“Heydər Əliyevin elmi irsi” kitabının təqdimat mərasimi keçirilib
25.04.2013 [15:12]
Əli Əhmədov: Heydər Əliyevə həsr olunan hər bir kitab, hər bir əsər hər şeydən əvvəl, Onun şəxsiyyətinə böyük hörmətin və ehtiramın ifadəsidir
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralovun “Heydər Əliyevin elmi irsi (nəzəriyyə və təcrübə)” ikicildlik kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə YAP-ın Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov, partiyanın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov, Bahar Muradova və digər qonaqlar iştirak edib.
YAP Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq ölkəmizin hər yerində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
YAP-ın Sədr müavini deyib ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə baş tutan bu tədbirdə professor Zahid Qaralovun Ulu öndər Heydər Əliyevin elmi irsinə həsr olunmuş ikicildlik kitabının təqdimatı keçirilir. Bildirilib ki, professor Zahid Qaralovun yeni çapdan çıxmış “Heydər Əliyevin elmi irsi (nəzəriyyə və təcrübə)” kitabı da Ulu öndərin yubileyinə sanballı töhfədir.
YAP-ın Sədr müavini qeyd edib ki, Azərbaycanda Ulu öndər Heydər Əliyev haqqında çoxlu kitablar yazılıb, yazılır və bundan sonra da uzun illər Heydər Əliyevə həsr olunan böyük, maraqlı, dəyərli əsərlər yaradılacaqdır: “Heydər Əliyev haqqında yazılan hər bir əsəri mən yüksək qiymətləndirirəm. Və ilk növbədə hesab edirəm ki, Heydər Əliyevə həsr olunan hər bir kitab, hər bir əsər hər şeydən əvvəl, Onun şəxsiyyətinə böyük hörmətin və ehtiramın ifadəsidir. Heydər Əliyevə həsr olunan hər bir kitabda bu hörməti və ehtiramı müşahidə etmək, görmək, duymaq mümkündür. İkinci bir tərəfdən, Heydər Əliyevə həsr olunan hər bir kitabı mən hər şeydən əvvəl, eyni zamanda, Heydər Əliyevin şəxsiyyətinin, miqyasının və böyüklüyünün etirafının yeni bir nümunəsi sayıram. Ona həsr olunmuş hər bir kitabda bu məqamı da açıq sezmək və görmək mümkündü. Üçüncü bir cəhəti qeyd etmək istəyirəm. Heydər Əliyevə həsr olunan hər bir kitab həm də Ulu öndərin zəngin, geniş, dərin nəzəri, siyasi, əxlaqi, mənəvi irsinə olan hörmətin və bu irsi öyrənməyə olan ehtiyacın ifadəsidir”.
Əli Əhmədovun sözlərinə görə, Ulu öndər Heydər Əliyev haqqında kitab yazmaq böyük məsuliyyət tələb edir: “Güman edirəm ki, Heydər Əliyev haqqında kitab yazanların hər biri hər şeydən əvvəl bu məsuliyyəti dərk etməli, yazmaq istədiyi kitabın böyük şəxsiyyətə həsr olunduğu üzərində düşünməlidir. Bu məqamı nəzərə alaraq və ayrıca vurğulayaraq da professor Zahid Qaralovun Heydər Əliyev haqqında kitab yazmaq haqqına sahib olan adamlardan biri, birincilərin sırasında olduğunu bildirmək istəyirəm. Bütün parametrlərə, bütün keyfiyyətlərə görə Zahid Qaralovun Heydər Əliyev haqqında kitab yazmaq, Onun nəzəri siyasi irsini araşdırmaq haqqının olduğunu mən ayrıca vurğulayıram. Hesab edirəm ki, Zahid Qaralovun Heydər Əliyev haqqında yazmış olduğu bütün əsərlər və o cümlədən də, bu gün təqdimatına toplaşdığımız ikicildlik “Heydər Əliyevin elmi irsi” kitabı müəllifin Heydər Əliyevə, Onun nəzəri irsinə böyük hörmət və ehtiramını ifadə etməklə yanaşı, eyni zamanda, Heydər Əliyevin zəngin irsinin öyrənilməsi kimi çox əhəmiyyətli bir vəzifəni öz qarşısına qoyub. Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və öyrədilməsi Azərbaycanın dövlətçiliyinə, dövlətçilik tarixinə, bu gün həyata keçirilən Heydər Əliyev siyasətinə hörmətin və ehtiramın ifadəsidir. Eyni zamanda, gənc nəslin dövlətçilik məfkurəsi əsasında tərbiyə olunmasında, gənc nəslin Heydər Əliyevin zəngin irsini öyrənməsində Ulu öndərin zəngin irsinin tədqiq edilməsi, araşdırılması, bu irsə həsr olunmuş kitabların yazılması müstəsna əhəmiyyət kəsb edir”.
