Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondu ilə ABŞ arasında təhsil, tələbə mübadiləsi, qadın peşə məktəblərinin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb

Heydər Əliyev Fondu ilə ABŞ arasında təhsil, tələbə mübadiləsi, qadın peşə məktəblərinin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb

16.03.2013 [11:05]

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də ABŞ-ın ölkəmizdəki səfiri Rişard Morninqstar ilə görüşüb.
Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verib, beynəlxalq qurumlar, o cümlədən UNESCO və İSESCO ilə əməkdaşlıq istiqamətləri barədə danışıb.
Görüşdə Heydər Əliyev Fondu ilə ABŞ arasında təhsil, tələbə mübadiləsi, qadın peşə məktəblərinin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb. Həmin məktəblərdə qızlar müxtəlif peşələrə yiyələnəcəklər.
Qeyd olunub ki, Azərbaycanda qadın sahibkarlara dövlət dəstəyi göstərilir, onların cəmiyyətdəki rolu, ictimai fəaliyyətinin stimullaşdırılmasına xüsusi diqqət göstərilir.
Səfir Mehriban xanım Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər layihələr ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1113 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Mədəniyyət

Sosial

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30