyansla səmərəli əməkdaşlıq transsərhəd, dəniz və kiber sahələrdə təhlükəsizliyin təminatı baxımından faydalıdır. Digər tərəfdən, NATO üçün əhəmiyyətli starateji coğrafi mövqeyə malik, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla tərəfdaşlıq çox önəmlidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, hərbi və iqtisadi imkanları NATO tərəfindən yüksək dəyərləndirilir.
Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn genişspektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir.
Qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56