“Heydər Əliyevin şəxsiyyətinin miqyası, böyüklüyü, Heydər Əliyevə xas olan siyasi irsin dərinliyi bu gün Heydər Əliyev siyasətinin Azərbaycanda ardıcıl surətdə həyata keçirilməsində, bu siyasətin Azərbaycana, Azərbaycan xalqına və dövlətinə xidmət etməsində özünün ifadəsini tapır”, - deyən YAP-ın Sədr müavini əlavə edib ki, həm Heydər Əliyevin özünün hakimiyyəti illərində Heydər Əliyev siyasəti Azərbaycana, Azərbaycan xalqına xidmət edib, həm də Heydər Əliyevin həyatda olmadığı bu illər ərzində də Ulu öndərin zəngin siyasi irsi, Onun müəyyənləşdirdiyi siyasi xətt, bu xəttin layiqincə həyata keçirilməsi Azərbaycana və xalqımıza xidmət edir, ölkəmizin inkişafının, uğurlarının, nailiyyətlərinin kökündə dayanan reallıqlardan biri kimi çıxış edir: “Beləliklə, xalqımız Azərbaycanın qarşısında misilsiz xidmətlərinə görə Heydər Əliyev siyasətinə öz hörmətini, ehtiramını bu gün də ifadə etməkdədir və bu hörmət və ehtiram Heydər Əliyev siyasətinin Azərbaycanda uğurlarının, nailiyyətlərinin kökündə dayanan bir amil kimi özünü göstərməkdədir”.
Sonra professor Zahid Qaralov “Heydər Əliyevin elmi irsi (nəzəriyyə və təcrübə)” ikicildliyi haqqında ətraflı məlumat verib. Professor bildirib ki, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında dövlətimizin başçısının Sərəncamı ölkə ziyalıları və elm xadimləri tərəfindən sevinclə qarşılanıb: “Bu dahi şəxsiyyətin yubileyini qeyd etməklə biz dövlətçiliyimizin tarixi ənənəsini yaradırıq. Bu ənənəni gənc nəsil əsrlər boyu davam etdirəcək və gələcəkdə Azərbaycan dövlətini Heydər Əliyev kimi fenomen bir şəxsiyyətin yaratdığını biləcək, Onun irsini daha dərindən öyrənəcəklər”.
Müəllif qeyd edib ki, kitab üzərində işləyərkən bir sıra dünya şöhrətli siyasi xadimlərin həyat və fəaliyyətini nəzərdən keçirib. Lakin Ulu öndər Heydər Əliyevi onların heç birinə bənzətməyib: “Çünki Ulu öndərin özünəməxsus iş üslubu, bilik və bacarığı, psixologiyası, hadisələrə yanaşma tərzi var idi. Onun yaradıcı təfəkkürünü təhlil edib elmi nəticələr əldə etmək mümkündür. Ümummilli lider Heydər Əliyev çox yüksək səviyyəli humanizmə, mənəvi keyfiyyətlərə malik bir dövlət xadimi idi. Onun heç vaxt şəxsi marağı olmamışdır. Ömrü boyu ictimai və dövlət maraqlarının müdafiəsində dayanmış, xalqın mənafeyini güdmüşdür ki, bu da Onu Ümummilli lider səviyyəsinə yüksəltmişdir”.
