Ermənistan BMT-də ifşa olundu
05.12.2024 [09:08]
Bu ölkədə irqi ayrı-seçkilik, ekstremizm və terrorizm dövlət siyasəti səviyyəsindədir
Ermənistanda irqi ayrı-seçkilik, ekstremizm və terrorizm dövlət siyasəti səviyyəsindədir. Ermənilər tarixən azərbaycanlılara və türklərə qarşı düşmənçilik siyasəti yürüdüblər. Hazırda xarici ölkələrdəki erməni diasporaları da bu zərərli fəaliyyətini davam etdirir. İrqi ayrı-seçkilik, ksenofobiya, etnik nifrət, “ASALA” terrorçularından “qəhrəman” obrazının yaradılması, terrorizm və ekstremizmin ideoloji təbliğatı bu ölkədə davam etməkdədir. Bir neçə il öncə Ermənistanın sabiq prezidenti Robert Köçəryan erməni və Azərbaycan xalqlarının etnik uyğunsuzluğu barəsində rasizm meylli fikirlər söyləmiş, Serj Sarkisyan isə erməni gəncləri qarşısında çıxış edərək, ermənilərin “üstün genetik xüsusiyyətləri” və qonşu dövlətləri nəzərdə tutaraq, erməni gəncləri qarşısında “tarixi erməni torpaqları”nı azad etmək kimi missiyanın durması barəsində çağırışlar etmişdi. Hazırda Nikol Paşinyanın da mövqeyi onlardan çox da fərqlənmir.
Zərərli ideologiyanın nəticələri
Ermənistanda dövlət səviyyəsində irqi ayrı-seçkilik, ekstremizm və terrorizm əsasında aparılan bu kimi ideoloji təbliğat, gənc nəsil, o cümlədən diaspordan olan gənclərin bu ruhda tərbiyə edilməsi və erməni apostol kilsəsinin yeparxiyasının da bu proseslərdə iştirakı bütün regionu ciddi potensial təhlükələr qarşısında qoyur. Belə “ideologiyanın” nəticəsidir ki, ermənilər son 200 ildə xalqımıza qarşı dəfələrlə soyqırımı törədib, indiki Ermənistandan azərbaycanlılar kütləvi qovulub, 30 il ərazində torpaqlarımızın bir hissəsi işğal altında saxlanılıb. İşğal dövründə həmin ərazilərdə hər şey tamamilə məhv edilib. Eləcə də tarixi, dini və mədəni abidələrimiz yerlə yeksan olunub. Məqsəd bu torpaqlardan Azərbaycan xalqının izini silmək idi.
Lakin Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə tarixi ədaləti bərpa etdi. Nə qədər paradoksal olsa da, işğalçı Ermənistan bu gün beynəlxalq müstəvidə ölkəmizə qarşı iddialar qaldırır. Bu iddialar sırasında irqi ayrıseçkilik, etnik təmizləmə və s. var. Halbuki, Ermənistanın konstitusiyasında ölkəmizə və Türkiyəyə qarşı ərazi iddiaları hələ də mövcuddur. Azərbaycanın çağırışlarına rəğmən, konstitusiyada dəyişikliklər edilmir.
Erməni diplomat haqlı suallar qarşısında aciz qalıb
Artıq ermənilər beynəlxalq müstəvidə hər kəsi öz yalanlarına inandıra bilmir. Buna BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası zamanı bir daha şahid olduq. Belə ki, sessiya çərçivəsində dekabrın 3-də Ermənistanın dövrü məruzəsinə baxılıb. Ermənistan üzrə məruzəçi Yeung Sık Yuen Yeung Kam Con Komitənin bu ölkədə irqçi təşkilatları və bu təşkilatlarda iştirakı kriminallaşdıran qanunvericiliyin olmadığından narahatlığını ifadə edib və son dövrlər ərzində nifrət zəminində baş vermiş cinayətlər barədə danışıb.
Məruzəçi: Ermənistanda azərbaycanlılara və türklərə qarşı nifrət mövcuddur
Erməni kimliyinin azlıqlara qarşı dözümsüzlüyə haqq qazandırmaq üçün istifadə olunduğunu bildirən məruzəçi Ermənistanda etnik və milli mənsubiyyətinə görə insanlara qarşı nifrət zəminində çıxışların olduğuna diqqəti çəkib və azərbaycanlılara və türklərə qarşı da bu cür çıxışların edildiyini vurğulayıb. Eyni zamanda, bir neçə gün öncə Azərbaycan əsilli Gürcüstan vətəndaşının Ermənistanda təcili eniş etmiş təyyarədən enməsinə icazə verilməməsi məsələsini qaldıraraq, erməni nümayəndə heyətindən bununla bağlı açıqlama istəyib.
Ermənistan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Vahan Kostanyan vəziyyətdən çıxmağa çalışaraq, Ermənistan hakimiyyətinin üzləşdiyi çətinliklərdən bəhs edib.
Ermənistanda niyə azərbaycanlı yaşamır?
Eyni zamanda, digər çıxış edənlər Ermənistanın məruzəsində Azərbaycanla bağlı çox sayda iddiaların yer aldığına təəccüblənərək, Ermənistanda bir nəfər azərbaycanlının belə yaşamadığı halda sənəddə Azərbaycana bu qədər yer ayrılmasına aydınlıq gətirilməsini sorğu ediblər. Vahan Kostanyan bu suala cavab verməkdə çətinlik çəkərək, azərbaycanlıların Ermənistanda yaşamadığını təsdiq edib, sənəddə Azərbaycanla bağlı yazılanların məruzənin mahiyyətinə uyğun olmayan təhlükəsizlik və siyasi vəziyyətlə “əlaqələndirməyə” çalışıb.
Göründüyü kimi, artıq ermənilər saxta iddialarını və yalanlarını həqiqət kimi qəbul etdirməyə çətinlik çəkirlər. Ona görə də, Ermənistan və erməni diaspor təşkilatları rasizm meyilli bu təhlükəli siyasətə son qoymalı, qonşu xalqlar və dövlətlərlə barışığa, sülhə xidmət edən siyasət yürütməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26