Zahid Qaralov onu da deyib ki, bu kitab dahi şəxsiyyət Heydər Əliyev irsini öyrənmək istəyən gənclərimiz üçün xüsusi önəm daşıyır: “Biz nəzərdə tutmuşuq ki, kitabı Azərbaycan dilində hazırlayaq və başqa dillərə tərcümə edək ki, mümkün qədər dost ölkələrin hamısında yayılsın. Artıq kitabın türk dilinə tərcüməsi başlanılıb. Əsərin məzmunu təxminən Ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti, münasibətlər sisteminin, eləcə də, Onun quruculuq, yaradıcılıq fəaliyyətinin əsaslarını əhatə edir. Kitabın adından da göründüyü kimi burada ciddi, nəzəri müddəalar meydana gəlib. Eyni zamanda, bu nəzəriyyənin bir hissəsi isə praktikadan irəli gəlmiş məsələlərdir”.
Kitabı yüksək qiymətləndirən YAP İdarə Heyətinin üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov isə deyib ki, Dövləti olmayan xalq müti bir xalqdır: “Bu mənada milli dəyərlər, tarixi şəxsiyyətlər qorunmalıdır. Çünki onlar bu dövlətin qorunmasında, qurulmasında ömürlərini sərf ediblər”.
Çıxış edən professor Vilayət Əliyev bildirib ki, Azərbaycanı dünyada Heydər Əliyev qədər tanıdan şəxs olmayıb. Professor, eyni zamanda, deyib ki, Heydər Əliyevin xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə olan münasibəti əbədi olacaq: “Xalqın varlığı üçün onun milli-mənəvi dəyərləri qorunmalıdır. Ümummilli lider Heydər Əliyevin də məhz milli-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətləri olub”.
“Çağ” Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən çıxışında Ümummilli lider Heydər Əliyevin təhsilə olan qayğısından bəhs edib. O, qeyd edib ki, məhz Heydər Əliyev Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsillə bağlı ilk dəfə Türkiyə ilə müqavilə imzalayaraq “Çağ” məktəblərinin ilk xeyir-duasını verən şəxs olub: “Heydər Əliyevin təhsilə verdiyi qiymət hər zaman bizə dəstək olub, bizi daha məsuliyyətlə çalışmağa sövq edir”.
Onun sözlərinə görə, Heydər Əliyevin təhsilə qayğısının nəticəsində azərbaycanlı gənclər dünyanın müxtəlif ölkələrinin aparıcı ali məktəblərində təhsil alırlar.
Təqdimat mərasimində çıxış edən millət vəkili Tahir Rzayev bildirib ki, Zahid Qaralovun “Heydər Əliyevin elmi irsi” adlı kitabı Heydər Əliyevçilərə bir töhfədir. O, qeyd edib ki, Heydər Əliyev irsi böyük bir elmi məktəbdir: “Milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev ideyalarının təməlində dayanıb”.
Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev ömrünün parlaq səhifələrini oxuculara çatdırmaq Zahid Qaralovun həyat xəttini təşkil edib.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevi həyatda yaxından tanıyan, uzun illər ərzində bu dahi şəxsiyyətlə ünsiyyətdə olmuş, Onun ölməz ideyalarını özü üçün həyat amalı olaraq qəbul etmiş professor Zahid Qaralovun bu kitabını yüksək dəyərləndirib. O, qeyd edib ki, Ulu öndərin zəngin və çoxşaxəli elmi irsinin tədqiqinə həsr edilmiş yeni ikicildliyi siyasətlə, dövlət idarəçiliyi ilə məşğul olan, cəmiyyətin inkişaf proseslərini araşdıran mütəxəssislər, məktəblilər, tələbələr, müəllimlər, Heydər Əliyevin elmi irsini öyrənən, təbliğ edən və digər sahələrdə çalışan şəxslər üçün qiymətli vəsaitdir.
YAP üzvü Elmira Həsənqızı da kitab haqqında fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, kitabın 301 səhifəni əhatə edən birinci cildi ümumilikdə dörd fəsildən ibarətdir. “Heydər Əlirza oğlu Əliyevin həyat yolu barədə yığcam məlumat”, “Siyasi və mənəvi təkamül”, “Heydər Əliyevin partiya quruculuğu üzrə fəaliyyəti” və “Xüsusi ilə ümuminin vəhdəti” adlanan bu fəsillərdə Ulu öndərin elmi-nəzəri və praktik irsinin inkişaf istiqamətləri tarixi mərhələlərə bölünməklə hərtərəfli araşdırılıb.
Dördüncü fəslin davamından başlayan və “Heydər Əliyevin dövlətçilik nəzəriyyəsi və təcrübəsi barədə” və “Ənənəvi ilə müasirliyin birliyi: inkişafın mənbəyi” adlanan beşinci və altıncı fəsilləri əhatə edən 305 səhifəlik ikinci cilddə də Ümummilli liderimizin ictimai-siyasi və cəmiyyət həyatının müxtəlif aspektlərinə elmi və praktik yanaşma metodları barədə müdrik fikirləri tam dolğunluğu ilə öz əksini tapıb.
Müəllif bundan əvvəlki əsərlərində olduğu kimi, yeni kitablarında da əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək Ümummilli liderimizin həyat və fəaliyyətinin bütün məqamlarına tədqiqatçı nəzəri ilə işıq salmağa çalışıb. O, belə bir qəti qənaətə gəlib ki, Ulu öndər Heydər Əliyevin hazırladığı, həyata tətbiq etdiyi, yüksək nəticələrə nail olduğu bütöv bir elmi irs cəmiyyətin, insan təfəkkürünün inkişaf dialektikasına, elmi-texniki və texnoloji tərəqqiyə əsaslandığından mükəmməl sistemdir, həyatidir, tərəqqi yoludur.
Tədbirə yekun vuran YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib ki, bu əsər Heydər Əliyev haqqında yazılmış çoxsaylı kitabların və tədqiqatların içərisində özünə layiqli yer tuta biləcək: “Xüsusilə də Heydər Əliyevin irsinin, o cümlədən və məxsusi olaraq elmi irsinin araşdırılması nöqteyi-nəzərindən professor Zahid Qaralovun ikicildlik monoqrafiyası böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Heydər Əliyevin siyasi, elmi, mənəvi irsi bütövlükdə Azərbaycanın dövlətçilik məfkurəsinin formalaşmasına, Azərbaycanda praktik siyasətin formalaşıb, müəyyənləşib, həyata keçirilməsinə böyük töhfələr verib, bu gün də verməkdədir. Və uzun illər, nə qədər ki, Azərbaycan olacaq həmişə Azərbaycanın inkişaf yoluna bir mayak kimi işıq saçacaqdır. Kitabın çox mühüm məziyyətlərindən biri təbii ki, Heydər Əliyevə sevgi, hörmət və ehtiramı özündə ehtiva etməsi sayılmalıdır. Əlbəttə, “Heydər Əliyev haqqında kitabı kim yaza bilər” sualı dəfələrlə səsləndirilib. Amma güman edirəm ki, kiməsə Heydər Əliyevə hörmət və ehtiram bəsləməyi qadağan etmək olmaz. Bu, insanın içərisindən gələn bir duyğudur. Amma eyni zamanda, təbiidir ki, müəlliflik iddiasına düşən hər kəsin məsuliyyət hissi tamam bir mənəvi-əxlaqi məsələdir. Lakin istər-istəməz birmənalı şəkildə qeyd etmək lazımdır ki, Heydər Əliyev haqqında kitab yazmaq mənəvi haqqına sahib olan adamlardan biri kimi Zahid Qaralovun qələmindən çıxmış bu kitab böyük dəyər kəsb edir. Və güman edirəm ki, xüsusilə də gənclərin Heydər Əliyevin zəngin irsinin, o cümlədən də, elmi irsini öyrənməsinə bu kitab böyük bir töhfə verəcək”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18

